Məhkəmə qərarları › İş №2(107)-360/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-360/2020

19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-360/2020 19.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğluoğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı QSC-nin nümayəndəsi X3 və Cavabdeh2 iştirakı ilə, Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(035)-80/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və İddiaçı QSC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin (hakim Tahir Qubadov) xx.xx.2019-cu il tarixli 2(035)-80/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” QSC-nin (bundan sonar mətndə iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddiаsı qismən təmin edilmişdir. Həmin qətnаməyə əsаsən : - cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 müştəral qaydada 015R********** saylı kredit razılaşması üzrə əsas borca görə 41268.31 ABŞ dolları, faizə görə 18672.99 ABŞ dolları, cəriməyə görə 100 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə), iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutularaq İddiaçı ASC-yə ödənilməsi; -tələb ipoteka predmeti olan Müstafayev Möhübbət Seyfəddin oğlu, Mustafaya Sadiq Möhübbət oğlunun, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 ümumi birgə mülkiyyətində olan Zərdab rayonu Qoruqbağı kəndində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102.1 kv.m yaşayış, 42.8 kv.m köməkçi, 144.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə, eləcədə Zərdab rayonu Qoruqbağı kəndində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 54.2 kv.m yaşayış, 85.4 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və açıq hərracda satılması, - İpoteka obyekti olan Zərdab rayonu Qoruqbağı kəndində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102.1 kv.m yaşayış, 42.8 kv.m köməkçi, 144.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 50.000 (əlli min) manat, Zərdab rayonu Qoruqbağı kəndində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 54.2 kv.m yaşayış, 85.4 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 45.000 (qırx beş min) manat müəyyən edilməsi, - Tələb ipoteka predmeti olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 ümumi birgə mülkiyyətində olan Zərdab rayonu Qoruqbağı kəndində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102.1 kv.m yaşayış, 42.8 kv.m köməkçi, 144.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə, eləcədə Zərdab rayonu Qoruqbağı kəndində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 54.2 kv.m yaşayış, 85.4 kv metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldildikdən və satıldıqdan 1 ay sonra boşaldılması; -İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət оlunmuşdur. İşin hаllаrı : İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavadehlərdən müştərək qaydada 015R********** saylı kredit razılaşması üzrə əsas borca görə 41268,31 ABŞ dolları, faiz borcuna görə 18672,99 ABŞ dolları və cərimə borcuna görə 29327,76 ABŞ dolları, cəmi 89269,06 ABŞ dolları borcun, dövlət rüsumuna görə 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının “xxxx” QSC-nin xeyrinə tutulması, tələbin Zərdab rayonu Qoruqbağı kəndində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Atamoğlan qızı, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətində olan 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102,1 m2 yaşayış, 42,8 m2 köməkçi, 144,9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə, Zərdab rayonu Qoruqbağı kəndində Cavabdeh2 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 54,2 m2 yaşayış, 85,4 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və ümumilikdə 89269,06 ABŞ dolları borcun, dövlət rüsumuna görə 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının “xxxx” QSC-nin xeyrinə tutulması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Atamoğlan qızı, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulması, Zərdab rayonu Qoruqbağı kəndində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Atamoğlan qızı, Cavabdeh5 və Mustafayeva Möhübbət qızının ümumi birgə mülkiyyətində olan 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102,1 m2 yaşayış, 42,8 m2 köməkçi, 144,9 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Atamoğlan qızı, Cavabdeh5 və Cavabdeh6 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi, Zərdab rayonu Qoruqbağı kəndində Cavabdeh2 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 54,2 m2 yaşayış, 85,4 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2 və X1 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinə uyğun zahat verərək tələbin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişlər. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Apelyasiya şikаyətinin dəlilləri : İddiaçının apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının ipoteka predmetlərinə tutma yönəldildikdən və satıldıqdan sonra bir ay müddətində cavabdehlərin həmin fərdi yaşayış evlərinə münasibətdə istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması və alıcıya təhvil verilməsinin təmin edilməsinə dair tələbini təmin etməmişdir. Həmin hissəsdə tələblərinin təmin edilməsi qanuni və əsaslıdır çünki cavabdehlər bu barədə yazılı öhdəlik götürmüşlər. Ona görə də qətnamənin həmin hissədə ləğv edilərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən verdikləri apelyasiya şikayətlərini belə əsaslandırmışlar ki, hazırkı iş üzrə iddiaçı və Cavabdeh1 arasında bağlanmış müqavilə sahibkarlıq fəaliyyəti subyektlərinin bağladığı müqavilə olduğundan hazırkı işə inzibati–iqtisadi məhkəmələr tərəfindən baxılmalıdır. Bundan əlavə tərəflər arasında bağlanmış kredit xətti müqaviləsi üzrə ipoteka müqaviləsi kredit xətt müqaviləsinin təmini üçün bağlanmışdır. Azərbaycan Respubliaksı Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir.Birinci instansiya məhkəməsi qeyd edilən qanunvericilik aktlarının tələblərinə diqqət yetriməyərək cavabdehlərin yeganə yaşayış yeri olan ipoteka predmeti olan evdən çıxarılmaları barədə qətnamə qəbul etməsi qanuni hesab edilə bilməz. İşdə iştirak edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X5 iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, tərəflər arasında bağlanmış kredit xətti müqaviləsi və həmin kredit xətti müqaviləsi üzrə bağlanmış ipoteka müqaviləsi, həmçinin zaminlik müqavilələri üzrə iş üzə cavabdehlərin kredit razılaşması üzrə kredit ödənişi cədvəli ilə tanış olmaqla həmin cədvəlləri imzalamışlar. Ona görə də cavabdehlərin apelyasiya şikayəti əsassızdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apelyasiya şikayətinə münasibətdə qismən ləğv edilərək təmin edilməsini, cavabdehlərin apelyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə (həmçinin SMS məlumatlandırma göndərilmişdir) baxmayaraq, gəlmədiklərinə görə işə onların iştirakı olmadan baxıldı. Hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı QSC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 15L000001738 saylı kredit xətti müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən sonuncuya 120 ay müddətinə 200 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 015R********** saylı kredit razılaşmasından görünür ki, həmin razılaşmaya əsasən Cavabdeh1 aylıq 1.9167 faiz olmaqla, 36 ay müddətinə 60 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit razılaşmasının əlavəsi olan Ödəniş planı cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 Cavabdeh2 və Cavabdeh6 adından etibarnamə əsasında Cavabdeh4 tərəfindən imazlanmışdır. xx.xx.2012-ci il tarixli, 15S000002981 saylı, 15S000002983, 15S000002980, və 15S000002982 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Cavabdeh1 Bank qarşısındakı öhdəliyinin icrasına görə zamin durmuş və Bank qarşısında onunla birgə məsuliyyət daşıyacaqları barədə öz üzərlərinə öhdəlik götürmüşlər. xx.xx.2012-ci il tarixli 15M000000440 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC-nin Mingəçevir filialı ilə Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 arasında ipoteka müqaviləsi bağlanmış və onların mülkiyyətində olan Zərdab rayonu Qoruqbağı kəndində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102.1 kv.m yaşayış, 42.8 kv.m köməkçi, 144.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipotekaya qoyulmuşdur. xx.xx.2014-cü il tarixli 015M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC-nin Mingəçevir filialı ilə Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmış və sonuncunun mülkiyyətində olan Zərdab rayonu qorubağı kəndində 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 54.2 kv.m yaşayış , 85.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh6, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 məxsus Zərdab rayonu Qoruqbağı kəndində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi 120 ay müddətinə İddiaçı QSC-nin Mingəçevir filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın Dövlət reyestrində 2 nömrəli reyestr kitabının 133 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Zərdab rayonu Qoruqbağı kəndində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi 120 ay müddətinə İddiaçı QSC-nin Mingəçevir filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması haqqında İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə ərizə verilmiş, həmin ərizə və ipoteka predmetinə (Zərdab rayonu Qoruqbağı kəndində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi) tutmanın yönəldilməsinə dair bildiriş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması haqqında İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə ərizə verilmiş, həmin ərizə və ipoteka predmetinə (Zərdab rayonu Qoruqbağı kəndində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi) tutmanın yönəldilməsinə dair bildiriş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli 1093 saylı, 1096 saylı, 1095 saylı, 1097 saylı, 1094 saylı xəbərdarlıqlardan görünür ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 oğlu, Cavabdeh5 qızma borcun könüllü şəkildə ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 5192 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli, 015R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 banka əsas borc üzrə 41268.31 ABŞ dollarıı, faiz borcu üzrə 18672.99 ABŞ dolları borcu olması müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 0252/19/AB № li fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, qiymətləndirmə prosesi nəticəsində Zərdab rayonu, Qoruqbağı kəndində, 0.20 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,Cavabdeh5, Cavabdeh6ümumi birgə mülkiyyətində olan 1 mərtəbəli, 4 otaqlı, 144.9 kv.m ümumi, 102.1 kv.m yaşayış, 42.8 kv.m yardımçı sahədən və tikintialtı sahə 48.0 kv.m olan anvar (liter B) , 200.0 kv.m olan tövlə (Liter C), 32.8 kv.m olan tövlədən (Liter Ç) ibarət fərdi yaşayış evinin hazırki bazar qiyməti 50.000 manat təşkil edir. “xxxx” MMC tərəfindən xx.xx.2019-ctı il tarixdə verilmiş 0253/19/AB № li fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, qiymətləndirmə prosesi nəticəsində Zərdab rayonu, Qoruqbağı kəndində, Cavabdeh2 mülkiyyətində olan 0.05 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 139.6 kv.m ümumi, 54.2 kv.m yaşayış, 85.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hazırki bazar qiyməti 45.000 manat təşkil edir. İşdə olan elektron xidmətlər portalından çıxarışlardan görünür ki, iddiaçı Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hesabına ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni tərəflərə münаsibətdə düzgün həll etmişdir. Mülki Məcəllənin (bundan sonra – MM) 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 015R********** saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 1.9167 faiz olmaqla, 36 ay müddətinə 60 000 ABŞ dolları kredit verməyi, borc alan isə həmin krediti müəyyən edilmiş müddətdə faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2012-ci il tarixli, 15S000002981 saylı, 15S000002983, 15S000002980, və 15S000002982 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Cavabdeh1 Bank qarşısındakı öhdəliyinin icrasına görə zamin durmuş və Bank qarşısında onunla birgə məsuliyyət daşıyacaqları barədə öz üzərlərinə öhdəlik götürmüşlər. Həmin müqavilənin şərtlərinə görə Bank krediti Borcalanın mülkiyyətinə verir, borcalan isə müəyyən edilmiş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqaviləyə əsasən borc alan öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə dəbbə pulu ödəməlidir. Cavabdeh-borc alan krediti alsa da, yəni iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun banka əsas borc üzrə 41268.31 ABŞ dollarıı, faiz borcu üzrə 18672.99 ABŞ dolları borcu yaranmışdır. Beləliklə, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-cimaddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-in 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-in423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. MM-in424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəfin öhdəlikinə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. MM-in317-ci maddəsində isə təsbit edilmişdir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixli 15M000000440 saylı ipoteka müqaviləsi ilə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC-nin Mingəçevir filialı ilə Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 arasında ipoteka müqaviləsi bağlanmış və onların mülkiyyətində olan Zərdab rayonu Qoruqbağı kəndində 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102.1 kv.m yaşayış, 42.8 kv.m köməkçi, 144.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipotekaya qoyulmuşdur. Eyni zamanda, xx.xx.2014-cü il tarixli 015M**********01 saylı ipoteka müqaviləsi ilə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC-nin Mingəçevir filialı ilə Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmış və sonuncunun mülkiyyətində olan Zərdab rayonu qorubağı kəndində 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı 54.2 kv.m yaşayış , 85.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlili olan cavabdehlərin həddən artıq maliyyə məsuliyyətinə cəlb edilməsi ilə bağlı qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 5192 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli, 015R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 banka əsas borc üzrə 41268.31 ABŞ dollarıı, faiz borcu üzrə 18672.99 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh tərəf bu rəyi şübhə altına alan konkret sübut təqdim etməmiş, eyni zamanda kredit borcu və ona münasibətdə hesablanmış faizlərin həddən artıq şişirdilməsi ilə bağlı hər hansı bir dəlil irəli sürməmişdir. Məhkəmə kollegiyası belə vəziyyətdə ekspert rəyini şübhə altına alan hər hansı bir hal müəyyən etmədiyindən ekspert rəyi ilə razılaşmalı olur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, ipoteka predmeti olan “xxxx” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 0252/19/AB № li rəyi ilə fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatla Zərdab rayonu, Qoruqbağı kəndində, 0.20 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,Cavabdeh5, Cavabdeh6ümumi birgə mülkiyyətində olan 1 mərtəbəli, 4 otaqlı, 144.9 kv.m ümumi, 102.1 kv.m yaşayış, 42.8 kv.m yardımçı sahədən və tikintialtı sahə 48.0 kv.m olan anvar (liter B) , 200.0 kv.m olan tövlə (Liter C), 32.8 kv.m olan tövlədən (Liter Ç) ibarət fərdi yaşayış evinin hazırki bazar qiyməti 50.000 manat təşkil etməsi, xx.xx.2019-cu il tarixdə verilmiş 0253/19/AB № li rəyi ilə Zərdab rayonu, Qoruqbağı kəndində, Cavabdeh2 mülkiyyətində olan 0.05 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 139.6 kv.m ümumi, 54.2 kv.m yaşayış, 85.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hazırki bazar qiyməti 45.000 manat təşkil etməsi müəyyən edilmişdir. Tərəf bununla bağlı apelyasiya şikayətində hər hansı bir etiraz bildirməmişdir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunu məhkəmənin azalda bilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi dəbbə pulunun azalda bilməsi məhkəmənin hüququ kimi nəzərdə tutulmuşdur. Həm də istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azalda bilməsi göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Bundan əlavə cavabdehlər iddia edirlər ki, Azərbaycan Respubliaksı Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli Qərarına əsaslanaraq hazırkı kredit xətti müqaviləsi üzrə İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə kredit razılaşması müqaviləsi bağlansa da, zaminlərlə bağlanmış zaminlik müqaviləsi və ipoteka müqaviləsi kredit xətti müqaviləsi üzrə bağlanmış, həmin kredit xətti müqaviləsində isə kreditin şərtləri aydın deyildir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarında qeyd edilir ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.

2. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Məhkəmə kollegiyası iş materiallarında olan cavabdehlərlə bağlanmış kredit xətti müqaviləsi, zaminlik müqavilələri və ipoteka müqaviləsindən görünür ki, qeyd edilən zaminlik və ipoteka müqavilələri iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsinin təminatı üçün bağlanmışdır. Lakin iddiaçı Bankla Cavabdeh1 arasındaxx.xx.2014-cü il tarixli kredit razılaşması ilə 36 ay müddətinə, aylıq 1.9167 faiz olmaqla 60000 (altmış min) ABŞ dolları kredit məbləğini borcalana verilmiş, həmin kredit razılaşmasının əlavəsi olan xx.xx.2014-cü il tarixli ödəniş planı (aylıq ödəniş, faiz məbləği, kreditin məbləği, qaytarılma müddəti müəyyən edilməklə) bütün cavabdehlər yəni, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 Cavabdeh2 və Cavabdeh6 adından etibarnamə əsasında Cavabdeh4 tərəfindən imazlanmışdır. Qeyd edilən sənədlərdən görünür ki, kredit sazişinin şərtləri (müddət, faiz, məbləğ) cavabdehlərlə razılaşdırılmışdır. Bundan əlavə cavabdehlər apelyasiya şikayətində hazırkı mübahisəyə inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılmalı olması ilə bağlı irəli sürdüyü dəlillərə münasibətdə qeyd edilməlidir ki, qeyd edilən vəsatətə Zərdab rayon məhkəməsi tərəfindən baxılmış və xx.xx.2018-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə həmin qərardad dəyişdirilmədən qüvvədə saxlanmışdır. İddiaçı Bankın apelyasiya şikayətinin dəlili olan ipoteka predmetlərinə tutma yönəldildikdən və satıldıqdan sonra bir ay müddətində cavabdehlərin həmin fərdi yaşayış evlərinə münasibətdə istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması və alıcıya təhvil verilməsinin təmin edilməsinə dair tələbinin təmin edilməməsi ilə bağlı qeyd edilməlidir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi öz qətnaməsində ipoteka predmetlərinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra ipoteka predmetlərinin boşaldılması ilə bağlı müvafiq tələb təmin edilmişdir. İddiaçının apelyasiya şikayətində qeyd etdiyi yuxarıda qeyd edilən hallar “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Bundan əlavə həmin tələblər qeyd edilən ipoteka predmeti satıldıqdan sonra gələcəkdə yeni mülkiyyətçi ilə yaranan münasibətlərə aid olduğundan həmin tələbin təmin edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir. Ona görə də birinci instansiya məhkəməsinin bu mövqeyi də əsaslı və qanuni olmuşdur. Belə ki, yaşayış mənzilləri ipoteka predmeti olaraq müəyyən edilərkən qanunvericilik həmin mənzillərə ipotekanın yönəldilməsinin daha sərt qaydalarını müəyyən etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Hazırkı ipoteka predmeti yaşayış sahəsi olduğundan, həmçinin qanunvericilikdə müəyyən edilən göstərilən şərtlər ödənildiyindən apelyasiya şikayətində irəli sürülən bu dəlili də əsassızdır. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə də müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən də görünür ki, əsas məbləğə faiz hesablanması məhz müqavilədə nəzərdə tutulmuşdur. Apelyasiya şikayətində faizin çox hesablandığı bildirilsə də apelyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmiş, şikayətini əsaslandırmamışdır. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası və əmtəəşünaslıq ekspertizaları keçirilmiş və müvafiq rəylər alınmışdır. Həmin rəylərin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kоllegiyаsı bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə apelyasiya şikayəti verən şəxslərə münasibətdə dəyişdirilmədən, аpelyаsiyа şikаyətləri isə təmin edilmədən sаxlаnmаlıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı

qət etdi:

Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(035)-80/2019 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və İddiaçı QSC-yə münasibətdə dəyişdirilmədən qüvvəsində saxlansın, onlar tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar