Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-331/2021 10.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı “xxxx” QSC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-96/2020 nömrəli qətnaməsindən iddiaçı “xxxx” QSC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-96/2020 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) iddia qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən 19.461,60 ABŞ dolları əsas, 11.266,30 ABŞ dolları faiz, 2897 ABŞ dolları cərimə olmaqla, cəmi 33 624,9 (otuz üç min altı yüz iyirmi dörd ABŞ dolları doqquz sent) ABŞ dollarının (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə), xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 1178,29 manat əsas, 73,10 manat faiz, 224 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı olmaqla, cəmi 1536,39 (bir min beş yüz otuz altı manat, otuz doqquz qəpik) manatın iddiaçı “xxxx” QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə “xxxx” QSC) cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2014-cü il tarixli 015R********** №li kredit razılaşması üçün 19.461,60 ABŞ dolları əsas, 11.266,30 ABŞ dolları faiz və 20.897,12 ABŞ dolları cərimə olmaqla, cəmi 51.625,02 ABŞ dolları borcun, 15KK000000095 №li kredit razılaşması üçün 1178,29 manat əsas, 73,10 manat faiz, 2124,68 manat cərimə olmaqla, cəmi 3376,07 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin Yevlax rayonu Salahlı kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsinə və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı 46.20 m2 yaşayış sahəsi, 39,93 m2 yardımçı, 86.13 m2 ümumi sahədən ibarət (Liter B-də 1 mərtəbəli, tikintialtı sahəsi 32.40 m2 olan mətbəx, Liter C-də 1 mərtəbəli, tikintialtı sahəsi 120 m2 olan tövlə, Liter D-də 1 mərtəbəli tikintialtı sahəsi 3.20 m2 olan ayaqyolu, Liter-2-də tikintialtı sahəsi 2.80 m2 olan hasar, Liter 3-də darvaza və Liter 4-də qapı daxil olmaqla fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracda satılaraq, borcun ödənilməsi, həmin vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması; ev satıldıqdan 1 ay sonra cavabdehlərin həmin evdən istifadə hüquqlarının itirilməsi, onların həmin həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmaları, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh borcunun ödənilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakları olmadan baxmışdır. Cavabdehlərdən Cavabdeh2 öldüyündən məhkəmənin eyni tarixli qərardadı ilə ona aid hissədə iş üzrə icraata xitam verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı “xxxx” QSC-nin nümayəndəsi X3 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı “xxxx” QSC-nin nümayəndəsi X3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır. Yevlax Rayon Məhkəməsinin İddiaçı QSC ilə cavabdehlər X4 (xx.xx.2013-cü il tarixli 15S000003296 saylı zaminlik müqaviləsi) arasında bağlanmış zaminlik müqaviləsi üzrə zaminliyə 477.0.1-ci maddəsinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeyə görə iddia tələbi zaminlərə qarşı təmin oluna bilməməsi ilə bağlı gəldiyi nəticə tamamilə əsassızdır. Qeyd edilən normanın hüquqi mənasına görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, zaminin öhdəliyi bölünməzdir, bu öhdəlik həm əsas öhdəliyi həm də əsas öhdəliyin tam və ya vaxtında yerinə yetirilməməsinə görə sonradan yaranmış əlavə öhdəliyi də (dəbbə pulu, cərimə, məhkəmə xərcləri və s.) ehtiva edir. Zaminliyin vacib əlamətlərindən biri də, zaminliklə təmin olunan əsas öhdəliyin mövcud olmasıdır. Öhdəliyin mövcud olması əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları, bu öhdəliyin əsaslandığı müqavilənin tərəflərinin həqiqi olması ilə şərtləndirilir. Lakin Öhdəliyin mövcud olması şərti onun gələcəkdə yarana bilməsi imkanını da ehtiva edir. Bu səbəbdən qanunverici müəyyən etmişdir ki, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi ücün də bağlana bilər (MM-nin 470.2-ci maddəsi).Bu tipli zaminlik müqavilələri isə təxirəsalıcı əqd xarakteri daşıyır. Hazırkı mübahisə üzrə məhkəmənin mövqeyinə münasibətdə qeyd edirik ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 15L000001860 saylı X5nin 1.1-ci bəndinə əsasən Bank bu müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 30000 ABŞ dolları məbləğində kredit xətti açır. Müqavilədə qeyd edilir ki, Kreditlər tərəflər arasında “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akreditiv açılması üçün razılaşma” formasında bağlanacaq ayrıca razılaşma əsasında veriləcək. Eyni zamanda qeyd olunan X5nin 1.3-cü bəndində qeyd olunmuşdur ki, bu kredit xətti əsasında verilən kreditlərin məbləği, müddəti və faizləri bank ilə kredit alan arasında bağlanan ayrıca kredit razılaşmaları ilə müəyyən olunur. Cavabdeh X4 (xx.xx.2013-cü il tarixli 15S000003296 saylı zaminlik müqaviləsi) ilə bağlanmış zaminlik müqaviləsinə görə bu müqavilələr Bank və Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli 15L000001860 saylı X5 və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akreditiv açılmasıüçün razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1 -ci bəndinə əsasən Borclunun X5ndən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Cavabdeh zaminlə iddiaçı arasında imzalanmış zaminlik müqaviləsində Cavabdeh1 veriləcək kreditin maksimal məbləği və verilmə müddəti konkret göstərilmişdir. Həm də X5ndə göstərilən pul məbləğinin Kredit razılaşması əsasında verilməsi də zaminlik müqaviləsində öz əksini tapmışdır. Tərəflər arasında olan heç bir müqavilədə Kredit razılaşmasının bağlanması üçün yenidən zaminlik müqaviləsinin bağlanmalı olması barədə şərt də nəzərdə tutulmamışdır. Belə bir şərtin göstərilməsinə heç bir əsas da yoxdur. Çünki zaminliklə müəyyən edilməli olan əsas öhdəlik, yəni kredit xətti üzrə veriləcək pul məbləğinin yuxarı həddi (30.000 ABŞ dolları) və verilməsi müddəti (120 ay) zaminlik müqaviləsində öz əksini tapmışdır. Konkret olaraq zamin 120 ay müddətində, 30.000 ABŞ dolları həddində istənilən məbləğdə pul vəsaitinin borclu tərəfindən götürülməsi ilə bağlı öhdəliyin vaxtında icra edilməməsinə görə müqavilə imzalamışdır (AR MM-nin 470.2-ci maddəsi). Məhkəmənin qətnamədə qeyd edilən kreditin faiz dərəcəsi, qaytarılma müddəti və s. isə əsas öhdəlik kimi qiymətləndirilə bilməz. Zaminlik müqaviləsi üzrə təminat altına alman əsas öhdəliyin nədən ibarət olması barədə yuxarıda qeyd etmişik. Əsas öhdəlik üzrə hesablanmış cərimə, dəbbə pulu və s. məbləğlər əsas öhdəliyin vaxtında və lazımı qaydada icra edilməməsi üçün müəyyən edilən əlavə öhdəlikdir ki, qanunverciliyin yuxarıda qeyd edilən normarından da göründüyü kimi, zaminin məsuliyyəti həmin öhdəliyi də (cərimə, məhkəmə xərcləri və s.) əhatə edir. Hazırkı iş üzrə zaminlik müqaviləsində bu qərarda göstərilənlərə uyğun olaraq zaminliyin xx.xx.2013-cü il tarixli X5ndən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında əsas öhdəliyinin həddi (məbləği və müddəti) açıq-aydın qeyd edilmişdir. xx.xx.2013-cü il tarixli 15L000001860 saylı X5 əsasında Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014- cü il tarixli 015R********** saylı kredit razılaşması üzrə ödəniş planına zamin imza edərək öz razılığını bildirmişdir. Tərəflərin imzaladığı xx.xx.2014-cü il tarixli ödəniş planında kreditin faiz dərəcəsi 1.8333 % olmuşdur. xx.xx.2015-ci il tarxili 015R**********S saylı və xx.xx.2015-ci il tarxili 015R**********SB saylı Kredit Razılaşması və ödəniş Planına dəyişiklik edilməsi haqqında saziş üzrə ödəniş planında kreditin faiz dərəcəsi 1.8333 % olmuşdur. Göründüyü kimi zaminin vəziyyəti ağırlaşmamışdır. İlkin razılaşmada olduğu kimi kreditin faizi olduğu kimi qalmışdır. Bu isə zaminin vəziyyətini ağırlaşdırmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə “... zaminlik müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və s.) müştərək qaydada öhdəlik daşıyır.” Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-96/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iddia tələbi - cavabdeh X2 münasibətdə də təmin edilməlidir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-96/2020 nömrəli qətnaməsi qismən ləğv edilməli və iddia tələbi - cavabdeh X2 münasibətdə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” QSC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(039)-96/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı “xxxx” QSC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-96/2020 nömrəli qətnaməsi qətnamənin mübahisələndirilən iddianın cavabdeh X2 münasibətdə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 367.2, 442, 467, 472.1, 472.2, 477.0.1, 477.0.4 və 739.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2018-ci il tarixli qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir.” Həmin Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası X5ndə nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2018-ci il tarixli Qərarında göstərmişdir ki: “Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün X5ndə mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. X5ndə faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı (X5, kredit razılaşması, əlavə sazişlər, ödəniş cədvəlləri, ipoteka müqaviləsi, zaminlik müqavilələri, çıxarış, ərizələr, arayış, ölüm haqqında şəhadətnamə) müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixdə 120 ay müddətinə 30 000 ABŞ dolları məbləğində X5 bağlanmış, həmin X5nə əsasən tərəflər arasında xx.xx.2014-cü il tarixində kredit razılaşması bağlanmış, həmin razılaşmaya əsasən iddiaçı cavabdehə 36 ay müddətinə 1,8333 faizlə 20 000 ABŞ dolları kredit vermiş, xx.xx.2015, xx.xx.2015 tarixli sazişlərə əsasən kredit razılaşmasına dəyişikliklər edilmiş, həmçinin tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı cavabdehə 12 ay müddətinə 2,1667 faizə plastik kart vasitəsilə 1180 manat kredit vermiş, X5nin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus yuxarıda qeyd edilən əmlak ipoteka ilə yüklü edilmiş, eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 xx.xx.2013-cü tarixdə iddiaçı ilə zaminlik müqavilələri bağlayaraq öhdəliklərin icrası ilə bağlı məsuliyyəti öz üzərlərinə götürmüş, Cavabdeh1 tərəfindən borcundan müəyyən məbləğlər ödənilsə də, öhdəliyi tam icra olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən “xxxx” MMC-dən alınmış xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olmuş fərdi yaşayış evinin real bazar dəyəri 22 000 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2020-ci il tarixli, 9/2118 saylı rəylə müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən 1178,29 manat əsas, 78,99 manat faiz, xx.xx.2014-cü il tarixində kredit razılaşmasına əsasən isə 19.461,60 ABŞ dolları əsas, 12 416,50 ABŞ dolları faiz borcu vardır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi hazırkı iş üzrə zaminlərdən Cavabdeh2 ölmüşdür. Tərəflər arasında bağlanmış yuxarıda istinad olunan X5ndə isə faiz dərəcəsi ümumiyyətlə göstərilməmişdir. Zaminlik müqaviləsində isə əsas öhdəlik kimi faiz dərəcəsi müəyyən edilməyən X5 göstərilmiş, kredit razılaşmaları isə zamin tərəfindən imzalanmamışdır. Bundan başqa, tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməmişdir. Zaminlik müqaviləsinin 4.1-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə, borclu X5nə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra edənədək qüvvvədədir. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil, zaminliyin müddəti kimi qəbul edilə bilməz. xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə öhdəliyin icrası vaxtı xx.xx.2018-ci il tarixdə, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə öhdəliyin icrası vaxtı isə xx.xx.2015ci il tarixdə başa çatmış, lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi Cavabdeh4 münasibətdə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hesаb etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən 19.461,60 ABŞ dolları əsas, 11.266,30 ABŞ dolları faiz, 2897 ABŞ dolları cərimə, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 1178,29 manat əsas, 73,10 manat faiz, 224 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən-iddianın cavabdeh X2 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа mübahisələndirilən iddianın cavabdeh X2 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı “xxxx” QSC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-96/2020 nömrəli qətnaməsi qətnamənin mübahisələndirilən iddianın cavabdeh X2 münasibətdə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-96/2020 nömrəli qətnaməsi qətnamənin mübahisələndirilən iddianın cavabdeh X2 münasibətdə təmin edilməməsi hissəsində dəyişdirilmədən sаxlаnılsın. İddiaçı “xxxx” QSC-nin nümayəndəsi X3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-331/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-331/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver