Məhkəmə qərarları › İş №2(107)-35/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-35/2022

05.05.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-35/2022 05.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X42 və Cavabdeh4 qarşı iş üzrə (açar sözlər: mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X42 və Cavabdeh4 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tаrixli, 2(025)-20/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X42 və Cavabdeh4 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması» tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05 mart 2019-cu il tarixdə qeydə aldığı Seriya RX ******* saylı çıxarışla mülkiyytinə verilmiş 0,20 ha torpaq sahəsinə gedən və cavabdehlər Cavabdeh1, Cavabdeh3, X42 və Cavabdeh4 tərəfindən bağlanmış yolun, yola qoyulan maneələrin sökülməsi ilə məcburi qaydada açılması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə digər ailə üzvləri - X25, X26 və X30 ilə birlikdə mülkiyyətlərinə 0,20 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüqüqları JN-076C (kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə rəsmiləşdirilmişdir. Şəhadətnaməyə əsasən müraciətləri nəzərə alınaraq ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05 mart 2019-cu il tarixdə qeydə alınmış, Seriya RX 147886 saylı çıxarış təqdim olunmuşdur. Torpaq sahəsi mülkiyyətinə veriləndə torpağa gediş-gəliş üçün yol yeri olsa da, sonradan cavabdehlər əsassız olaraq yolun bir hissəsini çəpərləməklə bağlamışlar. Yəni, torpağa gediş-gəliş üçün ensiz yol saxlamışlar ki, bu da yolun daralmasına, maşından və digər texnikadan istifadə etməsini mümkünsüz etmişdir. Bir sözlə, mülkiyyətindən yolun cavabdehlər tərəfindən böyük bir hissəsinin tutulması nəticəsində istifadə edə bilmir. Bu isə cavabdehlər tərəfindən mülkiyyətçi olaraq torpaq üzərində mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Bu vaxtadək istifadə etdiyi yerdən yolun olduğunu dəfələrlə cavabdehlərə bildirməklə, qanunsuz olaraq tutduqları yol yerinin açılmasını tələb etməyi faydasız olmuşdur. Çünki, onlar hər dəfə müxtəlif bənalər gətirərək yol yerinin açılmasından imtina etmiş və hazırda da imtina edirlər. Hətta yaranmış problemin həlli üçün Həmzəlli kənd İƏ nümayəndəliyi və bələdiyyəsi də müəyyən hərəkətlər etmiş və cavabdehlər tərəfindən bağlanmış yolun açılması məqsədiylə onlarla dəfələrlə söhbətlər aparılmışdır. Lakin cavabdehlər hər dəfə yolun açılmasından imtina etmişlər. Buna görə də aralarında yaranmış mübahisənin hüquq müstəvisində həllinə nail olmaq üçün məhkəməyə müraciət etməyi qərara almışdır.

3. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə digər ailə üzvləri ilə birlikdə mülkiyyətinə 0,20 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüqüqları JN-076C (kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə rəsmiləşdirilmişdir. Bundan sonra müracəti əsasında ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 05 mart 2019-cu il tarixdə Seriya RX 147886 saylı çıxarış vermişdir. Torpaq sahəsi mülkiyyətinə veriləndə torpağa gediş-gəliş üçün yol yeri olsa da, cavabdehlər əsassız olaraq yolun bir hissəsini çəpərləməklə bağlamışlar. Onlar torpağa gediş-gəliş üçün ensiz yol saxlamışlar ki, bu yolun daralmasına, maşından və digər texnikadan istifadə etməsini mümkünsüz etmişdir. Mülkiyyətindən yolun cavabdehlər tərəfindən böyük bir hissəsinin tutulması nəticəsində istifadə edə bilmir. Bu hal cavabdehlər tərəfindən onun torpaq üzərində mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. İstifadə etdiyi yerdən yolun olduğunu cavabdehlərə bildirməklə, qanunsuz olaraq tutduqları yol yerinin açılmasını onlardan tələb etmişdir. Yaranmış problemin həlli üçün müraciəti nəzərə alınaraq Qəbələ rayon Həmzəlli kənd İnzibati ərazi nümayəndəliyi və bələdiyyəsi də müəyyən hərəkətlər etmiş və cavabdehlər tərəfindən bağlanmış yolun açılması məqsədi ilə onlarla dəfələrlə söhbətlər aparmışdır. Lakin cavabdehlər hər dəfə yolun açılmasından imtina etmişlər. Atababa yolunun açılmasını cavabdehlərdən tələb etməklə iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X42 iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı sözügedən yerdən maşın yolu tələb edir. Lakin həmin yerdə heç vaxt maşın yolu olmamışdır. Piyada gediş-gəliş üçün iddiaçıya mübahisəli yerdən yol vermişlər. Buna baxmayaraq iddiaçı bununla razılaşmamış və əvvəllər həmin yerdən maşın yolunun olduğunu iddia etmişdir. Hesab edir ki, ekspertin rəyi düzgün olaraq tərtib olunmuşdur. Odur ki, məhkəmədən ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, o, iddiaçının mülkiyyətindəki torpaq sahələrinə gedən yol yerini bağlamamışdır. İddiaçıya özlərinə məxsus bağdan piyada gediş-gəliş üçün yol vermişlər. İddiaçı hazırda bu yoldan istifadə edir. Lakin iddiaçı bununla razılaşmayaraq həmin yerdən maşın yolu tələb edir. Hesab edir ki, mübahisəli yol yerinə görə ekspert düzgün rəy vermişdir. Odur ki, məhkəmədən ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsində işə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayonu Cığatelli bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.

7. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 08 yanvar 2020-ci il tarixli, 2(025)-20/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X31 və Cavabdeh4 qarşı “mülkiyyətində olan torpaq sahəsin gedən yolun açılması» tələbinə dair iddiası təmin edilməmiş, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, aparılmış mütəxəssis tədqiqatlarının dəyəri olan 86,98 manat məbləğində pulun İddiaçı tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı tərəflər arasında mübahisələndirilən yerdən onun mülkiyyətindəki torpaq sahəsinə gedişgəliş yolunun olmasına və həmin yolun cavabdehlər tərəfindən bağlanmasına dair məhkəməyə heç bir sübutu onda olmaması səbəbindən təqdim edə bilməmişdir. Mübahisəli yerdən gediş-gəliş yolunun olması barədə iddiaçının tələbi isə ekspert və mütəxəssis rəyləri ilə təkzib olunmuşdur.

9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 170.1,170.2 və 175.1-ci maddələrinin müddəalarını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəylərini nəzərə alaraq hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X31 və Cavabdeh4 qarşı “mülkiyyətində olan torpaq sahəsin gedən yolun açılması» tələbinə dair iddiası əsassızdır və buna görə də, təmin edilməməlidir.

10. İddiaçı Qəbələ Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tаrixli, 2(025)-20/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

Əvvəlki apellyasiya instansiya məhkəməsində icraat

11. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(107)-864/2020 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2(025)-20/2020 saylı qətnaməsi qismən-iddianın Cavabdeh4 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X42 və Cavabdeh4 qarşı mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması tələbinə dair iddiasının Cavabdeh4 münasibətdə təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05 mart 2019-cu il tarixdə qeydə aldığı seriya RX ******* saylı çıxarışla İddiaçı ailə üzvləri ilə ümumi birgə mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinə gedən və Cavabdeh4 tərəfindən bağlanmış, Cavabdeh4 evinin arxa hissəsindən keçən yol, yolun bağlanması üçün istifadə edilmiş dəmir setka şəkilli darvazanın sökülməsi yolu ilə məcburi qaydada açılması, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Qəbələ rayon AİK-nın 15 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə İddiaçı, X11, X12 və X15 mülkiyyətinə Qəbələ rayonu Həmzəlli kəndi ərazəsində 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüqüqları JN-076C (kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə rəsmiləşdirilmişdir.

13. Şəhadətnaməyə əsasən onlara Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05 mart 2019-cu il tarixdə qeydə alınmış, Seriya RX 147886 saylı çıxarış təqdim olunmuşdur.

14. Apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilərkən, Cavabdeh4 öz evinin arxa hissəsində İddiaçı torpaq sahəsinə gedən yolun yerləşdiyi cay yatağına doğru hissədə 50 metr uzunluqda və 4 metr enində olan yolu dəmir setka ilə bağlaması və bu yola paralel olaraq yolun isə Cavabdeh1 yaşadığı evin giriş hissəsindən bağlanılması müəyyən edilmişdir. Cavabdeh1 yaşadığı evin giriş hissəsindən bağlanılmış yoldan yol bağlanılmadan öncə İddiaçı tərəfindən həmin həyətin içərisindən istifadə edilmişdir. İddiaçı Cavabdeh1 dayısı, X27 isə əmisidir. Cavabdeh4 evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin, X27 yaşadığı evin yerləşdiyi həyətyanı torpaq sahəsinin və Cavabdeh1 yaşadığı evin yerləşdiyi həyətyanı torpaq sahəsinin bitdiyi hissə çay yatağı boyunca İddiaçı ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmiş torpaq sahəsi istiqamətində yerləşir.

15. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X42 və Cavabdeh4 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması” tələbinə dair iddiasının Cavabdeh4 aid hissəsini təmin etməməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməsi səbəbindən və işdə qətnamənin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan İddiaçı qızı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2(025)-20/2020 saylı qətnaməsi qismən-iddianın Cavabdeh4 münasibətdə də təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X42 və Cavabdeh4 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gedişgəliş yolunun açılması” tələbinə dair iddiası Cavabdeh4 aid hissədə təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05 mart 2019-cu il tarixdə qeydə aldığı Seriya RX ******* saylı çıxarışla İddiaçı ailə üzvləri ilə ümumi birgə mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinə gedən və Cavabdeh4 tərəfindən bağlanmış, sonuncunun evinin arxa hissəsindən keçən yol, yolun bağlanması üçün istifadə edilmiş dəmir setka şəkilli darvazanın sökülməsi yolu ilə məcburi qaydada açılmalı, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(107)-864/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh4 və onların vəkili X16 tərəfindən kassasiya şikayəti verilmişdir.

Kassasiya instansiya məhkəməsində icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2020ci il tarixli, 2(102)-5361/2020 saylı qərarı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(107)-864/2020 saylı qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi 08 yanvar 2020-çi il tarixli qətnaməsi ilə iddianı tam araşdırmadan əsassız olaraq yalnız ekspertin düzgün olmayan rəyinə əsaslanmaqla təmin etməmişdir. Ekspertin rəyi ilə razılaşmamış və bunu məhkəmənin nəzərinə çatdırmışdır. Hesab edir ki, ekspert rəyi ona münasbətdə qərəzli tərtib olunmuşdur. Çünki rəy bütövlükdə qarşı tərəfin maraqlarını təmin edir. Buna görə də məhkəmə rəydən narazılığını nəzərə alaraq təkrar ekspertizanın təyin olunması barədə qərar qəbul etməli olduğu halda bunu etməmişdir. Bu isə onun konstitutsiya ilə qorunan hüquqlarının pozulması deməkdir. Məhkəmə işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2(025)-20/2020 saylı qətnaməsini ləğv edərək iddiasının təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

21. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, apellyasiya şikayətini əsassız hesab edir. Belə ki, o, iddiaçının mülkiyyətindəki torpaq sahəsinə gedən yolu bağlamamışdır. İddiaçıya özələrinə məxsus bağdan piyada gedişgəliş üçün yol vermişlər. iddiaçı hazırda bu yoldan istifadeə edir. Lakin iddiaçı bununla razılaşmayaraq həmin yerdən maşın yolu tələb edir. Hesab edir ki, mübahisəli yol yerinə görə birinci dəfə ekspert düzgün rəy vermişdir. Odur ki, ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının əvvəlki iclasında iş üzrə digər Cavabdeh4 izahatında bildirmişdir ki, o da iddiaçının apellyasiya şikayətini əsassız hesab edir. Belə ki, iddiaçı sözügedən yerdən maşın yolu tələb edir. Lakin həmin yerdə heç vaxt maşın yolu olmamışdır. Piyada gediş-gəliş üçün iddiaçıya mübahisəli yerdən yol verilib. Buna baxmayaraq iddiaçı bununla razılaşmamış və əvvəllər həmin yerdən maşın yolunun olduğunu iddia edir. Hesab edir ki, mübahisəli yol yerinə görə birinci dəfə ekspert düzgün rəy vermişdir. Odur ki, ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Cavabdeh4 əlavə olaraq bildirmişdir ki, iş üzrə digər cavabdehlərdən biri Cavabdeh3 onun qardaşıdır, lakin qardaşı 28.09.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum qаrdаşı Bаbаyev Şirаlı Şükür оğlunun vərəsələri оnun аrvаdı Bаbаyevа Leylа Əhəd qızı, uşаqlаrı isə Bаbаyev Аsim Şirаlı оğlu, Bаbаyev Zöhrаb Şirаlı оğlu, Bаbаyevа Dilаrə Şirаlı qızı və Bаbаyevа Kəmаlı Şirаlı qızıdır. Оnlаrdаn Zöhrаb çоxdаn vəfаt edib, Dilаrə və Kəmаlə isə ərə gediblər. Mərhum qаrdаşı Bаbаyev Şirаlı Şükür оğlunun mirаsını vərəsələrdən оnun аrvаdı Bаbаyevа Leylа Əhəd qızı və оğlu Bаbаyev Аsim Şirаlı оğlu qəbul ediblər və hаzırdа Bаbаyev Şirаlı Şükür оğlunun evində оnlаr yаşаyırlаr.

24. Məhkəmə kollegiyasının əvvəlki iclasında cаvаbdeh Bаbаyev Şirаlı Şükür оğlu 28.09.2021-ci ildə vəfаt etdiyi üçün оnun hüquqi vаrisləri Bаbаyevа Leylа Əhəd qızı və оğlu Bаbаyev Аsim Şirаlı оğlu cаvаbdeh qismində işə cəlb edilmişlər.

25. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, X42, Cavabdeh4, cаvаbdeh Bаbаyev Şirаlı Şükür оğlunun hüquqi vаrisləri Bаbаyevа Leylа Əhəd qızı və оğlu Bаbаyev Аsim Şirаlı oğlu məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddə 170.1 İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2 Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsi: Maddə 67, 1-ci bənd Torpаq sаhələri üzərində hüquqlаr qаnunlа müəyyən edilmiş qаydаdа dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtdаn keçirilməlidir; 4-cü bənd Torpаq sаhələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqlаrın müdаfiəsinə və toxunulmаzlığınа dövlət təminаt vermir.; Həmin Məcəllənin 68-ci mаddəsinə əsаsən torpаq sаhələri üzərində hüquqlаr torpаq sаhələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onlаrın yerquruluşu plаnlаrının və təsvirlərinin tərtib edilməsindən, torpаq sаhələrinin verilməsi bаrədə müqаvilənin bаğlаnmаsındаn və onun müəyyən olunmuş qаydаdа dövlət qeydiyyаtındаn keçirilməsindən sonrа yаrаnır. Maddə 111, 1-ci bənd Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı qаnunlа qаdаğаn olunur; 3-cü bənd Torpаqlаrın əvvəlki vəziyyətə gətirilməsi (orаdа olаn binаlаrın, tikililər və qurğulаrın sökülməsi də dаxil olmаqlа) torpаqlаrı zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və yа onlаrın hesаbınа həyаtа keçirilir. Maddə 47, 3-cü bənd Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə 84, 1-ci bənd Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının qanununun 33-cü maddəsinin 1-ci hissəsinə görə, bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.

30. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

31. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi: Maddə 4 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 9 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2 Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Maddə 218.1 Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1, 385.1.3 və 385.1.4 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Maddə 386 Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Maddə 389 Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Maddə 390 məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0.1 İşə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2(025)-20/2020 saylı qətnaməsi qismən-iddianın Cavabdeh4 və Cavabdeh3 münasibətdə də təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

34. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

35. İşdə olan JN-076 C, kod 40605018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon AİK-nın 15 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə İddiaçı, X11, X12 və X15 mülkiyyətinə Qəbələ rayonu Həmzəlli kəndi ərazəsində 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir.

36. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsinin 05.03.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* nömrəli «hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestridən çıxarış»ın təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Həmzəlli kəndində İddiaçı mülkiyytinə 0.2 ha yaşayış məntəqələrinin torpaqlarından torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onunla birlikdə X17, X12 və X18 ümumi birgə mülkiyyətindədəir.

37. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 05.03.2019cu il tarixdə İddiaçı adına tərtib etdiyi A 354862 nömrəli «Torpaq sahəsinin plan və ölçüsü»nin təsdiq olunmuş surtindən görünür ki, onun mülkiyyətinə Qəbələ rayonu Həmzəlli kəndi ərazisində verilmiş 0.2 ha torpaq sahəsinin kadastr göstəriciləri, 1:5000 miqyasında planı göstərilmişdir.

38. İşdə olan JN-079 F, kod 40605018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon AİK-nın 15 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə X2, X13, X3, X8, Cavabdeh1, X4 və X5 mülkiyyətinə Qəbələ rayonu Həmzəlli kəndi ərazəsində 0,18 ha həyətyanı torpaq sahəsi verilmişdir.

39. İşdə olan JN-083 F, kod 40605018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon AİK-nın 15 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə Cavabdeh3, X21, X22, X9, X10 və X14 mülkiyyətinə Qəbələ rayonu Həmzəlli kəndi ərazəsində 0,05 ha həyətyanı torpaq sahəsi verilmişdir.

40. İşdə olan JN-078 F, kod 40605018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon AİK-nın 15 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə X23 və X1 mülkiyyətinə Qəbələ rayonu Həmzəlli kəndi ərazəsində 0,23 ha həyətyanı torpaq sahəsi verilmişdir.

41. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsinin 12.11.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestridən çıxarış»ın təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Həmzəlli kəndində Cavabdeh4 mülkiyytinə 0.6 ha yaşayış məntəqələrinin torpaqlarından torpaq sahəsi və fərdi yaşayış evi verilmişdir. Həmin torpaq sahəsi onunla birlikdə X6 və X24 ümumi birgə mülkiyyətindədir.

42. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 25 sentyabr 2019-cu il tarixli, **********16 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində qeyd olunmuşdur ki, işin araşdırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri 08 avqust 2019-cu il tarixdə sözügedən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışdır. Kameral qaydada mərkəzin elektron bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı 149788 (reyestr nömrəsi **********75, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 05.03.2019) nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı verilmiş Qəbələ rayonu Həmzəlli kəndində yerləşən 0.2 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmamışdır və reallıqda belə bir yol mövcud deyildir. Həmin torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolu yoxdur və mərkəzin elektron baza məlumatlarında gediş-gəliş mövcud deyildir.

43. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2019-cu il tarixli, 16808 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Vasif Bədəllinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* (reyestr nömrəsi - **********75, qeydiyyat nömrəsi -**********, qeydiyyat tarixi – 05.03.2019) nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı Rasıl oğluna verilmiş Qəbələ rayonu Həmzəlli kəndində yerləşən 0,2 ha torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmamışdır və reallıqda belə bir yol mövcud deyildir. Qərardadın üçüncü və dördüncü sualları üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Vasif Bədəllinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, həmin torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolu yoxdur və mərkəzin elektron baza məlumatlarında gediş-gəliş mövcud deyildir.

44. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hazırkı iş üzrə 24 noyabr 2020-ci il tarixli, 2(102)-5361/2020 saylı qərarında göstərilmişdir ki, “birinci instansiya məhkəməsi iddia tələbini hazırkı kassasiya icraatında mübahisələndirilən hissəni rədd edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2019-cu il tarixli, 16808 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 25 sentyabr 2019-cu il tarixli, **********16 nömrəli məktubla məhkəməyə göndərdiyi və mülki işin materiallarına əlavə edilmiş mütəxəssis rəyinə əsaslanmışdır. Həmin rəylərlə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya təqdim olunan RX seriyalı ******* (reyestr nömrəsi - **********75, qeydiyyat nömrəsi -**********, qeydiyyat tarixi – 05.03.2019) nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə Qəbələ rayonu Həmzəlli kəndində verilmiş 0,2 ha torpaq sahəsinə gediş-gəliş yolunun (ictimai yolun) ərazinin ümumi xəritəsində nəzərdə tutulmadığı və reallıqda belə bir yolun mövcud olmadığı qeyd olunmuşdur. Rəydə konkret olaraq həmin torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolunun olmadığı və mərkəzinin elektron baza məlumatlarında gediş-gəlişin mövcud olmadığı göstərilmişdir.

46. Apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşmamış və müvafiq olaraq işdə olan ekspert rəyində göstərilən məlumatların işdə olan yazılı sübutlarla qarşılıqlı araşdırılmasını təmin etmədən mübahisəli əraziyə yerinə müayinə ilə bağlı prosessual hərəkət edərək faktiki olaraq ekspert və mütəxəssisin səlahiyyətini öz üzərinə götürərək işdə olan digər sübutlarla dəstəklənməyən nəticəyə gəlmişdir. ... işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müvafiq ekspert rəyi ilə razılaşmırsa belə nəticəsini əsaslandırmaqla müvafiq olaraq əlavə və ya təkrar ekspertizanın təyin olunmasını zəruri hesab etməli, apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. ....

47. Məhkəmə kollegiyasının 13 avqust 2021-ci il tarixli qəradadı ilə iş üzrə məhkəmə -tikinti-texniki ekspertiza təyin edilmişdir.

48. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 mart 2022-ci il tarixli 10/5582 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, mülki iş materiallarında olan məlumatlara əsasən mübahisələndirilən yol sahəsi üzrə qeydə alınmış koordinatların xüsusi informasiya sistemləri proqramları vasitəsi ilə Kompleks yer quruluşu Layihəsi üzərində dürüstləşdirilməsi nəticəsində daşınmaz əmlakın Dövlət reyestr Xidmətinin 9 saylı ərazi idarəsi tərəfindən verilmiş PX seriyalı 149788 (ppeyetr nömrəsi: **********75, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 05.03.2019) nömrəli çıxarışa əsasən İddiaçı Rəsul oğluna verilmiş Qəbələ rayonu, Həmzəli kəndində yerləşən 0.2 ha həyətyanı torpaq sahəsinə ərazinin ümumi xəritəsində eni 5 m olan gediş-gəliş yolu-ictimai yol nəzərdə tutulmuşdur. Bu yol faktiki olaraq başlanan hissədə dəmir darvaza qoyularaq bağlanmışdır.

49. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın tam təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın Cavabdeh4 və Cavabdeh3 aid hissəsini təmin etməməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

50. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən-həmin hissədə ləğv olunmasına və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.

51. Belə ki, məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Qəbələ rayon AİK-nın 15 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə İddiaçı, X11, X12 və X15 mülkiyyətinə Qəbələ rayonu Həmzəlli kəndi ərazəsində 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüqüqları JN-076C (kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə rəsmiləşdirilmişdir. Şəhadətnaməyə əsasən onlara Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05 mart 2019-cu il tarixdə qeydə alınmış, Seriya RX 147886 saylı çıxarış təqdim olunmuşdur.

52. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X42 və Cavabdeh4 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması» tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05 mart 2019-cu il tarixdə qeydə aldığı Seriya RX ******* saylı çıxarışla mülkiyytinə verilmiş 0,20 ha torpaq sahəsinə gedən və cavabdehlər Cavabdeh1, Cavabdeh3, X42 və Cavabdeh4 tərəfindən bağlanmış yolun, yola qoyulan maneələrin sökülməsi ilə məcburi qaydada açılması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.

53. Əvvəlki apellyasiya baxışı zamanı tərəflərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilərkən, Cavabdeh4 öz evinin arxa hissəsində İddiaçı torpaq sahəsinə gedən yolun yerləşdiyi cay yatağına doğru hissədə 50 metr uzunluqda və 4 metr enində olan yolu dəmir setka ilə bağlaması və bu yola paralel olaran yolun isə Cavabdeh1 yaşadığı evin giriş hissəsindən bağlanılması müəyyən edilmişdir. Cavabdeh1 yaşadığı evin giriş hissəsindən bağlanılmış yoldan yol bağlanılmadan öncə İddiaçı tərəfindən həmin həyətin içərisindən istifadə edilmişdir. İddiaçı Cavabdeh1 dayısı, X27 isə əmisidir. Cavabdeh4 evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin, X27 yaşadığı evin yerləşdiyi həyətyanı torpaq sahəsinin və Cavabdeh1 yaşadığı evin yerləşdiyi həyətyanı torpaq sahəsinin bitdiyi hissə çay yatağı boyunca İddiaçı ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmiş torpaq sahəsi istiqamətində yerləşir.

54. Qəbələ rayon Cığatelli bələdiyyəsinin məhkəmə kollegiyasına ünvanladığı 12 mart 2021-ci il tarixli, 08 saylı məktubunda da göstərmişdir ki, bələdiyyə mülkiyyətində olan gediş gəliş üçün nəzərdə tutulmuş ictimai yol Cavabdeh4 və Cavabdeh3 tərəfindən zəbt edilərək bağlanmışdır. Prosesin araşdırılması üçün sözü gedən yerin cizgisi də məlumat olaraq məhkəməyə göndərilir.

55. Cığatelli bələdiyyəsi tərəfindən təqdim edilmiş mübahisə predmeti olan torpaq sahəsinin yerləşmə sxemi və elektron xəritədən çıxarışda da ictimai yolun nəzərdə tutulduğu aydın görünür.

56. Birinci instansiya məhkəməsində icraat zamanı alınmış məhkəmə tikinti-texniki ekspertizası rəyindəndən fərqli olaraq məhkəmə kollegiyası tərəfindən alınmış məhkəmə tikinti-texniki ekspert rəyi ilə mübahisəli ərazidə ictimai yolun olduğu müəyyən edilmişdir.

57. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə ərazinin ümumi xəritəsində gediş-gəliş yolu-ictimai yol nəzərdə tutulduğu və həmin yolun başlanğıcına iş üzrə cavabdehlərdən Cavabdeh4 və Cavabdeh3 tərəfindən dəmir tor darvaza qoyularaq bağlanıldığı və bununla da sonuncular tərəfindən həmin yolun zəbt edildiyi iş materialları, o cümlədən Cığatelli bələdiyyəsininin məktubu, mübahisəli ərazinin yerləşmə sxemi, plancizgisi, plan, ortofotoplan əvvəlki apellyasiya baxışı zamanı keçirilmiş yerində baxış və məhkəmə tikinti-texniki ekspertizasının 03 mart 2022-ci il tarixli 10/5582 nömrəli ekspert rəyi ilə tam təsdiq olunur. Məhkəmə kollegiyası məhkəmə tikinti-texniki ekspertizasının 03 mart 2022-ci il tarixli 10/5582 nömrəli ekspert rəyini daha mötəbər sübut kimi qəbul edir. Çünki, məhkəmə kollegiyasının araşdırması zamanı həmin ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmişdir.

58. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X42 və Cavabdeh4 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması” tələbinə dair iddiasının Cavabdeh4 aid hissəsini təmin etməməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməsi səbəbindən və işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan İddiaçı qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2(025)-20/2020 saylı qətnaməsi qismən - iddianın Cavabdeh4 və Cavabdeh3 münasibətdə də təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməlidir.

59. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mübahisəli yolun başlangıc hissəsindəki dəmir tor darvazanı iş üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 tərəfindən bağlanmışdır. Sonuncular doğma qardaş olmaqla ailələri ilə birlikdə tiraltı yaşayış evində yaşamışlar.

60. Məhkəmə kollegiyasının iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh X32 28 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Mərhum Cavabdeh3 məxsus evdə onun vərəsələri həyat yoldaşı X39 və oğlu X40 yaşayırlar. Sonuncular məhkəmə kollegiyasının qərardadı ilə işə cavabdeh qismində cəlb olunmuşlar.

61. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri təşkil edən - 50 (əlli) manat məbləğində (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi hesabına) və aparılmış tikinti texniki obyektlərin tədqiqatlarının dəyəri təşkil edən – 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4 və Cavabdeh3 hüquqi vаrisləri X39 və X19 müştərək qaydada tutularaq qeyd olunan hesablara ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2(025)-20/2020 saylı qətnaməsi qismən-iddianın Cavabdeh4 və Cavabdeh3 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X42 və Cavabdeh4 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması” tələbinə dair iddiası Cavabdeh4 və Cavabdeh3 vərəsələri olan cavabdehlər X39 və X28 münasibətdə təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05 mart 2019-cu il tarixdə qeydə aldığı Seriya RX ******* saylı çıxarışla İddiaçı ailə üzvləri ilə ümumi birgə mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinə gedən və Cavabdeh4 və mərhum Cavabdeh3 tərəfindən bağlanmış yol, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 vərəsələri X39 və X40 tərəfindən həmin yolun bağlanması üçün üçün istifadə edilmiş dəmir tor şəkilli darvazanın sökülməsi yolu ilə məcburi qaydada açılsın. Qətnamə apellyasiya şikayətinə münasibəətdə qalan hissəsdə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri təşkil edən - 50 (əlli) manat məbləğində (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi hesabına) və aparılmış tikinti texniki obyektlərin tədqiqatlarının dəyəri təşkil edən – 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4 və Cavabdeh3 hüquqi vаrisləri X39 və X19 müştərək qaydada tutularaq qeyd olunan hesablara ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar