Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-35/2021 22.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh7 qarşı “borc tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(037)-801/2019 nömrəli qətnaməsindən Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 25 noyabr 2019-cu il tarixli, 2(037)-801/2019 nömrəli qətnaməsi ilə iddiа tələbi qismən təmin edilmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh8 arasında bağlanmış 09 dekabr 2011-ci tarixli 26L000000522 saylı kredit xətti müqaviləsinə, 10 iyun 2014-cü il tarixli 522 saylı sazişə və 23 yanvar 2015-ci il tarixli 035R********** saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh7 müştərək qaydada icra (ödəniş) gününə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 12195,90 ABŞ dolları əsas borc, 18408,04 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə - cəmi 31103,94 ABŞ dolları (otuz bir min bir yüz üç dollar 94 sent) kredit borcunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu əvəzinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək onunla Cavabdeh8 arasında bağlanılmış 09 dekabr 2011-ci il tarixli 26L000000522 saylı kredit xətti müqaviləsinə, 10 iyun 2014-cü il tarixli 522 saylı sazişə və 23 yanvar 2015-ci il tarixli 035R********** saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh7 müştərək qaydada 12195,90 ABŞ dolları əsas borc, 18408,04 ABŞ dolları faiz borcu və 10586,36 ABŞ dolları cərimə - cəmi 41190,30 ABŞ dolları (qırx bir min bir yüz doxsan dollar 30 sent) kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək göstərmişdir ki, birinci cavabdehlə iddiaçı arasında bağlanmış 09 dekabr 2011-ci il tarixli 26L000000522 saylı kredit xətti müqaviləsinə əsasən birinci cavabdehin adına 120 (yüz iyirmi) ay müddətinə 40.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları 10 iyun 2014cü il tarixli 522 saylı sazişlə kredit xətti müqaviləsinin müddəti 150 ay və məbləği 500000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə birinci cavabdehlə iddiaçı arasında bağlanmış 23 yanvar 2015-ci il tarixli 035R********** saylı kredit razılaşmasına əsasən iddiaçı tərəfindən birinci cavabdehə hissə-hissə qaytarmaq şərti ilə aylıq 1,6667 % dərəcəsi ilə 24 ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 25 may 2015-ci il tarixli 035R150348013S saylı, 18 mart 2016-cı il tarixli 035R**********SA saylı, 03 oktyabr 2016-cı il tarixli 035R**********SB saylı, 26 aprel 2017-ci il tarixli 035R150348013SC saylı, 15 may 2018-ci il tarixli 035R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. 18 mart 2016-cı il tarixli 035R**********SA saylı kredit sazişində kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını sazişə əlavə olunan ödəniş planına uyğun olaraq bir il ərzində faizsiz olaraq ödənməsinə razılaşmışdır. Həmin müddət ərzində müqavilə üzrə faiz borclarının tutulması dayandırılmışdır. Birinci cavabdeh tərəfindən aparılan ödənişlər onun əsas borcundan çıxılmışdır. Faiz borcları isə ödənilməmiş qalmışdır. Hazırda ödənilməmiş qalan faiz borcları tələb olunur. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı ilə ikinci – səkkizinci cavabdehlər arasında zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən ikinci – səkkizinci cavabdehlər zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə birinci cavabdehlə eyni həcmdə məsuliyyət daşımağı öz üzərilərinə götürmüşlər. Birinci cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmiş, kredit razılaşması üzrə ödənişləri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 14 dekabr 2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdehlərlə məhkəmədənkənar qaydada məsələnin həll olunması üçün iddiaçı tərəfindən danışıqlar (xəbərdarlıq qaydasında) aparılsa da heç bir nəticə əldə olunmamışdır. Ona görə də iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, 30 manat dövlət rüsumu da ödənilmişdir. Birinci cavabdehin iddiaçıya 12195,9 ABŞ dolları əsas, 18408,04 ABŞ dolları faiz və 10586,36 ABŞ dolları cərimə borcu vardır. Birinci cavabdehin İddiaçı QSC-nə olan əsas kredit borcu 10000 ABŞ dollarından çox olduğundan hazırkı kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmür. İddiaçı birinci cavabdehlə bağlanmış 09 dekabr 2011-ci il tarixli 26L000000522 saylı kredit xətti müqaviləsinə, 10 iyun 2014-cü il tarixli 522 saylı sazişə və 23 yanvar 2015-ci il tarixli 035R********** saylı kredit razılaşmasına xitam verilməsi, 12195,9 ABŞ dolları əsas, 18408,04 ABŞ dolları faiz, 10586,36 ABŞ dolları cərimə - cəmi 41190 (qırx bir min bir yüz doxsan) ABŞ dolları 30 (otuz) sent borc və 30 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının hesabına ödənilməsini tələb edir. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, 2015-ci ildə 50000 ABŞ dolları kredit götürmüşdür. Kredit aldığı zaman 100 ABŞ dolları 78 manat dəyərində olmuş, həmin ərəfədə kredit müqaviləsi üzrə ödənişləri vaxtlı-vaxtında aparmışdır. 100 ABŞ dolları 105 manat dəyərinə qalxdıqdan sonra da müqavilə üzrə ödənişləri etmişdir. Sonuncu devalvasiyadan sonra 100 ABŞ dolları 178 manata qalxdığından kredit müqaviləsi ödənişləri apara bilməmişdir. Kredit götürərəkən ona, müqavilə üzrə zaminlər Cavabdeh2, Cavabdeh3 məxsus fərdi yaşayış evləri və ona məxsus ticarət obyekti girov qoyulmuşdur. Kreditləri vaxtlı-vaxtında ödədiyinə görə zamin Cavabdeh2 məxsus ev girovdan çıxarılmışdır. Müqavilə üzrə borcunu bağlamaq məqsədi ilə banka müraciət edərək işlətdiyi obyektin girovdan çıxarılmasını xahiş etmişdir. Bankın nümayəndəsi ona bildirmişdir ki, kredit borcundan 11000 manat ödəniş apararsa obyekt girovdan çıxarılacaqdır. O, 2018-ci ilin noyabr ayında borc götürərək 11800 manat ödəniş etmiş, bundan sonra əlavə olaraq 1000 manat da ödəməsi ondan tələb olunmuşdur. 2018-ci ilin dekabr ayında 1000 manatı da ödəmişdir. Buna baxmayaraq bank tərəfindən ona məxsus obyekt girovdan çıxarılmamışdır. O, bank tərəfindən aldadılmış, nəticədə çətin olan maliyyə vəziyyəti daha da ağırlaşmışdır. Onun banka 12195,9 ABŞ dolları borcu qalmışdır. Hesablanmış faiz və cərimə məbləğləri əsassız olaraq şişirdilmişdir və həmin məbləğlərlə razı deyildir. Ona görə də iddia tələbinin qismən – faiz və cərimə məbləğləri silinməklə təmin olunmasını xahiş edir. İkinci–səkkizinci cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh8 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh8 apellyasiya şikayətində göstərmişdir ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları sübut etməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iddiaçının ondan tələb etdiyi faiz və cərimə borcu ilə razı deyildir. İddiaçı tərəfindən faiz borcunun hansı qaydada belə hesablanmasını və məhkəməyə müraciət etdikdən sonra şişirdilməsi qətnamədə göstərilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya qaydasında işə baxılarkən məhkəmə mühasibatlıq ekspertizası keçirilməli, şikayətdə göstərilən dəlillər obyektiv araşdırılmalıdır. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(037)- 801/2019 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə borcun düzgün hesablanmasının müəyyən edilməsini xahiş edir. Tərəflərin izahatları İddiaçı QSC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh7 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(037)-801/2019 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmuş 18408,04 ABŞ dolları faiz borcu və cəmi 31103,94 ABŞ dolları (otuz bir min bir yüz üç dollar 94 sent) kredit borcuna aid hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh7 müştərək qaydada icra (ödəniş) gününə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla tutulub İddiaçı QSC-yə ödənilməli olan borcun məbləği əsas borc üzrə 12195,90 ABŞ dolları, faiz borcu 17.166,90 ABŞ dolları və cərimə borcu üzrə 500 ABŞ dolları olmaqla, cəmi 29.856,8 ABŞ dolları müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş 09 dekabr 2011-ci il tarixli 26L000000522 saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən birinci cavabdehin adına 120 ay müddətinə 40.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş 10 iyun 2014-cü il tarixli 522 saylı sazişdən görünür ki, 09 dekabr 2011-ci il tarixli 26L000000522 saylı kredit xətti müqaviləsində dəyişiklik edilərək birinci cavabdehə 150 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş 23 yanvar 2015-ci il tarixli 035R********** saylı kredit razılaşmasına əsasən həmin tarixdə iddiaçı tərəfindən birinci cavabdehə hissə-hissə qaytarmaq şərti ilə aylıq 1,6667 % dərəcəsi ilə 24 ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. Birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş iddiaçı ilə birinci cavabdeh arasında imzalanmış 25 may 2015-ci il tarixli 035R150348013S saylı, 18 mart 2016-cı il tarixli 035R**********SA saylı, 03 oktyabr 2016-cı il tarixli 035R**********SB saylı, 26 aprel 2017-ci il tarixli 035R150348013SC saylı, 15 may 2018-ci il tarixli 035R**********SD saylı sazişlərdən görünür ki, 09 dekabr 2011-ci il tarixli 26L000000522 saylı kredit xətti müqaviləsi üzrə 23 yanvar 2015-ci il tarixdə bağlanmış 035R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Həmin ödəniş planlarında müəyyən dövrlər üçün cavabdehin kredit müqaviləsi üzrə faiz borcu ödəməkdən azad olunması göstərilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə ikinci - səkkizinci cavabdehlər arasında bağlanmış 035S**********01 saylı, 035S**********03 saylı, 26S000000991 saylı, 35S000000241 saylı, 35S********** saylı, 035S**********02 saylı, 035S**********01 saylı zaminlik müqavilələrindən müəyyən edilir ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 09 dekabr 2011-ci il tarixli 26L000000522 saylı kredit xətti müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqavilələrinə əsasən ikinci – səkkizinci cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. İş materiallarına əlavə edilmiş 16 may 2019-cu il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki,cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədikləri üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəliyi və maddi məsuliyyətləri barədə cavabdehlərə xəbərdarlıq edilmiş,əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. İş materiallarına əlavə edilmiş 03 sentyabr 2019-cu il tarixli 08 nömrəli maliyyə arayışından görünür ki, birinci cavabdehin 23 yanvar 2015-ci il tarixli 035R********** saylı kredit razılaşması üzrə 23 iyul 2019-cu il tarixə iddiaçıya 12195,9 ABŞ dolları əsas və 18408,04 ABŞ dolları faiz borcu qalmış, borcun gecikdirilməsinə görə 10586,36 ABŞ dolları cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş 03 sentyabr 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 439, 448.1, 449.1, 465.2, 467, 472.1, və 472.2-ci maddələrinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə olunmalıdır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər qətnamədə Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, birinci cavabdehlə iddiaçı arasında bağlanmış 09 dekabr 2011-ci il tarixli 26L000000522 saylı kredit xətti müqaviləsinə əsasən birinci cavabdehin adına 120 (yüz iyirmi) ay müddətinə 40.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdehə veriləcək məbləğə və müddətə görə ayrıca kredit razılaşması bağlanmışdır. Tərəflərin imzaladıqları 10 iyun 2014-cü il tarixli 522 saylı sazişlə kredit xətti müqaviləsinin müddəti 150 ay və məbləği 500000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə birinci cavabdehlə iddiaçı arasında bağlanmış 23 yanvar 2015-ci il tarixli 035R********** saylı kredit razılaşmasına əsasən iddiaçı tərəfindən birinci cavabdehə hissə-hissə qaytarmaq şərti ilə aylıq 1,6667 % dərəcəsi ilə 24 ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 25 may 2015-ci il tarixli 035R150348013S saylı, 18 mart 2016-cı il tarixli 035R**********SA saylı, 03 oktyabr 2010-cı il tarixli 035R**********SB saylı, 26 aprel 2017-ci il tarixli 035R150348013SC saylı, 15 may 2018-ci il tarixli 035R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüş, birinci cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının qalan kredit məbləğini, kredit faizini və borcun gecikdirilməsinə görə hesablanmış digər ödənişləri tələb etmək hüququ nəzərdə tutulmuşdur. 035S**********01, 035S**********03, 26S000000991, 35S000000241, 35S**********, 035S**********02 və 035S**********01 saylı zaminlik müqavilələrinə əsasən birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zamin - hazırki iş üzrəikinci – səkkizinci cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Birinci cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Cavabdehlərə rəsmi qaydada yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq onlar iddiaçı ilə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri vaxtında icra etməmişlər. İddiaçı birinci cavabdehlə bağlanmış 09 dekabr 2011-ci il tarixli 26L000000522 saylı kredit xətti müqaviləsinə, 10 iyun 2014-cü il tarixli 522 saylı sazişə və 23 yanvar 2015-ci il tarixli 035R********** saylı kredit razılaşmasına xitam verilməsi, 12195,9 ABŞ dolları əsas, 18408,04 ABŞ dolları faiz, 10586,36 ABŞ dolları cərimə - cəmi 41190 (qırx bir min bir yüz doxsan) ABŞ dolları 30 (otuz) sent borc və 30 manat dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh iddia tələbini qismən – faiz və cərimə məbləği silinməklə təmin olunmasını xahiş edir. İkinci – səkkizinci cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, onların iddia tələbinin mahiyyətinə münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi birinci cavabdehin kredit müqaviləsi üzrə faizlərin silinməsinə dair izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd etmişdir ki, kredit müqaviləsi üzrə razılaşdırılmış ödəniş planında müəyyən dövrlər üçün cavabdeh faiz borcu ödəməkdən azad olunmuşdur. Ötən müəddət ərzində cavabdeh müqavilənin şərtlərini pozduğundan iddiaçı tam olaraq faiz borclarını cavabdehdən tələb edir. Qeyd olunan əsaslara görə, habelə kredit müqaviləsinin cavabdehlər tərəfindən də qəbul edilmiş şərtlərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 035R********** saylı kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada 12195,9 ABŞ dolları əsas və 18408,04 ABŞ dolları faiz borcu tutulmasına dair hissələri təmin edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 23 yanvar 2015-ci il tarixli 035R********** saylı kredit razılaşması üzrə 10586,36 ABŞ dolları cərimə məbləği həmin müqavilənin cavabdehlər tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir. Kredit müqaviləsi üzrə əsas borcun miqdarının 12195,9 ABŞ dolları, faiz borcunun miqdarının isə 18408,04 ABŞ dolları təşkil etdiyi halda, cərimənin miqdarının 10586,36 ABŞ dolları məbləğində olması cavabdehlərin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehlərin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən 10586,36 ABŞ dolları cərimə məbləği tutulmasına dair hissəsi qismən - 500 (beş yüz) ABŞ dolları həddində təmin edilməlidir. Hazırki iddia tələbi üzrə borc məbləği xarici valyuta ilə göstərildiyindən qətnamədə alınan məbləğin qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmalı olması göstərilməlidir. Tərəflər arasında bağlanmış 09 dekabr 2011-ci il tarixli 26L000000522 saylı kredit xətti müqaviləsinin şərtlərinə əsasən kredit və faizlər vaxtında ödənilmədikdə və ya qismən ödənildikdə kreditorun kredit müqaviləsinin vaxtından əvvəl ləğv etməsi hüququ nəzərdə tutulmuşdur. Ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən 30 manat ödənilmiş dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə ümumilikdə razılaşsa da, əsas borcun məbləğini 12.195,9 ABŞ dolları, faiz borcunun məbləğini 18.408,04 ABŞ dolları və cəmi borcun məbləğini 31.103,94 ABŞ dolları qət etməsi ilə razılaşmır. Cavabdeh apellyasiya şikayətində əsas borcun məbləğini mübahisələndirmədiyindən həmin hissədə araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən – faiz borcunun və cəmi kredit borcu məbləğinə aid hissədə dəyişdirilməsinə və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2021-ci il tаrixli, 2(107)- 35/2021 nömrəli qərаrdаdına əsasən verilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 09 iyul 2021-ci il tarixli 9/1178 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən "xxxx" QSC ilə Cavabdeh8 arasında bağlanmış 23 yanvar 2015-ci il tarixli 035R********** saylı kredit razılaşması üzrə Cavabdeh8 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: 23.01.2017-ci il tarixə: əsas borc üzrə - 29.973,41 ABŞ dolları faiz borcu üzrə - 8.544,34 ABŞ dolları cəmi – 38.517,75 ABŞ dolları 03.09.2019-cu il tarixə əsas borc üzrə - 12.190,74 ABŞ dolları faiz borcu üzrə - 17.166,90 ABŞ dolları cəmi – 29.357,64 ABŞ dolları Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən faiz borcunu 18.408,04 ABŞ dolları və cəmi kredit borcunu 31.103,94 ABŞ dolları hesablamaqla əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində artıq hesablandığını iddia etdiyi 500 ABŞ dolları cərimə borcuna münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi tələb olunan 10.586.36 ABŞ dolları cərimə borcunu tənasübsüz hesab edərək azaldıb 500 ABŞ dolları müəyyən edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə tam riayət etdiyindən həmin məbləğ daha artıq həcmdə azaldıla bilməz. Həmin maddəyə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, fazi borcunun məbləğini 18.408,04 ABŞ dolları və cəmi borcun məbləğini 31.103,94 ABŞ dolları həcmində təmin etməkdə düzgün nəticəyə gəlmədiyindən Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(037)-801/2019 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmuş 18408,04 ABŞ dolları faiz borcu və cəmi 31.103,94 ABŞ dolları (otuz bir min bir yüz üç dollar 94 sent) kredit borcuna aid hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh7 müştərək qaydada icra (ödəniş) gününə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla tutulub İddiaçı QSC-yə ödənilməli olan borcun məbləği əsas borc üzrə 12.195,90 ABŞ dolları, faiz borcu 17.166,90 ABŞ dolları və cərimə borcu üzrə 500 ABŞ dolları olmaqla, cəmi 29.856,8 ABŞ dolları müəyyən edilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh8 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(037)-801/2019 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin olunmuş 18408,04 ABŞ dolları faiz borcu cəmi 31103,94 ABŞ dolları (otuz bir min bir yüz üç dollar 94 sent) kredit borcuna aid hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh7 müştərək qaydada icra (ödəniş) gününə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla tutulub İddiaçı QSC-yə ödənilməli olan borcun məbləği əsas borc üzrə 12195,90 ABŞ dolları, faiz borcu 17.166,90 ABŞ dolları və cərimə borcu üzrə 500 ABŞ dolları olmaqla, cəmi 29.856,8 ABŞ dolları müəyyən edilməlidir. Aparılmış ekspertizanın dəyəri olan 145 manat (bir yüz qırx beş) alınıb döblət büdcəsinə ödənilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-35/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-35/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver