Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-33/2025 04.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı5, İddiaçı1 Bahəddin oğlunun, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “süni maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “süni maneələrin aradan qaldırılması” tələbi, qismən ləğv) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçılar İddiaçı5, İddiaçı1 Bahəddin oğlunun, İddiaçı2, Cavabdeh nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə4 iştirakları ilə, İddiaçılar İddiaçı5, İddiaçı1 Bahəddin oğlunun, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “süni maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(025)-78/2023 saylı qətnaməsindən İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçılar İddiaçı5, İddiaçı1 Bahəddin oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “süni maneələrin aradan qaldırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən sözügedən artezian qurğusundan istifadəyə süni maneələrin aradan qaldırılması, həmçinin gediş-gəliş yolundan artezian quyusu istiqamətində yol açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1980-ci illərin əvvəllərində Qəbələ rayonunun Vəndam qəsəbəsində təsərrüfat forması kimi mövcud olan Miçurin adına kolxozun (sonradan İ.Qayıbov adına təsərrüfat) sifarişi ilə kolxozun 10 saylı briqadasının ərazisində sakinləri içməli su ilə təmin etmək məqsədilə kənarları çəpərlənmiş kolxoza məxsus torpaq sahəsində artezian quyusu qazılaraq istifadəyə verilmişdir. Sonradan həmin artezian quyusunun yaxınlığında artezianla birgə vahid çəpər altında olan torpaq sahəsində qəsəbə sakini Cavabdeh 0,10 ha həyətyanı torpaq sahəsi alaraq yaşayış evi tikdirdikdən sonra sakinlərin içməli suya olan tələbatında ciddi problemlər yaranmışdır. O, artezian qurğusunun yerləşdiyi (qurğu artezian quyusu, metal dayaqlar üzərində yerləşən 16 tonluq su çəni və ancaq artezian nasosunu elektrik enerjisi ilə təmin etmək üçün nəzərdə tutulmuş 3 fazalı transformatordan ibarətdir) torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını əsas gətirməklə sakinlərin artezian quyusunun yerləşdiyi torpaq sahəsinə girişinə və artezian suyundan istifadə etməsinə mane olmağa başlamışdır. Yaranmış mübahisənin nəticəsi olaraq artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin kimə məxsus olmasını müəyyənləşdirmək üçün tərəflərindən Vəndam bələdiyyəsinə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müracit olunmuşdur. Müraciətləri ilə əlaqədar qəsəbə bələdiyyəsinin sədri, qəsəbə bələdiyyəsinin üzvü və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi səbəbində Dövlət Yerquruluşu Layihə İnstitutundan həmin torpaq sahəsinin Vəndam bələdiyyəsinə məxsus olduğu barədə cavab məktubu verilmişdir. Onlar sakinlər düşünürlər ki, mübahisəli məsələ qanunauyğun şəkildə öz həllini tapmışdır. 2021-ci ilin sentyabr ayında Cavabdeh və onu ailə üzvləri ilə artezian suyundan istifadə ilə bağlı yenidən mübahisə yaranmış, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli seriya MH ******* saylı Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətini Vəndam bələdiyyəsinə təqdim etməklə sözügedən artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını iddia edərək həmin torpaq sahəsinə girişə və artezian suyundan istifadəyə heç kimə imkan verməyəcəyini, hər hansı şəxsin həmin torpaq sahəsinə girəcəyi təqdirdə qan salacaqlarını bildirmişdir. Bu zaman ona Azər adlı oğlu və həyat yoldaşı da dəstək vermişdir. Onlar sudan istifadə etmək istəyən təxminən əlli nəfər ailə başçısını hədələmiş, nalayiq sözlərlə təhqir etmişlər. Onların qanunsuz əməlləri barədə dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etməklə məlumat verilmiş, sonradan isə Qəbələ rayon Polis İdarəsinə rəsmi müraciətlər olunmuşdur. Vəndam bələdiyyə sədri və Qəbələ rayon Polis şöbəsi əməkdaşlarının müdaxiləsindən sonra sudan istifadə bərpa olunsa da, bu müvəqqəti olmuşdur. Belə ki, Cavabdeh və Azər adlı oğlu ayrı-ayrı vaxtlarda və dəfələrlə sakinlər tərəfindən öz vəsaitləri ilə alınmış və artezian quyusuna salınmış monofaza nasosun birləşdiricilərini, elektrik xəttini, plastik borularını qırmış, sakinlərə sudan istifadəyə imkan verməyəcəklərini, hətta sözügedən torpaq sahəsinə keçəcəkləri təqdirdə sakinlərə real şəkildə xəsarət yetirəcəklərini bildirmişlər. Sakinlərin, yəni sudan istifadəçilərin həmin sahəyə girişinin qarşısını almaq üçün əvvəllər mövcud olmuş çəpər əvəzinə bir tərəfi yol olan artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin kənarını təxminən iki metr hündürlükdə əhəng daşı ilə hördürmüşdür. Artezian nasosunu elektrik enerjisi ilə təmin edən 3 fazalı transformator Cavabdeh tərəfindən yararsız vəziyyətə salınaraq gediş-gəliş yoluna atılmış, 3 fazalı nasos, təxminən 90 (doxsan) metr uzunluğunda 0,90 sm metal boru və təxminən 300 metr uzunluğunda xüsusi təyinatlı elektrik kabeli artezian quyusundan çıxarılmışdır, hazırda sadalanan detalların yeri barədə hər hansı məlumatları yoxdur. 21 sentyabr 2021-ci il tarixdə Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2007-ci il tarixli seriyaMH ******* saylı çıxarışa əsasən sözügedən torpaq sahəsinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsi əməkdaşlarının iştirakı ilə yenidən ölçülərək artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin Cavabdeh mülkiyyətində olub-olmamasının bir daha aydınlaşdırılması, onun mülkiyyətində olduğu təqdirdə isə Vəndam bələdiyyəsinin mülkiyyətində olmalı və ümumi istifadədə olan sözügedən torpaq sahəsinin kimlər tərəfindən, nə vaxt və hansı əsasıa Cavabdeh mülkiyyətinə verilməsinə aydınlıq gətirilməsi, həmin ərazidə vahid çəpər altında olan yuxarıdakı çıxarışda göstərilən 0,42 ha torpaq sahəsindən başqa bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin olub-olmamasının dəqiqləşdirilməsi və həmin torpaq sahəsinin sakinlərin ehtiyacı üçün məhkəmə orqanları vasitəsi ilə geri alınması və bələdiyyə mülkiyyətinə qaytarılması məqsədilə gələcəkdə iddiaçı qismində çıxış etməsi üçün Vəndam bələdiyyəsinə, həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə kollektiv müraciətlər olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinin Vəndam bələdiyyəsinə xx.xx.2021-ci il tarixli **********04 saylı cavab məktubunda sözügedən torpaq sahəsində çöl ölçmə işləri aparıldığı, çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatların kameral şəraitdə Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına istinad edilərək araşdırılması nəticəsində Vəndam qəsəbəsində yerləşən sözügedən artezian qurğusu, su çəni və transformatorun Vəndam qəsəbə sakini Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi göstərilmişdir. Eyni zamanda sözügedən torpaq sahəsinin Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə verildiyi və həmin torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib olunduğu, xx.xx.2007-ci il tarixində mövcud qanunvericiliyin tələbinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyesrtrində qeydiyyata alındığı qeyd olunmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş yuxarıda qeyd olunmuş çıxarış verilərkən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələbləri pozulduğundan, həmçinin İsmət Qayıbov adına təsərrüfat tərəfindən sözügedən artezian qurğusunun Vəndam bələdiyyəsinə aktla təhvil verildiyindən, ümumi istifadədə olan torpaq sahəsinin qanunsuz olaraq şəxsi mülkiyyətə verildiyindən və sakinlərin sudan istifadə hüquqlarının pozulması və qanuni mənafelərinə xələl yetirilməsi səbəbindən sözügedən artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin Vəndam bələdiyyəsinə qaytarılması üçün tərəflərindən və Vəndam bələdiyyəsi tərəfindən Şəki İnzibati Məhkəməsinə iddia ərizələri ilə müraciət olunmuşdur. Sözügedən artezian quyusu, su çəni və transformatorun yerləşdiyi torpaq sahəsi üç tərəfdən Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə, bir tərəfdən isə ümumi istifadədə olan gediş-gəliş yolu ilə həmsərhəddir, artezian quyusu gediş-gəliş yoluna təxminən 10 metr məsafədə yerləşir. Artezian quyusunun, quyuda olan elektrik nasosunun, boruların təmiri üçün artezian quyusuna doğru gediş-gəliş yolu istiqamətindən yol açılmalı, artezian suyundan istifadəyə süni maneələr aradan qaldırılmalıdır. Ümumi istifadədə olan artezian qurğusundan istifadəyə süni maneələr yaradılması səbəbindən, sözügedən artezian suyundan istifadə ilə bağlı hüquqları pozulduğundan hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər.
3. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçılar Qəbələ rayonu Vəndam bələdiyyəsinin mülkiyyətində olan artezian qurğusunun cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini, həmin artezian qurğusundan istifadəyə cavabdeh tərəfindən törədilən süni maneələrin aradan qaldırılmasını, həmçinin gediş-gəliş yolundan artezian quyusu istiqamətində yol açılmasını tələb edirlər. Cavabdeh isə sözügedən artezian qurğusunun onun mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini, iddiaçıların onun mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneəçilik törətdiyini, artezian quyusu, su çəni və transfomatorın onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılaraq bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə keçirilməsini tələb edir. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddia ərizəsində göstərilən xüsusatlara, o cümlədən artezian quyusu, su çəni və transfomatorın yerləşdiyi ərazinin Cavabdeh mülkiyyətinə verilmiş 0,42 ha torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsi məsələsinin araşdırılması məqsədi ilə mülki işə mütəxəssis cəlb edilmiş və mütəxəssislərin iştirakı ilə sözü gedən əraziyə baxış keçirilmişdir. Beləliklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 06 mart 2023-cü il tarixli, 3-21-3- 42/2-1043/2023 nömrəli məktubunda göstərilmişdir ki, Qəbələ Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-78/2023 saylı məktubuna əsasən iddiaçılar İddiaçı5, İddiaçı1 Bahəddin oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı "süni maneələrin aradan qaldırılması" tələbinə dair mülki iş üzrə müraciətə Əmlak Məsələləri Dövlət xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsində baxılmışdır. Mülki işin araşdırılması məqsədi ilə iddiada qeyd edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2007-ci il tarixli, seriya MH 0004205, ********* qeydiyyat nömrəli çıxarışa əlavə edilmiş 940 inventar nömrəli texniki pasportda qeyd edilmiş, Cavabdeh mülkiyyətində olan 0,42 hektar torpaq sahəsinin sənəd üzrə göstərilmiş cizgisi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə sənəddə qeyd edilmiş cizgisi arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün deyildir. Eyni zamanda iddiaçıların vəsatəti əsasında artezian quyusu, su çəni və transfomatorın yerləşdiyi ərazinin Cavabdeh mülkiyyətinə verilmiş 0,42 ha torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsi məsələsinin araşdırılması məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanladığı 17 avqust 2023-cü il tarixli, 10/3251 nömrəli məktubunda göstərilmişdir ki, qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatlarının və mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə 12 may 2023-cü il tarixli vəsatət göndərilmişdir. Vəsatətə cavab olaraq Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubunda ƏMDX-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin iş materiallarında mövcud olduğu qeyd olunmuşdur. Bununla əlaqədar olaraq qeyd olunur ki, ƏMDX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qərardadda ekspert qarşısında qoyulmuş suallara münasibət bildirilməmişdir. Göstərilənləri nəzərə alaraq, ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. Göründüyü kimi məhkəmə tərəfindən artezian quyusu, su çəni və transfomatorın yerləşdiyi ərazinin Cavabdeh mülkiyyətinə verilmiş 0,42 ha torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsi məsələsinin araşdırılması məqsədi ilə məhkəmə tərəfindən kifayət qədər araşdırılma aparılmış, lakin mütəxəssis rəyi və ekspert rəyi almaq mümkün olmadığından artezian quyusu, su çəni və transfomatorın yerləşdiyi ərazinin kimin mülkiyyətində olması müəyyənləşdirilməmişdir. İddiaçılar iddia ərizəsində artezian quyusu, su çəni və transfomatorın əvvəllər Qəbələ rayonu Vəndam bələdiyyəsinin mülkiyyətində olmasını, hazırkı halda isə Cavabdeh mülkiyyətində olmasını qeyd etsələr də, işin araşdırılmış halları ilə iddiaçıların iddia etdikləri sübuta yetirilməmişdir. Yəni hazırkı halda artezian quyusu, su çəni və transfomatorın yerləşdiyi ərazinin bələdiyyənin yoxsa cavabdehin mülkiyyətində olması müəyyən edilmir. Artezian quyusu, su çəni və transfomatorın yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olması ehtimalı mövcuddur ki, iddiaçıların iddiası təmin olunacağı təqdirdə cavabdehin mülkiyyət hüquqları pozulacaqdır. Belə ki, mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Göründüyü kimi mülkiyyət hüquqları pozulmazdır və hazırkı halda iddiaçıların artezian quyusu, su çəni və transfomatorın yerləşdiyi əraziyə keçməsi üçün yol yerinin açılması cavabdehin mülkiyyət hüquqlarının pozulması ilə nəticələ bilər. Məhkəmə qeyd etmişdir ki, artezian quyusu, su çəni və transfomatorın bələdiyyənin yoxsa cavabdehin mülkiyyətində olması müəyyən edilmədiyinə görə iddiaçının açılmasını tələb etdiyi su yolunun cavabdehin torpaq sahəsinin hüdudları daxilində olmasını müəyyən etmək mümkün deyildir. Həmçinin iddiaçıların açılmasını tələb etdikləri su yolunun cavabdehin mülkiyyətində olması istisna edilmir ki, bu halda da cavabdehin mülkiyyət hüquqları pozulacaqdır. Qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Lakin iddiaçılariddia tələblərinin əsaslarını sübuta yetirə bilməmişlər. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Mülki Məcəllənin sözügedən maddələrinin dispozisiyasından göründüyü kimi həmin maddələrin hazırki işə tətbiq edilməsi üçün suyun təbii axımının qonşunun ziyanına dəyişdirilməlidir. Hazırkı iş üzrə isə bu hallar müəyyən edilmir. Hazırkı iş üzrə cavabdeh artezian quyusu, su çəni və transfomatorın onun mülkiyyətində olmasını, mülkiyyətində olan torpaq sahəsinə digər şəxslərin girişinin qadağan edilməsi üçün mülkiyyətinə girməsinə qadağan edilməsini əsas götürür. Bu baxımdan hazırkı iddia tələbi üzrə Mülki Məcəllənin 170.2-ci və 170.3-cü maddələri tətbiq edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 255.4-cü maddəsinə əsasən isə Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Mülki Məcəllənin 175.1-ci və 255.4-cü maddələrinə əsasən məhkəmə iddiaçılara izah edir ki, servitut hüququndan istifadə etməklə gələcəkdə cavabdehə qarşı iddia qaldıra bilərlər. Hazırkı iş üzrə iddiaçılar iddia tələblərində servitut hüququ ilə bağlı tələb qoymadıqlarından məhkəmə həmin məsələyə münasibət bildirə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. Beləliklə, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin mənasına görə, məhkəmələr qanunla nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla, əsas və qarşılıqlı iddianın predmetinə aid olmayan halları və faktları araşdıra və qətnamədə bunlara hüquqi qiymət verə bilməzlər. Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən normalarını ümumiləşdirərək bir daha qeyd etmək lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, iddiaçılar iddia tələblərinin hüquqi əsaslarını əsaslandırma bilməmiş və bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər.Hazırkı iş üzrə sübutetmə yükü iddiaçıların üzərinə düşsə də onlar, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişlər. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, mütəxəssis rəyinə və ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçılar İddiaçı5, İddiaçı1 Bahəddin oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “artezian qurğusundan istifadəyə süni maneələrin aradan qaldırılması, həmçinin gediş-gəliş yolundan artezian quyusu istiqamətində yol açılması” tələbinə dair iddiası təmin edilməməlidir.
4. Qəbələ Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(025)-78/2023 qətnaməsi ilə (hakim Abbas Əliyev) iddiaçılar İddiaçı5, İddiaçı1 Bahəddin oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “artezian qurğusundan istifadəyə süni maneələrin aradan qaldırılması, həmçinin gediş-gəliş yolundan artezian quyusu istiqamətində yol açılması” tələbinə dair iddialarının təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli Seriya MH ******* saylı «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam kəndində mülkiyyətində olan 0,42 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35,7 kv.m yaşayış, 17,64 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 06 mart 2023-cü il tarixli, 3-21-3- 42/2-1043/2023 nömrəli məktubundan görünür ki, Qəbələ Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-78/2023 saylı məktubuna əsasən iddiaçılar İddiaçı5, İddiaçı1 Bahəddin oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı "süni maneələrin aradan qaldırılması" tələbinə dair mülki iş üzrə müraciətə Əmlak Məsələləri Dövlət xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsində baxılmışdır. Mülki işin araşdırılması məqsədi ilə iddiada qeyd edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2007-ci il tarixli, seriya MH 0004205, ********* qeydiyyat nömrəli çıxarışa əlavə edilmiş 940 inventar nömrəli texniki pasportda qeyd edilmiş, Cavabdeh mülkiyyətində olan 0,42 hektar torpaq sahəsinin sənəd üzrə göstərilmiş cizgisi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə sənəddə qeyd edilmiş cizgisi arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanladığı 17 avqust 2023-cü il tarixli, 10/3251 nömrəli məktubunda göstərilmişdir ki, 2(025)-78/2023 №-li mülki iş üzrə tərəflərindən xx.xx.2023cü il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatlarının və mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə 12 may 2023-cü il tarixli vəsatət göndərilmişdir. Vəsatətə cavab olaraq Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubunda ƏMDX-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin iş materiallarında mövcud olduğu qeyd olunmuşdur. Bununla əlaqədar olaraq qeyd olunur ki, ƏMDX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qərardadda ekspert qarşısında qoyulmuş suallara münasibət bildirilməmişdir. Göstərilənləri nəzərə alaraq, "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat"ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. İşdə olan Şəki İnzibati Məhkəməsinin 2-1(116)-985/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı "Qəbələ rayon Aqrar İslahat Komissiyasının Cavabdeh münasibətdə xx.xx.1998-ci il tarixli qərarın və cavabdeh tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarışın qismən ləğv olunması, artezian quyusu, su çəni və transformatorun yerləşdiyi 0,04 ha torpaq sahəsinin Vəndam bələdiyyəsinin mülkiyyətinə verilməsi, həmçinin gediş-gəliş yolundan artezian quyusu istiqamətində yolun açılması" tələbinə dair iddiası mümkün sayılmamışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-166/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-985/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam Qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli arayışda göstərilmişdir ki, Vəndam qəsəbəsində yerləşən Vəndam Bələdiyyəsinin mülkiyyətində olan artezian qurğusunun yerləşdiyi torpaq sahəsi Vəndam qəsəbə sakini Cavabdeh iddiasına görə, onun xüsusi mülkiyyətində olmasını əsas gətirərək sakinlərin artezian qurğusunun yerləşdiyi torpaq sahəsinə girişə icazə vermir, mütəmadi olaraq elektrik kabelini, plastik boruları zədələməklə artezian suyundan istifadəyə süni maneələr yaradır. İşdə olan Qəbələ rayonu Vəndam bələdiyyəsi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli, 111 nömrəli arayışda göstərilmişdir ki, Vəndam qəsəbəsində yerləşən Vəndam bələdiyyəsinin mülkiyyətində olan artezian qurğusunun yerləşdiyi torpaq sahəsi Vəndam qəsəbə sakini Cavabdeh xüsusi mülkiyyətində olmasını əsas gətirərək sakinlərin artezian qurğusunun yerləşdiyi torpaq sahəsinə girişinə icazə vermir və 2022-ci ilin avqust ayında bir neçə dəfə elektrik kabelini, plastik boruları zədələməklə artezian suyundan istifadəyə maneələr yaratmışdır. İşdə olan Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən İddiaçı5 ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubda göstərilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvetmə komissiyasının Qəbələ rayonu üzrə üzvü Hətəm Əmiraslanov, Vəndam qəsəbə bələdiyyəsinin sədri Nümayəndə1, həmin bələdiyyənin üzvü Coşqun Bağırovun iştirakı ilə əraziyə baxış keçirilmiş, sözügedən ərazinin bələdiyyə mülkiyyətinə aid olduğu müəyyənləşdirilərək akt tərtib edilmiş və vətəndaş Cavabdeh Firudin oğluna həmin ərazinin ona aid olmadığı izah olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Qəbələ rayon Vəndam Bələdiyyəsinə ünvanlanmış 01 oktyabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin kimin mülkiyyətində olması barədə məlumat verilməsi haqqında Qəbələ rayonu, Vəndam Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 92 saylı məktubuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq Ərazi İdarəsinin mütəxəssisləri sözügedən torpaq sahəsində çöl ölçmə işləri aparmış və çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına istinad edilərək araşdırılmışdır. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Vəndam qəsəbəsində yerləşən, sözügedən artezian qurğusu, su çəni və transformator Vəndam qəsəbə sakini Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşir.
7. Qətnаmədən nаrаzı qаlаn İddiaçı5 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı5 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Məhkəmə öz qətnaməsini belə əsaslandırır ki, “göründüyü kimi məhkəmə tərəfindən artezian quyusu, su çəni və transformatorun yerləşdiyi ərazinin Cavabdeh mülkiyyətinə verilmiş 0,42 ha torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsi məsələsinin araşdırılması məqsədi ilə məhkəmə tərəfindən kifayət qədər araşdırma aparılmış, lakin mütəxəssis rəyi və ekspert rəyi almaq mümkün olmadığından artezian quyusu, su çəni və transformatorun yerləşdiyi ərazinin kimin mülkiyyətində olması müəyyənləşdirilməmişdir” Göründüyü kimi məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 06 mart 2023-cü il tarixli 3-21-3-42/2-1043/2023 saylı məktubu ilə xx.xx.2021-ci il tarixli **********04 saylı məktubu arasında ziddiyyətə aydınlıq gətirilməsi, sözügedən ünvanda çöl ölçmə zamanı aşkar olunan əlavə torpaq sahəsinin ölçüsü(neçə hektar) barədə rəsmi məlumat verilməsi, həmçinin xx.xx.2007-ci il tarixli seriya MH0004205, ********* qeydiyyat nömrəli çıxarışla Cavabdeh adına qeydə alınmış torpaq sahəsinin planı və sərhədlərinin ölçüsünün təqdim edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə (yazılı vəsatətimizə əsasən) müraciət edilsə də, sözügedən idarə tərəfindən verilmiş başdansovdu, əsassız, özündə düzgün olmayan məlumatları əks etdirən cavabla kifayətlənmişdir. Məhkəmə öz qətnaməsini həm də belə əsaslandırır ki, “iddiaçılar iddia tələblərinin hüquqi əsaslarını əsaslandıra bilməmiş və bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Hazırki iş üzr sübutetmə yükü iddiaçıların üzərinə düşsə də, onar cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişlər.” Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən iş materiallarına istinad edilməmişdir; iş materiallarında olan, Qəbələ RİHB-nın Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Qəbələ rayon Vəndam bələdiyyəsi tərəfindən verilən 18 oktyabr 2022-ci il tarixli 1607 saylı və 26 oktyabr 2022-ci il tarixli 111 saylı arayışlardan da göründüyü kimi Cavabdeh artezian qurğusunun yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətində olmasını əsas gətirərək sakinlərin-sudan istifadəçilərin artezian qurğusunun yerləşdiyi torpaq sahəsinə girişinə icazə vermir, 2022-ci ildə isə bir neçə dəfə elektrik kabelini, plastik boruları zədələməklə artezian suyundan istifadəyə süni maneələr yaradır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin Vəndam bələdiyyəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli **********04 saylı məktubunda artezian quyusu, su çəni və transformatorun yerləşdiyi ərazinin Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi qeyd olunub. Məhkəmə bir tərəfdən “artezian quyusu, su çəni və transformatorun yerləşdiyi ərazinin kimin mülkiyyətində olması müəyyənləşdirilməmişdir” qənaətinə gəlirsə, digər tərəfdən hansı əsasla iddiaçılara AR Mülki Məcəlləsinin 175.1 və 255.4-cü maddələrini xatırlatmaqla servitut hüququndan istifadə etməklə gələcəkdə cavabdehə qarşı iddia qaldırmaq hüququnu izah etməsi başadüşülən deyildir; mülkiyyətçisi bəlli olmayan torpaq sahəsi ilə bağlı hansı əsasla əqd bağlanması hallarını izah etmir. Məhkəmə “artezian quyusu, su çəni və transformatorun yerləşdiyi ərazinin kimin mülkiyyətində olması müəyyənləşdirilməmişdir” qənaətinə gəldiyi halda, Mülki Məcəllənin ayrı-ayrı maddələrinə istinad edərək mülkiyyətçinin hüquqlarını sadalayır. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Məhkəmə sözügedən ərazidə yerləşən torpaqların (Cavabdeh məxsus 0,42 ha və mülkiyyətçisi bəlli olmayan 0,06ha) statusunu, yerləşdiyi ərazinin sərhədlərini, artezian qurğusunun hansı mülkiyyətçinin torpaq sahəsində yerləşməsini aydınlaşdırmadan və buna cəhd etmədən, qəsdən dolaşıq verilmiş mütəxəssis rəyi və ekspert arayışı ilə kifayətlənərək düzgün olmayan qətnamə qəbul etmişdir. Qətnamə çıxarılarkən sübutlar qiymətləndirilməmiş, iş üzrə hansı qanunun tətbiq edilməli olduğu müəyyən edilməmişdir. Məhkəmə qanunun tətbiqində səhvlərə yol vermiş, Vəndam qəsəbəsində mövcud olmuş İ.Qayıbov adına təsərrüfat tərəfindən artezian qurğusunun aktla (iş materiallarına əlavə edilib) Vəndam bələdiyyəsinin mülkiyyətinə verilməsini nəzərə almamış, nəticədə təxminən yüzə yaxın ailənin sudan istifadə hüquqları bir daha pozulmuşdur. İş materiallarından göründüyü kimi məhkəmə sözügedən ərazidə yerləşəntorpaqların (Cavabdeh məxsus 0,42 ha və mülkiyyətçisi bəlli olmayan 0,06ha) statusunu, yerləşdiyi ərazinin sərhədlərini, artezian qurğusunun hansı mülkiyyətçinin torpaq sahəsində yerləşməsini aydınlaşdırmadan və buna cəhd etmədən, qəsdən dolaşıq verilmiş mütəxəssis rəyi və ekspert arayışı ilə kifayətlənərək düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanındaƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və ReyestriPublik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 06 mart 2023-cü iltarixli 3-21-3-42/2-1043/2023 saylı məktubu ilə xx.xx.2021-ci il tarixli **********04 saylı məktubu arasında ziddiyyətə aydınlıq gətirilməsi, sözügedən ünvanda çöl ölçmə zamanı aşkar olunan əlavə torpaq sahəsinin ölçüsü(neçə hektar) və yerləşdiyi koordinatlar barədə rəsmi məlumatların verilməsi üçün sözügedən idarə tərəfindən verilmiş başdansovdu, əsassız, özündə düzgün olmayan məlumatları əks etdirən cavabla kifayətlənmişdir. Məhkəmə tərəfindən artezian qurğusunun cavabdehə məxsus torpaq sahəsində yerləşibyerləşməməsinin aydınlaşdırılması üçün iddiaçıların vəsatəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak MəsələləriDövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət olunsa da, qərardadın icra olunmamasına, verilmiş cavabın isə Şəki İnzibati Məhkəməsinin qərardadına istinad edilməsinə məhkəmə hüquqi qiymət verməmiş, sözügedən ərazidə ümumilikdə 0,48ha torpaq sahəsi olmasına baxmayaraq, həmin torpaq sahələrinin mülkiyyətçiləri və sərhədləri, həmçinin artezian qurğusunun hansı torpaq sahəsində (kimin mülkiyyətində) olduğu müəyyən edilməmişdir. Artezian qurğusunun Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən olunduğu halda isə, əlavə 0,06 ha torpaq sahəsinin Vəndam bələdiyyəsinin mülkiyyətində olması əsas götürülməklə bələdiyyə mülkiyyətində olan torpaqla xüsusi mülkiyyətdə olan torpağın əvəzləşdirilməsi, ictimai istifadədə olan artezian qurğusunun bələdiyyə torpağında yerləşməsi faktının təsdiqlənməsi və mübahisənin birdəfəlik həlli üçün məhkəmə tərəfindən təşəbbüs göstərilməmişdir.
9. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(025)- 78/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı3, İddiaçı4 və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
12. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı5, İddiaçı1 Bahəddin oğlunun, İddiaçı2 apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 18 oktyabr 2023cü il tarixli, 2(025)-78/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(025)-78/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi X6 bildirmişdir ki, iş onlara birinci instansiya məhkəməsindən daxil olan kimi, yerli mütəxəssislər həmin məsələni yerindəcə gedib araşdırıblar. Onlar rəylərində faktiki təyin etdikləri nöqtələri qeyd etmişlər. Onlar faktiki olaraq nə görürlərsə rəydə də onu qeyd etməyə məcburdurlar. Onlar öz rəylərində göstərmişlər ki, Cavabdeh mülkiyyətində 0.46 hadan bir az çox torpaq sahəsi var. Lakin bu torpaq sahəsini sənəd üzərinə işlənməsi mümkün olmamışdır. Çünki Cavabdeh torpaq üzərində çıxarışını alıb, lakin torpağın plan ölçüləri yoxdur. Plan ölçü olmayanda torpaq sahəsinin nöqtələrini təyin etmək mümkün olmur. Plan ölçü olmadığı üçün hansı mülkiyyətə aid torpaq sahəsində yerləşməsini təyin etmək mümkün olmamışdır. Aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində tələbdə göstərilmiş artezian quyusu öz əksini tapmadığına görə təyin etmək mümkün olmamışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
17. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
23. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. İddiaçı5 Qəbələ Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(025)- 78/2023 qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
26. İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.
27. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli və 16 sentyabr 2024-cü il tarixli məktublardan görünür ki, xx.xx.2007-ci il tarixli, seriya MH 0004205, ********* qeydiyyat nömrəli çıxarışa əlavə edilmiş 940 inventar nömrəli texniki passportda qeyd edilmiş Cavabdeh mülkiyyətində olan 0,42 ha torpaq sahəsinin sənəd üzrə göstərilmiş cizgisi ilə faktiki istifadə vəziyyəti arasında böyük uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə sənəddə qeyd edilmiş cizgisi arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün deyildir. Eyni zamanda işdə olan 01 noyabr 2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2007-ci il tarixli, seriya MH 0004205, ********* qeydiyyat nömrəli çıxarışa əlavə edilmiş 940 inventar nömrəli texniki passportda qeyd edilmiş Cavabdeh mülkiyyətində olan 0,42 ha torpaq sahəsinin sənəd üzrə göstərilmiş cizgisi ilə faktiki istifadə vəziyyəti arasında böyük uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə sənəddə qeyd edilmiş cizgisi arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün deyildir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. xx.xx.2025-ci il tarixində ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumat Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mütəxəssis rəyinin alınması üçün iş üzrə icraat dayandırılmışdır. Mütəxəssis rəyi məhkəməyə daxil olduğundan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və məhkəmə iclası xx.xx.2026-cı il tarixə təyin edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən verilmiş 14 yanvar 2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, tələbdə göstərilmiş artezian quyusu Cavabdeh istifadəsində olan 0,4650 ha torpaq sahəsinin üzərində yerləşir. Faktiki naturada ölçülmüş artezian quyusu yerləşən torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. 28 Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində 0,42 ha (Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2007-ci il qeydiyyat tarixli Çıxarışa əsasən) torpaq sahəsinin olmasına baxmayaraq, naturada 0,4650 ha torpaq sahəsindən istifadə edir. Qalan 0,06 ha torpaq sahəsinin Vəndam Bələdiyyəsinin mülkiyyətində olduğu da məlum olmuşdur. Mübahisə predmeti olan artezian qurğusu hal-hazırda bələdiyyənin balansındadır və cavabdehin istifadəsində olan 0,4650 ha torpaq sahəsində yerləşir. Cavabdeh artezian qurğusunun onun mülkiyyətində yerləşməsini əsas gətirərək, qurğunun elektrik kabelini, plastik boruları zədələməklə qurğudan gələn sudan sakinlərin istifadəsinə süni maneələr yaradır.
29. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı5 iddia tələbi həmin hissədə təmin edilməli, belə ki, cavabdeh artezian qurğusunun onun mülkiyyətində yerləşməsini əsas gətirsə də, bu barədə məhkəməyə hər-hansı bir sənəd və ya mötəbər sübut təqdim etməmişdir.
30. Bundan başqa, iddiada tələb olunan artezian quyusu istiqamətində gediş-gəliş yolunun açılmasına dair mötəbər sübutlar iddiaçı tərəfindən işin faktiki hallarını araşdıran məhkəməyə təqdim edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi iddianın həmin hissədə rədd olunmalı olması ilə razılaşır.
31. Eyni zamanda yuxarıda qeyd edilən 14 yanvar 2026-cı il tarixli mütəxəssis rəyi ilə faktiki naturada ölçülmüş artezian quyusu yerləşən torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmaması öz təsdiqini tapmışdır.
32. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
33. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
34. Odur ki, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn, İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(025)-78/2023 qətnaməsi qismən, yəni iddianın təmin edilməyən İddiaçı5 Cavabdeh qarşı “artezian qurğusundan istifadəyə süni maneələrin aradan qaldırılması” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi İddiaçı5 münasibətdə qismən təmin edilməli, Cavabdeh tərəfindən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən artezian qurğusundan istifadəyə süni maneələr aradan qaldırılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı5 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(025)-78/2023 qətnaməsi qismən, yəni iddianın təmin edilməyən İddiaçı5 Cavabdeh qarşı “artezian qurğusundan istifadəyə süni maneələrin aradan qaldırılması” hissəsində ləğv edilsin. Ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi İddiaçı5 aid olan mübahisələndirilən hissədə qismən təmin edilsin və Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən artezian qurğusundan istifadəyə törədilən süni maneələr Cavabdeh tərəfindən aradan qaldırılsın. Qəbələ Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(025)-78/2023 saylı qətnaməsi İddiaçı5 apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.