Məhkəmə qərarları › İş №2(107)-342/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-342/2020

28.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-342/2020 28.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdeh - Cavabdeh iştirakı ilə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(054)-449/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tаrixli, 2(054)-449/2019 saylı qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1 baş qoyunun dəyəri olaraq 351 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin 20 manatdan ibarət hissəsi və hüquqi yardım üçün ödənilmiş 100 manat vəsaitin 50 manatdan ibarət hissəsi, cəmi 421 manatın tutularaq İddiaçı verilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu məbləğinin 10 manatdan ibarət hissəsinin və hüquqi yardım üçün ödənilmiş vəsaitin 50 manatdan ibarət hissəsinin İddiaçı özünə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 430 manat maddi zərər məbləği, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat - cəmi 560 (beş yüz altmış) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Oğuz rayonu Dəymədağlı kəndində yaşayır və şəxsi təsərrüfatında xırdabuynuzlu heyvanlar saxlayır. Təxminən, bir il əvvəl uşağının xəstəliyi ilə əlaqədar şəxsi təsərrüfatında olan xırdabuynuzlu heyvanları satmış, yalnız bir baş iki illik erkək qoyunu qurbanlıq ayırıb öz həyətində saxlamışdır. Bir müddət əvvəl qonşusu, hazırki iş üzrə Cavabdeh məxsus ov iti nəzarətsiz qalaraq onun həyətinə daxil olmuş və həyətdəki qoyunu parçalayıb öldürmüşdür. O, bu barədə dərhal cavabdehə və onun ailə üzvlərinə məlumat verərək ona dəymiş maddi zərəri ödəmələrini tələb etmşdir. Cavabdeh özü də onların həyətinə gələrək həmin məsələ ilə yerində tanış olmuş, qoyunu parçalayıb öldürən itin məhz onun iti olduğunu özü də görmüşdür. Cavabdeh maddi zərərin əvəzində ona əvvəlcə 50 manat pul, o, həmin məbləğlə razılaşmadıqda isə bir baş quzu təklif etmişdir. O, cavabdehin təklifi ilə razılaşmadıqda, cavabdeh vurulmuş zərəri ödəməkdən, ümumiyyətlə, imtina etmişdir. Ona məxsus iki illik qoyunun ən azı 32 kiloqram əti olmaqla hazırki bazar qiymətlərinə görə dəyəri 430 manata uyğun olmuşdur. Cavabdehə məxsus itin qoyunu parçalayıb öldürməsi nəticəsində ona 430 manat miqdarında maddi zərər dəymişdir. Cavabdeh ona dəymiş maddi zərər məbləğini ödəmədiyinə görə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etmək məqsədi ilə hüquqi yardım üçün vəkilə 100 manat, dövlət rüsumunu ödəməyə isə 30 manat vəsait sərf etmişdir. Hazırda o, 430 manat maddi zərər məbləği, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat - cəmi 560 (beş yüz altmış) manat pulu cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun qonşusudur. O, öz həyətində, həqiqətən də, it saxlayır və həmin it “Konçi” adlanan it növünə aiddir. İddiaçıya məxsus olmuş bir baş erkək qoyunun parçalanmış vəziyyətdə olduğunu o özü də görmüşdür. Ancaq onun iti heç vaxt nəzarətsiz qalmamış və indiyədək heç kimin heyvanını parçalamamışdır. O, qonşu kimi iddiaçıya yardım etmək məqsədi ilə ona bir baş quzu verməyi təklif etmiş, lakin iddiaçı onun təklifi ilə razılaşmamışdır. Əgər iddiaçıya məxsus olmuş qoyunu onun iti parçalamış olsaydı, o, iddiaçıya dəymiş maddi zərəri tam şəkildə ödəyərdi. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarını düzgün tətbiq etmədən, işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan, birtərəfli araşdırma aparılmaqla qəbul edilmişdir. Hazırkı müiki işin materiallarından da aydın görünür ki, onun şikayətinin, iş üzrə verdiyi izahatların və irəli sürdüyü dəlillərin, o cümlədən apelyasiya şikayətinin müəyyən edilməsi ilə əlaqədar təqdim etdiyi əlavə sübutların əsasını qətnamənin tam qanunsuz və əsassız olması təşkil edir. Belə ki, iddiaçının və arvadı Alidə İsmayılovanın öz qayınanası ilə birlikdə qoyununun ona məxsus itin parçaladığını gördüyü barədə ifadəsi həqiqətə uyğun deyil. Ona görə də, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(054)-449/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cаvаbdeh Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddiaçının guya onun iddiaçının həyətinə gedərək sonuncuya məxsus qoyunu onun itinin parçaladığını gördüyü barədə ifadəsi həqiqətə uyğun deyil. Digər tərəfdən, birinci instansiya məhkəməsinin iclasında iddiaçının şahid qismində dindirilən arvadı Alidə İsmayılovanın öz qaynanası ilə birlikdə onun itinin onlara məxsus qoyunu parçaladığının "bilavasitə şahidi olduqları" barədəki dəlilləri də həqiqəti əks etdirmir. İddiaçının, onun arvadının və anasının yalan və təzadlı ifadələrinə əsaslanan məhkəmə qeyd edilənlərə istinad edərək əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmənin qənaətinə görə guya itinin iddiaçının qoyununu parçaladığını o, iddiaçının arvadı və anası bilavasitə şahidi olmuşlar. Necə ola bilər ki, üç nəfərin gözü qarşısında it qoyunu parçalasın, lakin bunun qarşısını almaq mümkün olmasın? Heç olmasa qoyunun murdar olmasına imkan verilməzdi. Həm də itinin qonşunun qoyununu parçaladığını görüb, bunun qarşısını almaması məntiqsiz iddiadır. İddiаçı özünə məxsus qоyunu ölu tаpdığı gündən bir neçə gün sоnrа onun da bir qоyunu, sоnrа isə bir quzusu eyni qаydаdа bоğulаrаq öldürülmüşdür. O, iddiаçıyа zəng edib deyib ki, gəlib bаxsın və şаhid оlsun ki, qоyunlаrın bu qаydаdа öldürülməsi itin işi deyil, yəni qоyunlаr pаrçаlаnаrаq deyil, bоğulаrаq öldürülmüşdür. X3 guya o, itini ölü qoyunların əti ilə yemlədiyim barədəki dəlili də son dərəcə gülünc və absurddur. X3 və iddiaçının ifadələrində də təzad var. Əgər, o, özü hadisənin şahidi olmuşsa, bunu onun anasını çağırıb ona deyilməsinə nə ehtiyac var idi. Ona görə də şikayətin təmin edilməsini və Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(054)-449/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat verərək şikayətin təmin edilməməsini və Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(054)- 449/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(054)- 449/2019 saylı qətnaməsi ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Alidə İsmayılova ifadə verərək göstərmişdir ki, iddiaçı onun əridir. Cavabdehə məxsus it onların qoyununu qovub xəndək kimi yerə salaraq orada qoyunu parçalayanda qaynanası Asya İsmayılova və o, hadisənin bilavasitə şahidi olmuşlar. Cavabdeh öz itini ölü qoyunların əti ilə yemlədiyinə görə it onların həyətində olan qoyuna da hücum edib onu məhv etmişdir. O, cavabdehin anasını çağırıb itin qoyunu parçaladığı barədə məlumat verəndə cavabdehin anası ona “Habil özü bilər” deyə cavab vermişdir. Bundan sonra onlar Polis Şöbəsinə də müraciət etmişlər, ancaq həmin məsələnin mülki xarakterli olduğu onlara izah edilərək məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 da dindirilərkən X3 ifadəsinin məzmununa uyğun ifadə verməklə onun qeyd etdiyi xüsusatları təsdiq etdiyini bildirdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, iddiaçı ilə qohumluq münasibətləri vardır və onların yaşadığı evə tez-tez gedib gəlir. İddiaçının öz uşağı üçün qurbanlıq heyvan kimi saxladığı qoyunu görmüş, iddiaçının həmin heyvanı həyətdə ayrıca saxlayıb qulluq etdiyinin şahidi olmuşdur. Həmin qoyun iki illik erkək heyvan olmaqla əti ən azı 27-28 kiloqrama uyğun olmuşdur. İş materiallarına əlavə edilmiş Oğuz şəhər bazarı tərəfindən verilmiş xx xxxxxx 2019cu il tarixli 3 nömrəli arayışdan müəyyən edilir ki, hazırda bazarda 1 (bir) kiloqram qoyun ətinin satış qiyməti 13 (on üç) manat, 32 (otuz iki) kiloqram əti olan 2 illik bir baş erkək qoyunun bazar satış qiyməti isə 430 (dörd yüz otuz) manat təşkil edir. İddia tələbini əsaslı sayan birinci instansiya məhkəməsi qətnamədə gəldiyi nəticəni bununla əsaslandırmışdır ki,cavabdehə məxsus it iddiaçınının qoyununu parçalamamış olsaydı, cavabdehin heç bir maddi məsuliyyəti yaranmadığı halda, yalnız bir qonşu kimi iddiaçıya yardım etmək məqsədi ilə ona bir baş quzu verməyi təklif etməsi, iddiaçının isə həmin təkliflə razılaşmaması ağlabatan və inandırıcı deyildir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus 1 (bir) baş erkək qoyunun məhz cavabdehin iti tərəfindən parçalanaraq məhv edilmiş olması iddiaçının izahatı, şahidlərin ifadələri və iş materialları ilə yanaşı, cavabdehin özünün ziddiyyətli və işin faktiki hallarına uyğun olmayan izahatı ilə sübuta yetirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticəni əsaslı saymır və hesab edir ki, həmin nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyildir. Əvvəla, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iş üzrə dindirilmiş şahidlər iddiaçının arvadı, anası və qohumu olmaqla işin nəticəsində marağı olan şəxslərdir. İkincisi, məhkəmə kollegiyasının iclasında iddiaçı ziddiyyətli və işin faktiki hallarına uyğun olmayan ifadə verərək göstərmişdir ki, özünə məxsus həyətdə cаvаbdehin iti onun gözləri qarşısında qoyunu qаbаğınа qаtıb qovaraq aparmış, ondan təxminən 30-35 metr aralıda boğazından yapışmış, itin qоyunu pаrçаlаmаsınа mаne оlmaq üçün qаçıb özünü çаtdırmasına baxmayaraq, аrtıq it qоyunu bоğаrаq qаrın bоşluğunu dа yırtdığını görmüşdür. Məhkəmə kollegiyası iddiaçının həmin ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, 30- 35 metr məsafəni qət edilməsi üşün iddiaçıya bir neçə saniyə kifayət edərdi ki, itə mane olsun və həmin zaman kəsiyində də itin qoyunun böğazından yapışaraq öldürməsi və qoyunun qarın boşluğunu yırtması da inandırıcı və ağlabatan görünmür. Oğuz rayon Baytarlıq İdarəsinin xx xxxxxxx 2019-cu il tarixli 69 nömrəli məktubundan görünür ki, sahə baytar mütəxəssislərinin rəyinə əsasən it açıq olduğu halda, qoyunu parçalaması ehtimalının olduğu müəyyən edilmişdir. Mütətəxəssislər itin qoyunu parçalaması ehtimalının olduğuğunu bildirmişlər. Halbuki, iş materialları ilə müəyyən olunmuşdur ki, qoyun boğazından boğularaq öldürülmüşdür. Əslində isə baytarlıq idarəsindən və ya baytarlıq laboratoriyasından qoyunun ölümünün səbəbi barədə ( qoyunun it və ya vəhşi heyvan tərəfindən öldürülməsi) rəy alınmalı idi. Eyni zamanda, iddiaçının özünün də etiraf etdiyi kimi özünün qoyununun ölümündən bir neçə gün sonra cavabdehin də bir baş qoyunu və bir baş quzusu eyni qаydаdа boğazından bоğulаrаq öldürülmüşdür. Göründüyü kimi, birinci instansiya məhkəməsi qoyunun öldürülməsi, onun çəkisi barədə ehtimallara əsaslanaraq qətnamə qəbul etmişdir. Halbuki, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında da şərh olunmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-nin 81, 88, 217.1 və 218.1-ci maddələri). Mülki prosessual qanunvericiliyin göstərilən müddəalarına əsasən məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın əsaslandırılmalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından mübahisəyə hüquqi qiymət verilərkən ilk növbədə sözü gedən müxtəlif maraqlar bütünlüklə aydınlsşdırılmalıdır. Nəzərə alınmalıdır ki, konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hər tərəfli və obyektiv araşdırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apelyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir. (X4rşı iş üzrə x xxxxxx 1994-cü il tarixli Qərar; Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə xx xxxxxx 2007-ci il tarixli Qərar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası ümumiyyətlə, qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı özünə məxsus qoyunun cavabdehin iti tərəfindən boğularaq öldürülməsini kifayətedici aydınlıqla sübut edə bilməmiş, irəli sürdüyü həmin iddia iləbağlı hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.2-ci maddəsində göstərilmişdir ki, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(054)-449/2019 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(054)-449/2019 saylı qətnаməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı maddi zərər tələbinə dair iddiası təmin edilməsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar