Məhkəmə qərarları › İş №2(107)-353/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-353/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-353/2024 03.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X8 və X5 qarşı borc pul tələbi, borca görə tutmanın borclunun xüsusi mülkiyyətində olan yaşayış evinə yönəldilməsi, yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, evin açıq hərracda satılması, satışdan əldə edilən puldan borcun və məhkəmə xərclərinin tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: borca görə tutmanın miras əmlaka yönəldilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X7 iştirakları ilə, İddiaçı cavabdehlər X8 və X5 qarşı borc pul tələbi, borca görə tutmanın borclunun xüsusi mülkiyyətində olan yaşayış evinə yönəldilməsi, yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, evin açıq hərracda satılması, satışdan əldə edilən puldan borcun və məhkəmə xərclərinin tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(039)-1870/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı, Maraqlı şəxs və şahid olaraq X4 imzaladığı xx.xx.2021-ci il saat 19:38 tarixli Qəbzə əsasən Maraqlı şəxs İddiaçı 4000 manat borc pul almışdır. Maraqlı şəxs 10 yanvar 2021-ci il tarixdə ölmüşdür. Cavabdehlər X10 və X9 borclu Maraqlı şəxs qızlarıdır. ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli **********52-05101-093004 reyestr nömrəli Çıxarışa əsasən Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 9 saylı binanın 54 saylı mənzili Maraqlı şəxs mülkiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər X8 və X5 qarşı «4000 manat borc pul borcuna görə tutmanın borclu Cavabdeh məxsus Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 9 saylı binanın 54 saylı mənzilinə - xüsusi mülkiyyətində olan yaşayış evinə yönəldilməsi, yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, evin açıq hərracda satılması, satışdan əldə edilən puldan 4000 manat borcun və məhkəmə xərclərinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4000 manat borc pulun və yaranmış borca görə tutmanın borclu Cavabdeh məxsus Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 9 saylı binanın 54 saylı mənzilinə - xüsusi mülkiyyətində olan yaşayış evinə yönəldilməsi, yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, evin açıq hərracda satılması, satışdan əldə edilən puldan ona məxsus 4000 manat borcun və məhkəmə xərclərinin cavabdehlər Cavabdeh hüquqi vərəsələri X6 və X1 tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı məhkəmə iclasında izah etdi ki, Cavabdeh ona 4000 manat borcu var. Cavabdeh bu barədə ona yazılı qəbz də vermişdir. Hazırda Cavabdeh vəfat edib. Ondan miras qalmışdır. Həmin mirası onun övladları faktiki olaraq qəbul etdiyindən pulu da onlardan tələb edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Maraqlı şəxs iddiaçıdan 4000 manat borc pul almışdır. Maraqlı şəxs 10 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər Maraqlı şəxs vərəsələridir. Maraqlı şəxs Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 9 saylı binanın 54 saylı mənzil miras qalmışdır. İddiaçı məhkəməyə müraciət edərək, borcun vəzəsələrdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə hesab etmişdir ki, iddiaçı Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 9 saylı binanın 54 saylı mənzil faktiki olaraq cavabdehlər miras kimi qəbul etdiyini bildirsə də, mirasın rəsmi və ya faktiki olaraq qəbul edilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir.

6. Yevlax Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(039)-1870/2023 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) İddiaçı cavabdehlər X8 və X5 qarşı «4000 manat borc pul tələbi - yaranmış borca görə tutmanın borclu Cavabdeh məxsus Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 9 saylı binanın 54 saylı mənzilinə - xüsusi mülkiyyətində olan yaşayış evinə yönəldilməsi, yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, evin açıq hərracda satılması, satışdan əldə edilən puldan 4000 manat borcun və məhkəmə xərclərinin tutulması» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 740, 1133, 1134, 1243 və 1306-ci maddələrinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 29 avqust 2021-ci il tarixli qəbz Yevlax ŞİHB-nın Tanrıqulular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 yanvar 2023-cü il tarixli arayışı Ağdaş rayon Notariat ofisinin 03 mart 2023-cü il tarixli məktubu Yevlax rayon Qeydiyyat şöbəsinin 06 iyul 2023-cü il tarixli məktubu Yevlax ŞİHB-nın Tanrıqulular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 31 avqust 2023-cü il tarixli arayışı Yevlax ŞİH-nin 3 saylı Mənzil-Təmir İstismar sahəsinin 18 oktyabr 2023-cü il tarixli arayışı

9. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh Xan oğlu 2021-ci ilin avqust ayında ondan borc olaraq pul istəmişdir. O da ona xx.xx.2021-ci il tarixdə 4000 manal borc olaraq pul vermişdir. O, bu barədə qəbz yazaraq, həmin pulun ona xx.xx.2021-ci il tarixdən gec olmayaraq qaytarmasına söz vermişdir. Hal-hazırda isə Cavabdeh vəfat etdiyi üçün o həmin 4000 manat borcu cavabdehlər olan X11 və X2, yəni onun vərəsələrindən tələb etmək məcburiyyətindədir. Cavabdeh ona 4000 manat yuxarıda qeyd etdiyi kimi borc pulu vardır. Cavabdeh Yevlax şəhərində Qarxunlu Əşrəfbəy küçəsi 9 saylı binanın 54 saylı mənzili 3 otaqdan ibarətdir və onun xüsusi mülkiyyətindədir. Ona görə də, o, yaranmış borca görə pul tələbinə dair iddia borclu Cavabdeh məxsus mirasda Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 9 saylı binanın 54 saylı mənzilinə xüsusi mülkiyyətində olan yaşayış evinə yönəldilməldir. Çünki, yaşayış evi cavabdeh – borclu Cavabdeh xüsusi mülkiyyətində olmuş, ondan miras qalmış, ona məxsus olduğu üçün həmin mənzil satılmalı, ilkin satış qiyməti müəyyən edilməli, onun evi açıq hərracda satılmalı, satışdan əldə edilən puldan 4000 manat borc və məhkəməyə çəkdyi xərclər onun həmin evə hüququ yaranmış vərəsələrə hər birinə - X11 və X2 eyni miqdarda pul tutulmaqla, ona verilməlidir.

11. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(039)- 1870/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı əlavə olaraq bildirdi ki, onun əsas niyyəti cavabdehlərdən atalarının borclu olduğu 4000 manat pulu və məhkəmə xərclərini alınmasıdır. O, bu barədə ərizəni məhkəməyə təqdim etdi.

14. Cavabdehlər X10 və X9 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1165.1-ci maddəsinə əsasən əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs sosial xidmət müəssisələrinin təminatında olmuşdursa, qanunla dövlət mülkiyyətinə keçməli olan daşınar əmlak istisna olmaqla həmin şəxslərə məxsus daşınar əmlak onların mülkiyyətinə keçir. 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1256-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

16. İcra haqqında Azərbaycan Respublikası Qanununun: 50.1-ci maddəsinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.5-ci maddəsinə görə üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər. 51.1-ci maddəsinin tələbinə görə borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.[81] 51.2-ci maddəsinə görə qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulur.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə 5 iyun 2002-ci il tarixli qərarı:

Qərarlar: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 2014-cü il 28 oktyabr tarixli Qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 24 noyabr 2021-ci il tarixli 02/2021 nömrəli Qərardadı

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. İddiaçı Yevlax Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(039)- 1870/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır.

22. Bu qətnamənin 1-ci bəndində göstərilənlər işin proses iştirakçıları tərəfindən mübahisələndirilməmiş hallarıdır. Cavabdehlərə həm birinci instansiya məhkəməsi tərəfindən, həm də kollegiya tərəfindən məhkəmə iclasları barədə məlumat verilməsinə və iş üzrə etiraz və ya sübutlarını təqdim etmələri təklif edilməsinə baxmayaraq, cavabdehlər tərəfindən iş üzrə heç bir addım atılmamış, məhkəməyə etiraz və ya sübutlar təqdim edilməmişdir.

23. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 9 saylı binanın 54 saylı mənzilinin faktiki olaraq cavabdehlər tərəfindən miras kimi qəbul edilməməsinə istinad etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə istinad etmiş, lakin həmin maddənin tələbini hazırki işə düzgün tətbiq etməmişdir. Belə ki, həmin maddəyə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Ona görə də, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbini cavabdehlərin mirası qəbul etməməsi əsası ilə rədd etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin Qərarda göstərilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Həmin qərarda qeyd edilmişdir ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Hazırki iş üzrə cavabdehlər miras əmlakın qəbul edilməsi ilə bağlı rəsmi müraciət etməsələr də, mirasdan imtina ilə bağlı da müraciət etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. O cümlədən, kollegiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1165-ci maddəsinin tələbinə əsaslanmaqla dövləti təmsil edən orqanlar olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi maraqlarına toxunan şəxslər olaraq işə cəlb etmişdir. Həmin maddəyə görə əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs sosial xidmət müəssisələrinin təminatında olmuşdursa, qanunla dövlət mülkiyyətinə keçməli olan daşınar əmlak istisna olmaqla həmin şəxslərə məxsus daşınar əmlak onların mülkiyyətinə keçir. Beləliklə, hazırki iş üzrə Maraqlı şəxs iddiaçıya 4000 manat borcu olması 29 avqust 2021-ci il tarixli qəbzlə təsdiq edildiyinə və həmin qəbz cavabdehlər tərəfindən mübahisələndirilmədiyinə görə, iddiaçı borclunun qızlarından, hazırki cavabdehlərdən borcu və borcun miras qalmış əmlak hesabına təmin edilməsini tələb etməkdə haqlıdır.

24. Kollegiya onu da qeyd edir ki, hazırki iddia Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının tələbləri baxımından da nəzərdən keçirilmiş və belə nəticəyə gəlinmişdir ki, həmin Qərarın tələbləri hazırki işə aid edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının 1-ci bəndinə görə icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. X20 hissəsinə görə bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir. Kollegiya hesab edir ki, həmin Siyahı icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlaklarla əlaqəlidir ki, hazırki halda isə iddia tələbi cavabdehlərin borcuna görə tutmanın onların mənzilinə yönəldilməsi ilə deyil, borclu olan ölmüş Cavabdeh borcunun ondan miras qalmış əmlak hesabına ödənilməsi ilə əlaqəlidir.

25. Kollegiya onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində “4000 manat borc pulun və yaranmış borca görə tutmanın borclu Cavabdeh məxsus Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 9 saylı binanın 54 saylı mənzilinə - xüsusi mülkiyyətində olan yaşayış evinə yönəldilməsi, yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, evin açıq hərracda satılması, satışdan əldə edilən puldan 4000 manat borcun və məhkəmə xərclərinin cavabdehlər Cavabdeh hüquqi vərəsələri X6 və X1 tutulmasını” xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında məhkəməyə ərizə verərək göstərmişdir ki, onların məqsədi cavabdehlərdən onların atası Cavabdeh borclu olduğu 4000 manat pulun alınması və məhkəmə xərclərinin onlardan tutulması, cavabdehlər borcu ödəmədikləri halda borca görə tutmannın Cavabdeh miras qalmış mənzilə yönəldilməsidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.3-cü maddəsinə görə tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Məhkəmə kollegiyası həmin ərizəni qəbul edərək borcun tutulması və borca görə tutmanın miras qalmış əmlaka yönəldilməsi barədə iddiaya baxmışdır.

26. Məhkəmə kollegiyası iddianın “yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi” ilə bağlı hissəsində qeyd edir ki, iddianın həmin hissəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinin tələbinə görə borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Qanunun 51.2-ci maddəsinə görə qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 24 noyabr 2021-ci il tarixli 02/2021 nömrəli Qərardadında göstərilmişdir ki, icra sənədi üzrə tələbin borclunun əmlakına yönəldilməsi icra məmuru tərəfindən bu məqsədlə keçirilməli olan qiymətləndirmənin qanunvericiliyə uyğun təşkil edilməklə, həmin əmlakın hərraca qanunla nəzərdə tutulmuş satış qiyməti ilə çıxarılmasını tələb edir. İpoteka predmetinə və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlakın ipoteka haqqında qanunvericiliyə və ya digər qanunvericilik aktlarına analoji qaydada hərracdan bazar dəyərindən fərqlənən likvid qiymətlə satılması borclunun əmlak vəziyyətinin əsassız olaraq pisləşməsinə səbəb olur. Belə ki, həyata keçirilən məcburi icra tədbirləri borclunun mülkiyyət hüquqlarına ədalətsiz, qeyri-mütənasib müdaxiləyə rəvac verməməli, tələbkarın qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı ədalətli məhkəmə araşdırması hüququ ilə borclunun mülkiyyət hüquqlarının tarazlığı gözlənilməlidir. “İcra haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Lakin “İpoteka haqqında” Qanundan fərqli olaraq, “İcra haqqında” Qanunda hərraca qoyulan əmlakın ilkin satış qiymətinin hansı meyarla müəyyən olunması qeyd olunmamışdır. Yalnız Qanunun 51.1-ci maddəsinin birinci cümləsində təsbit olunmuşdur ki, borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun) uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirildiyi qeyd edilir. Eyni zamanda, istinad edilən qanunda qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin müəyyən olunmasından bəhs edilir. Göründüyü kimi, əmlak “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmənin qərarı ilə qiymətləndirilə bilər. Hazırki halda isə ipoteka münasibətlərindən söhbət getmədiyindən, əmlakın qiymətləndirilməsi məsələsi məhkəmə qərarı ilə deyil, icra poresisndə icra məmuru tərəfindən müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə edilməklə həll edilməldir.

27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(039)-1870/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər X8 və X5 qarşı borca görə tutmanın borclunun xüsusi mülkiyyətində olan yaşayış evinə yönəldilməsi, yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, evin açıq hərracda satılması, satışdan əldə edilən puldan borcun və məhkəmə xərclərinin tutulması tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh İddiaçı borclu olduğu 4000 manat pul Cavabdeh vərəsələri cavabdehlər X6 və X1 tutulmalı, tutma ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli **********52-05101-093004 reyestr nömrəli Çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətində olan və ondan miras qalmış Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 9 saylı binanın 54 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracda satılmaqla 4000 manat borc pul və İddiaçı ödədiyi 90 manat məhkəmə xərcləri tutularaq İddiaçı verilməlidir.

28. Kollegiya onu da qeyd edir ki, hazırki qətnamə ilə Cavabdeh İddiaçı borclu olduğu 4000 manat pul Cavabdeh vərəsələri cavabdehlər X6 və X1 tutulması və tutmanın ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli **********52-05101-093004 reyestr nömrəli Çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətində olan və ondan miras qalmış Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 9 saylı binanın 54 saylı mənzilinə yönəldilməsi qət edilir. İcra haqqında Qanunun 44-cü maddəsinə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Həmin Qanunun 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Yəni, borca görə tutmanın miras qalmış mənzilə yönəldilməsi borcun cavabdehlər tərəfindən ödənilib-ödənilməməsindən asılıdır. Hətta “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 2014-cü il 28 oktyabr tarixli Qərarında da qeyd olunur ki, ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından, borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Mülki qanunvericiliyə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu da o deməkdir ki, tələbin tutmanın mənzilə yönəldilməsi ilə bağlı ikinci hissəsi birinci hissədən, yəni borcun tutulması hissəsindən irəli gəldiyindən və hazırki iş üzrə həmin hissədə iddianın qiyməti 5000 manatdan aşağı olduğundan, hazırki qətnamədən kassasiya şikayəti nəzərdə tutumamışdır. Belə ki, qətnamənin borcun tutulması ilə bağlı hissəsi qüvvədə olduğu müddətcə borcun əmlaka yönəldilməsinin mübahisələndirilməsi öz anlamını itirir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Yevlax Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(039)-1870/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər X8 və X5 qarşı borca görə tutmanın borclunun xüsusi mülkiyyətində olan yaşayış evinə yönəldilməsi, yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, evin açıq hərracda satılması, satışdan əldə edilən puldan borcun və məhkəmə xərclərinin tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı borclu olduğu 4000 manat pul Cavabdeh vərəsələri cavabdehlər X6 və X1 tutulsun. Tutma ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli **********52-05101-093004 reyestr nömrəli Çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətində olan və ondan miras qalmış Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 9 saylı binanın 54 saylı mənzilinə yönəldilsin. Həmin mənzil açıq hərracda satılmaqla 4000 manat borc pul və İddiaçı ödədiyi 120 manat məhkəmə xərcləri tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar