Məhkəmə qərarları › İş №2(107)-336/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-336/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-336/2024 31.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X3 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin e-2(039)-1972/2022 saylı iş üzrə qəbul etdiyi 17 oktyabr 2023-cü il tarixli qərardadından Cavabdeh2 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı ASC-nin Yevlax filialı arasında bağlanmış xx.xx.2019-cu il tarixli YVF-306 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli YVF-306 kredit müqaviləsi üzrə 3940,87 manat məbləğində əsas borc, 90,79 manat məbləğində faiz borcu 0,07 qəpik məbləğində cərimə borcu və iş üzrə ödənilmiş 60.32 manat məbləğində dövlət rüsumunun tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli e-2(039)-1972/2022 saylı qətnaməsi ilə Cavabdeh2 ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli YVF-306 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli YVF-306 saylı kredit müqaviləsi üzrə 3940,87 manat məbləğində əsas borc, 90,79 manat məbləğində faiz borcu 0,07 qəpik məbləğində cərimə olmaqla, cəmi 4031,73 manat məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60.32 manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli e-2(039)-1972/2022 saylı qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili X2 apellyasiya şikayəti vermişdir. Yevlax Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(039)-1972/2022-ci il nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilmədiyindən cavabdehin nümayəndəsi-vəkili X1 qaytarılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi-vəkili X2 tərəfindən Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(039)1972/2022-ci il nömrəli qətnaməsindən yenidən apellyasiya şikayəti verilmişdir. Yevlax Rayon Məhkəməsinin 17 oktyabr 2023-ci il tarixli e-2(039)-1972/2022 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(039)-1972/2022 saylı qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər cavabdehin nümayəndəsi-vəkili X1 qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh2 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir əsas və səbəb olmadan tələb zamanında və vaxtında verilməsinə baxmayaraq Yevlax Rayon Məhkəməsi tərəfindən apellyasiya şikayəti geri qaytarılmışdır. O, Yevlax Rayon Məhkəməsinin qərardadı ilə razı deyil. Belə ki, o, rəsmi qaydada qətnaməni almadığı üçün məhkəməyə müraciət etmiş və məhkəmədən qərardadı alandan dərhal sonra şikayət etmişdir. Ancaq məhkəmə qeyd etdiklərini, şikayətdə göstərdiklərini nəzərə almadan ikinci dəfə onun apellyasiya şikayətini geri qaytarmışdır. Qanunla müəyyən olunmuş şikayət vermək hüququnu əsassız olaraq məhdudlaşdırmışdır. Ona görə də o, bütün bunlarla razı deyildir. Bu səbəbdən də hazırki qərardadı mübahisələndirmişdir. Məhkəmə tərəfindən onun prosessual hüquqları pozulmuşdur. Onun iştirakı olmadan əleyhinə qərar qəbul edilmişdir. Məhkəmə obyektiv həqiqəti ortaya çıxarmaq üçün ən azından tərəfləri dindirməli, ortaya çıxan sualları araşdırmalı idi. Bundan sonra aidiyyatı qərarını qəbul etməli idi. O, prosesdə iştirak etsəydi təbii ki, tamam fərqli qərar qəbul edilərdi. Məhkəmə onun məhkəmə prosesində iştirakının təmin olunmasına şərait yaratmamışdır. Nəticədə əleyhinə qərar qəbul etmişdir. Onun qanunla qorunan məhkəmə prosessual huquqlarını pozmuşdur. Eləcə də apellyasiya şikayətini qəbul etməmişdir. Tam əsassız olaraq geri qaytarmışdır. Bu da onun şikayətvermə hüquqlarını məhdudlaşdırır. Odur ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(039)-1972/2022 saylı qərardadının ləğv edilməsini, verilmiş apellyasiya şikayətinin baxılması üçün aidiyyatı üzrə göndərilməsinə dair məhkəmə qərardadının qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 4 noyabr 2023-ci il tarixli e-2(039)-1972/2022 saylı qərardadı ilə, Yevlax Rayon Məhkəməsinin e-2(039)-1972/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadından cavabdehin nümayəndəsi-vəkili X2 tərəfindən verilmiş şikayətin təmin olunmaması və şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 17 oktyabr 2023-ci il tarixli e- 2(039)-1972/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 363.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə kollegiyası iş materiallarına baxaraq qeyd edir ki, Yevlax Rayon Məhkəməsinin qətnaməsi 16 noyabr 2022-ci il tarixdə çıxarılmış və tərəflərə rəsmi qaydada poçt vasitəsilə göndərilmişdir. Cavabdeh həmin qətnaməni xx.xx.2023-cü il tarixdə müvafiq məhkəmə qəbzinə imzalamaqla almış (bunu özünün apellyasiya şikayətlərində də qeyd edir), qətnamədən verdiyi xx.xx.2023-cü il tarixli apellyasiya şikayəti, rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmış və sonuncu növbəti apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə vermişdir. Bununla da cavabdeh qətnamədən qanunla nəzərdə tutulmuş şikayət vermə müddətini ötürmüşdür. Eləcə də, buraxılmış müddətin üzrlü sayılması barədə ərizə verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 17 oktyabr 2023-ci il tarixli e-2(039)-1972/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 17 oktyabr 2023-ci il tarixli e-2(039)-1972/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 17 oktyabr 2023-ci il tarixli e-2(039)-1972/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar