Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-355/2021 09.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X7 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu, üçüncü şəxslər X10 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X3rşı “evin girovdan azad edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-634/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdeh ləğv prosesində Cavabdeh ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Ləğv prosesində “Cavabdeh ASC, ləğvedici Əmanətlərin Sığortalanması Fondu, üçüncü şəxslər X10 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X3rşı Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən ona məxsus 0,15 ha həyətyanı torpaq sahəsi olan 1 mərtəbəli, 3 otaqlı, 63.3 kvm yaşayış, 41,9 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evi üzərində olan ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-634/2020 nömrəli (hakim E.Məmmədov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı məxsus Zaqatala rayonu Aşağı Tala kəndində 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 63.3 kvm yaşayış, 41.9 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evi üzərində olan ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi qət edilmişdir. Sözügedən qətnamədən narazı qalan cavabdeh ləğv prosesində Cavabdeh ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayonu Aşağı Tala kəndində ona məxsus 0,15 ha həyətyanı torpaq sahəsi olan 1 mərtəbəli, 3 otaqlı 63.3 kvm yaşayış, 41.9 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evi vardır. Həmin yaşayış evi “Cavabdeh" ASC Zaqatala filialında bağlanmış xx.xx.2009-cu il tarixli İP2- 99/5-SKMF saylı ipoteka və xx.xx.2009-cu il tarixli 99/5-SKMF saylı kredit müqaviləsi üzrə borcalan X1 üzrə təminatı olaraq girov qoyulmuşdur. Həmin ev girov qoyularkən - yəni, 2009-cu il tarixdə, 11 il bundan əvvəl Elşən Nəzirov onun evi ilə bərabər eyni zamanda eyni müqavilələrlə Qax şəhərində yerləşən 1 mərtəbəli, 7 otaqlı anası Əminəxatın Nəzirovaya məxsus yaşayış evini girov qoymuşdur. Həmin vaxtı Nemət Nəzirov bankdan 160000 AZN 48 aylıq müddətinə qaytarmaq şərti ilə kredit götürmüşdür. Həmin kredit məbləğini götürdüyü tarixdən bu günə kimi 11 il müddət keçmişdir. Cavabdeh ASC-nin Zaqatala filialının xx.xx.2017- ci il tarixli arayışından görünür ki. Elşən Nəzirovun xx.xx.2017-ci il tarixinə “Cavabdeh" ASC-yə 14605.90 AZN kredit borcu qalmışdır. Həmin müddətdən bu günə kimi isə 3 il keçmişdir. Kredit müqavilələrinə 1 saylı ödəniş cədvəlindən görünür ki, kredit borcunun son ödəniş müddəti xx.xx.2013-ci il tarixidir. Həmin tarixdən isə 7 il keçmişdir. Bu müddətlər ərzində Cavabdeh ASC, Ləğvetmə prosesində olan “Cavabdeh" ASC və ya Əmanətlərin Sığortalanması Fondu Zaqatala rayon Məhkəməsində ona məxsus yaşayış evinin borca yönəldilməsi ilə əlaqədar heç bir iddia qaldırmamışdır. İndidən sonra iddia qaldırmış olsa belə tərəfindən Mülki Məcəllənin 373-cü maddəsinə əsasən iddia müddətinin tətbiqi ilə əlaqədar ərizə təqdim ediləcək və beləliklə, iddia müddəti ötürüldüyündən ona məxsus yaşayış evinin borca yönəldilməsi barədə qərar qəbul olunmayacaqdır. Bundan başqa 2017-ci il sentyabr ayına borclunun cəmi 14000 manat borcu qalmışdırsa, həmin borcun ödənilməsinə onun özünün anası Əminaxatın Nəzirovaya məxsus Qax şəhəri Nazim Hikmət küçəsində yerləşən yaşayış evinə yönəldilməsi daha məqsədə müvafiq hesab oluna bilər. Bundan başqa 14 000 manat borc üçün 2 yaşayış evinin girovda saxlanılması qanuna uyğun deyildir. Bu səbəbdən də göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh ləğv prosesində Cavabdeh ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, bank tərəfindən məhkəməyə verilmiş maliyyə arayışından göründüyü kimi hazırki iş üzrə mübahisə predmeti olan kredit müqaviləsi üzrə ödənilməmiş qalan borc məbləği cəmi 25342.97 manatdır. Yəni borc alan Elşən Nəzirov tərəfindən banka olan borc məbləğini kiçik bir hissəsi ödənilməmiş qalmışdır, öhdəliyin icrası ilə bağlı ödənilməmiş 25342.97 manat borc məbləğinə münasibətdə borc alanın fərdi yaşayış evi, hazırda iş üzrə iddiaçı, yəni kredit müqaviləsi üzrə zamin Şahid Eyubovun isə fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Yaranmış vəziyyətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan 25342.97 manat borc məbləği qaldığından hazırda mübahisələndirilən fərdi yaşayış evinin ipoteka ilə yüklü qalmasına zərurət artıq aradan qalxmışdır. Yəni sözügedən borc məbləği ilə bağlı mübahisə predmeti olan fərdi yaşayış evindən başqa yüklü edilmiş müqavilə üzrə borc alana məxsus fərdi yaşayış evinə tələb yönəltməklə həmin əmlakın satılaması hesabına borcun tam şəkildə ödənilməsi imkanı vardır. Eyni zamanda məhkəmə 2009-cu ildə ipoteka ilə yüklü edilmiş əmlaklara münasibətdə keçən 10 ildən artıq müddət ərzində cavabdeh bank tərəfindən hər hansı hərəkətin edilməməsini, sözügedən əmlaklara tutmanın yönəldilməməsini nəzərə alaraq hazırkı iş üzrə iddiaçının tələbini əsaslı olması qənatinə gəlir” Bundan əlavə qeyd etmək istəyirik ki, Cavabdeh ASC ilə X10 arasında bağlanmış kredit üzrə təminat olaraq 2 əmlak girov qoyulmuşdur. Məhkəmə hazırda ipoteka predmeti olan bir əmlakı saxlamaqla digər əmlakı ipotekadan azad etmişdir. Bunu da onunla əsaslandırmışdır ki, hazırda kredit öhdəliyi üzrə borc məbləği 25342.97 manat qaldığından mübahisələndirilən yaşayış evinin ipoteka ilə yüklü qalmasına zərurət artıq aradan qalxmışdır. Yuxarıda göstərilənlərə əsasən hesab edirlər ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-634/2020 nömrəli qətnaməsi əsassız olduğu üçün ləğv edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, bankdan kredit götürülərkən bir neçə əmlak, o cümlədən də ona məxsus olan əmlak ipoteka qoyulmuşdur. Elşən Nəzirov tərəfindən götürülmüş kreditin böyük hissəsi ödənilmişdir. Hansı səbəbdənsə Bank qalan pulu kredit götürmüş şəxsdən tələb etmir. Əgər gələcəkdə Bank tərəfindən iddia qaldırılarsa, onda kredit götürmüş şəxsin özünün əmlakının dəyəri kifayət edəcəkdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş. ********** qeydiyyat nömrəli 0007444 MH seriyalı DƏDRX-dən Çıxarışdan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 63.3 kvm yaşayış, 41.9 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx xxxx 2009-cu il tarixli 99/5-SKMF saylı kredit müqaviləsinin surətindən görünür ki, “xxxx” ASC tərəfindən X8 48 ay müddətinə illik faiz dərəcəsi 42 % olmaqla 160000 manat kredit verilmişdir. xx xxxxxxxx 2009-cu il tarixli İP 99/5-SKMF saylı ipoteka müqaviləsinin surətindən görünür ki, xx xxxx 2009-cu il tarixli 99/5-SKMF saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus Zaqatala rayonu Aşağı Tala kəndində 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 63.3 kvm yaşayış, 41.9 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. xx xxxx 2009-cu il tarixli İP 99/5-SKMF saylı ipoteka müqaviləsinin surətindən görünür ki, xx xxxx 2009-cu il tarixli 99/5-SKMF saylı kredit müqaviləsinin təminatı kimi X2 məxsus Qax şəhəri Nazim Hikmət küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 7 otaqlı, 129,6 kvm yaşayış, 353,9 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Ləğv prosesində olan Cavabdeh ASC tərəfindən məhkəməyə göndərilmiş xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, X5 xx xxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 25342 manat 97 qəpik borcu vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarını aydınlaşdırmamışdır. Belə ki, kollegiyanın araşdırması zamanı müəyyən olunmuşdur ki, xx xxxx 2009-cu il tarixli 99/5-SKMF nömərli kredit müqaviləsi əsasında kreditor, hazırkı iş üzrə cavabdeh bank tərəfindən borc alan X8 48 ay müddətinə 160 000 manat məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə öhdəlik kimi xx xxxx 2009-cu il tarixli İPİ-99/5-SKMF nömərli ipoteka müqaviləsi əsasında borclu olanın ailə üzvlərinin mülkiyyətində olan Qax şəhəri Nazim Hikmət küçəsində yerləşən bir mərtəbəli 7 otaqlı 129,6 kvm yaşayış, 353,9 kvm köməkçi sahədən ibarət 18 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bundan sonra isə, yəni xx xxxxxxxx 2009-cu il tarixdə İP2-99/5-SKMF nömrəli ipoteka müqaviləsi əsasında hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 108,2 kvm əsas, 101,8 kvm köməkçi sahədən ibarət bir mərtəbəli qeyr yaşayış binası (yeməkxana) yenə həmin kənddə yerləşən 63,3 kvm əsas 41,9 kvm fərdi yaşayış evi və əsas sahəsi 76,45 kvm, köməkçi sahəsi 36,45 kvm olan 1 mərtəbəli qeyri-yaşayış sahəsindən (mağaza) ibarət olmaqla üç adda daşınmaz əmlak kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Hazırda kredit götürənin banka 25342,97 manat məbləğində borcu qalmaqdadır. Birinci intansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, qeyd olunan 253442,97 manat borc məbləği qaldığından hazırda mübahisələndirilən fərdi yaşayış evinin ipoteka ilə yüklü qalmasına zərurət artıq aradan qalxmışdır. Yəni sözügedən borc məbləği ilə bağlı mübahisə predmeti olan fərdi yaşayış evindən başqa yüklü edilmiş müqavilə üzrə borc alana məxsus fərdi yaşayış evinə tələb yönəltməklə həmin əmlakın satılması hesabına borcun tam şəkildə ödənilməsi imkanı vardır. Eyni zamanda məhkəmə 2009-cu ildə ipoteka ilə yüklü edilmiş əmlaklara münasibətdə keçən 10 ildən artıq müddət ərzində cavabdeh bank tərəfindən hər hansı hərəkətin edilməməsini, sözügedən əmlaklara tutmanın yönəldilməməsini nəzərə alaraq hazırkı iş üzrə iddiaçının tələbini əsaslı olması qənaətinə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsasdır. Birincisi ona görə ki, iş materiallarından göründüyü kimi borc öhdəliyi tam olaraq yerinə yetirilməmiş və kredit götürənin Banka 253442,97 manat məbləğində borcu qalmışdır. Mübahisəsi gedən yüklü əmalkı da məhz həmin kreditin təminatı olaraq ipoteka qoyulmuşdur. İkincisi, birinci intansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, qeyd olunan 253442,97 manat borc məbləği qaldığından hazırda mübahisələndirilən fərdi yaşayış evinin ipoteka ilə yüklü qalmasına zərurət artıq aradan qalxmışdır. Yəni sözügedən borc məbləği ilə bağlı mübahisə predmeti olan fərdi yaşayış evindən başqa yüklü edilmiş müqavilə üzrə borc alana məxsus fərdi yaşayış evinə tələb yönəltməklə həmin əmlakın satılması hesabına borcun tam şəkildə ödənilməsi imkanı vardır. Eyni zamanda məhkəmə 2009-cu ildə ipoteka ilə yüklü edilmiş əmlaklara münasibətdə keçən 10 ildən artıq müddət ərzində cavabdeh bank tərəfindən hər hansı hərəkətin edilməməsini, sözügedən əmlaklara tutmanın yönəldilməməsini nəzərə alaraq hazırkı iş üzrə iddiaçının tələbini əsaslı olması qənaətinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, məhkəmə qətnaməsi ehtimallara əsaslana bilməz, yalnız mötəbər sübutlara əsaslanmalıdır. Üçüncüsü, borc məbləğinin az qalması və ya bank tərəfindən hazırki vəsiyyətdə iddia qaldırılmaması sözügedən əmlakın ipotekadan azad olunmasına əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür MM-in 448.1-ci maddəsinin tələbinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in borc müqaviləsindən bəhs edən 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər ştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş ipotekaya xitam verilməsi barədə tələb əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-634/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu, üçüncü şəxslər X10 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X3rşı “Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən ona məxsus 0,15 ha həyətyanı torpaq sahəsi olan 1 mərtəbəli, 3 otaqlı, 63.3 kvm yaşayış, 41,9 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evi üzərində olan ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi dair” iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-355/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-355/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver