Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-355/2024 13.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı qızının, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyana görə pul tələbinə dаir” mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tаrixli, 2(035)-163/2023 saylı qətnаməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna Dair JN-620 Kod 90501018 Dövlət Aktının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 saylı qərarı ilə hazırkı İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Qoşoba kəndində 3.29 ha torpaq sahəsi ayrılmışdır.
2. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, Zərdab rayon sakini İddiaçı xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 3.29 ha torpaq sahəsində əkilmiş payızlıq yonca bitkisinin 0,98 ha hissəsinin dekabr 2022-ci ildə cavabdehin mal-qarası tərəfindən davamlı olaraq tapdanması nəticəsində məhv olmuş yonca sahəsində 2023-cü ilin yaz mövsümundə yonca bitkisinin bərpası üçün zəruri olan xərclərin cəmi 362,25 manat və 2023-cü ili birinci, ikinci ot biçini mövsumunda əldən çıxması ehtimal olunan ot bitkisi kütləsinə görə əldə olunması ehtimal olunan gəlirin cəmi 1692 mant olmaqla yekun məbləğ 2054,25 manat olması müəyyən edilmişdir.
3. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əldən çıxmış faydanın qiymətləndirilməsinə dair müqavilədən görünür ki, qiymətləndirmə xidmətinin dəyəri olaraq "xxxx" MMC-nin hesabına İddiaçı tərəfindən 165 manat pul ödənmişdir.
4. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2000 saylı rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 3.29 ha torpaq sahəsində əkilmiş payızlıq yonca bitkisinin 0.98 ha hissəsinin dekabr 2022-ci ildə üçüncü şəxs tərəfindən mal-qara ilə davamlı olaraq tapdalanması nəticəsində məhv olunmuş yonca sahəsində 2023-cü ilin yaz mövsümündə yonca bitgisinin bərpası üçün zəruri olan xərcləri cəmi 362,25 manat və 2023-cü ilin birinci, ikinci ot biçini mövsümündə əldən çıxması ehtimal olunan yonca ot bitgisi kütləsinə görə əldə olunması ehtimal olunan gəlirin cəmi 1692 manat olmaqla yekun məbləğ 2054.25 manat ziyan dəyməsi müəyyən edilmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbini həcminin artılması ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona dəymiş maddi ziyana görə 2054 manat və ödənilmiş dövlət rüsumuna görə 195 manat, cəmi 2249 manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1988-ci il tarixli, 17 saylı qərarı ilə iddiaçıya və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Qoşaoba kəndində 3.29 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair (JN-598 Kod ********) Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları yonca və taxıl əkibbecərməklə ailə üzvlərini dolandırmışdır. İddaiçı həmin torpaq sahəsinə 2022-ci ilin oktyabr ayına təzə yonca əkmiş və noyabr ayında yerinə baxmağa getmişdir ki, görsün suladığı yer necə bitiş almışdır. Cavabdeh çobanı onun sahədə olmamasından istifadə edərək təzə əkilmiş yoncasına mal-qaranı salmış və nəticədə 0,98 ha yonca bitkisi tamamilə tələf edilmiş və ciddi ziyanlıq vurulmuşdur. İddiaçı yaranmış vəziyyətlə bağlı ərizə ilə Azərbaycan Respublikasının Kənd X1 X4 Mərkəzinə müraciət edərək sahəyə dəymiş ziyanlığın müəyyən olunmasını xahiş etmişdir. Zərdab DAİM-nin əməkdaşlarından ibarət aqronom heyəti həmin sahəyə baxış keçirmiş, baxış zamanı mal-qaranın ziyanlıq vurması müəyyən olunmuşdur. Bundan sonra iddiaçı cavabdeh tərəfindən onlara məxsus olan torpaq sahəsində olan məhsula heyvanlarını otarmaları nəticəsində vurduqları ziyanın müəyyən olunması və qiymətləndirilməsi məqsədi ilə rəsmi olaraq ərizə ilə Beyləqan şəhərində yerləşən "xxxx" MMC-nə (Azərbaycan Qiymətləndirici Cəmiyyətinə) müraciət etmiş və həmin tarixdə Cəmiyyətlə aralarında «Əldən çıxmış faydanın qiymətləndirilməsinə dair» Müqavilə bağlanmış və Qiymətləndirmə xidmətinin dəyəri qarşılıqlı razılaşmaya əsasən 165 manat təşkil etmiş və həmin məbləğ iddiaçı tərəfindən nəğd qaydada "xxxx" MMC-nin kassasına ödənmişdir. "xxxx" MMC tərəfindən Zərdab rayonu Qoşaba kəndi ərazisində olan olan 3.29 ha torpaq sahəsində əkdiyi yonca bitkisini cavabdehin şəxsi təsərrüfatında olan heyvanlarına otardılaraq sahədə olan yonca bitkisinin məhv edilməsi nəticəsində vurduqları ziyana görə 2054.25 manat ziyan hesablanmışdır. "xxxx" MMC tərəfindən aparılmış araşdırmaya dair tərtib olunmuş xx.xx.2023-cü il tarixli Qiymətləndirmə Rəyini iddia ərizəsinə əlavə etmişdir. Bu ziyanlıq haqda aidiyyəti orqanlara rəsmi müraciətlər etsədə, heç-bir nəticə olmamışdır. Ona görə də o, məhkəməyə müraciət edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsində işə Cavabdeh iştirakı olmadan baxılmışdır.
9. Zərdab Rayon Məhkəməsinin (hakim İlqam Həsənquliyev) 07 sentyabr 2023-cü il tаrixli, 2(035)-163/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh maddi ziyana görə 2054,25 manat, Qiymətləndirilmə xidmətinə görə ödənilmiş 165 manat və dövlət rüsumuna görə 30 manat, cəmi 2 249,25 manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir.
10. Məhkəmə işin müəyyən edilən hallarına, tərəflərin məhkəmə iclasında verdikləri izahatlara və iş materiallarına qarşılıqlı şəkildə qiymət verərək, istinad olunan qanunvericilik normalarına əsaslanaraq hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququna təminat verilməli və dəymiş maddi ziyanın əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməklə iddia təmin edilməlidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 71 -ci maddələrinə, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1, 3-cü hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 1096.1 və 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 76.2, 101.3, 106.1 və 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən аpellyаsiyа şikаyəti verilmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, ...məhkəmənin qərarı tamamilə qanunsuz və əsassızdır. Ona görə də, qətnamə ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Bildirir ki, iddianı qəbul etmir, buna əsaslı səbəbləri vardır. Belə ki, məhkəmə qəbul edərkən yalnız iddiaçının mülahizələrinə əsaslanmışdır. İddiaçıya məxsus olan torpaq sahəsində əkilmiş yonca bitkisinə ziyan vurmaya-vurmaya o, iddiaçıya niyə pul ödəməlidir? Məhkəmə onun pozulmuş hüquqlarını müdafiə etməlidir. Həyat yoldaşını itirəndən sonra özünə qapanmış, məhkəmə iclaslarına getməməyinin bu qədər ağır nəticələnəcəyinin fərqində olmamışdır. Bildirir ki, iddiaçının iddia etdiyi qədər mal-qarası yoxdur. Onun üç baş inəyi vardır. Həmin mal-qara iddiaçının sahəsinə şum vaxtı bir dəfə daxil ola bilər, bunu inkar etmir. Ancaq orada nə məhsul olub, nə də ki, ziyanvurma. İddiaçının qeyd etdiyi tapdalanan hissədə isə məhsul digər hissələrdən daha məhsuldar, daha bərəkətlidir. Heç bir ziyanvurmadan söhbət belə gedə bilməz. İddiaçının dediyi qədər torpaq sahəsi mövcud deyil. O, məhkəməyə yalan ifadə vermişdir. Üstəlik iddiaçının onların ailə üzvləri ilə şəxsi qərəzliyi vardır. Bu iddia da həmin münasibətin davamıdır. İddiaçı bu işlə məşğuldur. Bu məsləyi adətən özünə “peşə” kimi seçmişdir. İddiaçı xeyli vaxtdır ki, ayrı-ayrı şəxslərə qarşı guya “dəymiş ziyanla” bağlı iddia qaldırıb pul tələb edir. Buna misal olaraq iddiaçının qayını X2 qarşı “Dəymiş ziyana görə pul tələbi”nə dair Zərdab Rayon Məhkəməsinin icraatında mülki iş olmuşdur. Zərdab Rayon Məhkəməsi özünün 25 oktyabr 2022-ci il tarixli, 2(035)-645/2022 saylı qətnaməsi ilə iddianı təmin etməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(107)-269/2023 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmişdir. Burdan belə aydın olur ki, iddiaçı bu hərəkətinin davamı olaraq mənə qarşı bu iddianı irəli sürmüşdür. Təəssüflər olsun ki, Zərdab Rayon Məhkəməsi iddiaçının əsl niyyətini görə bilməmişdir. Ona indiyədək iddiaçı, icra nümayəndəliyi və qohum-qonşu tərəfindən heç bir xəbərdarlıq olunmayıb ki, onun mal-qarası kiminsə məhsuluna ziyan vurur. İddiaçının dedikləri həqiqətə uyğun deyil. 3 baş mal bu boyda ziyanlığı vura bilməz. Onun ailə başçısının olmamasından istifadə edərək ona qarşı bu iddia tələbini irəli sürür. Qeyd olunanlara əsasən Zərdab Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tаrixli, 2(035)-163/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tаrixli, 2(035)-163/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tаrixli, 2(035)-163/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
20. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
21. Maddə 13. Mülkiyyət
İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
23. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. ...
24. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
25. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 21. Zərərin əvəzinin ödənilməsi - 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.
Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:
29. Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
30. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
31. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir..
32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.
35. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
36. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
40. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
41. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
42. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
43. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Zərdab Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tаrixli, 2(035)-163/2023 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
46. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
47. Birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə göstərmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1988-ci il tarixli 17 saylı qərarı ilə iddiaçıya və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Qoşaoba kəndində 3.29 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair (JN-598 Kod ********)-li Dövlət Aktı verilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyətçi hüquqlarını həyata keçirərək istifadə etmiş və sonuncu dəfə 3.29 ha torpaq sahənin hamısına yonca əkmişdir. Əvvəlki illərdə hər hansı bir çətinlik olmasa da, 2022-cü ilin payız mövsümündan başlayaraq cavabdeh sözügedən yonca sahəsini iddiaçının iradəsinə zidd olaraq özbaşına iri və xırdabuynuzlu heyvanlara otarmaqla iddiaçıya maddi ziyan vurmuşdur. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin məhkəmə-əmtəəşünaslıq ekspertiza mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2000 saylı rəyinə əsasən iddiaçıya dəyən maddi zərərin mövsüm üzrə 2054,25 manat olduğu müəyənləşdirilmişdir.
48. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, haqqında mübahisə qaldırılan torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyəti olduğundan, o, hazırkı iddianı verməkdə haqlı olmuşdur.
49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına diqqət yetirməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz.
50. İddiaçı ona məxsus əkin sahəsinin cavabdehin çobanı tərəfindən onun sahədə olmamasından istifadə edərək təzə əkilmiş yoncasına mal-qaranı saldığını və nəticədə 0,98 ha yonca bitkisinin tamamilə tələf edilərək ciddi ziyan vurulduğunu iddia etsədə, iddiasını məhkəmə kollegiyasının iclasında sübuta yetirə bilməmişdir.
51. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddianın müdafiəsinə dair verdiyi izahatı cavabdehin verdiyi izahatı ilə tam şəkildə təkzib edilmişdir.
52. İddiaçının məhkəmələrə təqdim etdiyi və məhkəmə kollegiyasının iclasında tədqiq edilən Zərdab X4 Mərkəzi tərəfindən iddiaçıya və Zərdab Rayon Polis şöbəsinə ünvanlanmış məktublarla bağlı məhkəmə kollegiyası hesab edir ki, həmin məktublar sözügedən əkin sahəsinin məhz hazırkı cavabdeh tərəfindən tapdalanmasına dəlalət etmir. Ona görə də məhkəmə həmin məktubları iddianın təmin olunmasının əsası kimi qəbul etmir.
53. Məhkəmə kollegiyasının iclasında təklif olunmasına baxmayaraq iddiaçı iddia etdiyi əkin sahəsində cavabdeh tərəfindən iri və xırda buynuzlu mal-qara ilə otarılması nəticəsində ziyan dəyməsi barədə izahat verməkdən başqa, iddianı əsaslandıra biləcək hər hansı bir mötəbər sübutu, yəni əkdiyi yonca sahəsinin məhz hazırkı cavabdeh tərəfindən otarılmasına dair sübutu təqdim etməmişdir.
54. Məhkəmə kollegiyası həmçinin iddiaçı tərəfdən təqdim edilən CD DİSK-də olan səs yazıları və video görüntülərə tənqidi yanaşaraq qeyd edir ki, həmin səs yazıları və görüntülərdə məhz hazırkı cavabdehin iddiaçıya məxsus sözügedən torpağında iri və xırda buynuzlu mal-qara otarması öz əksini tapmamışdır. Həmin səs yazıları və videogörüntülərdə iddiaçıya məxsus əkin sahəsinin məhz cavabdeh tərəfindən otarıldığı əks olunmadığı üçün məhkəmə kollegiyası həmin CD DİSK-dəki səs yazıları və videogörüntülər iddianın təmin olunmasının əsası kimi qəbul etmir.
55. Məhkəmə kollegiyasının iclasında cavabdeh israrla ümumiyyətlə onun təsərrüfatında xırda buynuzlu heyvanların olmadığını bildirmişdir.
56. Qeyd etmək lazımdır ki, yuxarıda qeyd edilmiş mülki qanunvericiliyin (Mülki Məcəllənin 1096-cı maddəsi) məzmunundan aydın olur ki, mülki hüquq məsuliyyəti hüququn və ya qanunun tələblərini pozan hərəkət (və ya hərəkətsizlik) əsasında yaranır. Hüquq pozmanın (deliktin) baş verməsi, bunun nəticəsində ziyan və zərərin mövcudluğu, hüquqpozanın hüquqazidd davranışı ilə baş vermiş ziyanlı nəticələr arasında səbəbli əlaqənin, həmçinin hüquq pozanın təqsirinin olması vacib şərtlərdir. Belə ki, hüquqpozanın davranışının hüquqazidliyi mülki hüquqi məsuliyyətin məcburi şərtidir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya maddi ziyan vurulsa da, bunun cavabdehin hüquqazidd davranışı nəticəsində baş verməsi, hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqənin mövcudluğu iş materialları ilə öz təsdiqini tapmamışdır.
58. Məhkəmə kollegiyası tələb olunan maddi zərərin vurulmasının əsası kimi çıxış edən hərəkətin, yəni iddiaçıya məxsus olan iddia etdiyi əkin sahəsinin otarılmasının hazırkı cavabdehə aidiyyəti sübut olunmadığından vurulduğu iddia olunan maddi zərərin miqdarı barədə araşdırma aparılmasına lüzum görməmişdir.
59. Mübahisə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93).
60. Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
61. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbində qeyd edilən maddi ziyanın Cavabdeh vurduğunu təsdiq edən hər hansı bir mötəbər sübut İddiaçı tərəfindən işə baxan məhkəmələrə təqdim edilmədiyindən və sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır.
62. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur.
63. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
64. Mülki işin apellyasiya baxışında cavabdehin apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və cavabdehin apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.
65. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Zərdab Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tаrixli, 2(035)- 163/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir.
66. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tаrixli, 2(035)-163/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul iddiaçı İddiaçı tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov