Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-348/2023 27.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- maddi ziyan tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh və onun nümayəndəsi, həmçinin vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(025)-1150/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı "maddi ziyan” tələbinə dair məhkəmədə iddia qaldıraraq Cavabdeh tərəfindən vərəsə olaraq əldə etdikləri və üzərində mülkiyyət hüququ əldə etdikləri 0.76 ha torpaq sahəsində mövcud olan 222 ədəd fındıq topasından son üç ildə 2019-2020-2021-ci illər üzrə əldə olunan hər il üzrə orta hesabla 1776 kq, cəmi 5328 kq təmiz fındığın dəyəri olan 21312 manat pulun alınıb verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, torpaq islahatı keçirilən zaman Qəbələ rayon AİK-nin xx.xx.1998 -ci il tarixli 10 saylı qərarı ilə paylı mülkiyyətinə 1.82 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0.84 ha hissəsi JN -033 F saylı, 0.22 ha hissəsi JN - 033 Y saylı, 0.76 ha hissəsi isə JN -033 saylı kodu 40617028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” valideynlərinin və cavabdehin adına rəsmiləşdirilmişdir. Bir müddət paylı mülkiyyətin bir hissəsindən razılaşma yolu ilə vərəsə olaraq düşən payından istifadə etmişlər. Mirasa qalmış torpaq sahəsinin bir hissəsini qəbul edərək ərazidəki bağın məhsulunu yığmaqla, mühafizəsini, torpağa və ağaclara aqrotexniki qulluqları həyata keçirmişlər. 2018-ci ildən başlayaraq cavabdeh torpaqdan istifadə etməklərinə imkan verməmişdir. Məcbur olub miras qalmış torpaq sahəsi üzərində vərəsə payının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmişlər. Paylar müəyyən edilsə də, cavabdeh vərəsə payına düşən 0.76 ha torpaq sahəsindən və həmin torpaq sahəsində olan 222 ədəd fındıq topasından istifadəyə 2019, 2020 və 2021-ci illərin məhsul ilində imkan verməmiş, məhsulu o yığmaqla mənimsəmişdir. Nəticədə onlara 21312 manat məbləğində maddi ziyan vurmuşdur. Belə ki, onlara düşən sahədə 222 ədəd bar verən fındıq topası mövcuddur. Hər fındıq topasından orta hesabla 8 kq təmiz fındıq məhsulunun alınması mümkündür. Son ildə yəni 2021-ci ildə hər kq təmiz fındıq məhsulunun sərbəst bazar qiyməti orta hesabla 3-5 manat olmuşdur. 222 ədəd topa x 8 (hər top.məh) = 1776 kq. 2019-2020-2021 (üç il) + 1776 + 1776 + 1776 = 5328 kq 3 ilin məhsulu 5328 kq x4 manat (hər kq dəyəri manat) = 21312 manat. Hesablamadan da aydın olur ki, cavabdeh son üç ildə düşən fındıq topasından əldə olunan məhsulu mənimsəməklə onlara 21312 manat ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib) əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Bundan əlavə vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(025)-1150/2022 saylı qətnaməsi ilə (hakim E.İsayev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh **********13 reyestr №-li Çıxarışla verilmiş Qəbələ rayonu, Tola kəndində yerləşən 0,76 ha torpaq sahəsində olan 222 ədəd fındıq topasından əldə olunan məhsulun dəyəri olaraq 4194 (dörd min bir yüz doxsan dörd) manat pulun alınıb iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********13; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışına əsasən İddiaçı1, İddiaçı2 və X2 ümumi birgə mülkiyyətinə 0.76 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən cavabdeh X2 istifadə etməsi müəyyən olunmuşdur. Qəbələ rayonu, Tola kəndi ərazisində yerləşən 0.76 ha torpaq sahəsində 222 ədəd məhsuldar fındıq topası (ağacları) mövcuddur. Hazırda iddiaçılar Cavabdeh tərəfindən vərəsə olaraq əldə etdikləri və üzərində mülkiyyət hüququ əldə etdikləri 0.76 ha torpaq sahəsində mövcud olan 222 ədəd fındıq topasından son üç ildə 2019-2020-2021-ci illər üzrə əldə olunan hər il üzrə orta hesabla 1776 kq, cəmi 5328 kq təmiz fındığın dəyəri olan 21312 manat pulun alınıb verilməsini tələb etmişlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Göstərilənləri, eyni zamanda mütəxəssis rəyini nəzərə alan məhkəmə hesab etmişdir ki, Cavabdeh **********13 reyestr №-li Çıxarışla verilmiş Qəbələ rayonu, Tola kəndində yerləşən 0,76 ha torpaq sahəsində olan 222 ədəd fındıq topasından əldə olunan məhsulun dəyəri olaraq 4194 (dörd min bir yüz doxsan dörd) manat pul alınıb iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməlidir. Məhkəmə qeyd etmişdir ki, mütəxəssis rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, mütəxəssis rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə mütəxəssis rəyini tədqiq edərək məhkəmə araşdırması zamanı hazırkı mütəxəssis rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq həmin rəylə razılaşmış və belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə mütəxəssis rəyi sübut kimi qəbul edilməlidir. “X5rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Bundan savayı məhkəmə qeyd etmişdir ki, iddiaçılar iddia tələbində Cavabdeh tərəfindən vərəsə olaraq əldə etdikləri və üzərində mülkiyyət hüququ əldə etdikləri 0.76 ha torpaq sahəsində mövcud olan 222 ədəd fındıq topasından son üç ildə 2019-2020-2021-ci illər üzrə əldə olunan hər il üzrə orta hesabla 1776 kq, cəmi 5328 kq təmiz fındığın dəyəri olan 21312 manat pulun alınıb verilməsini tələb etsələr də bu barədə heç bir sübut təqdim etməmişdirlər. Məhkəmə araşdırması gedişatında X13 İnkişaf Mərkəzinin direktoru R.S.Əhmədov tərəfindən hazırlanmış 15 noyabr 2022-ci il tarixli MİHO/1.2.47-2-2022-34 saylı mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsində olan fındıq məhsulunun ümumi dəyəri 6293 manat təşkil edir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbində Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********13; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışına əsasən mülkiyyətə verilmiş 0.76 ha torpaq sahəsində mövcud olan 222 ədəd fındıq topasından son üç ildə 2019-2020-2021-ci illər üzrə əldə fındıq məhsulunun dəyərinin bütövlükdə cavabdehdən alınıb onlara verilməsini xahiş etmişdirlər. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyətindədir. Bu səbəbdən cavabdehdən həmin pul məbləği fındıq məhsulunun ümumi dəyərinin yalnız iddiaçıların payına uyğun olaraq tutulmalıdır. Bu səbəbdən iddia tələbi həmin hissə də təmin edilməməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X3 **********34 reyestr №-li çıxarışla verilmiş (1.0232 ha) torpaq sahəsinin 0.3103 ha hissəsində 22 ədəd, **********02 reyestr №-li çıxarışla verilmiş (1.5043 ha) torpaq sahəsinin 0.2878 ha hissəsində 36 ədəd, ümumilikdə 58 ədəd fındıq ağacının (kol) mövcud vəziyyətə qədər yetişməsi üçün çəkilən xərc olaraq 4812,84 (dörd min səkkiz yüz on iki manat səksən dörd qəpik) manat, cavabdeh X6 **********49 reyestr №-li çıxarışla verilmiş (1.2955 ha) torpaq sahəsinin 0,2271 ha hissəsində 51 ədəd fındıq ağacının (kol) mövcud vəziyyətə qədər yetişməsi üçün çəkilən xərc olaraq 4231,98 (dörd min iki yüz otuz bir manat doxsan səkkiz qəpik) manat pul alınıb iddiaçı X4 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 386.1, 1091, 1092, 157.6, 157.7-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217, 10-1.3, 218.3 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh X7 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı "maddi ziyan” tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun tərəfindən vərəsə olaraq əldə etdikləri və üzərində mülkiyyət hüququ əldə etdikləri 0.76 ha torpaq sahəsində mövcud olan 222 ədəd fındıq topasından son üç ildə 2019-2020-2021-ci illər üzrə əldə olunmuş hər il üzrə orta hesabla 1776 kq, cəmi 5328 kq təmiz fındığın dəyəri olan 21312 manat pulun alınıb verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişlər. Qəbələ Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(025)-1150/2022 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək Cavabdeh **********13 reyestr №-li Çıxarışla verilmiş Qəbələ rayonu, Tola kəndində yerləşən 0,76 ha torpaq sahəsində olan 222 ədəd fındıq topasından əldə olunan məhsulun dəyəri olaraq 4194 manat pul alınıb iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsi qət edilmişdir. O, Qəbələ Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(025)-1150/2022 nömrəli qətnaməsi ilə razı olmamışdır və hesab etmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, o, iddia ərizəsində qeyd edilənlərlə razı olmayaraq məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçılar iddialarında qeyd etmişlər ki, o, 2019, 2020 və 2021-ci il tarixlərdə 0,76 ha torpaq sahəsində olan fındıq topalarından fındıq yığmağa maneçilik törətmişdir. Lakin o elə deyil, yəni həmin illərdə iddiaçılar dava qırğınla gəlib torpağın payları ayrılmadan və naturada müəyyən olunmamış hissəsində fındıq yığmışlar. Həmin 0.76 ha torpaq sahəsi 3 nəfər arasında paylı mülkiyyət olaraq müəyyən olunmuşdur, yəni İddiaçı2, İddiaçı1 və onun arasında paylar bölünmüş və pay üstünlüyü olaraq 0.4221 ha ona verilmişdir. Belə olan halda və o özü dava-dalaşla fındıqı yığmış halda necə ola bilər ki, ondan ziyan tələb etmişlər. Həmin torpaq sahəsində mübahisələr hər il olduğu üçün və bağın hansı hissəsindən kim nə qədər yığmalıdır və kimə nə qədər düşür, onunla bağlı torpaq sahəsinin naturada ayrılması barədə iddia ərizəsi ilə o, məhkəməyə müraciət etmişdir. Ondan sonra məhkəmə prosesləri keçirilib, ekspertiza da təyin olunmuşdur, gəlib yerində müəyyən etmişdirlər ki, həmin torpaq sahəsinin naturada ayrılması mümkün deyil. Elə olan halda kim və necə müəyyən etmişdir ki, o həmin bağı yığmışdır. Hər il dava-dalaş olaraq özləri yığmışlar, yəni torpaq naturada ayrılmamış, artıqlaması ilə onlar yığmışdırlar. İddiaçılar qeyd etmişdirlər ki, 0.76 ha torpaq sahəsində 222 ədəd fındıq topası olmuş və həmin fındıq topalarının qiyməti olaraq hesablanıb 21312 manat onlara verilməlidir. Həmin torpaq sahəsində pay üstünlüyü onda olmasına baxmayaraq iddiaçıya neçə topa fındıq düşməsini və bağın hansı hissəsində yığılmağını bilmədən və onları artıqlaması ilə yığmaqlarına baxmayaraq ondan ziyan tələb etmişdirlər. Oradan da tam olaraq aydın olurmuşdur ki, iddiaçıların iddia tələbi əsassızdır. Əgər iddiaçıların marağında olsa idi, onlar həmin torpaq sahəsinin naturada ayrılması barədə bu neçə il ərzində iddia qaldırardılar. Qəbələ Rayon Məhkəməsinin qətnaməsində ondan **********13 reyestr №-li Çıxarışla verilmiş Qəbələ rayonu, Tola kəndində yerləşən 0,76 ha torpaq sahəsində olan 222 ədəd fındıq topasından əldə edilmiş məhsulun dəyəri olaraq 4194 manat pulun alınıb iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsi qət edilməsi qeyd olunsa da 222 ədəd fındıq topasından əldə olunmuş məhsulun dəyəri olaraq 4194 manat pul məbləğinin hansı əsasla müəyyən edildiyi və ümimiyyətlə **********13 reyestr №-li Çıxarışla verilmiş Qəbələ rayonu, Tola kəndində yerləşən 0,76 ha torpaq sahəsinin birgə mülkiyyət olaraq 0.4221 ha hissəsinin ona məxsus olması nəzərə alınmamışdır. Həmçinin iş üzrə məhkəmə tərəfindən baxış keçirilərək 2019-2020-2021-ci illər üzrə əldə olunan qabıqlı fındıq məhsulunun bazar qiymətinin müəyyən edilməsi üçün məhkəməyə verilən mütəxəssis rəyi ilə də razı olmamışdır. X13 İnkişaf Mərkəzinin direktoru R.S.Əhmədov tərəfindən hazırlanmış 15 noyabr 2022-ci il tarixli MİHO/1.2.47-2-2022-34 saylı mütəxəssis rəyində göstərilmişdir ki, həmin 0,76 hektar fındıq bağında 222 ədəd məhsuldar fındıq topası vardır. Həmin bağda olan fındıq topalarına 1 ildə olan nəzəri fındıq norması 222 x 9 kq=1998 kq olar. Onda 3 ildə fındıq bağında olan nəzəri məhsuldarlıq 1998 kq x 3 = 5994 kq olar. Həmin qərzəkli fındıq məhsulu təmiz fındığa çevirilərsə 5994 kq x 46%=2757 kq təmiz fındıq məhsulu olar. Son üç ildə fındıq məhsulunun qiyməti 2-4 manat arasında dəyişmişdir. Onda həmin fındıq məhsulunu 2757 kq x 3 manat dəyəri = 8271 manat olardı. 1 ton qərzəkli fındığın yığılması üçün 300 manat xərc tələb olunmuş, onda 5994 kq qərzəkli fındığın yığılması üçün 5994 kq x 300 manat=1798 manat olar. 1 ton qərzəkli fındığın təmizlənməsi üçün 60 manat vəsait xərclənir. Onda 5994 kq x 60 manat=180 manat vəsait tələb olunur. Həmin bağdakı fındıq topalarının yığılmasına, təmizlənməsinə son üç ildə 1798 manat + 180 manat = 1978 manat olar. Fındıq bağında olan fındıq məhsulunun ümumi dəyərindən, yəni 8271 manat çəkilmiş xərci çıxsaq 8271 manat -1978 manat = 6293 manat olar. Mütəxəssis rəyində 0,76 hektar torpaq sahəsində olan fındıq topalarının aqrotexniki qulluq göstərilmədiyindən, suvarılmayan ərazi olmadığından, məhsuldarlığının aşağı səviyyədə və məhsulunun xırda keyfiyyət normasından aşağı olduğu dolayısı ilə göstərilsədə, fındıq məhsulunun hər kq qiyməti və hər fındıq topasından götürülən məhsul yüksək qeyd olunmuşdur. Göründüyü kimi, mülki iş hərtərəfli, tam və obyektiv araşdırlmamış və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Ona görə də Qəbələ Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(025)-1150/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(025)-1150/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(025)-1150/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Tövlə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-ci maddəsinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Apellyator Qəbələ Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(025)-1150/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 29 noyabr 2022ci il tarixli, 2(025)-1150/2022 saylı qətnaməsi qismən ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********13; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışına əsasən İddiaçı1, İddiaçı2 və X2 ümumi birgə mülkiyyətinə 0.76 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən cavabdeh X2 istifadə etməsi müəyyən olunmuşdur. Qəbələ rayonu, Tola kəndi ərazisində yerləşən 0.76 ha torpaq sahəsində 222 ədəd məhsuldar fındıq topası (ağacları) mövcuddur. Hazırda iddiaçılar Cavabdeh tərəfindən vərəsə olaraq əldə etdikləri və üzərində mülkiyyət hüququ əldə etdikləri 0.76 ha torpaq sahəsində mövcud olan 222 ədəd fındıq topasından son üç ildə 2019-2020-2021-ci illər üzrə əldə olunan hər il üzrə orta hesabla 1776 kq, cəmi 5328 kq təmiz fındığın dəyəri olan 21312 manat pulun alınıb verilməsini tələb edirlər. Şikayətin ilk dəlili ondan ibarətdir ki, iddia ərizəsində qeyd edilənlərlə razı olmayaraq məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçılar iddialarında qeyd etmişlər ki, o, 2019, 2020 və 2021-ci il tarixlərdə 0,76 ha torpaq sahəsində olan fındıq topalarından fındıq yığmağa maneçilik törətmişdir. Lakin o elə olmamışdır, yəni həmin illərdə iddiaçılar dava qırğınla gəlib torpağın payları ayrılmadan və naturada müəyyən olunmamış hissəsində fındıq yığmışlar. Həmin 0.76 ha torpaq sahəsi 3 nəfər arasında paylı mülkiyyət olaraq müəyyən olunmuşdur, yəni İddiaçı2, İddiaçı1 və onun arasında paylar bölünmüş və pay üstünlüyü olaraq 0.4221 ha ona verilmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin bu dəlili qismən əsaslıdır. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********12; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Tola kəndində yerləşən 0.22 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2 və X2 adına qeydiyyata alınmışdır. Şikayət bu hissədə əsaslıdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsində ondan **********13 reyestr №-li Çıxarışla verilmiş Qəbələ rayonu, Tola kəndində yerləşən 0,76 ha torpaq sahəsində olan 222 ədəd fındıq topasından əldə edilmiş məhsulun dəyəri olaraq 4194 manat pulun alınıb iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsi qət edilməsi qeyd olunsa da, 222 ədəd fındıq topasından əldə olunmuş məhsulun dəyəri olaraq 4194 manat pul məbləğinin hansı əsasla müəyyən edildiyi və ümimiyyətlə **********13 reyestr №-li Çıxarışla verilmiş Qəbələ rayonu, Tola kəndində yerləşən 0,76 ha torpaq sahəsinin birgə mülkiyyət olaraq 0.4221 ha hissəsinin ona məxsus olması nəzərə alınmamışdır. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi X13 İnkişaf Mərkəzinin direktoru R.S.Əhmədov tərəfindən hazırlanmış 15 noyabr 2022-ci il tarixli MİHO/1.2.47-2- 2022-34 saylı mütəxəssis rəyinə istinad etmişdir. Kollegiyanın qənaətinə görə bu hissədə birinci instansiya məhkəməsi bu rəyə istinad etməkdə haqlı olmuşdur. X13 İnkişaf Mərkəzinin direktoru R.S.Əhmədov tərəfindən hazırlanmış 15 noyabr 2022-ci il tarixli MİHO/1.2.47-2-2022-34 saylı mütəxəssis rəyində göstərilmişdir ki, həmin 0,76 hektar fındıq bağında 222 ədəd məhsuldar fındıq topası vardır. Fındıq bağı Tövlə kəndinin girəcəyində çökək hissədə yerləşir, topalar həddindən artıq sıxdır, ona görə qida maddələri ilə təminatı zəifdir və bir topada normadan artıq fındıq budağı saxlanıldığını müəyyən edildi. Fındıq bağında olan fındıq topalarının nəzəri məhsuldarlığını müəyyən etdikdə, fındıq topalarının sıxlığı, qulluq işləri, topaların günəş şüaları ilə təminatı nəzərə alınmışdır. Həmin bağda olan fındıq topalarına nəzəri olaraq təxminən 8-10 kq qərzəkli fındıq norması müəyyən etmək olar. Həmin bağda olan fındıq topalarına 1 ildə olan nəzəri fındıq norması 222 x 9kq=1998 kq olar. Onda 3 ildə fındıq bağında olan nəzəri məhsuldarlıq 1998 kq x 3 = 5994 kq olar. Həmin qərzəkli fındıq məhsulunu təmiz fındığa çevirsilsə 5994 kq x 46%=2757 kq təmiz fındıq məhsulu olar. Son üç ildə fındıq məhsulunun qiyməti 2-4 manat arasında dəyişir. Onda həmin fındıq məhsulunu 2757 kq x 3 manat dəyəri = 8271 manat olar. 1 ton qərzəkli fındığın yığılması üçün 300 manat xərc tələb olunur, onda 5994 kq qərzəkli fındığın yığılması üçün, 5994 kq x 300 man=1798 manat olar. 1 ton qərzəkli fındığın təmizlənməsi üçün 60 manat vəsait xərclənir. Onda 5994 kq x 60 man=180 manat vəsait tələb olunur. Həmin bağdakı fındıq topalarının yığnlmasına, təmizlənməsinə son üç ildə 1798 manat + 180 manat = 1978 manat olar. Fındıq bağında olan fındıq məhsulunun ümumi dəyərindən, yəni 8271 manat çəkilmiş xərci çıxsaq 8271 manat -1978 manat = 6293 manat olar. Qeyd: Fındıq bağının məhsuldarlığı, məhsulun qiyməti və görülən işlər barədə qiymətləndirmə aparıldıqda yerli əhali, mütəxəssis sorğusu və bazar qiymətləri nəzərə alınmışdır. Həmin qiymətlər bazar qiymətinə uyğun olaraq mütəmadi surətdə dəyişə bilər. Göründüyü kimi şikayət bu hissədə əsassızıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh **********13 reyestr №-li Çıxarışla verilmiş Qəbələ rayonu, Tola kəndində yerləşən 0,76 ha torpaq sahəsində olan 222 ədəd fındıq topasından əldə olunan məhsulun dəyəri olaraq 4194 (dörd min bir yüz doxsan dörd) manat pul alınıb iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsi hissəsində səhvə yol verilmişdir. Belə ki, mübahisəli torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyətindədir. Bu səbəbdən 4194 manat pul tərəflərin arasında bərəbər şəkildə bölünməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, 4194:3=1398 manat olur. Bu isə o deməkdir ki, cavabdehdən yalnız 2796 manat pul tutulub iddiaçılara ödənilməlidir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(025)-1150/2022 saylı qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(025)-1150/2022 saylı qətnaməsi 1398 manat pulun cavabdehdən alınması hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi 1398 manata aid hissədə təmin edilməsin. Cavabdeh fındıq topasından əldə olunan məhsulun dəyəri olaraq 2796 (iki min yeddi yüz doxsan altı) manat pul alınıb iddiaçılar İddiaçı2 və İddiaçı1 verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-348/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-348/2023
27.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver