Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-343/2024 15.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı çəkilmiş xərclər tələbinə dair mülki iş üzrə (Açar sözlər: vicdanlı sahib, çəkilmiş xərclər, ekspertiza məsələləri) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X6 və X7 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərclər tələbi”nə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(024)-592/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh 5000 (beş min) manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumun alınaraq İddiaçı Məmməd oğluna ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ********** qeydiyyat nömrəli **********67 reyestr nömrəli çıxarışa əsasən onun və ailə üzvləri X1 və X4 mülkiyyətində 0,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-81/2023 nömrəli qərarına əsasən onların adlarının həmin çıxarışın hüquq sahibləri hissəsindən çıxarılması qərara alınmışdır. Qeyd edir ki, uzun illərdir həmin torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətində olduğu üçün o həmin əmlaka 5000 manat məbləğində vəsait xərcləmişdir. Bundan başqa həmin torpaq sahəsində o, uzun illərdir işləmişdir. Torpaq sahəsi sayəsində daha da yaxşı hala gəlmişdir. Lakin həmin xərclərin həcmi ekspertiza keçirilməklə müyyən edilə bilər. Cavabdehlə onun torpaq sahəsinə çəkdiyi xərclərlə bağlı o vicdanlı sahib olduğundan könüllü qaydada ona ödənilməsini xahiş etsə də, cavabdeh razılaşmaya gəlmək istəməmişdir. Ona görə də o, iddia qaldırmaq qərarına gəlmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh 5000 (beş min) manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 10 oktyabr 2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsində səhvən ata adının Məmməd kimi göstərdiyini, Cavabdeh 5000 (beş min) manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin (hakim: M.Qarayev) 15 noyabr 2023-cü il tarixli, 2(024)- 592/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi, iddiaçının ödədiyi 70 (yetmiş) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; ********** qeydiyyat nömrəli **********67 reyestr nömrəli Çıxarışa əsasən 0.42 ha torpaq sahəsi Cavabdeh, X5, X1 və X4 ümumi birgə mülkiyyətinə verilmiş, iddiaçı Cavabdeh iddiası əsasında Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)- 81/2023 saylı qətnaməsinə əsasən ********** qeydiyyat nömrəli **********67 reyestr nömrəli Çıxarışa əsasən Qax rayonu hüquq sahibləri siyahısından X5, X1 və X4 adlarının çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə həvalə edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(84)-315/2016 nömrəli qərarı ilə iddiaçı Cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “JN-0187 kod 40310005 saylı Dövlət Aktında göstərilən torpaq sahəsinin 0.42 ha hissəsini ləğv etməklə faktiki istifadəsində olan 0.42 ha torpaq sahəsinə plan-ölçü sənədinin verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Həmin qərarda torpaq sahəsinə münasibətdə məhz ailə üzvləri ilə birlikdə iddiaçının mülkiyyət hüququnun qeydə alınması nəzərdə tutulmamışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş şəhadətnamənin verilməsinə əsas olmuş pay torpaq sahəsi alacaq vətəndaşların subyektlər siyahısında isə yalnız iddiaçı Cavabdeh adı qeyd edilmişdir. Belə olan halda isə cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi səhvə yol verərək iddiaçının hər hansı razılığı və yaxud icazəsi olmadan torpaq sahəsinə münasibətdə iddiaçı ilə birlikdə onun ailə üzvlərinin də mülkiyyət hüquqlarını qeydə almışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iddia tələbi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Yuxarıda qeyd olunan 0.42 ha torpaq sahəsinin iddiaçı ilə birlikdə İddiaçı ümumi birgə mülkiyyətinə verilməsini təsdiq edən Çıxarış əvvəllər mövcud olmuş olsa belə, Cavabdeh hər hansı razılığı və yaxud icazəsi olmadan torpaq sahəsinə münasibətdə onunla birlikdə torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları qanunsuz qeydə alındığı üçün və o özgənin qanuni sahibliyində olan torpaq sahəsi üzərində yaxşılaşdırma işləri apardığından həmin xərcləri Cavabdeh tələb etməkdə haqlı olmamışdır. Ona görə də məhkəmə iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 5000 (beş min ) manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumun alınaraq İddiaçı ödənilməsi tələbi”nə dair iddiası rədd edilməli, iddiaçının ödədiyi 70 (yetmiş) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 157.5, 157.6, 157.7, 157.8, 1097.1-ci maddələri, Azərbaycan Respublikasının Konstitusiyasının 13, 26, 29 və 60-cı maddələri, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsi, “İnsan Hüquqlarının və X3” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.4, 218.1, 119.1, 53-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxaraq iddianı əsasız olaraq təmin etməmişdir. Hazırda cavabdeh onun əziyyətlə xərclədiyi maddi və mənəvi nemətlərdən istifadə edir, yəni əsassız varlanmışdır. Həmin torpaq sahəsinə o, qanunsuz ələ keçirməmiş, cavabdeh həmin torpaq sahəsini ona özü göstərmiş və torpaq sahəsinin bir hissəsini istifadə etməyi özü bildirmişdir. O da həmin əmlaka qoyduğu xərcləri istəməkdə haqlı və həmin xərclərin qoyulması məhkəmə iclasında etiraf edilsə də, məhkəmə buna düzgün qiymət verməmişdir. Həmin xərclərin həcmi və xarakteri ekspertiza nəticəsində ortaya cıxa bilər. Hesab edir ki, bu mübahisənin araşdırması üçün ekspertiza mütləq idi. O, işə həmin torpaq sahəsində dair fotoşəkillər əlavə etmiş və cəkdiyi xərclərlə bağlı sübutlar təqdim etmiş, lakin məhkəmə bunların heç birinə qiymət verməmişdir. Bundan əlavə məhkəmə həmin işlə bağlı onun ailə üzvlərinin də zərər cəkdiyini bilərək, onları da işə üçüncü şəxs qismində cəlb eləməli olduğunu aydınlaşdırmalı idi. Odur ki, Qax Rayon Məhkəməsinin 2(024)-592/2023 saylı, xx.xx.2023ci il tarixli qətnaməsinin ləğv edilməsini və onun Cavabdeh qarşı “cavabdehdən 5000 manat pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 70 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair” iddiasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirakı edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(024)-592/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirakı edən Cavabdeh və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və Qax Rayon Məhkəməsinin 15 noyabr 2023cü il tarixli, 2(024)-592/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının; Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Qax Rayon Məhkəməsinin 2(024)- 592/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinin ləğv edilməsini və onun Cavabdeh qarşı “cavabdehdən 5000 manat pul, məhkəməyə müraciət etmək üçün ödənilmiş 70 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair” iddiasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qax Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(024)-592/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə iddia tələbinin 920 mаnаt məbləğinə aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(024)- 592/2023 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən 920 manata aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia 920 manat pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qətnamə mübahisələndirilən digər hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qeyd olunan 0.42 ha torpaq sahəsinin iddiaçı ilə birlikdə İddiaçı ümumi birgə mülkiyyətinə verilməsini təsdiq edən Çıxarış əvvəllər mövcud olmuş olsa belə, Cavabdeh hər hansı razılığı və yaxud icazəsi olmadan torpaq sahəsinə münasibətdə onunla birlikdə torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları qanunsuz qeydə alındığı üçün və o özgənin qanuni sahibliyində olan torpaq sahəsi üzərində yaxşılaşdırma işləri apardığından həmin xərcləri Cavabdeh tələb etməkdə haqlı olmamışdır. Ona görə də məhkəmə iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, ********** qeydiyyat nömrəli **********67 reyestr nömrəli Çıxarışa əsasən 0.42 ha torpaq sahəsi Cavabdeh, X5, X1 və X4 ümumi birgə mülkiyyətinə verilmiş, iddiaçı Cavabdeh iddiası əsasında Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-81/2023 saylı qətnaməsinə mülkiyyətçilər siyahısından X5, X1 və X4 adlarının çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə həvalə edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(84)-315/2016 nömrəli qərarı ilə iddiaçı Cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “JN-0187 kod 40310005 saylı Dövlət Aktında göstərilən torpaq sahəsinin 0.42 ha hissəsini ləğv etməklə faktiki istifadəsində olan 0.42 ha torpaq sahəsinə plan-ölçü sənədinin verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Həmin qərarda torpaq sahəsinə münasibətdə məhz ailə üzvləri ilə birlikdə iddiaçının mülkiyyət hüququnun qeydə alınması nəzərdə tutulmamışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş şəhadətnamənin verilməsinə əsas olmuş pay torpaq sahəsi alacaq vətəndaşların subyektlər siyahısında isə yalnız iddiaçı Cavabdeh adı qeyd edilmişdir. Belə olan halda isə cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi səhvə yol verərək iddiaçının hər hansı razılığı və yaxud icazəsi olmadan torpaq sahəsinə münasibətdə iddiaçı ilə birlikdə onun ailə üzvlərinin də mülkiyyət hüquqlarını qeydə almışdır. Göründüyü kimi, iş üzrə iddiaçı mübahisəli torpaq sahəsini qanunsuz olaraq zəbt etməmiş, özünü cavabdehlə mübahisəli torpaq sahəsinin birgə mülkiyyətçisi hesab edərək həmin ərazidə meyvə ağacları əkmişdir. Kollegiya hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsini əkərkən iş üzrə cavabdeh ona etiraz etməmiş, əksinə iddiaçıya etiraz etməməklə həmin torpaq sahəsində iddiaçıya ağac əkməyə şərait yaratmışdır. Bu isə onu deməyə əsas verir ki, hazırkı halda iddiaçı vicdanlı sahib statusu daşıyır. Kollegiya iddiaçının apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsi nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, iddiaçının iddia tələbi qismən əsaslıdır. Kollegiya cavabdehdən alınacaq məbləğlə bağlı aşağıdakıları qeyd edir; Məhkəmə kollegiyası tərəfindən işin obyektiv araşdırılması üçün "xxxx" MMC-yə rəy verilməsi barədə sorğu verilmişdir. Məhkəməyə "xxxx" MMC-in 15 avqust 2024-cü il tarixli, 1002/24 nömrəli rəyi daxil olmuşdur. Həmin rəydən görünür ki, iddiaçının istifadə etdiyi torpaq sahəsinin 21 sot hissəsində 2021-ci ildə əkilməyə xarakterik olan ağacların (fındıq ağacları və s.) hazırkı bazar qiyməti 920 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməmiş 920 manata aid hissəsində əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə iddia tələbinin 920 mаnаt məbləğinə aid hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(024)-592/2023 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən 920 manata aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, 920 manat pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qətnamə mübahisələndirilən digər hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(024)-592/2023 saylı qətnaməsi qismən, iddia tələbinin 920 mаnаt pula aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh 920 manat pul alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-343/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-343/2024
15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver