Məhkəmə qərarları › İş №2(107)-329/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-329/2020

30.06.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-329/2020 30.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçılar - İddiaçı1, İddiaçı2, onların nümayəndəsi və vəkili x7; Cavabdeh - Cavabdeh nümayəndəsi və vəkili x4; Üçüncü şəxslər - x14 və Zərdab rayon Dəliquşçu bələdiyyəsinin nümayəndəsi (sədri) x1 iştirakı ilə Zərdab Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli, 2(035)-542/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə Şəki Аpelyаsiyа Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli, 2(035)-542/2019 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) ikin iddia təmin edilmiş, Zərdab rayonu Dəliquşçu kəndində yerləşən ilkin iddiaçılar İddiaçı1 və İddiaçı2 həyətyanı torpaq sahələrinin suvarılmasına görə nəzərdə tutulmuş su kanalından suvarma suyunun aparılması üçün gediş-gəlişə Cavabdeh tərəfindən törənən maneənin aradan qaldırılması, qarşılıqlı iddianın təmin edilməməsi, ilkin iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun onların özlərinə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Zərdab rayonu Dəliquşçu kəndində yerləşən həyətyanı torpaq sahələrinin suvarılmasına görə nəzərdə tutulmuş su kanalından suvarma suyunun aparılması üçün gediş-gəlişə törənən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehlərin onun şərəf və ləyaqətini alçaldaraq şəxsi və işgüzar nüfuzuna ciddi zərbə vurmaqla maddi və mənəvi ziyan vurduqlarına görə cavabdehlərdən maddi ziyana görə 500 manat, mənəvi ziyana görə 2500 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 3030 manat məbləğində təzminatın cavabdehlərdən alınaraq ona verilməsi və ondan üzr istəmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı1 ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında bildirmişdir ki, Zərdab rayonunun Dəli Quşçu kəndində özünə məxsus fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi vardır. Həyətyanı torpaq sahəsini suvarmaq üçün uzun illərdən bəri (ən azından 40 il olar) istifadə etdikləri su kanalı mövcuddur. Həmin su kanalından özü, qardaşları Nizami və Vidadi, cavabdehin özü və qardaşları Ayaz və Novruz, habelə digər kənd sakinləri suvarma suyu aparmaq üçün istifadə edirlər. Həmin su kanalının keçdiyi torpaq sahəsi onların heç birinin deyil, kənd bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Su kanalının ümumi uzunluğu təxminən 800 metrdir. Təxminən 6-7 ildir ki, Cavabdeh sözügedən su kanalının yaxınlığında özünə iki otaqlı fərdi yaşayış evi tikmiş və son zamanlar orada yaşamağa başlamışdır. Cavabdeh həmin evdə yaşamağa başladıqdan sonra onların sözügedən su kanalından istifadə etmələrinə maneçilik törətməyə başlamışdır. Belə ki, o, su kanalının üstündə daşdan və dəmir lövhədən ibarət olmaqla hasar, o cümlədən ayaqyolu tikmiş və bununla da onların suyu açmaq üçün sərbəst gedişgəlişinə imkan vermir. Nəticədə həyətdə əkmiş olduqları bağ və bostan əkinləri susuzluqdan məhv olmağa başlamış və həyətlərinə su apara bilmirlər. Dəfələrlə Cavabdeh bu qanunsuzluğa son qoymasını tələb etsələr də, heç bir nəticəsi olmamışdır. Ona görə də məcbur olub Zərdab rayon İcra Hakimiyyətinin rəhbərliyinə müraciət etməli olmuşlar. Onların müraciəti əsasında Zərdab RİHBA-nin hüquq şöbəsinin müdiri Xəzri Babayev, Zərdab RİHBA-nin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Namiz Rüstəmov, Zərdab RİHB-nin Dəliquşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elman Ağayev, x12 sədri Allahverdi Qəhrəmanov və özünün iştirakı ilə 28.06.2019-cu il tarixdə əraziyə baxış keçirilmiş və faktın təsdiq olunmasına dair Akt tərtib olunmuşdur. Komissiya tərəfindən əvvəlki yerindən 3-4 m kənarda yeni kanalın qazılması təmin edilərək, Cavabdeh həmin kanaldan onların istifadə etmələrinə maneçilik törətməməsi vəzifəsi izah edilsə də, o, qanunsuz əməlindən əl çəkməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qarşılıqlı iddiaya gəlincə hesab edir ki, qarşılıqlı iddia tamamilə əsassızdır. Belə ki, qarşılıqlı iddia onlara təzyiq vasitəsi kimi verilmişdir. Əslində Cavabdeh özü də yaxşı bilir ki, qarşılıqlı iddia əsassızdır. Çünki, nə özü, nə də ki, qardaşı Nizami Cavabdeh şərəf və ləyaqətini alçaldan heç bir hərəkətə yol verməmiş, nə də ki, hər hansı bir söz demişdir. Ona görə də ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı2 ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı isə qəbul etməyərək məzmunca İddiaçı1 izahatına uyğun izahat verərək, ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab rayonunun Dəli Quşçu kəndində ata yurdunda təxminən 6-7 il olar ki, özünə iki otaqlı fərdi yaşayış evi tikmiş və 2018-ci ilin noyabr ayından daimi olaraq orada yaşamağa başlamışdır. Tikdiyi evin yaxınlığından həyətyanı torpaq sahələrinin suvarılması üçün nəzərdə tutulan və uzun illərdən bəri (ən azından 40 il olar) istifadə olunan su kanalı mövcuddur. Həmin su kanalından əvvəllər ata-babaları, hazırda isə özü, qardaşları Ayaz və Novruz, ilkin iddiaçılar və onların qardaşları Vidadi suvarma suyu aparmaq üçün istifadə edirlər. Həmin su kanalının keçdiyi təxminən 130-150 m uzunluğunda torpaq sahəsi əvvəllər onun ata yurdu olmuş, hazırda isə ona məxsusdur. Atası sağlığında ilkin iddiaçılara öz torpaq sahəsindən keçən həmin su kanalından istifadə etməyə icazə vermişdir. Hazırda isə, o, özü orada ev tikmişdir. İlkin iddiaçılar həmin su kanalı ilə su apararkən, onun evini və həyətini su basır. Ona görə də ilkin iddiaçıların oradan su aparmasının əleyhinədir. Hərçənd ki, qarşılıqlı iddiaçılara onun həyətindən keçən 130-150 m hissədə boru vasitəsi ilə su aparmalarına etiraz etmir. Lakin, ilkin iddiaçılar buna razı deyillər. Doğrudur 28.06.2019- cu il tarixdə Zərdab RİHBA-nin hüquq şöbəsinin müdiri Xəzri Babayev, Zərdab RİHBA- nin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Namiz Rüstəmov, Zərdab RİHB-nin Dəliquşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elman Ağayev, x12 sədri Allahverdi Qəhrəmanov və qarşılıqlı iddiaçıların iştirakı ilə əraziyə baxış keçirilmiş və Akt tərtib olunmuşdur. Komissiya tərəfindən əvvəlki yerindən 3-4 metr kənardan yeni su kanalı qazılmış və ona qarşılıqlı iddiaçıların hamin kanaldan istifadə etmələrinə maneçilik törətməməsi izah edilmişdir. Lakin, o, komissiyanın mövqeyi ilə razılaşmır. İlkin iddiaçılar istəsələr digər istiqamətdən özlərinə su kanalı çəkə bilərlər. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, hazırda haqqında mübahisə qaldırılan su kanalının keçdiyi yer onun ata-babasına məxsus olmuş yerdir. Əvvəllər ilkin iddiaçılara oradan su aparmalarına razı olsa da, razı deyildir. Ona görə də ilkin iddianı əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin diqqətinə onu da çatdırır ki, ilkin iddiaçılar prinsipə onun həyətinə traktor salaraq sözügedən kanalı qazdırmışlar, bununla da onun şərəf və ləyaqətinin alçaltmışlar. Həmçinin onun ağaclarına ziyan yetirməklə ona maddi ziyan da vurmuşlar. Ona görə də məhkəmədən qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən Cavabdeh аpelyаsiyа şikayəti vermişdir. Аpelyаsiyа şikayətinin dəlilləri: Аpelyаsiyа şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, ilkin iddiaçılar olan İddiaçı1 və İddiaçı2 digər qardaşları ilə birlikdə həyətyanı sahələrinə və yaşayış evlərinə təqribən 20 metr məsafədə olan və həyətyanı torpaq sahələrinin suvarılması üçün nəzərdə tutulmuş su arxından deyil, qətnamədə də qeyd edildiyi kimi 800 m uzaqlıqda olan beton asma su kanalından uzun illərdir ki həyətyanı torpaq sahələrini sulayırlar. Həmin beton asma su kanalından qarşı tərəflərin evlərinə gedən su arxı vaxtılə razılıqla atası x10 məxsus olmuş 0.73 ha torpaq sahəsindən qazılmış və istifadə olunmuşdur. O, bir neçə il qabaq atasına məxsus olan həmin 0.73 ha torpaq sahəsinin beton asma su kanalına yaxın olan hissəsində yaşayış evi tikərək orada yaşamağa başlamışdır. Bəhs olunan 0.73 ha torpaq sahəsi atası rəhmətə gedəndən sonra vəsiyyətnaməyə əsasən qardaşı olan x5 adına keçmişdir. O, atasına, hal-hazırda isə qardaşı Ayaz Bayramova məxsus olan torpaqda ev tikdirib son illərdə orada yaşamağa başladıqdan sonra, ilkin iddiaçıların teztez istədikləri və uyğunsuz vaxtlarda yaşadığı evin həyətinə girərək ailəsini və onu narahat etməyə başlamış və eyni zamanda mübahisəli su arxı yaşadığı evin yanında yerləşdiyi üçün tez-tez evini su basaraq nəmişlik yaratmışdır. Tərəfindən bu halla bağlı onlara evlərinə yaxın olan su arxı vasitəsilə həyətlərini suvarmalarını və artıq torpağın bu hissəsində ailə olaraq yaşadıqları üçün bu kanaldan istifadə etməmələri bildirilsə də, qarşı tərəf heç bir əhəmiyyət verməyərək, daha da inadla qəsdən həyətinə yerli-yersiz girərək onu hövsələdən çıxartmağa davam edirlər. Bu məsələ ilə bağlı dəfələrlə aralarında münaqişələr baş vermiş və tərəfindən bir cox qurumlara müraciət olunmuşdur. İlkin iddiaçıların ümumiyyətlə hal- hazırda mübahisəli kanal vasitəsilə su götürdükləri asma beton kanaldan həyətyanı torpaq sahələrini suvarmaq hüquqları yoxdur. Həyətyanı torpaq sahələrinin suvarılması üçün nəzərdə tutulmuş və kənd bələdiyyəsində mövcud olan sxemdə göstərilmiş su kanalı onların evlərinin qarşısında olmaqla 20 metrlik məsafədədir. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli, 2(035)-542/2019 saylı qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasınnın protokol qərardadı ilə x14 və Zərdab rayon Dəliquşçu bələdiyyəsinin üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili x11 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli, 2(035)-542/2019 saylı qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, onların nümayəndəsi və vəkili x15 аpelyаsiyа şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli, 2(035)- 542/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs x14 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçılar öz həyətyanı torpaq sahələrini, mənbəyini cаvаbdehin evinin yaxınlığından keçən el arasında beton asma su kanalı deyilən LRN-120 kanalından dəlik açmaqla götürdükləri və 100 metr hissəsi cаvаbdehin həyətindən keçən, 700 metr hissəsi kəndarası yoldan keçən su arxı ilə suvаrırlаr. Həmin mübahisəli su arxının mənbəyi, yəni qeyd etdiyimiz dəlik müvafiq qanunvericiliyin tələbini pozmaqla açılmış, eyni zamanda, Mübahisəli su arxının müəyyən hissəsi dövlət əhəmiyyətli qurğu olan kollektorun 1,5 metr məsafəsindən keçir. Onla həmişə suyun cаvаbdeh məxsus evin həyətindən keçirilməsinə etirаz etmişlər, iddiаçılаr isə hər dəfə bildirmişlər ki, məsələni yоlunа qоyаcаqlаr. Həmin su аrxındаn iddiаçılаrdаn əlаvə bаşqа 6-7 аilə də tоrpаqlаrının suvаrılmаsı üçün istifаdə edirlər. Su аrxının bir hissəsi cаvаbdehin həyətindən keçir. İşin fаktiki hаllаrınа uyğun qаnuni qətnаmə qəbul оlunmаsını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Zərdab rayon Dəliquşçu bələdiyyəsinin nümayəndəsi (sədri) x2 göstərdi ki, tərəflərin mübаhisələndirdiyi ərаzi, yəni cаvаbdehə məxsus evin yerləşdiyi tоrpаq sаhəsi və su аrxının keçdiyi, eyni zаmаndа kоllektоrun yerləşdiyi ərаzi Zərdаb rаyоnunun Dəliquşçu bələdiyyəsinə məxsusdur. Bir hаldа ki, tоrpаq sаhəsi bələdiyyə mülkiyyətidir hesаb edir ki, mübаhisələndirilən tоrpаq sаhəsinə dаir hər-hаnsı bir tələb irəli sürməyə tərəflərin heç birinin hüququ yоxdur. Lаkin qeyd edir ki, mübаhisə predmeti оlаn ərаzidən su аrxı keçməlidir, çünki həmin su аrxındаn iddiаçılаrdаn əlаvə həmin kənddə yаşаyаn bаşqа 6-7 аilə də tоrpаqlаrının suvаrılmаsı üçün istifаdə edirlər. Əlavə olaraq bildirir ki, su аrxı həmin ərаzidə keçmişdən оlub, yəni uzun illərdir ki, kənd sаkinləri həmin su аrxındаn tоrpаqlаrını suvаrırlаr. Su аrxının keçdiyi ərаzi, yəni həmin tоrpаq sаhəsi bütünlüklə bələdiyyə mülkiyyətidir. Cavabdeh bələdiyyə torpağında qanunsuz olaraq yaşayış evi tikmişdir. Cаvаbdeh həmin kəndin sаkini оlduğu üçün bələdiyyəyə məxsus tоrpаq sаhəsində оnun ev tikməsinə etirаz etməmişlər. Su аrxının keçdiyi ərаzi, yəni həmin tоrpаq sаhəsi bütünlüklə bələdiyyə mülkiyyətidir. Su аrxı əvvəllər cаvаbdehə məxsus evin аrxаsı ilə keçirdi, hаzırdа isə suyun аxаrı dəyişilib. Su аrxının keçdiyi yer cаvаbdehin yeni inşа etdirdiyi evə yаxın оlduğu üçün məsələnin həlli yоlu kimi yа cаvаbdehə məxsus həmin ərаzidəki ev sökülməli idi, yа dа su аrxının аxаrı dəyişdirilməli idi. Belə qərаrа gəliblər ki, cаvаbdehin evi sökülməsin, əksinə su аrxının аxаrı dəyişdirilsin. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, аpelyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, аpelyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya аpelyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, аpelyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və x6 HaqqındaKonvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, аpelyаsiyа şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Zərdab rayonu Dəliquşçu kəndində Zərdab RİHBA-nin hüquq şöbəsinin müdiri Xəzri Babayev, Zərdab RİHBA-nin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Namiz Rüstəmov, Zərdab RİHB-nin Dəliquşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elman Ağayev, x12 sədri Allahverdi Qəhrəmanov, şikayətçi İddiaçı1 iştirakı ilə 28.06.2019-cu il tarixdə tərtib edilmiş Aktdan görünür ki, həqiqətən də Cavabdeh tərəfindən su kanalının zəbt edilərək suvarmaya maneçilik törədilməsi, eyni zamanda tikinti işlərinin aparılması müəyyən edilmişdir. Baxış zamanı Cavabdeh uzun illərdən bəri əhalinin istifadəsində olan su kanalından istifadəyə maneçilik törətməməsi və tikililərin sökülməsi tövsüyyə olunmuşdur. Eyni zamanda ərazidə olarkən suvarma kanalının qazılması (komissiya tərəfindən) təmin edilmişdir. Buna baxmayaraq Cavabdeh tərəfindən suvarma suyunun aparılmasına və gediş-gəlişə maneçilik aradan qalxmamışdır. İş materiallarına əlavə edilmiş Zərdab rayonu Dəli Quşçu bələdiyyəsi tərəfindən verilmiş 20.08.2019-cu il tarixli məktubun məzmunundan görünür ki, haqqında mübahisə qaldırılan su arxı kənd sakinlərinin həyətyanı sahələrinin suvarılması üçün nəzərdə tutulmuşdur. Su arxının keçdiyi ərazi x12 mülkiyyətində olan torpaq sahəsidir. Bələdiyyə həmin yerdən su arxının keçməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş birinci instansiya məhkəməsinin yerli baxış protokolundan görünür ki, haqqında mübahisə qaldırılan su kanalının ümumi uzunluğu təxminən 800 m-dir. Su kanalının bir hissəsi Cavabdeh tərəfindən təzə tikilmiş evin və həyətyanı sahənin kənarından keçir. Ərazidə uzun illərdən bəri mövcud olan eni və dərinliyi təxminən 30 sm olan su arxı vardır. Köhnədən mövcud olan su arxından təxminən 3-4 m aralıdan Cavabdeh məxsus evdən uzaqlaşmaqla eni və dərinliyi təxminən 01 m olan yeni su arxı qazılmışdır. Su arxının Cavabdeh həyətinə girişdə olan hissəsinin üzərində daşdan və dəmir lövhədən ibarət olmaqla hasar, o cümlədən ayaqyolu tikilmişdir. Cavabdeh həmin hasar, o cümlədən ayaqyolunun onun tərəfindən tikildiyini bildirmişdir. Su arxının açılıb-bağlanması üçün sərbəst gediş-gəliş məhdudlaşdırılmışdır. İş üzrə qanuni və obyektiv qərar qəbul edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyаsının 21 yanvar 2020-ci il tarixli, 2(107)-329/2020 saylı qərardadı ilə mübahisəli ərazidə olan su kanalının keçdiyi ərazinin kimin (bələdiyyə və ya xüsusi) mülkiyyətində olduğunun müəyyən edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq rəyinin alınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 mart 2020-ci il tarixli rəyindən görünür ki: - Zərdab rayonu Dəliquşçu kənd sakinləri Cavabdeh və ya onun qardaşı x5 (onların atası x8) faktiki istifadə etdikləri torpaq sahəsi ilə onların mülkiyyətinə verilmiş JN-165 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən torpaq sahəsinin cizgisi arasında konfiqurasiya fərqi olduğundan mübahisəli su bərəsinin keçdiyi torpaq sahəsinin mülkiyyət növünün müəyyən etmək mümkün olmadı. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərinə verilmiş torpaq sahələrinə aid heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. - x5 mülkiyyətində olan həyətyanı torpaq sahəsinin ölçüləri ilə onun və qardaşı Cavabdeh faktiki istifadə etdikləri torpaq sahəsinin ölçüləri eyni deyildir və rəyə əlavə olunmuş sxemdə öz əksini tapmışdır. - Cavabdeh inşa etdiyi ev və yardımçı tikililərin yerləşdiyi torpaq sahəsi ilə Cavabdeh və x5 mülkiyyətlərinə verilmiş iş materiallarında təqdim edilən JN-165 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən torpaq sahəsinin cizgisi ilə konfiqurasiya fərqi mövcud olduğundan həmin tikililərin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növünü müəyyən etmək mümkün olmadı. - Cavabdeh inşa etdiyi yardımçı tikili və hasar kəndarası sutoplayıcı kollektorun mühafizə zolağına düşüb-düşməməsini müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. İş materiallarına əlavə edilmiş məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Meliorasiya və Su təsərrüfatı x13 Mil Qarabağ və x9 İstismarı İdarəsinin məktubundan görünür ki, Dəliquşçu kəndinin içindən keçən zinəkeş arxı idarənin balansında deyil. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mübahisə qaldırılan su kanalı uzun illardən bəri mövcud olmuş və ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Su kanalının keçdiyi torpaq sahəsi tərəflərin heç birinin mülkiyyətində deyildir. Həmin torpaq sahəsi Zərdab rayonu Dəli Quşçu kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Su kanalından hazırda Namizəd, Nizami və Vidadi Bayramov qardaşları, o cümlədən Rahib, Ayaz və Novruz Bayramov qardaşları suvarma suyu aparmaq üçün istifadə edirlər. Zərdab rayonu Dəli Quşçu kənd bələdiyyəsi mülkiyyətində olan həmin yerdən su arxının keçməsini məqsədəuyğun hesab edir. Su kanalının ümumi uzunluğu təxminən 800 m-dir. Cavabdeh sonradan təxminən 6-7 il öncə həmin su kanalının yaxınlığında bələdiyyə mülkiyyətində olan torpaq sahəsində (Cavabdeh həmin torpaq sahəsinin özünün və ya qardaşlarının mülkiyyətində olmasına dair sübutları təqdim edə bilməmişdir) özünə iki otaqlı fərdi yaşayış evi tikmiş və 2018-ci ilin noyabr ayından daimi olaraq orada yaşayır. Su kanalı Cavabdeh tərəfindən ev tikilməmişdən əvvəl mövcud olmuşdur. İlkin iddiaçıların müraciəti əsasında əraziyə baxış keçirən Zərdab Rayon İcra Hakimiyyətinin göndərdiyi nümayəndələr və bələdiyyənin sədri tərəfindən köhnədən mövcud olan su arxından təxminən 3-4 m aralıdan (Cavabdeh məxsus qanunsuz tikdiyi evdən uzaqlaşdirılmaqla) eni və dərinliyi təxminən 01 m olan yeni su arxı qazılmışdır. Sözügedən su arxının Cavabdeh həyətinə girişdə olan hissəsinin üzərində Cavabdeh tərəfindən daşdan və dəmir lövhədən ibarət olmaqla hasar, o cümlədən ayaqyolu tikilmişdir. Nəticə etibarı ilə su arxının açılıb- bağlanması üçün ilkin iddiaçıların sərbəst gediş-gəliş imkanı məhdudlaşdırılmışdır. Bununla da ilkin iddiaçıların sözügedən su arxından istifadəsinə qarşılıqlı iddiaçı tərəfindən maneçilik törədilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəlləni 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. İşin yuxarıda müəyyən edilən hallarına və sadalanan qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, sözügedən su kanalı keçdiyi torpaq sahəsi tərəflərdən heç birinin mülkiyyətində deyildir və bələdiyyənin mülkiyyətinə aid olmaqla ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Bələdiyyə həmin torpaq sahəsindən sözügedən su kanalının keçməsinə etiraz etməmişdir. Digər tərəfdən, mülki iş materiallarına əlavə olunmuş JN-88A (KOD 90506018) Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətində 0.49 ha həyətyanı torpaq sahəsi və JN-89A (KOD 90506018) Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətində isə 0.19 ha həyətyanı torpaq sahəsi vardır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflərin hər ikisi həmin su kanalından bərabər şəkildə istifadə etmək hüququna malikdir və qarşılıqlı iddiaçı ilkin iddiaçıların sözügedən su kanalından istifadə etmələrinə maneçilik törətməkdə haqlı deyildir. Bu həm də ondan irəli gəlir ki, cavabdehin inşa etdiyi ev bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir və su arxının axarının yerinin dəyişdirilməsinə səbəb də cavabdehin özbaşına tikinti (yaşayış evi) tikməsi olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, mübahisə predmeti olan su arxı dövlət əhəmiyyətli hidrotexniki qurğu deyil, yerli əhəmiyyətlidir. Tərəflər arasında mübahisə də həmin yerli əhəmiyyətli arxdan həyətyanı torpaq sahələrinin suvarılması üstündə baş vemişdir. Cavabdeh uzun illər (cavabdehin özünün də etiraf etdiyi kimi 40 ildən çox) mövcud olmuş su arxından iddiaçıların və digər şəxslərin istifadəsinə maneçilik törətməklə onların hüquqlarını pozur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikası Su Məcəlləsinin 13-cü maddəsində göstərilmişdir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən yerli əhəmiyyətli su obyektləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətində olan su obyektləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ümumi istifadəyə, fiziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə, habelə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Bələdiyyə mülkiyyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini qanunvericiliklə onlara verilmiş səlahiyyətlər daxilində bələdiyyələr həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Cavabdeh ilkin iddianı qəbul etməməsi və qarşılıqlı iddianı müdafiə etməsi barədə birnci instansiya məhkəməsində vermiş olduğu izahatdan başqa məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh qarşılıqlı iddiada “ilkin iddiaçıların prinsipə onun həyətinə traktor salaraq sözügedən kanalı qazdırmaqla onun şərəf və ləyaqətinin alçaltdıqlarını, həmçinin onun ağaclarına ziyan yetirməklə ona maddi ziyan vurduqlarını iddia etsə də, iddiasını lazımınca əsaslandıra bilməmiş, bu barədə məhkəmələrə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Traktorun salınaraq su kanalının qazıldığı sahə bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Traktor sahəyə iddiaçılar tərəfindən deyil, onların suvarma suyu ilə təmin olunmaları barədə müraciətləri əsasında buna səlahiyyəti çatan yerli icra hakimiyyəti orqanları və yerli özünü idarə orqanları tərəfindən salınaraq su kanalının qazılması təmin edilmişdir. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası аpelyаsiyа şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, аpelyаsiyа qaydasında işə baxılarkən cavabdeh, məhkəmə kollegiyasına heç bir sübut növü təqdim etməmiş və аpelyаsiyа şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Аpelyаsiyа şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən аpelyаsiyа instansiyası məhkəməsi qətnaməni dəyişmədən, аpelyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, аpelyаsiyа şikayəti təmin edilməməli və iş üzrə Zərdab Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli, 2(035)-542/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan torpaq sahələrinin inventarlaşdırılması ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 554 manat məbləğində pulun 277 manatı müştərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2, 277 manatı Cavabdeh tutulmalı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (KOD: 200071, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N: AZ23AİİB********************) hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli, 2(035)-542/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan torpaq sahələrinin inventarlaşdırılması ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 554 manat məbləğində pulun 277 manatı müştərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2, 277 manatı Cavabdeh tutulsun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (KOD: 200071, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N: AZ23AİİB********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Аpelyаsiyа Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar