Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-32/2020 21.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi ilə İddiаçı ASC “xxxx” Bankının cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, X1 və Cavabdeh3 qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılması tələbinə dаir mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tаrixli, 2(039)-1529/2017 nömrəli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı “xxxx” Bank ASC-nin nümayəndəsi Ə.N.Qədirov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli, **********1601309 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh4 Məmməd oğluna ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri,E.Ağayev küçəsində yerləşən 0.0418 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 80.96 kv.m təşkil edən Liter A və 2 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 103.28 kv.m təşkil edən Liter B tikililərindən ibarət olan 92 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi evin açıq hərracda satılması və Cavabdeh5nınxx.xx.2013-cü il tarixli, **********16013 №-li Kredit müqaviləsi üzrə iddiaçı “xxxx” Bank ASC qarşısında 5513.54 (beş min beş yüz on üç manat, əlli dörd qəpik) manat məbləğində əsas borcu, 1326.96 (bir min üç yüz iyirmi altı manat, doxsan altı qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, xx.xx.2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 366.41 ( üç yüz altmış altı manat, qırx bir qəpik) manat məbləğində penya, cəmi 7206.91 (yeddi min iki yüz altı manat, doxsan bir qəpik) manat və xx.xx.2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər Kredit müqaviləsi üzrə əsas borc məbləğinə illik 22 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 (on altı) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı “xxxx” Bank ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra fərdi yaşayış evində yaşayan Cavabdeh5, Ə.Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, ipoteka predmentinin ilkin satış qiyməti ipoteka predmentinin İpoteka müqaviləsinin 3.4-ci bəndində qeyd olunmuş likvid dəyərinin 24000 (iyirmi dörd min) manat məbləində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tаrixli, 2(039)-1529/2017 nömrəli (hakim V.Məlikov) qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2013-cü il tarixli, **********16013 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdehlər Cavabdeh4 Məmməd oğluna ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri, E.Ağayev küçəsində yerləşən 0.0418 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 80.96 kv.m təşkil edən Liter A və 2 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 103.28 kv.m təşkil edən Liter B tikililərindən ibarət olan 92 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi və Cavabdeh5nınxx.xx.2013-cü il tarixli, **********16013 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “xxxx” Bankı qarşısında 5513.54 (beş min beş yüz on üç manat, əlli dörd qəpik) manat məbləğində əsas borcu, 1326.96 (bir min üç yüz iyirmi altı manat, doxsan altı qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, xx.xx.2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 366.41 ( üç yüz altmış altı manat, qırx bir qəpik) manat məbləğində penyanın, cəmi 7206.91 (yeddi min iki yüz altı manat, doxsan bir qəpik) manat və xx.xx.2013-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər Kredit müqaviləsi üzrə əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra fərdi yaşayış evində yaşayan Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, ipoteka predmentinin ilkin satış qiyməti ipoteka predmetinin İpoteka müqaviləsinin 3.4-ci bəndində qeyd olunmuş likvid dəyəri 24000 (iyirmi dörd min) manat məbləğində təyin edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh5 apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. İddiaçı “xxxx” Bank ASC-nin nümayəndəsi Ə.N.Qədirov məhkəməyə ərizə ünvanlayaraq Bank ilə Cavabdeh5 arasında kredit borclarının restrukturizasiyasına dair yeni güzəştli şərtlərlə kredit müqaviləsi bağlandığını bildirmiş, bu səbəbdən də mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin iddiadan imtina etməsi barədə ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47-ci və 52.1. maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçınıniddiadanimtinaetməsi, iddianıncavabdehtərəfindənetirafedilməsivətərəflərinbarışıqsazişiqanunaziddolarsavəyahə rhansıbirşəxsinhüquqlarınıvəqanunlaqorunanmənafeyinipozarsa, məhkəməbeləhərəkətləriqəbuletmir. Beləhallardaməhkəməmübahisəyəmahiyyətiüzrəbaxır. Həmin Məcəllənin 370.1-ci maddəsinə görə, apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə görə, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barəsində ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkləmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı“xxxx” Bank ASC-nin nümayəndəsi Ə.N.Qədirovun iddiadan imtinası qanunvericiliyin tələbinə uyğundur, eləcə də iddiadan imtina digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə toxunmur. Belə olduğu təqdirdə iddiadan imtina qəbul edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tаrixli, 2(039)-1529/2017 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsinin tələbinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.4, 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İddiaçı “xxxx” Bank ASC-nin nümayəndəsi Ə.N.Qədirovun iddiadan imtinası qəbul edilsin. İddiaçı ASC “xxxx” Bankının cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, X1 və Cavabdeh3 qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılması tələbinə dаir mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tаrixli, 2(039)-1529/2017 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-32/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-32/2020
21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver