Məhkəmə qərarları › İş №2(107)-320/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-320/2021

15.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-320/2021 15.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)-113/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)-113/2020 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin edilmiş, Cavabdeh maddi ziyanın əvəzi kimi 1155.79 manatın, 20 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınaraq İddiaçı İB-na verilməsi, iş üzrə 100 manat ekspertiza xərcinin Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ34CTRE******************** nömrəli hesabına keçirilməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. İşin halları İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 1155.79 manat dəymiş ziyanın f ödənilmiş 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə İddiaçı İB-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Göyçay rayon Mırtı kəndində qeydiyyatda olan X5 xx.xx.2019-cu il tarixində idarə etdiyi VAZ 2106 markalı **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə rayonun Mırtı kəndində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı "İddiaçı” İB-nin X7 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinin balansında və istismarda olan Göyçay 1 saylı QPS-dən qidalanan PE-200 mmlik orta təzyiqli qaz kəmərindən yerin üstə sahəsinə çıxan d-108-mm-lik orta təzyiqli qaz xəttinin 30 PM hissəsini tam yararsız hala salmış və nəticədə qaz itkisi olmuşdur. Hesablama zamanı İddiaçınə 1655.79 manat məbləğində ziyan dəymişdir. X4 məxsus VAZ 2106 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobl “xxxx”xxxx“xxxx” ASC tərəfindən İddiaçı İB-nin hesabına vurulmuş 1655.79 manat məbləğdən 500 manat ödəniş aparılmışdır. Ağsu RQİİ-nə dəymiş 1155.79 manat ziyanın ödənilməsi ilə bağlı X4 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq keçən müddət ərzində heç bir ödəniş aparmamışdır. Bu kimi hallar İddiaçı İB-nin əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixində idarə etdiyi VAZ 2106 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə rayonun Mırtı kəndində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Həmin yol nəqliyyat hadisəsi zamanı qaz xəttinə ziyan dəymişdir. İddiaçının qeyd olunan ziyanın ondan tələb etməsini əsassız hesab edir belə ki, həmin ziyan “xxxx” ASC tərəfindən ödəniləcəkdir. Buna görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Maraqlı tərəf “xxxx” ASC-yə birinci instansiya məhkəməsinin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Birinci instansiya məhkəməsi maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni qanunsuz və əsassız hesab edir. Hakim iddianı təmin edərkən maddi və prosessual normaların tələblərini pozmuşdur. Belə ki, İddiaçı ona qarşı 1155.79 manat dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə ona görə müraciət etmişdir ki, xx.xx.2019-cu il tarixində idarə etdiyi VAZ 2106 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Mırtı kəndində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmiş, nəticədə İddiaçı İBnin X7 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinin balansında və istismarda olan Göyçay 1 saylı QPS-dən qidalanan PE-200 mm-lik orta təzyiqli qaz kəmərindən yerin üst sahəsinə çıxan d-108 mm-lik orta təzyiqli qaz xəttinin 30 PM hissəsini tam yarasız hala düşdüyü üçün qaz itkisi olmuşdur. Ona məxsus VAZ-2106 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili sığorta etmiş «xxxx» ASC iddiaçının tələb etdiyi məbləğdən 500 manat ödəmişdir. Məhkəmə tədqiqi zamanı keçirilmiş məhkəmə-iqtisad ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 32371 saylı ekspert rəyinə görə İddiaçı İB-nin Ağsu RQİİ-nin xx xxxx 2019-cu il tarixli hesabatına əsasən baş vermiş qəza nəticəsində İddiaçı İB-nə vurulmuş ziyanın miqdarı nəzəri olaraq təxminən 1240,24 manat müəyyən olunmuşdur. Ekspert rəyinə sübut kimi qiymət verən hakim göstərir ki, rəydə qeyd olunan maddi ziyanın məbləği iddia tələbindən artıq olduğundan iddia tələbi iddia ərizəsində göstərilən və məhkəmə baxışı zamanı müdafiə edilən həddə təmin edilməlidir. Ekspertiza İddiaçı İB-nə vurulmuş ziyanın miqdarını nəzəri olaraq təxminən 1240,24 manat müəyyən etdiyi halda iddiaçı məhkəməyə tələbini əsaslandırdığı sübut kimi təqdim etdiyi qaz itkisi hesabatında maddi ziyanın ümumi məbləğini 1655.79 manat məbləğində göstərmişdir ki, həmin məbləğin də 500 manatı «xxxx» ASC tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı sığorta şirkəti tərəfindən 500 manat məbləği aldıqdan sonra 1155.79 manat dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu hal iddia ərizəsində və iddiaçının nümayəndəsinin izahatında öz əksini tapsa da hakim sığortanın ödədiyi 500 manatı, ekspertizanın hesabladığı 1240,24 manatdan deyil, iddiaçının ilkin hesabladığı 1655.79 manatdan çıxaraq iddia tələbinin 1155.79 manat məbləğində ödənilməsini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Halbuki ekspertizanın rəyinə görə iddiaçıya dəymiş zərər 1240.24 manatdır və sığorta şirkəti həmin məbləğdən 500 manatı ödədiyi halda iddia 740.24 manat məbləğində təmin edilməli idi. Bundan başqa o, məhkəməyə vəsatət verərək «xxxx» ASC-nin cavabdeh qismində işə cəlb edilməsini xahiş etsə də məhkəmə vəsatətini təmin etməmişdir. Halbuki, işin həqiqi hallarından və xx xxxx 2019-cu il tarixli icbari sığorta müqaviləsindən görünür ki, «xxxx» ASC onun əmlaka vurduğu zərərə görə 5000 manat sığorta məbləği ödəməli olduğu halda iddiaçıya 500 manat ödəniş etmişdir. Ekspertizanın nəticəsinə görə iddiaçıya ödənilməli olan 740,24 manat zərərin əvəzi «xxxx» ASC tərəfindən ödənilməlidir. Beləliklə, hakim iddia tələbini tam təmin etməklə qanunsuz və əsassız qətnamə qəbul etmiş və bu zaman həm maddi, həm də prosessual hüquq normasının tələblərini pozmuşdur. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)- 113/2020 nömrəli qətnaməsini ləğv edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı İB-nin nümayəndəsi lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)-113/2020 nömrəli qətnaməsi qismən-Cavabdeh maddi ziyanın əvəzi kimi 1155.79 manatın alınaraq İddiaçı İB-nə verilməsinin 415,55 (dörd yüz on beş manat əlli beş qəpik) manata aid hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə İddiaçı İB-nin cavabdeh X4 qarşı 1155.79 manat dəymiş ziyanın, ödənilmiş 20 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınaraq iddiaçının hesabına ödənilməsi tələbinə dair iddiasının təmin edilmiş 415,55 (dörd yüz on beş manat əlli beş qəpik) manata aid hissəsi rədd edilməli, qətnamənin mübahisələndirilən-Cavabdeh maddi ziyanın əvəzi kimi 740,24 manatın, 20 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınaraq İddiaçı İB-nə verilməsi hissəsi dəyişdirilmədən saxlanlmalıdır. İşdə olan xx.xx.2019-cu il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Göyçay rayon Mırtı kəndində qeydiyyatda olan X5 xx.xx.2019-cu il tarixində idarə etdiyi VAZ 2106 markalı 23-BH647 dövlət qeydiyyat nişanlı avtomobil ilə rayonun Mırtı kəndində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı "İddiaçı” İB-nin X7 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinə maddi ziyan dəymişdir. İşdə olan qaz itkisinin hesabatıdan görünür ki, Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi zamanı "İddiaçı” İB-nin X7 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinə ümumilikdə 1655.79 manat maddi ziyan dəymiş, qeyd edilən maddi ziyanın 500 manatı “xxxx” ASC tərəfindən ödənilmişdir. İşdə olan məhkəmə iqtisad-ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 32371 saylı ekspert rəyindən görünür ki, İddiaçı İB-nin Ağsu RQİİ-nin xx.xx.2019- cu il tarixli hesabatına əsasən baş vermiş qəza nəticəsində İddiaçı İB-nə vurulmuş ziyanın miqdarı 1240.24 manat müəyyən edilmişdir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Qeyd olunan maddi ziyanın məbləği iddia tələbindən artıq olduğundan məhkəmə hesab edir ki, iddia tələbi iddia ərizəsində göstərilən və məhkəmə baxışı zamanı müdafiə edilən həddə təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3 və 1097.1-ci maddələrinə və Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixində idarə etdiyi VAZ 2106 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə rayonun Mırtı kəndində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Həmin yol nəqliyyat hadisəsi zamanı "İddiaçı” İBnin X7 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinin balansında və istismarda olan Göyçay 1 saylı QPS-dən qidalanan PE-200 mm-lik orta təzyiqli qaz kəmərindən yerin üstə sahəsinə çıxan d-108-mm-lik orta təzyiqli qaz xəttinin 30 PM hissəsini tam yararsız hala düşmüş nəticədə İddiaçı İB-ə 1655.79 manat maddi ziyan dəymişdir. Qeyd olunan maddi ziyanın 500 manatı cavabdeh “xxxx” ASC tərəfindən iddiaçıya ödənilmişdir. Hazırda iddiaçı həmin maddi ziyanın əvəzi kimi cavabdehdən 1155.79 manat tələb edir. Təqdim edilmiş qəbzdən görünür ki, İddiaçı İB məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu pul ödəmişdir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının tələb etdiyi 20 manatı və 0.40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya verilməli və iş üzrə ekspertiza xərci olan 100 manat xərci Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, cavabdeh «xxxx» ASC və Cavabdeh maddi ziyanın əvəzi kimi 1155.79 manat, 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı İB-na verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilmiş 415,55 (dörd yüz on beş manat əlli beş qəpik) manatına aid hissəsində gəldiyi qənaəti düzgün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı tam təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə və qətnamənin mübahisələndirilən hissəsinin qismən ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərini işin faktiki hallarına qismən uyğun olduğu üçün qismən inandırıcı qəbul edir. İddiaçının iddia tələbi işin faktiki halları ilə tam təsdiq edilmədiyindən tam inandırıcı deyildir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə tam şəkildə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, iddia tələbinin qanuni əsası tam şəkildə müəyyən edilmədiyindən iddia tam təmin edilə bilməz. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən alınmış məhkəmə əmtəəşünaslıq-ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 32371 saylı ekspert rəyindən görünür ki, İddiaçı İB-nin Ağsu RQİİnin xx.xx.2019-cu il tarixli hesabatına əsasən baş vermiş qəza nəticəsində İddiaçı İB-nə vurulmuş ziyanın miqdarı 1240.24 manat müəyyən edilmişdir. Həmin məbləğdən isə 500 manat “xxxx” ASC tərəfindən İddiaçı İB-nin hesabına ödənilmişdir. Birinci instansiya məhkəməsi isə qətnamə qəbul edərkən iddiaçının tələb etdiyi 1155.79 manatın ümumilikdə dəymiş zərər deyil “xxxx” ASC ödənilmiş 500 manat çıxıldıqdan sonra yerdə qalan məbləğ olmasını nəzərə almamışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müZahirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)-113/2020 nömrəli qətnaməsi qismən- Cavabdeh maddi ziyanın əvəzi kimi 1155.79 manatın alınaraq İddiaçı İB-nə verilməsinin 415,55 (dörd yüz on beş manat əlli beş qəpik) manata aid hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə İddiaçı İB-nin cavabdeh X4 qarşı 1155.79 manat dəymiş ziyanın, ödənilmiş 20 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınaraq iddiaçının hesabına ödənilməsi tələbinə dair iddiasının təmin edilmiş 415,55 (dörd yüz on beş manat əlli beş qəpik) manata aid hissəsi rədd edilməli, qətnamənin mübahisələndirilən Cavabdeh maddi ziyanın əvəzi kimi 740,24 manatın, 20 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınaraq İddiaçı İBnə verilməsi hissəsi dəyişdirilmədən saxlanlmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iş üzrə iddia tələbinin həcmi 2000 manatdan az olduğundan qəbul ediləcək qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 404-1-ci maddələrini QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)-113/2020 nömrəli qətnaməsi qismən-Cavabdeh maddi ziyanın əvəzi kimi 1155.79 manatın alınaraq İddiaçı İB-nə verilməsinin 415,55 (dörd yüz on beş manat əlli beş qəpik) manata aid hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı İB-nin cavabdeh X4 qarşı 1155.79 manat dəymiş ziyanın, ödənilmiş 20 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınaraq iddiaçının hesabına ödənilməsi tələbinə dair iddiasının təmin edilmiş 415,55 (dörd yüz on beş manat əlli beş qəpik) manata aid hissəsi rədd edilsin. Qətnamənin mübahisələndirilən Cavabdeh maddi ziyanın əvəzi kimi 740,24 manatın, 20 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınaraq İddiaçı İB-nə verilməsi hissəsi və iş üzrə 100 manat ekspertiza xərcinin Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi hissəsi dəyişdirilmədən saxlanlsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar