Məhkəmə qərarları › İş №2(107)-351/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-351/2023

09.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-351/2023 09.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə (Açar sözlər: aliment məbləğinin artırılması, madi hüquq normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(016)-783/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ağsu Rayon Məhkəməsinin 2(016)-286/2021 saylı işi üzrə 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından xx.xx.2018-ci ildə doğulmuş X2 yetginlik yaşına çatana kimi yanında saxlanması üçün Cavabdeh hər ay 130 manat məbləğində sabit pul şəklində müəyyən edilmiş alimentin miqdarı dəyişdirilib artırılmaqla hər ayda 193 manat sabit pul şəklində təyin edilməsini və tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci ildə rəsmi nikaha girərək ailə qurmuşdur. Onların nikahlarından xx.xx.2018-ci ildə X3 doğulmuşdur. Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(016)-590/2019 saylı qətnaməsi ilə aralarında bağlanmş nikah pozulmuş, 2(016)286/2021 saylı iş üzrə 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci ildə doğulmuş X2 yanında saxlanmasına görə yetkinlik yaşına çatanədək Cavabdeh hər ay 130 manat məbləğində onun xeyrinə sabit pul şəklində aliment tutularaq ona ödənməsi qət edilmişdir. Hamıya məlumdur ki, ölkədə hər il infilyasiya gedir. Bununla yanaşı olaraq uşaqlar üçün minimum yaşayş meyarının miqdarı dəyişmişdir. Azərbaycan Respublikasının 23 dekabr 2021-ci il tarixli qanununa əsasən 2022-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Uşaq doğulandan onun yanında yaşayır, onun bütün maddi və digər təlabatları tərəfindən ödənilir. Nikahları pozulandan aliment təyin edildiyi 2 il arası cavabdeh uşağın saxlanmasına heç bir maddi və mənəvi dəstək olmamamışdır. Uşaq azyaşlı olduğundan bu illərdə əsasən ona qulluq etməli olduğundan işləyə bilməmiş, hazırda isə işsizlik olduğundan müvafiq iş tapa bilmir. Cavabdeh isə sağlam şəxsdir, ev işində ustalıqla məşğul olur, hər ay 1500-2000 manat pul qazanır. Hazırkı miqdar ödənilən aliment uşağın saxlanmasına kifayət etmir, uşaq böyüdükcə onun təlabatı da artır, ona görə də alimentin miqdarının artırılıb hər ay üzrə uşaqlara görə minimum yaşayış meyarı qədər, yəni 193 manat aliment verilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(016)-783/2022 saylı qətnaməsi ilə (hakim A.Əsgərov) iddia tələbi qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(016)-286/2021 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməsi, 15 may 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hazırkı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilməməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı Cavabdeh ilə xx.xx.2017-ci ildə rəsmi nikaha girərək ailə qurmuşdur. Onların nikahlarından xx.xx.2018-ci ildə X3 doğulmuşdur. Ağsu Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(016)-590/2019 saylı qətnaməsi ilə aralarında bağlanmş nikah pozulmuş, 2(016)286/2021 saylı iş üzrə 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci ildə doğulmuş X2 yanında saxlanmasına görə yetkinlik yaşına çatanədək Cavabdeh hər ay 130 manat məbləğində onun xeyrinə sabit pul şəklində aliment tutularaq ona ödənməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Göründüyü kimi, qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə və tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər bir uşaq üçün 170 manat məbləğində müəyyən edilməli və alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 78.1-ci, 78.2-ci, 112.1, 100.2-ci maddələri, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci və 9.1.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Qeyd edir ki, xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından bir övladları dünyaya gəlmişdir. O, iddia tələbini qəbul etmir, qətnamədən narazıdır. Belə ki, onun hər ay 170 manat sabir pul məbləğində aliment ödəməyə maddi imkanı yoxdur. Həmçinin qeyd etmişdir ki, o İİ Qarabağ Müharibəsinin iştirakçısıdır və müharibə veteranıdır. O hər ay nəinki 170 manat 130 manat ödəməyə maddi imkanı yoxdur. Lakin o bir ata kimi öz övladını saxlamalıdır və ona maddi cəhətdən kömək etməlidir. İddiaçının iddia tələbi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə ziddir.Çünki onun maddi vəziyyətində heç bir dəyişiklik olmayıb. Qeyd olunanlara əsasən hesab edir ki, Ağsu Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(016)-783/2022 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavandeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətini qəbul etmir. Çünki 2023-cü ildə bir uşaq üçün minimum yaşayış həddi aylıq 220 manat müəyyən edilibdir. Hətta alirnentin yenidən artırılması barədə iddia qaldırmaq fikrindədir. Apellyasiya baxışı martın 9-na təyin edilibdir. Yanında azyaşlı uşaq olduğundan məhkəməyə gələ bilməyəcək. Ona görə də məhkəmə iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi və Ağsu Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(016)-783/2022 saylı qətnaməsini tam mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq qismən təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(016)-783/2022 saylı qətnaməsi tamamilə ləğv edilməli, iddia ərizəsi rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2017-ci ildə rəsmi nikaha girərək ailə qurmuşdur. Onların nikahlarından xx.xx.2018-ci ildə X3 doğulmuşdur. Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(016)-590/2019 saylı qətnaməsi ilə aralarında bağlanmş nikah pozulmuş, 2(016)286/2021 saylı iş üzrə 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci ildə doğulmuş X2 yanında saxlanmasına görə yetkinlik yaşına çatanədək Cavabdeh hər ay 130 manat məbləğində onun xeyrinə sabit pul şəklində aliment tutularaq ona ödənməsi qət edilmişdir. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi dəlilləri ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Eyni zamanda tərəflərin isə ailə vəziyyətinin dəyişəsi barədə iş materiallarında hər hansı bir sübut növü yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq qismən təmin etmişdir. Ona görə də iş üzrə Ağsu Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(016)-783/2022 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi rədd edilməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(016)-783/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ağsu Rayon Məhkəməsinin 2(016)-286/2021 saylı işi üzrə 5 aprel 2021-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından xx.xx.2018-ci ildə doğulmuş X2 yetginlik yaşına çatana kimi yanında saxlanması üçün Cavabdeh hər ay 130 manat məbləğində sabit pul şəklində müəyyən edilmiş alimentin miqdarı dəyişdirilib artırılmaqla hər ayda 193 manat sabit pul şəklində təyin edilməsini və tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar