Məhkəmə qərarları › İş №2(107)-325/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-325/2025

04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-325/2025 04.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı (açar sözlər: Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X11 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tаrixli, 2(037)-1150/2024 saylı qətnаməsindən iddiaçı X1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Tovuz RQİ və TBŞ tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, BD158368 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, “KİA Optima” minik markalı,**-ZP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Tovuz RQİ və TBŞ tərəfindən xx.xx.2021-ci il tarixdə Tovuz rayonu, Əyyublu kənd sakini İddiaçı adına qeydə alınmışdır.

2. İş materiallarında olan 20 aprel 2024-cü il tarixli nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamənin sürətindən görünür ki, 20 aprel 2024-cü il tarixdə İddiaçı tərəfindən “KİA Optima” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomaşının idarə edilməsi üçün Cavabdeh 7 ay 1 gün müddətinə xx.xx.2024-cü il tarixədək etibarnamə verilmişdir.

3. İş materiallarında olan “KİA Optima” minik markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid olan foto şəkillərdən görünür ki, baş vermiş yol nəqliyyat hadisə nəticəsində “KİA Optima” minik markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi əzilmişdir.

4. İş materiallarında olan Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əlehinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən X14 xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə “KİA Optima” minik markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən İsmayıllı rayon Diyallı kənd sakini Cavabdeh barəsində Nərimanov rayon DYPŞ YNH inspektoru polis leytenantı X12 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, X14 İXP ******* nömrəli protokol tərtib edilmişdir.

5. İş materiallarında olan Yol hərəkəti qaydaları,yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əlehinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “KİA Optima” minik markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən İsmayıllı rayon Diyallı kənd sakini Cavabdeh xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol əsasında İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi üçün xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarla 40 manat məbləğində cərimə edilmişdir.

6. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, müstəqil ekspert rəyindən görünür ki, “KİA Optima” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomaşına ehtiyat hissələrinə görə 2455 manat, işçilik xərcinə görə 1570 manat olmaqla, ümumilikdə 4025 manat məbləğində xərc tələb olunması müəyyən edilmişdir.

7. İş materiallarında olan “X13 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 21 noyabr 2024-cü il tarixli, 189 nömrəli mütəxəssis rəyindən görünür ki, istehsal ili 2012-ci il, mühərrikin işçi həcmi - 1998, BAN-5XXGR4A60DG155019, göy metalik rəngli, **-ZP-*** dövlət nömrə nişanlı minik avtomobilinin qəzadan sonra dəyərinin (22166.1-17650.9) 4515.2 manat azalması müəyyənləşdirilmişdir.

8. İş materiallarında olan 02 iyul 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən 02 iyul 2024-cü il tarixdə Cavabdeh pretenziya məktubu göndərilərək **- ZP-*** qeydiyyat nişanlı, “KİA Optima” minik markalı avtomaşına dəymiş 4025 manat maddi ziyan məbləğinin 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

9. İş materiallarında olan 27 iyun iyun 2024-cü il tarixli, seriya ĞLL №191211 nömrəli, kassa mədaxil orderinin qəbzindən görünür ki, X8 tərəfindən **-ZP-*** qeydiyyat nişanlı, “KİA Optima” minik marklalı avtomaşına yol nəqliyyat hadisəsi zamanı dəymiş zərərin qiymətləndirilməsi üçün fiziki şəxs X9 hesabına 100 manat məbləğində vəsait ödənilmişdir.

10. İş materiallarında olan 21 noyabr 2024-cü il tarixli, seriya ƏXZ/1 № 673494 nömrəli, kassa mədaxil orderinin qəbzindən görünür ki, Nümayəndə Cəmallədin qızı tərəfindən 21 noyabr 2024-cü il tarixdə “X13 və Ekspertiza Mərkəzi” MMC-nin hesabına 300 manat xidmət haqqı məbləği ödənilmişdir.

11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 21394 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 62 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona dəymiş 4025 manat məbləğində maddi ziyan, müstəqil ekspert rəyinə görə ödənilmiş 100 manat və ödənilmiş 62 manat dövlət rüsumu məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə Cəmalləddin qızı iddiaçı X1 adından məhkəməyə elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək xüsusi mülkiyyətdə olan 2012-ci il buraxılışlı “KİA Optima” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin vuruğu olduğu üçün bazarda satış qiyməti normal satışdan 4515 manat aşağı düşdüyündən, Cavabdeh 4515 manat, sözügedən avtomobilə dəymiş ziyanla bağlı 25 manat, “X13 və Ekspertiza Mərkəzi” MMCyə ödənilmiş 300 manat və məhkəməyə ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçı X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyətində olan, 2012-ci il buraxılışlı "KİA Optima” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istəmişdir. Bu işin həll olunmasını kürəkəni Rəşad Qurbanova tapşırmışdır. Aprel ayının ortalarında kürəkəni ona zəng vuraraq bildirmişdir ki, avtomobilə müştəri var, ancaq 4000 manat ilkin ödəniş edir, pulun qalan hissəsini isə hissə-hissə ödənilməsini ona bildirmişdir. O, da, kürəkəninə etibar edərək onun dedikləri ilə razılaşmış və Cavabdeh etibarnamə verilmişdir. Bir müddət keçdikdən sonra, ona məlum olmuşdur ki, cavabdeh xüsusi mülkiyyətində olan, 2012-ci il buraxılışlı, "KİA Optima” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə avto qəzaya düşmüş və onun xüsusi mülkiyyətində olan avtomobilinə xeyli miqdarda zərər dəymişdir. Bakı şəhəri Nərimanov rayon X18 Şöbəsində cavabdeh barəsində xx.xx.2024cü il tarixdə X14 Protokol tərtib edilmişdir. Bundan başqa, Nərimanov rayon X18 Şöbəsində cavabdehin təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar çıxarılmış, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, qəzadan sonra, cavabdehə xüsusi mülkiyyətində olan, 2012ci il buraxılışlı "KİA Optima” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilini qəzalı vəziyyətdə gətirib onun kürəkəninə vermişdir. Xüsusi mülkiyyətində olan, 2012-ci il buraxılışlı "KİA Optima” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəyən zərər aşağıdakılardan ibarətdir. Ehtiyyat hissələri - ön sol fara 1 ədəd qiymati - 250 manat, ön üzlük 1 ədəd qiyməti -150 manat, ön bamper 1 ədəd, qiyməti - 350 manat, ön sol dumanı 1 ədəd qiyməti - 250 manat, sağ-sol qanad altı 2 ədəd, qiyməti -120 manat, ön sol çaşka 1 ədəd qiyməti - 200 manat, ön sağ qranat 1 ədəd qiyməti-250 manat, sol ling 1 ədəd qiyməti - 20 manat, şveller 1 ədəd qiyməti - 180 manat, şvellerin sol qolu 1 ədəd qiyməti - 80 manat, sol xizok 1 ədəd qiyməti - 25 manat, radiatorun sol vetraviki 1 ədəd qiyməti - 60 manat, sol faranın alt dəmiri 1 ədəd qiyməti - 100 manat, ön bamperin alt setkası 1 ədəd qiyməti - 80 manat, mühərrikin alt qoruyucusu 1 ədəd qiyməti - 100 manat, radar 4 ədəd qiyməti - 240 manat, cəmi 2455 manat, çöl işinin görülməsi, rəngsaz - ön bamper, arxa bamper, kapot, ön sol qanad, arxa sol qapı, ön sol qapı, arxa sol qanadqiymati 600 manat, dəmirçi kapot, ön sol qanad, arxa sol qapı, ön sol qapı, arxa sol qanad-qiyməti 350 manat, çilingər - çaşka, qranad, ling, qiyməti - 150 manat, elektrik - fara, dumanı qiyməti - 50 manatı, xrom disk 2 ədəd təmiri cəmi - 240 manat, çilingər, razval və balans qiyməti - 30 manat, armaturçu - ön bamper, PB üzlük, xizak, sağ sol qanadaltı, vetravik – qiyməti 150 manat, cəmi 1570 manat nəqliyyat vasitəsinə ümumilikdə dəymiş zərər 4025 manat təşkil edir. Onun tərəfindən foto şəkillər çəkilmiş və onun xüsusi mülkiyyətində olan avtomobilinə dəymiş ziyan açıq - aşkar foto şəkillərdən görünür. Onun tərəfindən çəkilmiş foto şəkillər iddia ərizəsinə əlavə olunmuşdur. O, dəfələrlə cavabdeh tərəfə xüsusi mülkiyyətində olan, 2012-ci il buraxılışlı "KİA Optima” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərəri ödəməsini tələb etmişdir. Hətta cavabdehin ünvanına pretenziya məktubunu da göndərmişdir. Cavabdeh həmin pretenziyanı almış, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh xüsusi mülkiyyətində olan 2012-ci il buraxılışlı "KİA Optima" minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə təmir xərclərinə görə, 4025 manat məbləğində maddi ziyan vurmuş, həmçinin, “X13 və Eksperiza Mərkəzi” MMC-yə ərizə ilə müraciət olunmuş, 21 noyabr 2024-cü il tarixli, NQ 189 nömrəli mütəxəssis rəyinə əsasən, cavabdeh xüsusi mülkiyyətində olan 2012-ci il buraxılışlı "KİA Optima” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin vuruğu olduğu üçün bazarda satış qiyməti normal satışdan 4515 manat məbləğində aşağı düşmüşdür. Yəni dəymiş ziyan təmir xərci və bazar dəyərinin itirməsindən ibarətdir. Odur ki, hesab edir ki, cavabdeh xüsusi mülkiyyətində olan 2012-ci il buraxılışlı "KİA Optima” minik markalı, **- ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə təmir xərclərinə görə, 4025 manat məbləğində maddi ziyan cavabdeh tərəfindən 4000 manat avtomobilə ilkin ödəniş etməsi sözügedən avtomobilin təmir xərclərinə aid edilir, qalan 25 manat isə avtomobilə dəymiş zərər kimi cavabdehdən alınıb ona ödənilməlidir.Sözügedən xüsusi mülkiyyətində olan 2012-ci il buraxılışlı "KİA Optima” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin vuruğu olduğu üçün bazarda satış qiyməti normal satışdan 4515 manat aşağı düşdüyündən, cavabdehdən 4515 manat pul məbləği alınıb ona ödənilməİidir. O, cavabdehdən xüsusi mülkiyyətdə olan 2012-ci il buraxılışlı “KİA Optima” minik markalı, **- ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin vuruğu olduğu üçün bazarda satış qiyməti normal satışdan 4515 manat aşağı düşdüyündən 4515 manat, sözügedən avtomobilə dəymiş ziyanla bağlı 25 manat, “X13 və Ekspertiza Mərkəzi” MMC-yə ödənilmiş 300 manat və məhkəməyə ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan, 2012-ci il buraxılışlı "KİA Optima” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı kürəkəni Rəşad adlı şəxslə aralarında razılaşma olmuşdur. Razılaşmaya əsasən avtomaşının alqı-satqısı üçün ilkin olaraq iddiaçıya 4000 manat ödəniş etmiş, qalan məbləği isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının kürəkəni Rəşad adlı şəxs onunla razılaşmış və 4000 manat pulu qəbul etdikdən sonra iddiaçının adından ona etibarnamə verilmişdir. O, etibarnamə verildikdən sonra iddiaçıya məxsus avtomaşını Rəşad adlı şəxsdən təhvil götürmüşdür. O, iddiaçını tanımamış, onun adından çıxış edən Rəşad adlı şəxslə görüşmüş və avtomobili də sonuncudan təhvil götürmüşdür. Etibarnamə əsasında istifadəsində olan iddiaçının mülkiyyətində olan, 2012-ci il buraxılışlı, "KİA Optima” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə avtoqəzaya düşmüş və avtomobilə maddi zərər dəymişdir. Avtomaşına dəymiş maddi zərər 1500 manat olmuşdur. Hadisə nəticəsində Bakı şəhəri Nərimanov rayon X18 Şöbəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixdə X14 Protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Qəzadan sonra, iddiaçının adından çıxış edən Məlik adlı şəxs avtomobili təmir etdirmək adı ilə ondan götürmüş, təmirdən sonra avtomaşını ona qaytaracağını bildirmişdir. Sonradan Məlik adlı şəxs avtomaşının qəza vəziyyətdə olan foto şəkillərini ondan istəmiş, o da qəza vaxtı çəkilmiş avtomaşına məxsus foto şəkilləri Məlik adlı şəxsə göndərmişdir. Qəza vaxtı avtomaşına təxminən 1500 manat məbləğində maddi ziyan dəymişdir. O, Məlik adlı şəxslə dəfələrlə danışaraq avtomobili ona geri qaytarmasını xahiş etsə də, avtomaşın ona qaytarılmamışdır. Hazırda nə avtomaşın, nə də avtomaşına görə ödənilmiş 4000 manat məbləği ona qaytarılmamışdır.Aldığı məlumata görə avtomaşın iddiaçı tərəfindən başqa şəxsə satılmışdır. Avtomaşına görə onun tərəfindən ilkin olaraq 4000 manat məbləğinin ödənilməsi iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunmuşdur. İddiaçı iddia ərizəsində avtomaşına 4025 manat maddi ziyan dəydiyini, onun tərəfindən ödənilmiş 4000 manat məbləğinin dəymiş ziyan məbləğindən çıxılaraq ondan avtomaşına dəymiş ziyana görə 25 manat məbləğini tələb edir. O, iddiaçının avtomaşına dəymiş ziyana görə ondan 25 manat məbləğini tələb etməsi ilə razılaşır və həmin ziyan məbləğini iddiaçıya ödəməyə razıdır. İddia tələbində qeyd edilən avtomaşının bazarda satış qiymətinin normal satışdan 4515 manat aşağı düşməsi hissəsinə münasibət bildirir ki, iddia tələbini həmin hissədə qəbul etmir və hesab edir ki, avtomaşının bazarda satış qiymətinin normal satışdan 4515 manat aşağı düşməsi onun təqsiri üzündən baş verməmiş, avtomaşın qəzadan sonra onun sahiblindən iddiaçı tərəfindən götürülmüşdür. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir.

16. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 18 dekabr 2024-cü il tаrixli, 2(037)-1150/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 25 manat dəymiş maddi ziyan və 30 manat dövlət rüsumu olmaqla, cəmi 55 (əlli beş) manat pul məbləği tutularaq iddiaçı X2 ödənilməsi, ödənilmiş dövlət rüsumu məbləğinin qalan 32 manatı və “X13 və Ekspertiza Mərkəzi” MMC-nin hesabına ödənilmiş 300 manat məbləği iddiaçı X3 özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.5, 389.1, 404.1, 404.2, 404.3, 404.4, 404.5. 567, 568.1, 568.2, 569.1, 569.2, 571.1, 571.2, 571.3, 573.1, 574.1, 574.2, 575.1, 575.2, 600.1, 601.1, 600.4, 1096.1, 1108.1, 1115-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 218.3 və 220.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. İddiaçı X1 nümayəndəsi Qurbanova X5 Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tаrixli, 2(037)-1150/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci İnstansiya məhkəməsi qətnaməsi qəbul edərək, maddi hüquq normalarına istinad etsə də, səhv nəticəyə gəlmişdir, onun cavabdeh tərəflə hər-hansı bir rəsmi alqı-satqı müqaviləsi bağlanmamış, sadəcə olaraq tərəflər arasında şifahi razılaşma olmuş, cavabdeh tərəf həmin razılaşmanı avto qəza törətdikdən sonra pozmuş, cavabdeh xüsusi mülkiyyətimdə olan 2012-ci İl buraxılışlı, "KİA Optima" minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilimi zədəli vəziyyətdə təhvil vermişdir. Eyni zamanda iddia tələbində olan xeyli miqdarda mənim sözügedən xüsusi mülkiyyətində olan daşınar əmlakına zərər vurmuşdur. İddia ərizəsinə dəqiqləşdirmə verməklə tam əsaslandırmışdır ki, Cavabdeh xüsusi mülkiyyətində olan 2012-ci il buraxılışlı “KİA Optima” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilimə təmir xərclərinə görə, 4025 manat məbləğində maddi ziyan vurmuş, həmçinin, “X13 və Eksperiza Mərkəzi” MMC-yə ərizə ilə müraciət olunmuş, 21 noyabr 2024-cü il tarixli, № 189 nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh xüsusi mülkiyyətində olan 2012-ci il buraxılışlı “KİA Optima” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin vuruğu olduğu üçün bazarda satış qiyməti normal satışdan 4515 manat məbləğində aşağı düşmüşdür: Yəni dəymiş ziyan təmir xərci yox, bazar dəyərinin itirməsindən ibarətdir. Odur ki, Cavabdeh xüsusi mülkiyyətində olan 2012-ci il buraxılışlı "KİA Optima" minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə təmir xərclərinə görə, 4025 manat məbləğində maddi ziyan Cavabdeh tərəfindən 4000 manat avtomobilə ilkin ödəniş etməsi sözügedən avtomobilin təmir xərclərinə aid edilir, qalan 25 manat isə avtomobilə dəymiş zərər kimi Cavabdeh ona ödənilməlidir. Sözügedən xüsusi mülkiyyətində olan 2012-ci il buraxılışlı "KİA Optima" minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilimin vuruğu olduğu üçün bazarda satış qiyməti normal satışdan 4515 aşağı düşdüyündən, Cavabdeh mənə 4515 manat pul məbləğində mənə pul ödənilməlidir. Bundan başqa “X13 və Eksperiza Mərkəzi” Mədud Məsuliyyətli Cəmiyyətinin 21 noyabr 2024-cü il tarixli, № 196 nömrəli mütəxəssis rəyinə diqqət yetirməli, rəyin nəticə hissəsinədə qeyd edilir ki, istehsal ili 2012-ci il, mühərriki işçi həcmi -1998, BAN- 5XXGR4A60DG155019, göy metalik rəngli **-ZP-*** dövlət nömrə nişanlı minik avtomobilinin qəzadan sonra dəyərinin 4515.2 manat azalması müəyyənlədirilir. İlkin 4000 manat avtomobilə çəkilən xərcə aiddir, 4515.2 manatı isə avtomobilin təmirdən sonra sırf vaxtı ilə vurulmuş (zədəli) kimi dəyərinin enməsi deməkdir. Burda sırf avtomobilin dəyərinin düşməsindən gedir. Göstərilənlərə əsasən İsmayıllı Rayon Məhəkəməsinin 18 dekabr 2024-cü il tаrixli, 2(037)-1150/2024 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddiaçıdan avtomobili alarkən onun qiymətini 31000 manata danışmışlar. O, iddiaçı ilə qarşılıqlı razılaşma əsasında ilkin ödəniş olaraq 4000 manat ödəmişdir. Qalan pulun hər ay 900 manat olmaqla 30 ay ərzində ödənilməsi barədə razılığa gəlmişlər. Avtomobilin idarə olunması üçün iddiaçı ona əvvəl 3 ay müddətinə, sonradan da 7 ay müddətinə etibarnamə vermişdir. O, iddiaçıya həm 4000 manat ilkin məbləği, həm də 3 ay 900 manatdan olmaqla 2700 manatı, cəmi 6700 manat ödəmişdir. Təmir xərcləri, təxminən, 1500 manat olardı. Belə olan halda hesab edir ki, o, iddiaçıya avtomobilin bazarda düşən qiymətini ödəməli deyildir. Apellyasiya şikayətinin təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tаrixli, 2(037)-1150/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

22. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və onun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçı və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi.

25. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 404. Müqavilənin təfsiri - 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. - 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. - 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. - 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. - 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.

29. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq - 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

30. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

31. Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

32. Maddə 568.2. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

33. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqısatqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

34. Maddə 569.2. Əgər alqı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər.

35. Maddə 571.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir.

36. Maddə 571.2. Yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alqı-satqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alqı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir.

37. Maddə 571.3. Əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riskinin malın birinci daşıyıcıya təhvil verildiyi andan alıcıya keçməsi barədə müqavilə şərti alıcının tələbi ilə məhkəmə tərəfindən o halda etibarsız sayıla bilər ki, müqavilənin bağlandığı anda satıcı əşyanın itirildiyini və ya zədələndiyini bilirdi və ya bilməli idi, lakin bu barədə alıcıya məlumat verməmişdir.

38. Maddə 573.1. Alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur.

39. Maddə 574.1. Əgər üçüncü şəxs alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsas üzrə alıcıya qarşı əşyanın geri alınması barədə iddia irəli sürərsə, alıcı satıcını işdə iştiraka cəlb etməyə, satıcı isə alıcının tərəfində bu işə daxil olmağa borcludur.

40. Maddə 574.2. Alıcının satıcını işdə iştiraka cəlb etməməsi satıcını alıcı qarşısında məsuliyyətdən azad edir, bu şərtlə ki, satıcı işdə iştirak etməklə satılmış əşyanın alıcıdan geri alınmasına yol verməyə biləcəyini sübuta yetirsin.

41. Maddə 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər.

42. Maddə 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.

43. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

44. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

45. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

46. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

47. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

48. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

49. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

50. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

56. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, İş materiallarında olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

57. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

58. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

59. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

60. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

61. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər

VI. Apellyasiya məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı X1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tаrixli, 2(037)-1150/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

64. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

65. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının xüsusi mülkiyyətində olan, 2012-ci il buraxılışlı "KİA Optima” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısı ilə bağlı tərəflər aralarında ilkin razılaşma olmuş, ilkin razılaşmaya əsasən cavabdeh avtomaşının alqı-satqısı üçün ilkin olaraq iddiaçıya 4000 manat ödəniş etmiş, qalan məbləği isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşmanı qəbul edərək cavabdehə etibarnamə vermişdir. Cavabdeh etibarnamə əsasında istifadəsində olan iddiaçıya məxsus 2012-ci il buraxılışlı, "KİA Optima” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə avtoqəza keçirmiş və avtomobilə maddi zərər dəymişdir. Avtomaşına dəymiş maddi zərər iddiaçı tərəfindən 4025 manat müəyyən edilmişdir. Hadisə nəticəsində Bakı şəhəri Nərimanov rayon X18 Şöbəsi tərəfindən cavabdeh barəsində xx.xx.2024-cü il tarixdə X14 Protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Cavabdehin iddiaçıya məxsus avtomaşının alğı-satqısı üçün ilkin olaraq 4000 manat ödənilməsi və həmin məbləğin avtomaşına dəymiş 4025 manat maddi ziyan məbləğindən çıxılması iddiaçının adından etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə elektron qaydad göndərilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən avtomaşının satış dəyərinin aşağı düşməsinin müəyyən edilməsi ilə bağlı “X13 və Ekspertiza Mərkəzi” MMC-yə müraciət edilmiş və qeyd olunan şirkət tərəfindən iddiaçıya təqdim edilən 21 noyabr 2024-cü il tarixli 189 nömrəli mütəxəssis rəyində istehsal ili 2012-ci il, mühərrikin işçi həcmi-1998, BAN- 5XXGR4A60DG155019, göy metalik rəngli, **-ZP-*** dövlət nömrə nişanlı minik avtomobilinin qəzadan sonra dəyərinin (22166.1-17650.9) 4515.2 manat azalması müəyyənləşdirilmişdir. İddiaçı cavabdehdən xüsusi mülkiyyətdə olan 2012-ci il buraxılışlı “KİA Optima” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin vuruğu olduğu üçün bazarda satış qiyməti normal satışdan 4515 manat aşağı düşdüyündən, cavabdehdən 4515 manat, sözügedən avtomobilə dəymiş ziyanla bağlı 25 manat, “X13 və Ekspertiza Mərkəzi” MMC-yə ödənilmiş 300 manat və məhkəməyə ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh 2012-ci il buraxılışlı “KİA Optima” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin onda olmadığını, avtomaşının alğı-satqısı üçün iddiaçıya ilkin olaraq 4000 manat məbləğində vəsait ödədiyini,qəzadan sonra avtomaşının ondan alındığını, qəza nəticəsində avtomaşına təxminən 1500 manat maddi ziyan dəydiyini, nə avtomaşının, nə də avtomaşına görə ödədiyi 4000 manat məbləğində pulun iddiaçı tərəfindən ona qaytarılmadığını, hazırda avtomaşına dəymiş ziyana görə iddiaçıya 25 manat borcu qaldığını, həmin məbləği sonuncuya ödəməyə razı olduğunu bildirmişdir.

66. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işlə bağlı mübahisələndirilməyən hallar ondan ibarətdir ki, ilkin iddia üzrə cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan X14 qərarla sübuta yetirildiyindən həmin hadisə nəticəsində iddiaçının avtomobilinə vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır.

67. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomaşına 4025 manat maddi ziyan dəyməsi, dəymiş maddi ziyan məbləğindən cavabdehin ödədiyi 4000 manat məbləği çıxıldıqdan sonra 25 manat dəymiş ziyan məbləği qalmasını tərəflər etiraf edirlər və həmin məbləğlə razılaşırlar. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi 25 manat maddi ziyan məbləğinin cavabdehdən tutulmasına dair hissədə təmin edilməlidir.

68. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən öz qənaətini belə əsaslandırmışdır ki, ...mübahisə predmeti olan avtomaşın hazırda iddiaçıda olmaqla, cavabdehin istifadəsində olmadığından və eyni zamanda avtomaşının alqı-satqısı üçün cavabdeh tərəfindən iddiaçıya ilkin olaraq 4000 manat məbləğində vəsait ödənilməsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd olunduğundan cavabdehin təqsiri üzündən avtomaşına dəymiş 4025 manat maddi ziyan məbləğinin 4000 manatı ödənildiyindən həmin maddi ziyan məbləğindən 4000 manatı çıxıldığından, qalan 25 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

69. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

70. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.

71. Digər tərəfdən tərəflər cavabdeh tərəfindən avtomobə dair alğı-satqı münasibətləri əsasında iddiaçıya ödəmiş olduğu 4000 manatı, avtomobilə dəymiş ziyan olaraq qəbul etmiş, cavabdeh də bu halla razılaşaraq 4025 manat ziyandan qalan, 25 manatı ödəyəcəyini bildirmişdir.

72. İşin müəyyən olunmuş hallarına görə hazırkı mübahisə üzrə iddiaçı 2012-ci il buraxılışlı “KİA Optima” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləğin 4000 manatını ödəmiş, qalan məbləği isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşmışdır.

73. Kollegiya qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd-mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır.

74. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

75. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi).

76. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

77. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır.

78. Qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllə, 337.1, 337.5-ci maddələr).

79. Araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər cavabdeh tərəfindən avtomobə dair alğı-satqı münasibətləri əsasında iddiaçıya ödəmiş olduğu 4000 manatı, avtomobilə dəymiş ziyan olaraq qəbul etmiş, cavabdeh də bu halla razılaşaraq 4025 manat ziyandan qalan, 25 manatı ödəyəcəyini bildirmişdir.

80. İşin müəyyən olunmuş hallarına görə hazırkı mübahisə üzrə iddiaçı 2012-ci il buraxılışlı “KİA Optima” minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləğin 4000 manatını ödəmiş, qalan məbləği isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşmışdır.

81. Cavabdehin sahiblik və istifadəsində olan avtomobil qəzaya uğradıqdan sonra, iddiaçı sözügedən avtomobili qəzalı vəziyyətdə ona dəymiş 4025 manat ziyan qarşılığında cavabdehin sahibliyindən götürmüş və bununla da iradə ifadəsini bəyan etmişdir. Əks təqdirdə hazırki tələb üzrə iddiaçı olan mülkiyyətçi alğı-satqı münasibətlərinə əsasən alıcıdan, yəni hazırki tələb üzrə avtomobili geri qaytarmaqla, razılaşdıqları hissə-hissə ödənişi cavabdehdən tələb etməkdə haqlı olardı. Lakin hazırda iddiaçı avtomobilin sahibliyini özündə saxlayaraq, eyni zamanda azalma dəyərini cavabdehdən tələb etməkdə haqlı deyildir.

82. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

83. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

84. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

85. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

86. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

87. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

88. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tаrixli, 2(037)-1150/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

89. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı X1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tаrixli, 2(037)-1150/2024 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar