Məhkəmə qərarları › İş №2(107)-346/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-346/2022

10.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-346/2022 10.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu, X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh İddiaçı2, Cavabdeh vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair İsmayıllı Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(037)-607/2021 saylı qətnaməsindən İddiaçı2 və Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: müəyyən etdi: İddiaçı1 MMC (bundan sonra birinci iddiaçı) və İddiaçı2 (bundan sonra ikinci iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) avtoqəza nəticəsində dəymiş zərərin əvəzi olaraq 5326 manat İddiaçı1 MMC-nin hesabına ödənilməsini, dəymiş zərərin əvəzi olaraq 4085 manat, gündəlik taksi xərcləri 5190 manat, Bakı-İsmayıllı yol xərcləri 120 manat, lombardlardan götürülmüş faizlə 1280 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% faiz hesablamaqla 680 manat, 30 manat dövlət rüsumu - cəmi 11385 manat alınaraq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İsmayıllı Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tаrixli, 2(037)-607/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 4705 (dörd min yeddi yüz beş) manat 50 (əlli) qəpik dəymiş zərər məbləğinin alınaraq İddiaçı1 MMC-nin hesabına ödənilməsi, Cavabdeh 4705,50 manat dəymiş zərər, 2500 manat taksi xərcləri, 120 manat yol xərcləri, 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 7355 (yeddi min üç yüz əlli beş) manat 50 (əlli) qəpik pulun alınaraq İddiaçı2 ödənilməsi, Cavabdeh 50 (əlli) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN - **********, müxbir hesab - AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilməsi qət edilmişdir. İddiaçı2 və Cavabdeh tərəfindən İsmayıllı Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(037)-607/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(037)-607/2021 saylı qətnaməsi ləğv edilməli, iddiaçılar İddiaçı1 MMC və İddiaçı2 Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb qeyd edilməlidir. Həmin məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə tərəfindən geri qaytarılır. İddia ərizəsindən görünür ki, iddia ərizəsi İddiaçı1 MMC-nin direktoru və etibarnamə üzrə nümayəndə İddiaçı2 tərəfindən imzalanmışdır. Lakin iş materiallarında İddiaçı2 İddiaçı1 MMC-nin nümayəndəsi olmasını təsdiq edən hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir. İş materiallarında olan İddiaçı1 MMC tərəfindən İddiaçı2 verilmiş etibarnamə nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnamədir. Həmçinin iş materiallarından görünür ki, iddiaçılar İddiaçı1 MMC və İddiaçı2 iddia ərizəsi ilə müraciət edərək Cavabdeh avtoqəza nəticəsində dəymiş zərərin əvəzi olaraq 9441 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% faiz hesablamaqla 680 manat, 30 manat dövlət rüsumu - cəmi 10031 manat alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra İddiaçı2 iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehdən avtoqəza nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 4085 manat, gündəlik taksi xərcləri 5190 manat, Bakı-İsmayıllı yol xərcləri 120 manat, lombardlardan götürülmüş faizlə 1280 manat, həmçinin ödənişin verilməsiin gecikdirildiyi hər günə 1% faiz hesablamaqla 680 manat, 30 manat dövlət rüsumu - cəmi 11385 manat alınaraq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 iddia tələbini dəqiqləşdirərək, tutulacaq pulun məbləğini artırmış, lakin digər iddiaçıya münasibətdə iddia tələbi qeyri-müəyyən olaraq qalmışdır. Bu hal isə məhkəməyə mülki iş üzrə qərar qəbul edilməsində çətinlik yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən iddia tələbi aydın qeyd edilməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tаrixli, 2(037)-607/2021 saylı qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiаçılara iddiаnın bаxılmаmış sаxlаnmаsı üçün səbəb olаn halları аrаdаn qаldırdıqdаn sonrа ümumi qаydаdа ərizə ilə məhkəməyə yenidən mürаciət etmə hüququ izah edilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74, 385 və 386-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı2 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tаrixli, 2(037)-607/2021 saylı qətnaməsi ləğv edilsin, iddia ərizəsi baxılmamış saxlanılsın. İddiаçıyа iddiаnın bаxılmаmış sаxlаnılmаsı üçün səbəb olаn halları аrаdаn qаldırdıqdаn sonrа ümumi qаydаdа ərizə ilə məhkəməyə yenidən mürаciət etmə hüququ izah edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçılar İddiaçı1 MMC və İddiaçı2 müştərərk qaydada tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar