Məhkəmə qərarları › İş №2(107)-354/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-354/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-354/2023 15.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(037)-1260/2022 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 30 iyul 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən sonuncuya illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 14130,33 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə birinci Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə ikinci və üçüncü cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 30 iyul 2019-cu il tarixli 035G**********01 və 035G**********02 saylı zaminlik müqaviləsi bağlanmışdır. 29 avqust 2022-ci il tarixli 10118 nömrəli maliyyə arayışına əsasən 30 iyul 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə birinci Cavabdeh3 25 avqust 2022-ci il tarixə 14130,33 manat əsas, 331,56 manat faiz və 12433,92 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 26895,81 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat:

1. "xxxx" QSC (bundan sonra iddiaçı) Cavabdeh3 (bundan sonra birinci cavabdeh), Cavabdeh1 (bundan sonra ikinci cavabdeh) və Cavabdeh2 (bundan sonra üçüncü cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli 035A********** kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 14130,33 manat kredit borcu, 331,56 manat faiz borcu, 12433,92 manat cərimə olmaqla, ümumilikdə 26895,81 manat borcun və 170,69 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli 035A********** kredit müqaviləsinə əsasən aylıq 0,0833 faiz dərəcəsi ilə 60 ay müddətinə 14130,33 manat məbləğində kredit verilmişdir. Birinci cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri 05 mart 2020-ci il tarixdən banka qaytarmamışdır. Birinci cavabdeh kredit borcundan ödəniş etməmiş və 14130,33 manat məbləğində kredit borcu qalmışdır. Birinci cavabdehin 25 avqust 2022-ci il tarixə 903 gün üçün hesablanmış 331,56 manat faiz borcu və 12433,92 manat cərimə borcu yaranmışdır. Kredit müqaviləsi üzrə birinci cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 14130,33 manat kredit borcu, 331,56 manat faiz borcu, 12433,92 manat cərimə olmaqla, ümumilikdə 26895,81 manat borcun və 170,69 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

3. Birinci cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, müqavilənin şərtlərinə uyğun olaraq kredit borcundan ödənişlər etmiş, sonradan maddi vəziyyəti yaxşı olmadığından kredit ödənişlərini vaxtında ödəyə bilməmişdir. İddia tələbində qeyd olunan 12433,92 manat cərimə borcu yüksəkdir. Maddi vəziyyəti nəzərə alınmaqla cərimə borcunun aşağı endirilməsini və iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir.

4. İkinci və üçüncü cavabdehlər birinci cavabdehin izahatının məzmununa uyğun izahat verərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdilər.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 30 iyul 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehə illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 14130,33 manat məbləğində kredit verilmişdir. Birinci cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri 05 mart 2020-ci il tarixdən banka qaytarmamışdır. Birinci cavabdeh kredit borcundan ödəniş etməmiş və 14130,33 manat məbləğində kredit borcu qalmışdır. Birinci cavabdehin 25 avqust 2022-ci il tarixə 903 gün üçün hesablanmış 331,56 manat faiz borcu və 12433,92 manat cərimə borcu yaranmışdır. Kredit müqaviləsi üzrə birinci cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında zaminlik müqaviləsi bağlanmışdır. 29 avqust 2022-ci il tarixli 10118 nömrəli maliyyə arayışına əsasən 30 iyul 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə birinci cavabdehin 25 avqust 2022-ci il tarixə 14130,33 manat əsas, 331,56 manat faiz və 12433,92 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 26895,81 manat borcu yaranmışdır. İddiaçı birinci cavabdehlə bağlanmış 30 iyul 2019-cu il tarixli 035A********** kredit müqaviləsinin ləğv edilməsini, cavabdehlərdən müştərək qaydada 14130,33 manat kredit borcu, 331,56 manat faiz borcu, 12433,92 manat cərimə olmaqla, ümumilikdə 26895,81 manat borcun və 170,69 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Birinci cavabdeh iddia tələbini qismən qəbul etdiyini, müqavilənin şərtlərinə uyğun olaraq kredit borcundan ödənişlər etdiyini, sonradan maddi vəziyyəti yaxşı olmadığından kredit ödənişlərini vaxtında ödəyə bilmədiyini, iddia tələbində qeyd olunan 12433,92 manat cərimə borcunun yüksək olduğunu, maddi vəziyyəti nəzərə alınmaqla cərimə borcunun aşağı endirilməsini bildirərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İkinci və üçüncü cavabdehlər birinci cavabdehin izahatının məzmununa uyğun izahat verərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edirlər.

6. Qeyd olunan əsaslara görə iddia tələbi iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi ləğv edilməsi hissəsində təmin edilməlidir.

7. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi cavabdehlərdən müştərək qaydada 30 iyul 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə 14130,33 manat kredit borcu və 331,56 manat faiz borcu tutulması hissəsində təmin edilməlidir. Məhkəmə qərara gəlir ki, cavabdehlərdən tələb edilən cərimə borcunun miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən müştərək qaydada 12433,92 manat cərimə borcunun tutulmasına dair hissəsi qismən – 1000 manat həddində təmin edilməlidir.

8. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə təmin edilmiş tələbin məbləği 15461,89 manatdır. Ona görə də cavabdehlərdən müştərək qaydada 15461,89 manat və həmin məbləğə uyğun olaraq 136,39 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. Mülki iş üzrə ödənilmiş 170,69 manat dövlət rüsumunun 34,3 manatı iddiaçının özünə aid edilməlidir.

9. İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(037)-1260/2022 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia qismən təmin olunmuş, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 30 iyul 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14130,33 manat əsas borc, 331,56 manat faiz borcu, 1000 manat cərimə, 136,39 manat ödənilmiş dövlət rüsumu – cəmi 15598 (on beş min beş yüz doxsan səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 421, 448, 465, 467 və 472-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

11. 30 iyul 2019-cu il tarixli 035A********** kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 14130,33 manat məbləğində kredit vəsaiti verilmişdir.

12. 30 iyul 2019-cu il tarixli 035G**********01 və 035G**********02 saylı zaminlik müqavilələrinin surətindən görünür ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqaviləsinə əsasən ikinci və üçüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər.

13. 30 iyul 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinə əlavə olan ödəniş planının surətindən görünür ki, birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 14130,33 manat əsas və 440,31 manat faiz borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür.

14. 29 avqust 2022-ci il tarixli 10118 nömrəli maliyyə arayışının surətindən görünür ki, 30 iyul 2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə birinci cavabdehin 25 avqust 2022-ci il tarixə 14130,33 manat əsas, 331,56 manat faiz və 12433,92 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 26895,81 manat borcu yaranmışdır.

15. 29 avqust 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 170,69 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

16. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh3 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, kredit müqaviləsi üzrə yaranmış borcunun vaxtında ödənilməməsinin səbəbi, ölkə ərazisində ö cümlədən İsmayıllı rayon ərazisində çevik xüsusi karantin iş rejiminin tətbiq olunduğundan həmin kredit məbləğinin ödənilməsində çətinliklər yaranmışdır. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə İsmayıllı şəhər ərazisində xüsusi karantin rejimi 25 yanvar 2021-ci il tarixdə bitmişdir.

18. Azərbaycan Respublikası MM-nin 448-ci maddəsinin 4-cü bəndi “borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.” Yəni mövcud şəraitdə fiziki şəxslər tərəfindən öhdəliyin icra edilməməsi tərəflərin cavabdeh olmadığı haldan irəli gəldiyinə görə, öhdəliyi yerinə yetirməsi məhz ölkə ərazisində xüsusi karantin iş rejimi tətbiq olunması olmuşdur. Hazırki vəziyyət fors-major tərəflərin iradəsindən asılı olmayan səbəblərə görə yarandığından, öhdəlik ləğv edilə bilər. Belə olan halda, kreditorla borclunun bir araya gəlib, öhdəliyin icrası üçün hər iki tərəfi qane edə biləcək yekun nəticəyə gəlməsi mümkündür. Əslində bankın səlahiyyətli şəxslərinin (kredit zamanı) fiziki şəxslərlə pis niyyətlə razılığa gəlməsi, faiz dərəcələrində aldatmalar, sui-istifadələrlə bağlanmış müqavilələr mübahisə edilən əqdlərdir, əhəmiyyətsizdirlər. Bu barədə MM-nin 339-cu maddəsində qeydlər var. Hamımıza məlumdur ki, kreditlərin əksəriyyəti bank tərəfi üçün fayda götürmək məqsədini güdür, digər tərəf isə özü də hiss etmədən aldanaraq əqdi bağlamış olur. Bu halın özü, bir tərəfin nümayəndəsinin digər tərəflə (özünə bəlli olan) pis niyyətlə razılığa gəlməsi və yaxud ağır maddi durumda olan şəxsin vəziyyətindən digər tərəfin istifadə etməsi, vətəndaşların son dərəcə əlverişsiz şərtlərlə müqavilənin bağlanmasına məcbur olması və müqavilələrin ağır şərtlərlə bağlanılması kimi dəyərləndirirlər. Bütün hallarda bank tərəfi digər tərəfdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə, həqiqətdən uzaq müəyyən hərəkətləri ilə həvəsləndirərək təhrik edir, yalan, reklam xarakterli elanlar verilir.

19. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(037)- 1260/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və borcun tutulması tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsilə məhkəmə kollegiyasına məlumat göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini göstərmiş, məhkəmə iclasını onların iştirakı olmadan keçirdərək cavabdehin apellyasiya şikayətinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 məhkəmə kollegiyasına teleqram göndərərək məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini göstərmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

25. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(037)- 1260/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

27. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 17-18-ci bəndlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində xüsusi karantin rejiminin tətbiq olunması borclunun müqavilə üzrə borclarını ödəməsinə hər hansı qarşısıalınmaz maneə törətmədiyindən bu hallar Mülki Məcəllənin 448.4-cü maddəsinin tətbiq olunmasına əsas verə bilməz. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, iddiaçı "xxxx" QSC 30 iyul 2019-cu il tarixli 035A********** nömrəli kredit müqaviləsi əsasında əsas və faiz borcları ilə yanaşı, 12433,92 manat cərimə də tələb etmişdir ki, birinci instansiya məhkəməsi iddianın cərimə məbləğinə aid hissəsini 1000 manat həcmində təmin etməklə, cavabdehlərdən iddiaçının tələb etdiyi kimi kredit borcuna əsasən 26895,81 manat deyil, 15461,89 manat pulun tutulmasını qət etmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmə tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyildir.

28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(037)-1260/2022 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(037)-1260/2022 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar