Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-339/2022 24.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli 2(016)-966/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 25L000001428 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli 025R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8500 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 025R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka verən Cavabdeh2 ilə Bank arasında bağlanılmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi əsasında Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.093 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətində yerləşən 47 nörməli, 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində yerləşən 64.46 kv.m ümumi, 46.72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 ilə bağlanmış kredit razılaşmasının ləğv edilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 025R********** saylı kredit razılaşması üzrə 4205.37 manat məbləğində kredit borcu, 1123.44 manat məbləğində faiz borcu və 1527.77 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6856.58 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.093 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətində yerləşən 47 nörməli, 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində yerləşən 64.46 kv.m ümumi, 46.72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzilin açıq hərracdan satılmasını, 6856.58 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsini, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.093 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətində yerləşən 47 nörməli, 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində yerləşən 64.46 kv.m ümumi, 46.72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Alıcıya təhvil verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli 25L000001428 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli 025R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8500 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 025R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 götürdüyü kredit borcundan 4294.63 manat ödəmiş, onun 4205.37 manat məbləğində kredit borcu qalmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixə 344 gün üçün hesablanmış faiz borcu 1123.44 manat təşkil edir. xx.xx.2021-ci il tarixə 344 gün üçün hesablanmış cərimə 1527.77 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh2 ilə Bank arasında bağlanılmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi (Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu M.Ə.Həsənzadə tərəfindən təsdiq edilib) əsasında Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.093 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətində yerləşən 47 nörməli, 5 mərtəbəli binanın 3cü girişində, 5-ci mərtəbəsində yerləşən 64.46 kv.m ümumi, 46.72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2017-ci il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.093 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətində yerləşən 47 nörməli, 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində yerləşən 64.46 kv.m ümumi, 46.72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh - ipoteka verən Cavabdeh2 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsada məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni xəbərdar etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh1 məhkəməyə ünvanladığı teleqramla üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməməsini, iddia tələbini qəbul etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı verdiyi krediti və kreditlərə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 1527,77 manat məbləğində deyil, 100 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddia tələbinin kredit müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə də iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə zamin olduğundan, borcun ödənilməsi üçün məsuliyyət daşıyır. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “qeyd olunan əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən daşınmaz əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Mübahisəli əmlakın mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə iddianın “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması”na dair iddiaçının dəlillərini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsassız olduğundan iddia həmin hissədə təmin edilməməlidir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “əmlakın alıcıya təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, əmlakın alıcıya verilməsi üçün mənzilə tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş ev və ya mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş veribverməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “əmlakın iddiaçıya təhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Mənzil satıldıqdan sonra evin mülkiyyətçisi iddiaçı olmaya da bilər. Buna görə də iddiaçının mənzilin alıcıya təhvil verilməsini tələb etməsi əsassızdır. Bundan başqa, məhkəmə iddianın kredit razılaşmasının ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Ağsu Rayon Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli 2(016)-966/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025R********** saylı kredit razılaşması ləğv edilsin, 4205.37 manat məbləğində kredit borcu, 1123.44 manat məbləğində faiz borcu və 100.00 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5428.81 manat məbləğində kredit borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu, 10 (on) manat məbləğində ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu və 30 manat məbləğində xidmət haqqının əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.093 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətində yerləşən 47 nörməli, 5 mərtəbəli binanın 3cü girişində, 5-ci mərtəbəsində yerləşən 64.46 kv.m ümumi, 46.72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzilə yönəldilməsi, Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.093 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətində yerləşən 47 nörməli, 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində yerləşən 64.46 kv.m ümumi, 46.72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzil açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı QSC-yə olan borcun ödənilməsi, Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.093 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətində yerləşən 47 nörməli, 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində yerləşən 64.46 kv.m ümumi, 46.72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra həmin mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203, 317, 319, 385, 421, 423, 443, 448, 462, 467, 470 və 472-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 59.3 və 59.4-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014cü il tarixli 25L000001428 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarından görünür ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli 025R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8500 manat məbləğində kredit götürmüşdür. İş materiallarından görünür ki, tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 025R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və razılaşmalar üzrə borclunun öhdəliklərini icra etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli, 25S000002491 saylı zaminlik müqaviləsi bağlanmışdır. İşdən görünür ki, ipoteka saxlayan iddiaçı ilə ipoteka verən Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli 25L000001428 saylı uzunmüddətli kredit müqaviləsinin təminatı kimi xx.xx.2017-ci il tarixdə Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.093 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətində yerləşən 47 nörməli, 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində yerləşən 64.46 kv.m ümumi, 46.72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzilə dair ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.093 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətində yerləşən 47 nörməli, 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində yerləşən 64.46 kv.m ümumi, 46.72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzil İddiaçı QSC-nin “Bərdə” filialının xeyrinə 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixlərdə cavabdehlərə borcun ödənilməsinə dair xəbərdarlıq məktubları göndərilmişdir. İş materiallarından görünür ki, Cavabdeh2 xx.xx.2021-cu il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, ipoteka bildirişinin qeydə alınmasına dair ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsində xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 025R********** saylı kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixə 4205.37 manat məbləğində kredit borcu, 1123.44 manat məbləğində faiz borcu və 1527.77 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6856.58 manat məbləğində kredit borcu vardır. İş üzrə qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birincisi tərəflərin razılaşması, ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Hesab edir ki, ipoteka predmetinə yerində baxış keçirilmədən, yalnız sənədlər əsasında qiymətləndirilməsi və ipoteka predmetinin orta bazar qiymətlərindən qat-qat aşağı qiymətləndirildiyindən, evin qiymətinin «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmadığından həmin əmlakın yenidən qiymətləndirilməsi təmin olunmalıdır. Bundan başqa iddiaçı tərəfindən tələb edilən borc məbləğinin düzgün hesablanması məqsədi ilə, onun tərəfindən iş üzrə məhkəmə mühasibatlıq spertizasının təyin edilməsi tələb və xahiş edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməmiş və borcun ekspertlər tərəfindən hesablanması zəruri sayılmamışdır. Eyni zamanda, iddia tələbinin mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və alıcıya təhvil «enməsi barədə iddiası tam əsasszıdır. Həmin maddədə nəzərdə tutulmuş ipoteka predmetinin satılması şərti hələ baş tutmamışdır. Hər hansı öhdəliyin icra edilməsi üçün müəyyən şərtin baş verməsi müqavilədə nəzərdə tutulubsa və bu şərt hələ baş verməmişdirsə, həmin öhdəliyin icrasının tələb edilməsi istisna olunur. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli 2(016)-966/2021 nömrəli qətnaməsinin apelyasiya icraatı saydasında ləğv edilməsinə, kredit borcunun hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizasının və ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə eksprtizasının təyin edilməsi, iddia tələbinin mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra mənzilin boşaldılması hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı QSC-nin nümayəndəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı QSC-nin nümayəndəsi cavabdehlər X2 məhkəmə kollegiyasına elektron kabinet vasitəsilə məlumat göndərərək qiymətləndirmənin rəyi ilə razı olduğunu bildirmiş və məhkəmə iclasını onların nümayəndəsinin iştirakı olmadan keçirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 203.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısı ləğv edildikdə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək olmaz. 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. . “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.3-cü mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Ağsu Rayon Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli 2(016)-966/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən əsas borcun və cəmi borcun məbləği, həmçinin ipoetak predmetinin qiymətinin müəyyənləşdirilməməsi ilə bağlı hissədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Şəki Apellyasiya Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(107)-339/2022 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizаsı təyin edilmiş və həmin qərardada əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 20 iyul 2022-ci il tarixli 9/4051 nömrəli rəydə göstərilmişdir: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025R********** saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2021-ci il tarixə əsas borc üzrə...........4.136,10 manat faiz borcu üzrə--------- 1.510,09 manat Məhkəmə kollegiyası hazırki ekspert rəyini sübut kimi qəbul edir. Eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbində 1123.44 manat faiz borcu tələb edilmiş və birinci instansiya məhkəməsi tərəfindən iddia faiz borcuna münasibətdə həmin məbləğdə təmin edildiyi və iddiaçının həmin məbləği mübahisələndirmədiyi halda, apellyasiya baxışında təyin edilmiş ekspertiza üzrə verilmiş hazırki - xx.xx.2022-ci il tarixli 9/4051 saylı rəydə faiz borcunun məbləği 1510.09 manat müəyyən edilmişdir. Bununla bağlı, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə qətnamə iddiaçı bank tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası faiz borcunun məbləğinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən ipoetakaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.093 ha torpaq sahəsi və həmin torpaq sahəsində 47 nörməli, 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində yerləşən 64.46 kv.m ümumi, 46.72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(107)-339/2022 nömrəli qərardadı ilə ipotekа predmetlərinin qiymətləndirilməsi üçün müstəqil qiymətləndiriciekspert dəvət edilmiş və həmin qərardada əsasən "XXXX" MMC-nin 10 iyun 2022-ci il tarixli G-06/22-155 nömrəli qiymətləndirmə rəyində göstərilmişdir: Qiymətləndirmə zamanı hesablamalarda mütəxəssislərimiz tərəfindən xüsusi olaraq əldə edilmiş daşınmaz əmlak bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarından, uyğun obyektə olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunmuşdur. Bütün göstərilənlər nəzərə alınmaqla apardığımız təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, qiymətləndirilən mənzilin 10 iyun 2022-ci il tarixinə olan: Bazar dəyəri 42000 (Qırx iki min) manat Likvid dəyəri 35000 (Otuz beş min) manatdır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə əsas borun və cəmi borcun məbləğinə dair hissədə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli 2(016)-966/2021 nömrəli qətnaməsi əsas borcun məbləği 4136.10 manat və cəmi borcun məbləği 5359.54 manat, ipoetakaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.093 ha torpaq sahəsində yerləşən 47 nörməli, 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsindəki 64.46 kv.m ümumi, 46.72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzilin ilkin satış qiyməti 35.000 manat müəyyən edilməklə dəyişdirilməli, qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat Cavabdeh1 tutularaq dövlət büdcəsi hesabına keçirilməli, (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). qiymətləndiricinin rəyinin dəyəri olan 300 manat Cavabdeh1 tutularaq "XXXX" MMC-nin hesabına keçirilməlidir. (AZ 52İBAZ********************, VÖEN **********, Müxbir hesab 03 NABZ013501**********2944 SWİFT BİC İBAZAZ2X). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Ağsu Rayon Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli 2(016)-966/2021 nömrəli qətnaməsi əsas borcun məbləği 4136.10 manat və cəmi borcun məbləği 5359.54 manat, ipotekaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.093 ha torpaq sahəsində yerləşən 47 nörməli, 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsindəki 64.46 kv.m ümumi, 46.72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzilin ilkin satış qiyməti 35.000 manat müəyyən edilməklə dəyişdirilsin. Qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat Cavabdeh1 tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Qiymətləndiricinin rəyinin dəyəri olan 300 manat Cavabdeh1 tutularaq "XXXX" MMCnin hesabına keçirilsin. (AZ 52İBAZ********************, VÖEN **********, Müxbir hesab 03 NABZ013501**********2944 SWİFT BİC İBAZAZ2X). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Vəzirxan Məlikov
Məhkəmə qərarları › İş №2(107)-339/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-339/2022
24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver