Məhkəmə qərarları › İş №2(107)-356/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-356/2022

23.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-356/2022 23.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(037)-362/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(037)-362/2021 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan” tələbinə dair iddiasının qismən təmin edilməsi və Cavabdeh 1550 manat və ödənilmiş 30 manat dövlət rüsümü olmaqla, ümumilikdə 1580 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi" tələbinə dair iddia tələbinin təmin edilməməsi, məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat məbləğində pulun Cavabdeh tutularaq (Az.MEM, VÖEN **********, hesab nömrəsi AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3,) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilinə dəymiş 1660 manat və 1000 manat ziyan, əlavə olaraq ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2690 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 29 oktyabr 2020-ci il tarixdə saat 23:30 radələrində idarə etdiyi “Mercedes Benz” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunda hərəkətdə olarkən qəflətən yola iri buynuzlu mal heyvanı çıxmış və o, hadisədən yayına bilməyərək həmin malı vurmuşdur. Hadisə onun təqsiri üzündən baş verməmişdir. Avtomobili saatda 60-70 km saat sürətlə idarə etmiş və hava qaranlıq olduğundan mal heyvanını görməmişdir. Hadisə nəticəsində xəsarət almasa da, avtomobilinə maddi ziyan dəymişdir. Avtomobilinə dəymiş maddi ziyan heyvanın sahibi Cavabdeh tərəfindən ödənilməmişdir. Ziyanın müəyyən edilməsi üçün "xxxx" ASC-nin İsmayıllı filialına müraciət etmiş və "xxxx" ASC-nin İsmayıllı filialının 30 oktyabr 2020-ci il tarixli, 59 nömrəli arayışında “Mercedes Benz” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşınına 1660 manat məbləğində maddi ziyan dəydiyi hesablanmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini və ona dəymiş zərərin əvəzi olaraq 3500 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, Laçın rayonundan məcburi köçkün düşmüş və müvəqqəti olaraq ailə üzvləri ilə birlikdə İsmayıllı rayonunda məskunlaşmışdır. Heç bir yerə işləmir, yeganə gəlir yeri, iri heyvandarlıqla məşğul olmasıdır. 29 oktyabr 2020-ci il tarixdə saat 23:30 radələrində təsərrüfatında olan bir baş inəyi İddiaçı idarə etdiyi avtomobillə Qəbələ-İsmayıllı yolunda vurmuş və mal tələf olmuşdur. Həmin heyvanın orta bazar qiyməti 2500-3000 manat təşkil edir. Ona dəymiş ziyan İddiaçı tərəfindən ödənilməmişdir. O, malı yolda nəzarətsiz qoysa da hadisədə sürücünün günahı olmuşdur. İddiaçı avtomobili yüksək sürətlə idarə etmiş, optik eynəkdən istifadə etdiyinə görə yolda heyvanı görməmiş və ya görmüşsə də hadisədən yayınmaq üçün heç bir tədbir görməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, 29.10.2020-ci il tarixdə saat 23:30 radələrində İsmayıllı rayon ərazisində Qəbələ-İsmayıllı yolunda bədbaxt hadisə yənə avtoqəza hadisəsi baş vermişdir. “TAXİ” sürücüsü İddiaçı idarə etdiyi “Mercedes C” markalı və 90GB482 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus iri buynuzlu heyvanı vurmuş və nəticədə heyvan tələf olmuşdur. Heyvanın tələf olması ona maddi ziyan vurulması deməkdir. Həmin heyvanın orta bazar qiyməti 2500-3000 manat təşkil edir. Həmin iri buynuzlu heyvan iki gün idi ki, otlaq sahəsindən qayıtmamışdır, yəni harda olması barədə məlumatı yox idi. Hesab edir ki, ona dəyən ziyanı İddiaçı ödəməlidir. Belə ki, hadisə yolun İsmayıllı istiqamətində baş vermişdir. Ancaq avtomobilin sol hissəsi heyvana toxunmuşdur və hadisə yolun əks tərəfində baş vemişdir . Burdan da məlum olur ki, X2 tələblərini pozmuşdur. İddiaçı avtomobili həddindən artıq sürətdə idarə etdiyindən, gecə vaxtı olduğundan və sürücü optik eynəkdən istifadə etdiyindən yolda olan heyvanı görməmiş vəya görmüşdürsə də hadisədən yayınmaq üçün heç bir tədbir görməmişdir. Əgər ekspert tərəfindən əraziyə və avtomobilə tam və hərtərəfli şəkildə baxış keçirilsəydi dedikləri tam şəkildə öz əksini tapa bilərdi. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 21.09.2021-ci il tarixli, 9/4396 saylı rəyi, "xxxx" ASC-nin İsmayıllı filialı tərəfindən verilmiş 30 oktyabr 2020-ci il tarixli, 59 nömrəli arayışına əsasən hesablanmışdır. Həmin hadisədə olan foto şəkillərdən də göründüyü kimi qəza zamanı avtomobilin sol hissəsi zərər görmüşdür. Buna baxmayaraq ekspert rəyində avtomobilə dəymiş ziyan kimi, avomobilin sağ sol farasını, kapot, hətta radiator hissəsini də hesablamışdır. Ümumiyyətlə isə işin gedişində mübahisəli avtomobilin rəsimləri və mövcut vəziyyəti barədə məlumat yoxdur. Necə ola bilər ki, ekspert avtomobili və rəsmlərin görmədən rəy verə bilmişdir. Bütün faktiki halların araşdırılması o halda mümkün olardı ki, ekspert tərəfindən əmlaka tam şəkildə baxış keçirilsin, tərəflər iştirak etsinlər. Belə olan halda bütün faktiki halların aydınlaşdırılması qeyri mümkündür. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(037)- 362/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(037)-362/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(037)- 362/2021 nömrəli qətnaməsi dəymiş ziyana görə Cavabdeh alınıb İddiaçı verilməli olan pulun məbləği 1550 manatdan azaldılıb 1515 manat məbləğində, ödənilmiş 30 manat dövlət rüsumu da daxil olmaqla ümumilikdə Cavabdeh alınıb İddiaçı verilməli olan pulun məbləği 1580 manatdan azaldılıb 1545 manat müəyyən edilməklə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş, İsmayıllı Rayon Məhkəməsinin 3(037)- 387/2020 saylı, 13.11.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib, 80 manat məbləğində inzibati cərimə edilmiş və İddiaçı idarə etdiyi “Mercedess Benz” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılmışdır. İş materiallarına əlavə olunmuş, Şəki Apelyasiya Məhkəməsinin 3(107)-300/2020 saylı, 10.12.2020-ci il tarixli qərarından görünür ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 3(037)- 387/2020 saylı, 13.11.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, “Mercedess Benz” markalı avtomobilə maddi zərər dəymişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin İsmayıllı filialı tərəfindən verilmiş 30 oktyabr 2020-ci il tarixli, 59 nömrəli arayışdan görünür ki, “Mercedess Benz” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə 1660 manat dəyərində ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin 21.09.2021-ci il tarixli, 9/4396 saylı rəyindən görünür ki, “Mercedess Benz” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1515 manat müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.2, 1097.1 və 1110-cu maddələrinə istinad etməkdə haqlı olmuşdur. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda ilkin iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən, cavabdeh ona məxsus heyvanın sahibi olaraq üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görməmiş, qanunvericiliyin tələblərini pozaraq iddiaçıya ziyan vurmuşdur. Ona görə də Cavabdeh törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və o vurduğu zərərin əvəzini ödəməlidir. Birinci instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin 21.09.2021-ci il tarixli, 9/4396 saylı rəyi ilə razılaşaraq, sözügedən rəyi mötəbər sübut kimi qəbul etmiş və hesab etmişdir ki, rəydə müəyyənləşdirilmiş 1515 manat məbləğində zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin cavabdehdən əldən çıxmış faydanın əvəzi kimi 1000 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 1000 manat məbləğində maddi ziyan dəydiyini qeyd etsə də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbinin 1000 manat maddi ziyan hissəsi təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbini belə əsaslandırır ki, o, malı yolda nəzarətsiz qoysa da hadisədə sürücü İddiaçı günahı olmuşdur. İddiaçı avtomobili yüksək sürətlə idarə etmiş, optik eynəkdən istifadə etdiyinə görə yolda heyvanı görməmiş və ya görmüşsə də hadisədən yayınmaq üçün heç bir tədbir görməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1 və 1097.3-cü maddələrində və sözügedən mübahisə ilə bağlı istinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə araşdırması zamanı tələbi ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Belə ki, qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində zərərin vurulduğu (X5 qanunvericiliyin tələblərinin pozulmaqla), zərərin mövcud olması və bu hərəkətlərlə (hərəkətsizliklə) ziyanın arasındakı səbəbli əlaqənin olduğunu sübut edən dəlillər, o cümlədən, məhkəmə araşdırması zamanı qarşılıqlı iddia tələbini əsaslandıran hallara dair məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Bununla yanaşı sözügedən mübahisə üzrə Cavabdeh təqsiri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar ilkin iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən ilkin iddiaçının xeyrinə tutulmalı, 100 manat məhkəmə əmtəəşünaslıq ekspertizası xərci isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı qismən təmin edərkən iddianın təmin olunmuş 35 manata aid hissəsində hansı halları əsas götürdüyünü əsaslandırmadığından məhkəmənin həmin hissədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 21.09.2021-ci il tarixli, 9/4396 saylı rəyindən görünür ki, “Mercedess Benz” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1515 manat müəyyən edilir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə yuxarıda göstərilən ekspert rəyi ilə razılaşaraq onu mötəbər sübut kimi qəbul etmiş, qərar qəbul edərkən həmin rəydəki nəticəyə əsaslanmışdır. Lakin, sözügedən rəydə “Mercedess Benz” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1515 manat müəyyən edildiyinin qeyd edilməsinə baxmayaraq, məhkəmə ilk iddianı 1550 manat həcmində təmin etmişdir. Məhkəmə ekspert rəyində göstərilən məbləğdən artıq olan 35 manata aid hissədə iddianın təmin edilməsinin əsaslarını göstərməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin 21.09.2021-ci il tarixli, 9/4396 saylı rəyini sübut kimi qəbul edərək ona əsaslanmaqda haqlı olsa da, ekspert rəyində göstərilən məbləğdən artıq olan 35 manata aid hissədə iddianın təmin edilməsi üçün hazırki iş üzrə heç bir əsas yoxdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianı qismən təmin edərkən iddianın təmin olunmuş 35 manata aid hissəsində düzgün nəticəyə gəlmədiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi üçün əsаslаr müəyyən edildiyinə görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(037)-362/2021 nömrəli qətnaməsi dəymiş ziyana görə Cavabdeh alınıb İddiaçı verilməli olan pulun məbləği 1550 manatdan azaldılıb 1515 manat məbləğində, ödənilmiş 30 manat dövlət rüsumu da daxil olmaqla ümumilikdə Cavabdeh alınıb İddiaçı verilməli olan pulun məbləği 1580 manatdan azaldılıb 1545 manat müəyyən edilməklə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İsmayıllı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(037)-362/2021 nömrəli qətnaməsi dəymiş ziyana görə Cavabdeh alınıb İddiaçı verilməli olan pulun məbləği 1550 manatdan azaldılıb 1515 manat məbləğində, ödənilmiş 30 manat dövlət rüsumu da daxil olmaqla ümumilikdə Cavabdeh alınıb İddiaçı verilməli olan pulun məbləği 1580 manatdan azaldılıb 1545 manat müəyyən edilməklə dəyişdirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar