Məhkəmə qərarları › İş №2(107)-363/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-363/2021

11.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-363/2021 11.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı “İddiaçık” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(054)-384/2020 saylı qərardadından iddiaçı “İddiaçık” ASC tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “İddiaçık” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il tarixli **********42213 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 17 % dərəcəsi ilə hesablanmış 10.145,52 manat əldən çıxmış faydanın əvəzi, xx.xx.2019-cu il tarixədək kredit borcu üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesablanmış 11.642,89 manat penya - cəmi 21.788,42 manat borc, sənədlərin notariat qaydasında təsdiqlənməsi üçün ödənilmiş 10,00 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi iddianı təmin etmək üçün tədbir görülməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək cavabdehin mülkiyyətində olan, Oğuz rayonu Bayan kəndində yerləşən 1,1529 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2 (054) - 384 / 2020 nömrəli qərardadına əsasən vəsatət təmin edilməmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2 (054) - 384 / 2020 nömrəli qərardadından iddiaçı “İddiaçık” ASC tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddianın təmin edilməsi institutu qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyır və bunun üçün təxirəsalınmaz tədbirlərin görülməsini nəzərdə tutur. Hazırki iş üzrə iddiaçının məhkəməyə təqdim etdiyi iddianı təmin etmək üçün tədbir görülməsi barədə vəsatət borclunun birgə mülkiyyətdəki payına tutmanın yönəldilməsi ilə bağlı deyil, həmin torpaq sahəsinin üzərinə həbs qoyulması ilə bağlıdır. Bu zaman cavabdehə məxsus torpaq sahəsinin üzərinə həbs qoyulmasında məqsəd prosesin gedişatı zamanı həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinin qarşısını almaq və gələcəkdə qətnamənin icrasını çətinləşdirən və ya qeyrimümkün edə bilən halları aradan qaldırmaqdır. Qeyd edilən əsaslara görə Oğuz Rayon Məhkəməsinin iddianı təmin etmək üçün tədbir görülməsi barədə xx xxxxxxx 2020-ci il tarixli 2 (054) - 384 / 2020 nömrəli qərardadını qanunsuz və əsassızdır. Ona görə də həmin qərardadın ləğv edilməsini və iddianı təmin etmək üçün tədbir görülməsi barədə vəsatətin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-384/2020 saylı qərаrdаdı ilə şikayət təmin edilməmiş, şikаyətin mülki işlə birlikdə bаxılmаsı üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “İddiaçık” ASC-nin nümayəndəsi X2 şikayətə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və hansı səbəbdən iştirak etməməsi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(054)-384/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardadı müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1, 158.1.2, 158.1.3-cü mаddələrinə əsаsən iddiаnı təmin etmək üçün cаvаbdehdə və yа digər şəxslərdə olаn cаvаbdehə məxsus əmlаk üzərinə həbs qoyulа, müəyyən hərəkətləri etməyi cаvаbdehə qаdаğаn edə, mübаhisə predmetinə аid olаn müəyyən hərəkətləri etmək bаşqа şəxslərə qаdаğаn edilə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Həmin Məcəllənin 160.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında qərardad dərhal icra edilir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının iddianı təmin etmə tədbiri ilə bağlı öz dəlillərini əsaslandırdığı hallara dair sənədlərin əsli və ya müvafiq qaydada təsdiq edilmiş surəti deyil, kserosurəti vəsatətə əlavə edilmişdir. Bundan əlavə, iddiaçının iddianı təmin etmə tədbiri ilə bağlı vəsatətinin əsası kimi istinad etdiyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********35 nömrəli sorğuya cavab məktubundan görünür ki, iddiaçının üzərinə həbs qoyulması barədə vəsatət verdiyi, Oğuz rayonu Bayan kəndində yerləşən 1,1529 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yalnız cavabdehin mülkiyyətində deyil, cavabdeh və digər şəxs(lər) də daxil olmaqla, ümumi birgə mülkiyyətdədir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli 089 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 3-cü hissəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. İddianı təmin etmə tədbiri kimi əmlak üzərinə həbs, iddiaçının vəsatətindən də göründüyü kimi, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi ilə qoyulur. Ancaq iddiaçının iddianı təmin etmək üçün tədbir görülməsi barədə vəsatətindən və ona əlavə edilmiş sənədlərdən 1,1529 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hansı hissəsinin cavabdehin mülkiyyətində olduğu, həmin hissədə torpaq sahəsinin tələbin yönəldilməsinə yol verilən əmlaklar sırasına aid olub-olmadığı bəlli deyildir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1-ci maddəsinə əsasən Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Hazırda isə iddiaçı tərəfin belə bir tələbi olmadığından iddianın təmin edilməsi barədə vəsatətə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(054)-384/2020 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(054)-384/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “İddiaçık” ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(054)-384/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar