Məhkəmə qərarları › İş №2(107)-370/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-370/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-370/2022 30.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(014)-1885/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(014)-1885/2021 nömrəli qətnaməsi ilə (hakim Cavid Sultanov) İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh 25000 (iyirmi beş min) manat miqdarında borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdehin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 03.09.2020-ci il tarixdə ondan 25000 (iyirmi beş min) manat borc pul almış və bu barədə ona yazılı qəbz vermişdir. Cavabdeh pulu 6 aya qaytarcağına söz verməsinə və bugünə qədər dəfələrlə xahiş edib istəməyinə baxmayaraq, müxtəlif bəhanələr gətirərək pulu vermir. İddiaçı heç olmasa hər ay pulu hissə-hissə ödə deyə xahiş etməyinə baxmayaraq, o, bugünə kimi 25000 manat borc götürdüyü puldan qaytarmamışdır. İddiaçı pulu istədikcə ona özünü öldürəcəyini, onların adlarını verəcəyini deyərək hədələyir. Ona görə də pulunun Cavabdeh alınıb ona verilməsinə dair idda qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdeh ona olan borcunu könüllü qaytarmaqdan yayındığından, aralarında yaranmış mülki mübahisəyə məhkəmə qaydasında baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, 2019-cu ildə təcili pul lazım olduğuna görə sələmçi kimi tanıdığı İddiaçı 2500 manat borc pul istəmişdir. O ona borcu aylıq 10 faizə verdiyini bildirmişdir. Təcili pul lazım olduğuna və başqa çıxış yolu olmadığına görə o, iddiaçı ilə razılaşıb ondan 2500 manat sələmə borc pul almışdır. Maddi vəziyyəti ağırlşğından borcunu qaytara bilmirdi. Hər dəfə bacardığı qədər faizi verirdi. Bir dəfə iddiaçı ona deyib ki, “gəl mənə belə bir qəbz yaz ver ki, guya sən məndən 25000 manat borc pul götürmüsən. Mən də başqalarına pul borcluyam. Pullarını tələb edirlər. Pullarının borc verilməsini təsdiqləyən bu qəbz həmin şəxslərə göstərmək üçün mənə hökmən lazımdır. Narahat olma bu qəbz formal xarakter daşıyır.” Ona təcili pul lazım olanda iddiaçı bundan imtina etmədiyinə faizlə də olsa, ona sələminə pul verərək kömək etdiyinə görə o, onun dediklərindən imtina edə bilməmişdir. Ona görə də, həmin qəbzi imzalayıb ona vermişdir. Ancaq o, iddiaçıdan 2500 manat sələminə borc pul götürmüşdür. Hamıya aydındır ki, heç kəs heç kimə durduğu yerdə heç nəsiz 25000 manat borc pul verməz, versə də bunu notariat qaydada təsdiqlənmiş borc müqaviləsi və borcun qaytarılmasının təminatı kimi öz xeyrinə hər hansı daşınar və ya daşınmaz əmlakının girov və ya ipoteka ilə yüklü edilməsi yolu ilə həyata keçirər. Ona görə də o, məhkəmə iclasında verdiyi izahatında bütün yazdıqlarına uyğun izahat verərək iddia tələbinin qismən-cavabdehdən 2500 manat pulun alınaraq iddiaçıya verilməsi hissəsində təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarının birində guya həmin pulu hansısa bankdan kredit götürüb ona verdiyini, növbəti məhkəmə iclasında isə guya həmin pulun bir hissəsini ona, bir hissəsini atasına, digər hissəsini isə anasına verməklə hissə-hissə cəmi 25000 manat ona borc verdiyini göstərmişdir. İşə baxan məhkəmə işin yuxarıda göstərdiyi həqiqi hallarını tam və hərtərəfli araşdırmamış, iddiaçının bir-birini təkzib edən şübhəli izahatlarına düzgün hüquqi qiymət verməmiş, onun izahatını ətraflı qətnaməsində göstərməmiş, qətnaməsində onun yalnız iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etdiyini göstərmiş, məhkəmə iclaslarında verdiyi izahatını işdə olan digər sübutlarla əlaqəli şəkildə tam və hərtərəfli araşdırmamış, onun izahatında qeyd etdiklərini nəzərə almamış, yalnız formal xarakter daşıyan qəbzə əsaslanaraq ədalətsiz qətnamə qəbul etmiş, tətbiq edilməli olduğu yuxarıda qeyd etdiyi maddi hüquq normalarını tətbiq etməmiş və tətbiq etdiyi maddi hüquq normalarını da səhv təfsir etmiş, həmin qətnaməni qəbul etməklə səhv nəticəyə gəlmişdir. Ona görə də, İddiaçı ona, yəni Cavabdeh qarşı "Borcun məcburi qaydada alınması" tələbinə dair 2(014)-1885/2021 saylı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddianın qismən-ondan, yəni Cavabdeh 2500 manat məbləğində borcun alınaraq İddiaçı verilməsi hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 19 oktyabr 2021ci il tarixli, 2(014)-1885/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(014)-1885/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarında olan 03.09.2019-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh 25000 (iyirmi beş min) manat borc pul vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1 və 739-cu maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin Cavabdehin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin Cavabdehi ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər Cavabdeh edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 25000 (iyirmi beş min) manat borc pul vermişdir. Cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə onun İddiaçı 25000 (iyirmi beş min) manat borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehdən həmin borcun ona geri qaytarılmasını tələb edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 25000 (iyirmi beş min) manat miqdarında borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının xahişi ilə 25000 manatlıq qəbz imzaladığını, lakin əslində 2500 manat sələmə pul götürdüyünü iddia etsə də, bu göstərdiklərini sübuta yetirəcək heç bir dəlili məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(014)-1885/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(014)-1885/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar