Məhkəmə qərarları › İş №2(107)-36/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-36/2021

17.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-36/2021 17.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı6, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması və cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-8/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-8/2019 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia təmin edilmiş, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinə gedən gediş-gəliş yolunun 1,7 metr hissəsi (0,0241 ha hissəsi Cavabdeh2, 0,0246 hissəsi Cavabdeh1 tərəfindən) cavabdehlər tərəfindən açılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 150 (bir yüz əlli) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi, aparılmış mütəxəssiz tədqiqatlarının dəyəri – 153,56 (bir yüz əlli üç manat əlli altı qəpik) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ23AİİB********************, xxxx ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Qyasəddin oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması və cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması və cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişlər. xx xxxxx 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər tərəfindən tutulmuş və zəbt olunmuş ümumi gediş-gəliş yolunun açılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar, Qəbələ rayonu Mıxlıqovaq kəndində yaşayırlar. Torpaq islahatı dövründə islahata getmişlər və qanuni əsaslarla mülkiyyətlərinə müxtəlif ölçülərdə torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə gediş-gəliş üçün yol yeri də nəzərdə tutulmuşdur. Lakin cavabdehlər heç bir qanuni əsasları olmadan onların mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunu kəsmişlər. Dəfələrlə keçmiş torpaq şöbəsinin mütəxəssisləri, Mıxlıqovaq Bələdiyyəsi, İnzibati Ərazi nümayəndəsi mübahisəli yerdə olmuşlar. Onlar mübahisənin həlli üçün cavabdehlərlə söhbətlər aparmış və yol yerinin könüllü qaydada açılmasını cavabdehlərdən tələb etmişlər. Lakin cavabdehlər yol yerinin açılmasına razılıq verməmiş və əsas olaraq yol yerinin onların mülkiyyətlərində olduqlarını demişlər. Baxmayaraq ki, cavabdehlərin yetərincə norma daxilində torpaq sahələri vardır. Hazırda yol yeri olmadığı üçün mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmirlər. Torpaq sahəsində olan fındıq məhsulunu yığa, malqaranı otara bilmirlər. Cavabdehlər öz mal-qaralarını onların bağlarına salıb məhv edirlər. Lakin cavabdehlər buna məhəl qoymurlar. Buna görə də mübahisənin həllinin qanuni yolla həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində torpaq islahatı dövründə islahata getmiş və qanuni əsaslarla mülkiyyətinə müxtəlif ölçülərdə torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə gediş-gəliş üçün yol yeri də nəzərdə tutulmuşdur. Lakin cavabdehlər heç bir qanuni əsasları olmadan onun mülkiyyətində olan torpaq sahələrinə gediş-gəliş yolunu kəsmişlər. Dəfələrlə keçmiş torpaq şöbəsinin mütəxəssisləri, Mıxlıqovaq Bələdiyyəsi, İnzibati Ərazi nümayəndəsi mübahisəli yerdə olmuşlar. Onlar mübahisənin həlli üçün cavabdehlərlə söhbətlər aparmış və yol yerinin könüllü qaydada açılmasını cavabdehlərdən tələb etmişlər. Buna baxmayaraq cavabdehlər yol yerinin onların mülkiyyətlərində olduqlarını əsas gətirməklə açılmasından imtina etmişlər. Həmin ərazidə həmişə ümumi gediş-gəliş yolu olmuşdur. Yol yeri cavabdehlər tərəfindən tutulduğu üçün mülkiyyətində olan torpaq sahəsindən lazımi qaydada istifadə edə bilmir. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, cavabdehlərin ümumi gediş-gəliş yolunu bağlamaqları səbəbindən öz evlərinə və həyətlərinə sərbəst gedib-gedə bilmirlər. Cavabdehlərdən yolun açılmasını tələb etdikdə isə onlara qarşı kobudluq göstərməklə yolu açmayacaqlarını bildirmişlər. Beləliklə, evlərinə və həyətlərinə sərbəst gedib-gəlməklərinin təmin olunması üçün həmin ərazidə nəzərdə tutulmuş yolun açılmasını istəyirlər. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı4 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində torpaq islahatı dövründə islahata getmiş və qanuni əsaslarla mülkiyyətinə müxtəlif ölçülərdə torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə gediş-gəliş üçün yol yeri də nəzərdə tutulmuşdur. Lakin, hal-hazırda cavabdehlərin ümumi gediş-gəliş yolunu bağlamaqları səbəbindən öz evlərinə və həyətlərinə sərbəst gedib-gedə bilmirlər. Cavabdehlərdən yolun açılmasını tələb etdikdə isə onlara qarşı kobudluq göstərməklə yolu açmayacaqlarını bildirmişlər. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı3 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, hazırda yol yeri kimi istədikləri ərazidə ümumi gediş-gəliş yolu olmuşdur. Bu ərazinin xəritəsində də öz əksini tapmışdır. Buna görə də, həm bələdiyyə sədri, həm də inzibati ərazi nümayəndəsi dəfələrlə cavabdehlərlə söhbətlər aparıb onlardan ərazinin xəritəsində müəyyən olunmuş ölçüdə yolun açılmasını tələb etsələr də, cavabdehlər həmin torpaq sahəsinin onların mülkiyyətləri olduğunu bildirməklə yolu açmayacaqlarını bildirmişlər. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı5 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, yol yeri kimi istədikləri ərazidə yol yeri nəzərdə tutulsa da, cavabdehlər heç səbəb olmadan əsassız olaraq həmin yolu tutaraq onlara ümumi gediş-gəliş yolundan istifadə etməklərinə maneələr yaratmışlar. Hansı ki, ərazinin xəritəsində də həmin ərazi yol yeri kimi göstərilmişdir. Yolun açılmasını tələb etdikdə isə onlara qarşı kobudluq göstərməklə yolun açılmayacaqlarını bildirmişlər. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı6 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, cavabdehlərin ümumi gediş-gəliş yolunu bağlamaqları səbəbindən evlərinə və həyətlərinə sərbəst gedib-gələ bilmirlər. Ərazinin xəritəsində müəyyən olunmuş ölçüdə yol yerinin açılmasını, evlərinə və həyətlərinə sərbəst gedib-gəlmələrini istəyirlər. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı etiraf etməyərək göstərmişdir ki, iddiaçıların yol yeri kimi tələb etdikləri torpaq sahəsi ona və ailə üzvlərinə məxsus olmaqla, həmişə onun istifadəsində və sahibliyində olmuşdur. Hazırda o, həmin torpaq sahəsini başqasına sdatmışdır, lakin bunu rəsmiləşdirməmişdir. O, iddiaçıların mülkiyyətlərindəki torpaq sahələrinə gedən yol yerini bağlamamışdır. O, məhkəmə tikinti-texniki ekspertizanın rəyi ilə də razı deyildir. Odur ki, məhkəmədən ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı etiraf etməyərək göstərmişdir ki, o, iddiaçıların mülkiyyətlərindəki torpaq sahələrinə gedən yol yerini bağlamamışdır. Onların yol yeri kimi açılmasını istədikləri torpaq sahəsi ona məxsus olmaqla həmişə onların istifadəsində və sahibliyində olmuşdur. İş üzrə məhkəmə tikinti-texniki ekspertizanın rəyi ilə də razı deyildir. Rəyin obektiv və düzgün olduğunu düşünmür. Belə ki, torpaq mülkiyyətinə dair sənədlər anası X1 adına olduğundan həmin sənədlər onun tərəfindən ekspertə təqdim olunmamış və aparılan təhqiqat zamanı nəzərə alınmamışdır. Odur ki, məhkəmədən ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Qyasəddin oğlu, İddiaçı4, İddiaçı5 və İddiaçı6 mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılmasını tələb edirlər. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində iş materialllarında olan sənədlərin siyahısına nəzər saldıqda görünür ki, qətnamədə sadəcə olaraq cavabdehlərin mülkiyyətində olan torpaq sahələri ilə bağlı mülkiyyət haqqında sənədlər sadalanmışdır. Lakin iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsinə gedib gələ bilmədiklərini qeyd etsələr də onların mülkiyyətində torpaq sahəsinin olması ilə bağlı heç bir sənədə birinci instansiya məhkəməsi istinad etməmişdir. Belə olan halda iddiaçıların hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etməsi barədə subyektiv hüquqlarının olub olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Lakin birinci instansiya məhkəməsi öz qətnaməsində Mülki Məcəllənin 152.1, 157.2, 157.4-ci maddələrinə istinad etsə də iddiaçıların hansısa torpaq sahəsinin mülkiyyətçiləri olması barədə iş materiallarında sübut mövcud deyil. Həmçinin birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 18231 saylı məhkəmə mühəndis texniki ekspertizasının rəyinə istinad etmişdir ki, həmin rəydə keçmiş Şəhriyar adına təsərrüfatın islahat Xəritəsində göstərilən gediş-gəliş yolu ilə faktiki naturada ölçülmüş gediş-gəliş yolunun müqayisəsi zamanı, mübahisə predmeti olan gediş-gəliş yolunun 1.7 metr hissəsinin 0.0241 ha hisəsininin Cavabdeh2 və 0.0246 ha hissəsinin isə Cavabdeh1 istifadəsində olduğu müəyyən edildiyi, cavabdehlərin istifadəsində olan yolun ölçülərinin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərildiyi qeyd edilmişdir. Lakin həmin rəydə keçmiş Şəhriyar adına təsərrüfatın islahat xəritəsində göstərilən gediş-gəliş yolu ilə faktiki naturada ölçülmüş gediş-gəliş yolunun hazırda kimin mülkiyyətində olması qeyd edilməmiş, birinci instansiya məhkəməsi də bu xüsusatı araşdırmamışdır. Bilindiyi kimi 1996-cı ildən sonra Azərbaycan Respublikasında torpaq islahatı getmiş və Şəhriyar adına təsərrüfatında torpaqları islahata gedərək vətəndaşlara paylanmışdır. Həmçinin birinci instansiya məhkəməsi Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsi işə cəlb edərək həmin ərazidə gediş gəliş yolunun olub olmamasını və həmin ərazinin bələdiyyə mülkiyyətində olub olmamasını aydınlaşdırmamışdır. Həmçinin iş materialllarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxxxx 2017-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, işin araşdırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin, iddiaçı və cavabdehlərin iştirakı ilə birlikdə xx xxxxxxxx 2017-ci il tarixdə sözügedən əraziyə baxış keçirilmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparılmışdır. Faktiki olaraq iddiaçıların iddia etdikləri gediş-gəliş yolu naturada mövcuddur. Kameral qaydada mərkəzin elektron bazasına əsasən iddia olunan yolun eni 11 metr göstərilmişdir. Naturada iddia olunan yolun eni orta hissədə 1,7 metr daraldılmışdır və kənarlarında 11 mert təşkil edir. İddiaçıların iddia etdikləri yol yeri cavabdehlər tərəfindən kol çəpəri ilə bağlanmış və hər hansı tikili (yaşayış və ya qeyri yaşayış binası) inşa edilməmişdir. Lakin həmin mütəxəssis rəyində qeyd edilməmişdir ki, həmin yolda çoxlu yaşı olan müxtəlif irigovdəli ağaclar mövcuddur və həmin ağaclardan da göründüyü kimi həmin ərazidə yol olmamışdır. Faktiki olaraq naturada mövcud olan yol yerini də onlar vermişlər ki, qonşular istifadə etsin. Birinci instansiya məhkəməsi də qətnamədə cavabdehlər tərəfindən yolun açılmasını qət etsə də həmin yolun açılması zamanı orada mövcud çoxillik irigovdəli ağacların taleyinin necə həll olunması məsələsinə hüquqi qiymət verməmişdir. Belə ki, bilindiyi kimi ağacların kəsilməsi qanunvericiliklə qadağandır və inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin torpaq sahəsi onların mülkiyyətində deyilsə necə ola bilər ki, onlara həmin ağacların kəsilməsi barədə öhdəlik qoyulur. Məhkəmə ekspertiza təyin edərkən həmin ərazidə mövcud çoxillik irigovdəli ağacların məsələsinin həll edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisini də işə gəlb etməli idi. Bundan əlavə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Qyasəddin oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6 mülkiyyətində olan (əgər belə bir sənədləri mövcuddursa) həyətyanı sahələrə başqa yolla gediş gəlişin olmasını onların əsas istifadə etdikləri yolun hansı yol olmasını araşdırmamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Qyasəddin oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6 hamısının başqa istiqamətdə avtomobil işləməsi üçün belə ayrıca yolları mövcuddur və bu vaxta kimi həmin yoldan istifadə etmişlər. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)- 8/2019 nömrəli qətnaməsinin ləğv edilməsiin və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı6 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-8/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı4 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-8/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması və cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası rədd edilməlidir. İşdə olan JN-040 A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarı ilə Cavabdeh1, X4 mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazəsində 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-547 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nın təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarı ilə Cavabdeh1, X4 mülkiyyətinə 547Z planşetində 806.03 kv.m və 547 planşetində 1802.00 kv.m olmaqla, cəmi 0.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0547 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nın təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarı ilə Cavabdeh1, X4 mülkiyyətinə 547A planşetində 3692.47 kv.m və 547B planşetində 407.39 kv.m olmaqla, cəmi 0.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin məhkəmənin xx xxxx 2019-cu il tarixli sorğusuna cavab məktubunda Cavabdeh1 və Cavabdeh2 onlara məxsus olan daşınmaz əmlaklarını Daşınmaz Əmlakın Dövlət reyestrində hüquqları dövlət qeydiyyatına alınması üçün müraciət etmədiklərindən adlarına verilmiş Çıxarışların, plan və ölçü sənədlərinin mövcud olmadığı qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli sorğusuna cavab məktubunda X1 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində hüquqları dövlət qeydiyyatına alınmış daşınmaz əmlak aşkar olunmaması qeyd edilmişdir. İşdə olan JN-041 A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarı X5 mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazəsində 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 18759 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 9 sayl LTİ mütəxəssis rəyini nəzərə alaraq, iddiaçıların yol yeri istədiyi ərazidə 11 metr enində gediş-gəliş yolnunun nəzərdə tutulduğu, mübahisəli gediş-gəliş yolunun 1,7 metr enində olan hissəsinin cavabdehlər tərəfindən tutularaq kol çəpərlə bağlandığı və tutulmuş yolun üzərində cavabdehlər tərəfindən hər hansı tikilinin inşa olunmadığı müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxxxx 2017-ci il tarixli, **********34 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində qeyd olunmuşdur ki, işin araşdırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin, iddiaçı və cavabdeh tərəflərin iştirakı ilə birlikdə xx xxxxxxxx 2017-ci il tarixdə sözügedən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışdır. Faktiki olaraq iddiaçıların iddia etdikləri gediş-gəliş yolu naturada mövcuddur. Kameral qaydada mərkəzin elektron bazasına əsasən iddia olunan yolun eni 11 metr göstərilmişdir. Naturada iddia olunan yolun eni orta hissədə 1,7 metr daraldılmışdır və kənarlarında 11 metr təşkil edir.İ ddiaçıların iddia etdikləri yol yeri cavbdehlər tərəfindən kol çəpəri ilə bağlanmış və hər hansı tikili (yaşayış və ya qeyri-yaşayış binası) inşa edilməmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(025)- ******* saylı «əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi haqqında» qərardadından müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 18759 saylı məhkəmə mühəndistexniki ekspertizasının rəyində mübahisəli gediş-gəliş yolunun 1,7 metr enində olan hissəsinin cavabdehlər tərəfindən tutularaq kol çəpərlə bağlandığı göstərilsə də, gedişgəliş yolnun 1,7 metr enində olan hissəsinin cavabdehlərdən kimin tərəfindən bağlandığı dəqiq müəyyənləşdirilmədiyi nəzərə alınaraq əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri istədiyi ərazi cavbdehlərdən kimin tərəfindən tutularaq bağlandığı, eləcə də hər bir cavabdeh tərəfindən tutularaq bağlanmış yolun sahəsi və ölçülərinin neçə metr təşkil etdiyi barədə suallar qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 18231 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Vasif Bədəllinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, keçmiş Şəhriyar adına təsərrüfatın islahat xəritəsində göstərilən gediş-gəliş yolu ilə faktiki naturada ölçülmüş gediş-gəliş yolunun müqayisəsi zamanı, mübahisə predmeti olan gediş-gəliş yolunun 0.0241 ha hissəsinin Cavabdeh2 və 0.0246 ha hissəsinin isə Cavabdeh1 istifadəsində olduğu müəyyən edilmişdir. Rəydə cavabdehlərin istifadəsində olan yolun ölçülərinin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərildiyi barədə qeyd aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxxx 2019-cu il tarixli, **********68 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində qeyd olunmuşdur ki, işin araşdırılması üçün Şəki LTİ-nin mütəxəssisləri xx xxxxxxxx 2019-cu il tarixdə sözügedən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada mərkəzin elektron bazasına əsasən araşdırma və keçmiş Şəhriyar adına təsərrüfatın islahat xəritəsində göstərilən gediş-gəliş yolu ilə faktiki naturada ölçülmüş gediş-gəliş yolunun müqayisəsi zamanı, mübahisə predmeti olan gediş-gəliş yolnunun 0.0241 ha hissəsinin Cavabdeh2 və 0.0246 ha hissəsinin isə Cavabdeh1 istifadəsində olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyində də cavabdehlərin istifadəsində olan yolun ölçülərinin sxemdə qeyd olunduğu göstərilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 170.1, 170.2 və 175.1-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 175.1-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Qanunun mənasından göründüyü kimi, öz sahəsindən ictimai yola keçidi olmayan torpaq sahəsinin mülkiyyətçisi qonşulardan tam əvəzi ödənilməklə ona zəruri keçid ayırmasını tələb edə bilər və tələb ilk növbədə keçidin daha yolverilən və daha az zərər vurduğu qonşuya yönəlməli, qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müyyən edilmiş hesab edilmişdir ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində torpaq islahatı zamanı iddiaçıların mülkiyyətlərinə müxtəlif ölçülərdə torpaq sahələri verilməklə həmin torpaq sahələrinə gediş-gəliş üçün yol yeri müəyyən olunmuşdur. Lakin bundan sonra cavabdehlər heç bir qanuni əsasları olmadan həmin yolun müəyyən hissəsini (iddiaçıların yol yeri istədikləri hissəsini) onların mülkiyyətində, istifadəsində və sahibliyində olan torpaqlar olduğunu əsas gətirməklə tutmuşlar. Nəticədə iddiaçılar mülkiyyətlərinə gediş-gəliş yolundan, bununlada səbəbli əlaqədə olmaqla mülkiyyətlərindən lazımi qaydada istifadə edə bilmirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 18231 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində keçmiş Şəhriyar adına təsərrüfatın islahat xəritəsində göstərilən gediş-gəliş yolu ilə faktiki naturada ölçülmüş gediş-gəliş yolunun müqayisəsi zamanı, mübahisə predmeti olan gediş-gəliş yolunun 1,7 metr hissəsinin 0.0241 ha hissəsinin Cavabdeh2 və 0.0246 ha hissəsinin isə Cavabdeh1 istifadəsində olduğu müəyyən edildiyi, cavabdehlərin istifadəsində olan yolun ölçülərinin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərildiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda şərh olunan müddəalarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəylərini, mübahisə predmeti olan gedişgəliş yolunun 0.0241 ha hissəsinin Cavabdeh2 və 0.0246 ha hissəsinin isə Cavabdeh1 istifadəsində olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi cavabdeh Cavabdeh2 qeyd olunan torpaq sahəsinin onun deyil anasının adına olması barədə fikirlərini araşdırmış, bununla bağlı müvafiq sorğu göndərilmiş və alınan cavabda da məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi Cavabdeh2 anasının adına deyil, həmin torpaq sahəsi bilavasitə onun istifadəsindədir. Bu onun özünün verdiyi izahatda və ekspertiza rəyləri ilə də təsdqim olunur. Bu səbəbdə də məhkəmə onun fikirlərinə tənqidi yanaşır və özünü madafiə xarakteri daşıdığı qənaətindədir. Birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinə gedən gediş-gəliş yolunun 1,7 metr hissəsi (0,0241 ha hissəsi Cavabdeh2, 0,0246 ha hissəsi Cavabdeh1 tərəfindən) cavabdehlər tərəfindən açılmalı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulmalıdır. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 150 (bir yüz əlli ) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Aparılmış mütəxəssis tədqiqatlarının dəyəri – 153,56 (bir yüz əlli üç manat əlli altı qəpik) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ23AllB ********************, xxxx ASC Xətai filialı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********, SWİFT BİK AllBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilməlidir. Məhkəmə kollegiyası iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını pozduğundan, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiklərini işin faktiki hallarına uyğun olduğu üçün inandırıcı qəbul edir. İddiaçların iddia tələbi işin faktiki halları ilə təsdiq edilmədiyindən inandırıcı deyildir. İş üzrə düzgün və obyektiv qərar qəbul edilməsi üçün məhkəmə kollegiyası tərəfindən tərəflərin iştirаkı ilə mübahisələndirilən ərazidə yerli baxış keçirilmişdir. Yerli baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisəli ərazi Oğuz-Qəbələ magistral yolunun sol tərəfində yerləşən Mıxlıqovaq kəndinin içərisindən keçən asfaltla döşənmiş yolun bitməsindən sonra sol və sağ tərəfə dönməklə Mıxlıqovaq kəndinin yuxarı hissəsində olan çay yatağına doğru gedən ümumi istifadədə olan çınqıl-daşları ilə döşənmiş yolların arasında yerləşir. Həmin mübahisəli ərazi Mıxlıqovaq kəndinin yuxarı hissəsində olan çay yatağına doğru sol tərəfdən gedən yuxarıda göstərilən ümumi istifadədə olan çınqıl daşları ilə döşənmiş yolun sağ tərəfindən ümumi istifadədə olan sağ tərəfdən gedən yol istiqamətində bir xətt boyunca sol tərəfdən müvafiq ardıcıllıqla iddiaçılar İddiaçı2, İddiaçı6, Cavabdeh2, iddiaçılar İddiaçı4, İddiaçı3 məxsus torpaq sahələri və tikililər, sağ tərəfdən müvafiq ardıcıllıqla İddiaçı5, İddiaçı1, Cavabdeh1 və İddiaçı5 qardaşı X7 məxsus torpaq sahələri və tikililər yerləşir. Həmçinin mübahisəli əraziyə baxış keçirərkən, müəyyən edilmişdir ki, qeyd edilən ərazidə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahələri və tikililəri bir-birinə münasibətdə nisbətən paralel şəkildə yerləşir. Onların torpaq sahələrinin sərhədi boyunca 1.5-2 metr enində piyada yolu mövcuddur ki, həmin yolun sağ və sol tərəfi üzərinə kol-kos yığılmış xəndəklə, həmçinin iri gövdəli ağaclarla əhatə edilmişdir. İddiaçılar həmin piyada yolunun hər tərəfdən 1.5-2 metr genişlənməklə açılmasını istəyirlər. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tаrixli, 2(107)- 589/2020 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı “xxxx” MMC-yə həvаlə edilmiş, ekspert qаrşısındа аşаğıdаkı suаllar qoyulmuşdur: 1) İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən mülkiyyətlərində olan torpaq sahələrinə və həmin torpaq sahələrində olan evlərinə əvvəllər və hal-hazırda gedib gələrkən hansı gediş-gəliş yolundan istifadə etmişlər? 2) İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən mülkiyyətlərində olan torpaq sahələri və həmin torpaq sahələrində yerləşən evləri ilə yerli baxış zamanı müəyyən edilmiş hər iki istiqamətdə mövcud olan yolun arasındakı məsafələr nə qədərdir? 3) Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri iddia olunan, Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən, onların istifadə etdikləri evlərin arasından keçən yol ilə hər iki istiqamətdə-sağ və sol tərəfdən keçən yollara qədər olan məsafə nə qədərdir. İş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq xx xxxxxx 2020-ci ildə Azərbаycаn Respublikаsı “xxxx” MMC-nin 232 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. İş üzrə icraat təzələnmişdir. Həmin rəydə göstərilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə ekspertiza baxışı zamanı tədqiq olunan gediş-gəliş yolu, Kompleks Yerquruluşu (islahat) Xəritəsində eni orta rəqəmlə 11 metr olmaqla iki su arxı (çay) arasında uzunluğu 321 metr olan yol təsvir olunmuşdur. Naturada ölçülən mübahisəli gediş-gəliş yolunun eni orta rəqəmlə 2 metr, uzunluğu 91 metr təşkil edir. (Aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manat) Ekspert qarşısında qoyulmuş sualların-iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən mülkiyyətlərində olan torpaq sahələrinə və həmin torpaq sahələrində olan evlərinə əvvəllər və hal-hazırda gedib gələrkən hansı gediş-gəliş yolundan istifadə etmələri və həmin torpaq sahələri və həmin torpaq sahələrində yerləşən evlər ilə yerli baxış zamanı müəyyən edilmiş hər iki istiqamətdə mövcud olan yolun arasındakı məsafələrin nə qədər olması ilə bağlı hissəsinə cavab verilmədiyindən Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tаrixli, 2(107)-589/2020 nömrəli qərаrdаdı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı “xxxx” MMC-yə həvаlə edilmiş, iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq xx xxxxxx 2020-ci ildə Azərbаycаn Respublikаsı “xxxx” MMC-nin 436 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli ekspert rəyi Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. İş üzrə icrat təzələnmişdir. Həmin rəydə göstərilmişdir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən mülkiyyətlərində olan torpaq sahələrinə və həmin torpaq sahələrində olan evlərinə əvvəllər və hal-hazırda tamamilə öz ixtiyarlarına uyğun olaraqhəm cənub-şərq tərəfdən olan, həm də şimal qərb tərəfdən olan gediş-gəliş yolundan istifadə etmişlər. Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən həmin torpaq sahələrində yerləşən evlər ilə yerli baxış zamanı müəyyən edilmiş hər iki istiqamətdə mövcud olan yolun arasındakı məsafələr Autocad və ArcMap proqramları vasitəsilə tərtib edilmiş plan-sxemdə aydın şəkildə göstərilmişdir. (Aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manat) Apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmiş hallardan bəlli olur ki, iddiaçların iddia tələbinin qanuni əsası yoxdur, yəni iddia iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəlmişdir. Cavabdehlər iddiaçıların açılmasını tələb etdikləri yol hissəsini tutmamışlar. Həmin yol iddiaçıların özlərinin dediyi kimi 15-30 il öncə iddiaçıların özləri tərəfindən əkilmiş, bir qismi isə yabanı şəkildə birmiş çoxillik ağaclarla tutulmuşdur. Yolun digər bir hissəsi iddiaçılara aidiyyəti olmayan uzun illər öncə salınmış, üzərini kol basmış xəndəklə əhatə edilmişdir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmədiyindən, iddia təmin edilərkən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-8/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması və cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-8/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması və cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 150 (bir yüz əlli) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Aparılmış mütəxəssiz tədqiqatlarının dəyəri olan cəmi – 221,06 (iki yüz iyirmi bir manat altı qəpik) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ23AİİB********************, xxxx ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilsin. Mütəxəssis rəyinin verilməsinə dair çəkilən cəmi 600 (altı yüz) manat xərc iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 alınıb Azərbаycаn Respublikаsı “xxxx” MMC-nin hesabına ödənilsin. (“xxxx” ASC Gənclik Mall filialı, Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ013501**********1944, VÖEN **********, Hesab AZ53AİİB**********04********) Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar