Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-347/2023 15.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(037)-1395/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı xx.xx.2019-cu ildə "xxxx" ASC-dən öz adına 2600 manat kredit götürərək aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh borc vermişdir. Cavabdeh krediti faizləri ilə birlikdə ödəyəcəyini öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 3818 manat borc və 58 manat dövlət rüsumu olmaqla, cəmi 3876 manat məbləğinin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. 2009-cu ildən İsmayıllı rayon X11 Mərkəzində işləyir. Cavabdeh 2017-ci ildən işlədiyi mərkəzin müdiri təyin edilmişdir. 2019-cu ilin dekabr ayının əvvəllərində cavabdeh ona müraciət edərək bir neçə Bankda krediti olduğundan ona kredit verilmədiyini, mümkünse öz adına "xxxx" ASC-dən kredit götürüb ona verməyini, götürdüyü kreditlə bağlı hesablanacaq faizləri və əlavə xərcləri özü ödəyəcəyini bildirmişdir. O, cavabdehə inanaraq 05 dekabr 2019-cu il tarixdə "xxxx" ASC-dən öz adına 2600 manat kredit götürüb həmin gün işlədiyi İsmayıllı rayon X11 Mərkəzinin inzibati binasının həyətində sayıb cavabdehə vermişdir. Cavabdeh pulu alarkən bir daha narahat olmamağını, krediti faizləri ilə birlikdə bütünlüklə onun adından özü ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Bütün bunlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən götürdüyü krediti faizləri ilə birlikdə özü ödəmişdir. Nəticədə cavabdehin özünün xahişinə əsasən bankdan kredit götürüb verdiyi 2600 manata görə banka 3818 manat pul ödəmişdir. O, dəfələrlə cavabdehin yaşadığı ünvana gedərək pulunu tələb etmişdir. Cavabdeh borcunu qaytarmadığından məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 58 manat dövlət rüsumu ödəmişdir. O, cavabdehdən 3818 manat borcun və 58 manat dövlət rüsumunun alınıb ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir.
4. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, 2017-ci ildə İsmayıllı rayon X11 Mərkəzinə müdir təyin edilmiş və bir müddət həmin mərkəzin rəhbəri olmuşdur. İddiaçı rəhbəri olduğu mərkəzdə gözətçi işləmişdir. İddiaçıdan "xxxx" ASC-dən öz adına kredit götürüb ona verməsini xahiş etmiş, həmin dövrdə iddiaçı bankdan öz adına 2600 manat kredit götürərək ona vermişdir. Sonradan o, iddiaçıdan aldığı pulu hər ay hissə-hissə arvadı Laləyə vermişdir. Hazırda onun iddiaçıya borcu qalmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4, Xanəhmədov Cəmil Bakıxan oğlu və X5 ifadə verərək göstərdi ki, iddiaçı ilə dostdular, cavabdehi isə rayon sakini kimi tanıyırlar. Dostları ilə birlikdə İsmayıllı rayon X1rşısındakı parkın giriş hissəsində dayanarkən iddiaçının yuxarıdan əlində sənədlə parka tərəf gəldiyini görmüş, iddiaçıdan hara getdiyini soruşmuş, sonuncu isə ona bankdan kredit götürdüyünü və həmin pulu müdiri Anara verəcəyini bildirmişdir. Onlar, iddiaçının bankdan götürdüyü pulu cavabdehə verməsini görmüşlər.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, iddiaçı əri, cavabdeh isə əvvəllər işlədiyi idarənin müdiri olmuşdur. İddiaçı bankdan kredit götürüb cavabdehə vermişdir. Cavabdeh pulu ödəmədiyindən bank pulu iddiaçının əmək haqqı kartından tutmuşdur. İddiaçı cavabdehdən verdiyi pulu tələb etsə də sonuncu müxtəlif bəhanələrlə aldığı pulu qaytarmaqdan imtina etmiş və aldığı pulu qaytarmamışdır.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2019-cu ildə "xxxx" ASC-dən öz adına 2600 manat kredit götürərək aralarında olan razılaşmaya əsasən cavabdehə borc vermişdir. Bu işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçıdan 2600 manat pul aldığını lakin, həmin pulu hər ay hissə-hissə iddiaçının arvadına verdiyini bildirsə də, həmin faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdeh iddiaçı tərəfindən pulu aldığını etiraf edir və qaytardığını iddia edir. Bu halda sözügedən pul məbləğinin qaytarılmasını sübut etmə yükü cavabdehin üzərinə düşür. Belə ki, cavabdeh məhkəmə iclasında pulu iddiaçının arvadına verdiyini bildirsə də, lakin iddiaçının arvadı məhkəmə iclasında ona pul verilmədiyini qeyd etmişdir.
8. Məhkəmə tərəflərin izahatlarına, şahid ifadələrinə və işin faktiki hallarına məcmu halında qiymət verərək hesab etmişdir ki, iddiaçının cavabdehə verdiyi məbləğ tərəflər arasında olan razılaşmaya əsasən borc kimi verilmişdir. Ona görə də, tərəflər arasında olan mübahisəli hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinə dair müddəaları tətbiq edilməlidir.
9. Yuxarıda sadalananlara əsasən iddia tələbi təmin edilməli, cavabdehdən 3818 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir.
10. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddia tələbinin dövlət rüsumu kimi ödənilmiş 58 manat məbləğin cavabdehdən alınmasına dair hissəsi də təmin edilməlidir.
11. İsmayıllı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(037)-1395/2022 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia təmin olunmuş, Cavabdeh 3818 manat borc pul və 58 manat dövlət rüsumu olmaqla, cəmi 3876 (üç min səkkiz yüz yetmiş altı) manat məbləğinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 443, 448, 739 və 740-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
13. İş materilallarına əlavə edilmiş, "xxxx" ASC-nin İsmayıllı rayon filialı tərəfindən verilmiş ödəniş qrafikindən görünür ki, xx.xx.2019-cu il tarixli GTKR1678630A178 saylı kredit müqaviləsi üzrə KapitalBank” ASC-nin İsmayıllı rayon filialı tərəfindən İddiaçı illik 26.9% dərəcəsi ilə 36 ay müddətinə 2600 manat məbləğində kredit verilmiş,ödəniş qrafikinə əsasən İddiaçı 2600 manat əsas və 1218 manat faiz olmaqla, cəmi 3818.39 manat pulu ödəməyi öhdəsinə götürmüşdür.
14. İş materilallarına əlavə edilmiş, "xxxx" ASC-nin İsmayıllı rayon filialı tərəfindən verilmiş 27 sentyabr 2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli GTKR1678630A178 saylı kredit müqaviləsi üzrə KapitalBank” ASC-yə kredit borcunu tam ödəmişdir.
15. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, 2019-ci ildə İsmayıllı rayon X11 Mərkəzində müdir vəzifəsində işlədiyi vaxt İddiaçı müraciət edib mümkünsə öz adına "xxxx" ASC-dən kredit götürüb ona verməyini xahiş etmişdir və götürüləcək kreditlə bağlı hesablanacaq faizləri və əlavə xərcləri özü ödəyəcəyini bildirmişdir. Beləliklə, İddiaçı 05 dekabr 2019-cu il tarixdə "xxxx" ASC-dən öz adına 2600 manat kredit götürüb həmin gün işlədiyi İsmayıllı rayon X11 Mərkəzinin inzibati binasının xidməti otağında ona vermişdir. O iddiaçıya pulu alarkən bir daha narahat olmamağını, krediti faizləri ilə birlikdə bütünlüklə İddiaçı adından onun tərəfindən ödəniləcəyini bildirmiş və üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir.
17. Ötən dövr ərzində İddiaçı aldığı pulu hər ay hissə-hissə arvadı Laləyə vermişdir. Hazırda onun iddiaçıya 1048 manat borcu qalmışdır. Bunu keçirilən məhkəmə prosesində bildirmişdir. Lakin məhkəmə prosesi zamanı bunları bildirsə də qeyd etdikləri nəzərə alınmamışdır. Məhkəmədə verdiyi ifadəsi məhkəmədə təhrif olunmuş formada qeyd olunmuşdur. İddiaçıya borclu olduğu pulun bir hissəsini qaytarmağına baxmayaraq iddiaçı bunu inkar edirdi. Həmin vaxtı məhkəmədə subutlarını təqdim edə bilməmişdir. Hazırda həmin subutları təqdim edir.
18. İddiaçı Pərviz Səfəralıyevin həyat yoldaşı Lalənin onun həyat yoldaşıyla danışdıqları səs yazısında etiraf edir ki, onun Pərviz Səfəralıyevə umumilikdə 1442 manat borclu qaldığını həmin borcun ödənilməyini ondan xahiş edir. Bundan sonra "xxxx" tərəfindən Pərviz Səfəralıyevin əmək haqqısından hər ayda 107 manat hesabı ilə 3 aylıq pul tutulduğunu bildirmişdir. O ”Bərəkət market” adlanan mağaza qarşısında 214 manat, bir neçə aydan sonra isə yaşadığı evin qarşısında 180 manat pul vermişdir. X6 sonuncu dəfə ödədiyi ümümilikdə 394 manat məbləği güya ödəmədiyini həyat yoldaşına bildirmişdir. Beləliklə borclu olduğu ümumilikdə 1442 manat məbləğdən 214+180=394 manat çıxmaqla 1048 (bir min qırx səkkiz) manat məbləğdə İddiaçı borcu qalmışdır. Qeyd etdiyi səs yanını məhkəmə prosesi zamanı təqdim edə bilməmişdir. Pərviz Səfəralıyevdən aldığı 2600 manat pulu aldığını etiraf edir. Hazırda, onun iddiaçıya 1048 manat borcu qaldığı halda, ondan cəmi 3876 manat məbləğdə pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmuşdur.
19. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(037)- 1395/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və ondan 1048 manat pulun alınaraq iddiaçıya verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həqiqətən, İddiaçı "xxxx" ASC-dən öz adına 2600 manat kredit götürüb ona vermişdir. O, pulu alarkən iddiaçıya krediti faizləri ilə birlikdə bütünlüklə ödəyəcəyini bildirmişdir. O, pulları ayrı-ayrı vaxtlarda Pərviz Səfəralıyevin həyat yoldaşı Laləyə vermişdir. Hal-hazırda İddiaçı cəmi 1048 manat borcu qalmışdır.
22. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(037)-1395/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsaəsn öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər,tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
26. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(037)- 1395/2022 nömrəli qətnaməsini iddianın təmin olunmuş 2770 manata aid hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən iddianın təmin olunmuş 2770 manata aid hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır və həmin borc müqaviləsi tərəflərin arasında hüquq və vəzifələrin yaranması üçün əsasdır.
29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin iddiaçıdan 2600 manat borc alması təsdiq edilsə də, cavabdehin həmin borcu qaytarması barədə iş materiallarında heç bir sübut yoxdur. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmə tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
30. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə işdəki sübutları qiymətləndirərək bu qənaətə gəlmişdir ki, cavabdeh 05 dekabr 2019-cu il tarixdə iddiaçının "xxxx" ASC-dən kredit götürdüyü 2600 manat məbləğində pulu iddiaçıdan borc almış, həmin pulu faizləri ilə birgə ödəyəcəyini öhdəsinə götürmüş, lakin öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. Ona görə də, iddia əsaslı sayılmışdır. Cavabdeh həm birinci instansiya həkəməsinin, həm də məhkəmə kolelgiyasının iclasında iddiaçıdan onun kredit götürdüyü 2600 manatı borc aldığını, pulu alarkən iddiaçıya krediti faizləri ilə birlikdə bütünlüklə ödəyəcəyini bildirdiyini və pulları ayrı-ayrı vaxtlarda Pərviz Səfəralıyevin həyat yoldaşı Laləyə verdiyini, hal-hazırda 1048 manat borcu qaldığını göstərsə də, ödədiyini iddia etdiyi 2770 manat pulu həqiqətən Pərviz Səfəralıyevin həyat yoldaşı Laləyə verdiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas deyildir.
31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən iddianın təmin olunmuş 2770 manata aid hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(037)-1395/2022 nömrəli qətnaməsi iddianın təmin olunmuş 2770 manata aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(037)-1395/2022 nömrəli qətnaməsi iddianın təmin olunmuş 2770 manata aid hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev