Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-355/2023 15.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(037)-1282/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. 2018-ci ilin yaz aylarında Cavabdeh İddiaçı 5000 manat borc almışdır. İddiaçı həmin puldan 3700 manatının ona qaytarıldığını, qalan 1300 manatın isə bu günədək qaytarılmadığını iddia edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 1300 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, İsmayıllı rayonunda ailəsi ilə birlikdə məcburi köçkün kimi məskunlaşmışdır. 2018-ci ilin yaz aylarında əvvəllər tanıdığı qəssab işləyən Cavabdeh ondan 5000 manat pul istəmişdir. O, həmin pulu cavabdehə vermişdir. Cavabdeh həmin puldan 3700 manat qaytarmışdır. O, cavabdehdən qalan 1300 manatı geri tələb etsə də, cavabdeh həmin pulu ona qaytarmamışdır. O, məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Cavabdehdən 1300 manat pulun alınıb ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddiaçını tanıyır. O, iddiaçının fermasında işləmişdir. O, iddiaçıdan pul almamışdır. İddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir.
5. X1 ifadə verərək göstərdi ki, iddiaçı onun əridir. Cavabdeh ərinin yanına gələrək ondan pul istəmişdir. Əri cavabdehə onun yanında borc pul vermişdir. Lakin ərinin cavabdehə nə qədər pul verməsini bilmir.
6. X2 ifadə verərək göstərdi ki, iddiaçı onun qardaşıdır. Cavabdehin qardaşına borcu olduğunu bilir. Bir dəfə cavabdeh ona 100 manat pul vermiş və həmin pulu iddiaçıya çatdırılmasını xahiş etmişdir.
7. X4 ifadə verərək göstərdi ki, o, iddiaçı və cavabdehi tanıyır. İddiaçı məhkəməyə müraciət etdikdən sonra o, cavabdehlə rastlaşmış və sonuncu, ona iddia ərizəsinin onun yazmasını soruşmuşdur. Cavabdeh iddiaçıdan pul aldığını və həmin pulu iddiaçıya qaytardığını bildirmişdir.
8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən 1300 manat pulun alınaraq ona ödənilməsini tələb edir. Cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi və məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatları, habelə şahidlərin ifadələrini sübut kimi qəbul edir və hesab edir ki, iddiaçının dəlilləri iddia tələbini tamamilə təsdiq edir. Məhkəmə tərəflərin izahatlarına və şahidlərin ifadələrinə əsaslanaraq qərara gəlir ki, cavabdehin iddiaçıya 1300 manat borcu olması faktı sübuta yetirilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir.
9. İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(037)-1282/2022 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia təmin olunmuş, Cavabdeh 1300 (bir min üç yüz) manat pulun alınaraq İddiaçı ödənilməsi, Cavabdeh 33 (otuz üç) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 448, 739 və 740-cı maddələrinə istinad etmişdir.
11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işin faktiki halı belə olmuşdur ki, o qəssablıq fəaliyyəti ilə məşğul olmuşdur. Həqiqətən hər ay aldığı pula görə 10 faiz ödəmək şərti ilə iddiaçıdan 5000 manat borc almışdır. Aldığı borcu əsası və faizləri ilə birlikdə tam şəkildə ödəmişdir. Bundan əlavə cavabdehə məxsus fermada üç ay fəhlə işləmiş və ona cavabdeh tərəfindən bir manat da olsa əmək haqqı ödənilməmişdir. Eyni zamanda qəssablıq etdiyi müddətdə ondan az-az 850 manat dəyərində ət almış və pulunu ödəməmişdir. Göründüyü kimi o iddiaçıya nəinki borclu qalmış, hətta onun ona borcu yaranmışdır. Lakin, o, ondan bu borcu tələb etməmiş, aralarında olan mehriban münasibətə görə ona bağışlamışdır. Lakin, iddiaçı bütün bunlara baxmayaraq ondan aldığı 5000 manat borca görə faiz qalığı kimi 1300 manat tələb etmişdir. O, iddiaçıya dəfələrlə izah etsə də ki, o aldığı pulun həm kökünü, həm də faizini tam ödəmiş, əksinə onun ona borcu yaranmışdır, iddiaçı bunlara məhəl qoymayaraq güya borcun 1300 manat əsasını ödəmədiyi üçün ona qarşı iddia qaldırmışdır. İddiaçının bu hərəkəti ona olduqca pis təsir etdiyindən məhkəmədə ilkin olaraq onu tanımadığını və ondan heç bir pul almadığını bildirmiş, lakin sonradan hadisənin olduğu kimi yuxarıda qeyd etdiyi formada izahatında göstərmişdir. Lakin məhkəmə onun ilkin izahatını qeyd etməklə sonrakı ifadəsini göstərməmişdir. Bununla da məhkəmə səhv nəticəyə gəlmiş və qaninsuz və ədalətsiz qətnamə qəbul etmişdir.
13. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı ilə arasında 5000 manat borca görə notarial qaydada təsdiq olunmuş borc müqaviləsi bağlanmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır tələbinə əməl etməmişdir. Məhkəmə isə bu hala da hüquqi qiymət verməmişdir.
14. Məhkəmə yalnız iddiçının izahatına və şahidlərin qeyri-müəyyən ifadələrinə istinadən son nəticəyə gəlmişdir. Məhkəmə borcun nədən yarandığını və işin faktiki hallarını nəzərə almamışdır.
15. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(037)- 1282/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
18. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(037)-1282/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(037)- 1282/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
24. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır və həmin borc müqaviləsi tərəflərin arasında hüquq və vəzifələrin yaranması üçün əsasdır.
25. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin iddiaçıdan 5000 manat borc alması təsdiq edilsə də, cavabdehin həmin borcu (hazırki halda iddiaçının tələb etdiyi 1300 manatı) qaytarması barədə iş materiallarında heç bir sübut yoxdur. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmə tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
26. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə işdəki sübutları qiymətləndirərək bu qənaətə gəlmişdir ki, 2018-ci ilin yaz aylarında Cavabdeh İddiaçı 5000 manat borc almış, lakin öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. İddiaçı həmin borcun 3700 manatının ödənildiyini qeyd etməklə, yalnız yerdə qalan 1300 manatı tələb etmişdir. Ona görə də, iddia əsaslı sayılmışdır. Cavabdeh həm birinci instansiya həkəməsinin, həm də məhkəmə kollegiyasının iclasında iddiaçıdan 5000 manat borc aldığını və pulları hissə-hissə ayrı-ayrı vaxtlarda qaytardığını, lakin iddiaçının həmin borca faizlər hesabladığını və hal-hazırda həmin faizlərdən ödənilməmiş qalan 1300 manatı tələb etdiyini göstərmişdir. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, hazırki iş üzrə iş materiallarında 1300 manatın əsas borc deyil, faizlər olduğunu təsdiq edəcək heç bir sübuta rast gəlinmir. İkinci olaraq isə kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdikləri ilə məhkəmə kollegiyasının iclasında verdiyi izahat arasında ziddiyyət vardır. Belə ki, cavabdeh apellyasiya şikayətinin bu qətnamənin 12-ci bəndində göstərilmiş dəlillərində onun iddiaçıya aldığı pulun həm kökünü, həm də faizini tam ödədiyini, əksinə onun ona borcu yarandığını qeyd etmiş, məhkəmə kollegiyasının iclasında verdiyi izahatında isə faizlər hesablandıqdan sonra 3-4 ay faizləri ödəyə bilmədiyini və 1300 manat faizin yığıldığını, iddiaçının hazırda ondan həmin pulu tələb etdiyini bildirmişdir. Cavabdeh apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında göstərdiyi izahatlar arasındakı ziddiyəti əsaslandıra bilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas deyildir.
27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(037)-1282/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(037)-1282/2022 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev