Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-374/2025 10.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qаrşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - X6 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tаrixli, 2(024)-573/2024 saylı qətnаməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarından olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax şəhəri, B.Vahabzadə küçəsi, ev 23də qeydiyyatdadır.
2. İş materiallarından olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Güllük kəndində qeydiyyatdadır.
3. İş materiallarından olan Cavabdeh əl yazısı ilə İddiaçı yazdığı və şahidlərin iştirakı ilə imzaladıqları xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 14500 (on dörd min beş yüz) manat borc aldığını göstərərək və həmin pulu hissə-hissə 2024-cü ilin yanvar ayının 31-dək ödəyəcəyini öhdəsinə götürmüşdür.
4. Həmin qəbzin arxa hissəsindəki yazıdan görünür ki, Cavabdeh 14500 (on dörd min beş yüz) manat puldan 1500 (bir min beş yüz) manat pulu iddiaçıya verməsini qeyd etmiş, qəbzi Cavabdeh və İddiaçı yenidən imzalamışlar.
5. İş materiallarından olan BOKT "xxxx" MMC ilə Şahid1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli L-QX-0064644-F nömrəli Kredit müqaviləsindən görünür ki, kredit təşkilatı tərəfindən Şahid1 24 ay müddətinə ev tikintisi nağd ehtiyaclar məqsədilə 5000 manat kredit verilmişdir və kreditin aylıq ödənişi 276 manat təşkil edir.
6. İş materiallarından olan ABB-nin Qax filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********78 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı 48 ay müddətinə illik 24 faizlə 8050 manat kredit verilmiş və kreditin aylıq ödənişi 262.45 manat təşkil edir.
7. İş materiallarından olan E-manat ödəniş portalı vasitəsilə ödənilmiş qəbzlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-də olan kart hesabına 120 manat, xx.xx.2024-cü il tarixdə İddiaçı adına "xxxx"ı vasitəsi ilə 200 manat, xx.xx.2024cü il tarixdə "xxxx" ASC-də olan kart hesabına 150 manat, xx.xx.2023-cü il tarixdə 214 manat, xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi üzrə 116 manat, xx.xx.2023-cü il tarixdə "xxxx"ı ASC-də olan kart hesabına 220 manat, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-də olan kart hesabına 100 manat, xx.xx.2024-cü il tarixdə 76 manat pul ödəmişdir.
8. İş materiallarından olan xx.xx.2024-cü il tarixli 811 nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 129 manat dövlət rüsumu ödəmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 14.500 (on dörd min beş yüz) manat pul borcunun və Qax rayon Məhkəməsinə iddia qaldırmaq üçün ödədiyi 130 (bir yüz otuz) manat dövlət rüsumunun, cəmi 14.630 (on dörd min altı yüz otuz) manat pulun Qax rayonu Güllük kəndində yaşayan Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Onlar 2023-cü il tarixdə evlərini satmışlar. Güllük kənd sakinləri Cavabdeh və Şahid2 bacılardır. Pirdasın oğlu iddiaçının oğlu ilə yoldaş olublar. Daha sonra Tamella gəlib iddiaçıdan borc pul istəmişdir. O da oğlu ilə yoldaş olduğu üçün 2023cü il tarixdə borc pul vermişdir. Yaxın zamanda ödəyəcəklərini bildirsələr də bir müdddət ödəyib sonradan ödəyə bilməmişlər. İddiaçıdan öz adına kredit almasını, lakin krediti özlərinin ödəyəcəyini bildirdilər. İddiaçı və həyat yoldaşı Mahirin adına bankdan kredit alıb vermişdir. Cavabdeh bir müddət ödədikdən sonra krediti özü ödəmişdir. Ödəməyi dəfələrlə desə də yayınmışdır. Bununla bağlı ona qəbz yazıb vermişdir. Hazırda Cavabdeh 14500 manat borcu var. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 130 manat dövlət rüsumu ödəmişdir. Odur ki, 14500 (on dörd min beş yüz) manat pul borcunun və Qax rayon Məhkəməsinə iddia qaldırmaq üçün ödədiyi 130 (bir yüz otuz) manat dövlət rüsumunun cəmi 14.630 (on dörd min altı yüz otuz) manat pulun Qax rayonu Güllük kəndində yaşayan Cavabdeh alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh ona 13000 manat borcunun olduğunu göstərmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə etmiş və əlavə olaraq izahat verərək göstərmişdir ki, cavabdehdən ona olan borcunu dəfələrlə tələb etmişdir. Cavabdehin borc aldığı pul onların halal pulu olmuşdur. Belə ki, Qax şəhəri, Bəxtiyar Vahabzadə küçəsində yerləşən özlərinə məxsus fərdi yaşayış evini 75000 manata satmışlar. Evi satmaqda məqsədi iki övladına ev almaq olmuşdur. 2022-ci ilin noyabr-dekabr ayları olmuşdur. Onun oğlu cavabdehin oğlu ilə birlikdə Gürcüstan Respublikasında universitetdə oxumuşlar. Həmin vaxtı cavabdeh gələrək ondan 20000 (iyirmi min) manat borc pul almış, həmin vaxt həyat yoldaşı razı olmamışdır. Çünki ev tikmək üçün yay aylarını gözləmişlər. Lakin o ərini razı saldıqdan sonra cavabdehə özlərinin evində ərinin və cavabdehin bacısının şahidliyi ilə borcu vermişlər. Həmin vaxt cavabdeh onlara narahat olmamasını deyərək 20000 (iyirmi min) manat borc pul alması barədə və həmin pulu qaytaracağı barədə qəbz yazmışdır. Onlar da imza etmişlər. Ərinin təklifi ilə notariusa belə getmişlər ki, borc müqaviləsini təsdiqlətsinlər. Lakin həmin vaxtdan xeyli müddət keçdiyinə görə hazırda xatırlamadığı problemə görə geri qayıtmışlar. Sonra üzərindən iki-üç ay keçmiş, cavabdeh borcu qaytarmamışdır. Cavabdeh borcu az-az, yəni hər ay 100 manat, 500 manat və 800 manat olmaqla ödəmiş və 14400 manat borc qaldıqda isə ödəniş etməmişdir. Dəfələrlə pulu cavabdehdən tələb etmiş, lakin ödəməmişdir. Daha sonra cavabdeh onun evinə gələrək adına kredit olduğunu, kiməsə zamin durduqlarını, borcu ödəyə bilmədiyini bildirərək iddiaçının özünün və ərinin adına kredit götürmələrini, kredit pulunu isə cavabdehin özünün ödəməsini təklif etmişdir. Ərinin təkidi ilə buna da razı olmuşlar. 8000 manat iddiaçının adına, 5000 manat isə ərinin adına kredit götürmüşlər. Razılaşmalarına əsasən kredit məbləğini özləri xərcləsələr də cavabdeh ödəməli idi. Hazırda əri aylıq 276 manat, özü isə 272 manat pul ödəyir. Halhazırda cavabdehin 13000 manat borcu qalmışdır. Kredit götürən zaman cavabdeh ondan 150 manat, ərindən isə 100 manat əlavə pul götürmüşlər. Faizlər hesablanıb və hazırda borc 15000 manata çatmışdır. Tamellaya 5 faiz hesablanmaqla 12000 manat borc vermiş, həmin vaxtı Tamella iki ayın faizi olan 1200 manat pulu yerindəcə ödəmiş, birinci ay kartını bankomata daxil edərək maaşından 800 manat çıxarmışlar. İkinci dəfə pul çıxarmaq istəyəndə kart hesabı mənfi göstərmişdir. Sonra isə Tamellanın ödəniş edə bilmədiyini görmüşlər. Əri Mahir faizi də dayandırmışdır. Tamellaya demişlər ki, heç olmasa qış gələnə qədər Tamella bir miqdar pul versin evin üstünü örtsünlər. Heç olmazsa kredit götürüb onlara pul versin ki, işlərini görsünlər. Cavabdeh isə onun adına artıq kredit pulunun götürüldüyünü, kiməsə zamin olduğunu və kredit götürə bilmədiyini deyərək onların (iddiaçının və ərinin) adına kredit götürmələrini təklif etmişdir. Kreditlə bağlı sənədlər də cavabdehin özündədir. İddiaçı onun adına götürdüyü 8000 manat məbləğində kreditdən az məbləğ ödəmişdir. Əri Mahirin adına olan kredit borcunda isə demək olar ki, cari ilin sentyabr ayına qədər hər ay ödəmişdir. Sentyabr ayında ödəyə bilməmiş və zəng edərək həmin ayı özlərinin ödəməsini, sonra özünün ödəyəcəyini demişdir. Tamella həmin pulun əvəzində də 150 manat ödəniş etmişdir. Onun adına olan kreditdən isə 4-5 ay yarıbayarı ödəmişdir. Məhkəmədən iddianın tam təmin edilməsini xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməmiş və izahat verərək göstərmişdir ki, 2022-ci ilin oktyabr ayının 10-da İddiaçı 5 faizlə 12000 (on iki min) manat borc pul götürmüşdür. İki ayın faizini də əvvəlcədən ödəmiş, hətta öz maaş kartını də iddiaçıya vermişdir. 850 manat əmək haqqı kartından pul çıxmışdır. O, Güllük kənd İƏD-si üzrə nümayəndəliyində baş mühasib vəzifəsində işləmiş, 2023-cü ilin iyul ayının 3-də səhhətində problemlər yarandığı üçün işdən çıxmışdır. Bundan sonra iddiaçıya müraciət edərək bildirmişdir ki, daha indidən sonra pulu ödəyə bilməyəcəkdir. Onlara borc məbləğinin yalnız əsas hissəsini ödəyə biləcəkdir. O müddətə qədər də iddiaçıya 7500 manat, 4000 manat və 1500 manat olmaqla pul ödəmişdir. Həmin məbləğləri ödəyən zaman da yanında şahid olmuşdur. O, 2022-ci ilin oktyabr ayının 10da iddiaçıdan 12000 manat borc almışdır. Oktyabr ayının 20-də isə 6000 manat borc almışdır. Dekabr ayının 27-də 8000 manat iddiaçıdan borc almış, 2023-cü ilin yanvar ayının 2-i qaytarmışdır. Həmin pulu qızıl alıb satmaq üçün almışdır. Qax şəhərində qızıl maqazini işlətmişdir. Bundan başqa iddiaçıdan borc almamışdır. Bundan sonra 2023-cü ilin aprel ayının təxminən 20-si 4000 manat iddiaçıya qaytarmışdır. 2023-cü ilin iyun ayında artıq iddiaçıya 8000 manatdan əlavəsini bütün qaytarmışdır. 8000 manat pul qalmışdır. Həmin pulu 5 faizlə götürmüşdür. Geri qaytardığı pulların içərisində əsas məbləğ və faiz məbləğinin ödənişləri də olmuşdur. Maaş kartı iddiaçıda olmuş, hər ay 850 manat olmaqla əmək haqqı kartından pul çıxmışdır. 12000 manat pulu götürən zaman iki ayın faizi olan 1200 manat pulu iddiaçıya ödəmişdir. 3 aydan bir maaş qədər mükafat verilmişdir. Yerdə qalan 14000 manat puldan isə 2000 manat bir, 1000 manat bir qaytarmış, onun 2023-cü ilin iyun ayına qədər iddiaçıya ödənilməmiş 8000 manat borcu qalmışdır. Bundan sonra iddiaçıya bildirimdir ki, ona əlavə heç bir məbləğ ödəyə bilməyəcəkdir. Qalıq 8000 manat pulu iddiaçıya ancaq hissə-hissə qaytara biləcəkdir. 2023-cü ilin aprelin sonu iddiaçıya 1000 manat, may ayının təxminən 7-8-i 2000 manat və 3800 manat da əlavə olaraq qaytarmışdır. 11000 manat pul qaldıqdan sonra həmin pulun 3000 manatını da iyul ayının sonlarında aparıb iddiaçının qapısında vermiş və yekunda 8000 manat ödənilməmiş pul qalmışdır. O, iddiaçının evinə gedərək ancaq 8000 manat pul ödəyə biləcəyini dedikdə ona 13000 manat iddiaçıya borcu olması barədə izahat yazdırmışlar. İddiaçının qapısında 1500 manat pul vermiş və buna gücü çatmadığını və iddiaçı və ərinin deməsi ilə olmadığını bildirmiş, bundan sonra ona 13000 manat borcunun olması barədə sənəd yazdırmışlar. Çünki İddiaçı və əri ona daha gözləyə bilmədiklərini, sabah pulu tam ödəməli olduğunu bildirmişlər. Həm də pulu tələb edərkən onunla aqressiv danışırdılar. Faizə pul götürməsinin səbəbi isə öz adına bankdan kredit götürüb başqa şəxsə verdiyi üçün kredit götürə bilməməsi olmuşdur. O iddiaçıya kredit götürməsini təklif etməmişdir. Sadəcə olaraq iddiaçı ona zəng edərək evin üstünü örtdüklərini, bunun üçün kredit götürəcəklərini bildirərək ondan krediti ödəməsini tələb etmişlər. İddiaçının ərinin adına olan krediti ödəmiş, heç bir gecikməsi olmamışdır. Sadəcə olaraq sonuncu ayda anasının əməliyyat olunduğunu bildirərək kreditin iddiaçının və ərinin özünün ödəməsini xahiş etmişdir. Çünki krediti bu vaxta qədər cavabdeh özü yox anası ödəmiş, buna görə də iddiaçıya kreditin birinin onların özlərinin ödəməsini demişdir. Ona görə iddiaçının adında 3 ay gecikmə olmuş və ona qarşı məhkəmədə iddia qaldırmışdır. Hazırda iddiaçıya 1900 manat borcu vardır. Çünki qalan məbləği kredit ödənişini həyata keçirərək ödəmişdir. İddiaçının əri Mahirin adına ayda 277 manat, iddiaçının adına isə 266 manat kredit ödənişi həyata keçirmişdir. Hər ikisinə 2023-cü ilin sentyabr ayının 15-dən 538 manat pul ödəmişdir. Ümumilikdə iddiaçıya 6100 manat pul ödəmişdir. İddiaçının adına olan kreditdən cari ilin iyul, avqust və sentyabr ayının ödənişləri onun tərəfindən ödənməmiş, həmin 3 ayın ödənişlərini iddiaçı özü ödəmişdir. Özlərinin əmək haqqında kredit tutulduğu halda da onlara həmin məbləği qaytarıb göndərmişdir. Ümumiyyətlə iddiaçıdan 20000 manat borc almışdır. Həmin pulun 8000 manatını ödəmiş, qalan 12000 (on iki min) manat pulun 3000 (üç min) manatını bir dəfə, 2000 (iki min) manatını bir dəfə, 500 (beş yüz) manatını bir dəfə və 500 (beş yüz) manatını da bir dəfə qaytarmışdır. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, cavabdehi birinci dəfə onun evində gələndə görmüşdür. Cavabdeh onun evinə bacısı və xalası oğlu ilə birlikdə gəlmişdir. Cavabdehin bacısı Pirdasın oğlu ilə onun oğlu universitetdə bir yerdə oxumuşlar. Cavabdeh borc pul istəmiş, ona pul vermiş, əliboş qaytarmamışlar. Borcu iki ay müddətinə götürmüşlər. Həmin vaxt hava soyuq olduğu üçün evin tikintisinə başlaya bilməmişlər. Dəfələrlə cavabdehi çağırdıqdan sonra onun evinə gəlmiş, həmin vaxt ona 14500 (on dörd min beş yüz) manat pulu cavabdehin şəxsi yazısı ilə şəxsiyyət vəsiqəsi ilə vermişlər. Cavabdeh öz xətti ilə yazmışdır ki, o İddiaçı 14500 manat pulu borc götürmüşdür və yaxıın vaxtlarda qaytaracaqdır. Cavabdehi uşaqların xətrinə gözləmiş, nə desə etmişlər. Bir müddət sonra cavabdeh 1500 manat pul gətirmişdir. Kağızın arxa hissəsinə yazılmışdır. Cavabdeh 1500 manat pul ödədikdən sonra 13000 manat borc qalmışdır. Cavabdeh 13000 manat məbləği iki ay ərzində qaytaracağını demiş, lakin qaytarmamışdır. Evlərinə bir manat pul gəlmir, maaş, pensiya alan kimi kreditə tutulur. 13000 manat borc qaldıqdan sonra cavabdeh iki ay vaxt istəmiş, onlar vaxt vermiş, lakin cavabdeh yenə də borcu ödəməmişdir. Onlar cavabdehə onu məhkəməyə verəcəyini bildirdikdə verməsini demişdir. Cavabdeh pulun əvəzinə qızıl təklif etmiş, lakin onlar qəbul etməmiş, verdikləri pulu geri tələb etmişlər. Cavabdehin ödəməsi şərtilə onun adına 5000 manat, həyat yolaşının adına 8000 manat kredit götürülmüşdür. Lakin Cavabdeh kredit ödənişlərini heç vaxt ardıcıl ödəməmişdir. 50 manat, 100 manat, 150 manat pul göndərmiş, kefinə düşəndə isə göndərməmişdir. Sonunda isə 14500 manata razılaşıb elə dayanmışlar. Cavabdehin bir manat artıq pulu ona lazım deyil, cavabdehə borc verdiyi pulu geri tələb edir. Borc 2022-ci ilin dekabr ayında cavabdehə verilib, üstündən iki il keçmişdir. Cavabdeh 27000 manat pul ödəmişdir. Cavabdeh onları aldadaraq adlarına kredit götürmələrini və iki ay ərzində krediti bağlayacaqlarını demişdir. Lakin kredit bağlanmamış, hər ayın sonunda isə onun pensiyası və arvadının əmək haqqından kredit ödənişləri tutulmuşdur. Cavabdeh bir-iki dəfə onun kreditinin aylıq ödənişini tam həyata keçirib, qalan ayları 10-50 manat olmaqla ödəmiş, elə ay olmuşdur ki, ödənişi həyata keçirməmişdir.
15. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o Cavabdeh bacısıdır. İddiaçı oğlu ilə onun oğlu yoldaşdır. Ancaq Cənanəni və onun əri Mahiri tanınmamışdır. Bacısı Tamella ona İddiaçı pul götürmək lazım olduğunu demiş, onlar birlikdə Cənanənin evinə getmişlər. Cənanədən 12000 manat pulu götürmüşlər. Həmin vaxt Tamella Cənanəyə öz maaş kartını və aldığı borc pulun iki aylıq faizini vermişdir. Tamella həmin vaxt 800 manat əmək haqqı alırdı. Sonra Tamella işdən çıxmışdır. Tamella ona Cənanəyə faizi saxlamasını və yanvar ayında pulu tam qaytaracaqlarını demək üçün onlara getmək lazım olduğunu demişdir. Cənanəgilə getdikdən sonra borcu hesablamış, 8000 manat təşkil etmiş, üstünə 5000 manat da faiz gəlinmiş, borc 13000 olmuşdur. Bu barədə qəbz yazılmış və bacısı imzalamışdır. Bacısı həmin pulu yanvar ayında qaytarmalı idi. Lakin Tamella yanvar ayında pulu qaytara bilməmiş, pul kreditə çevrilmişdir. Tamella işdən çıxdıqdan sonra cavabdehə o və anası maddi dəstək göstərmişlər. İlk dəfə Tamella Cənanədən qış aylarında 12000 manat borc pul götürmüşdür. Sonra götürülənlərdən isə onun məlumatı yoxdur. O, Cənanəgilə iki dəfə getmişdir. Birinci dəfə gedəndə Tamella pul götürmüş, ikinci dəfə gedəndə isə Tamella işdən çıxmış və 8000 qalan pulun ödənilməsi ilə bağlı danışmağa getmişlər. Orada danışılmış, Tamella pulu yanvar ayında ödəyəcəyini demiş, Cənanənin əri Mahir də pulu birdəfəlik ödəməsini demişdir. Həmin vaxt sənəd də yazılmış və qol çəkmişlər. Sonra isə Cənanə ona borcu kreditə çevirdiklərini demişdir. Tamellanın ayda 538 manat kredit ödədiyini gördükdə bunun nə olduğunu ondan soruşmuşdur. Çünki Tamellanın kredit borclarını o və anası ödəmişlər. Tamelladan iki krediti nə üçün eyni gündə götürdüyünü, onun adında da kredit olduğunu, heç olmazsa krediti fərqli günlərdə götürməsini demişdir. Yaxud da heç olmazsa bir krediti götürüb ödədikdən sonra digəri götürülərdi. Çünki onlar yüksək əmək haqqı almır, 500 manat maaş alırlar. Krediti sentyabr ayına qədər köməkləşib ödəmişlər. Cənanənin adındakı kredit deyəsən bir-neçə ay ödənməmişdir. Hansısa aydan da Mahirin kredit borcu ödənməmişdir.
16. Qax Rayon Məhkəməsinin (hakim Taleh Kərimov) 11 dekabr 2024-cü il tаrixli, 2(024)-573/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 8492 (səkkiz min dörd yüz doxsan iki) manat pul alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 104.92 (bir yüz dörd manat 92 qəpik) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1, 329.2 və 329.3, 385, 425.1, 442, 882.1-ci, xx.xx.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 740.1, 740.2, 743-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 119.1, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Cavabdeh Qax Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tаrixli, 2(024)- 573/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən prosesual hüquq normalarını pozmuş, işin faktiki hallarını araşdırmamışdır. İş üzrə sübutlar əldə edilərək iş materiallarına əlavə edilməmişdir. Məhkəmə yalnız iddiaçının mülahizələrinə əsasən qətnamə çıxarmışdır. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. O, məhkəmə iclasında aşağıdakı məzmunda izahat vermişdir. - 2022-ci ilin oktyabr ayının 10-da İddiaçı 5 faizlə 12000 (on iki min) manat borc pul götürmüşdür. İki ayın faizini də əvvəlcədən ödəmiş, hətta öz maaş kartını da iddiaçıya vermişdir. 850 manat əmək haqqı kartından pul çıxmışdır. O, Güllük kənd İƏD-si üzrə nümayəndəliyində baş mühasib vəzifəsində işləmişdir, 2023-cü ilin iyul ayının 3-də səhhətində problemlər yarandığı üçün işdən çıxmışam. Bundan sonra iddiaçıya daha indidən sonra faiz pulu ödəyə bilməyəcəyini əsas borc məbləğinin ödəyə biləcəyini bildirmişdir. O, həmin müddətə qədər də iddiaçıya 7500 manat, 4000 manat və 1500 manat olmaqla pul ödəmişdir. Həmin məbləğləri ödəyən zaman da yanında şahid olmuşdur. - 3 aydan bir maaş qədər mükafat verilmişdir. Yerdə qalan 14000 manat puldan isə 2000 manat bir, 1000 manat bir qaytarmış, onun 2023-cü ilin iyun ayına qədər iddiaçıya ödənilməmiş 6000 manat borcu qalmışdır. Bundan sonra iddiaçıya bildirmişdir ki, ona əlavə heç bir məbləğ ödəyə bilməyəcəkdir. Qalıq 6000 manat pulu iddiaçıya ancaq hissəhissə qaytara biləcəkdir. 2023-cü ilin aprelin sonu iddiaçıya 1000 manat, may ayının təxminən 7-8-i 2000 manat və 3800 manat da əlavə olaraq qaytarmışdır. 11000 manat pul qaldıqdan sonra həmin pulun 3000 manatını da iyul ayının sonlarında aparıb iddiaçının qapısında vermiş və yekunda 6000 manat ödənilməmiş pul qalmışdır. O, iddiaçının evinə gedərək ancaq 8000 manat pul ödəyə biləcəyini dedikdə ona 13000 manat iddiaçıya borcu olması barədə izahat yazdırmışlar. İddiaçının qapısında 1500 manat pul vermiş və buna gücü çatmadığını və iddiaçı və ərinin deməsi ilə olmadığını bildirmiş, bundan sonra ona 13000 manat borcunun olması barədə sənəd yazdırmışlar. Çünki İddiaçı və əri ona daha gözləyə bilmədiklərini, sabah pulu tam ödəməli olduğunu bildirmişlər. Həm də pulu tələb edərkən onunla aqressiv danışırdılar. Faizə pul götürməsinin səbəbi isə öz adına bankdan kredit götürüb başqa şəxsə verdiyi üçün kredit götürə bilməməsi olmuşdur. Sadəcə olaraq iddiaçı ona zəng edərək evin üstünü örtdüklərini, bunun üçün kredit götürəcəklərini bildirərək ondan krediti ödəməsini tələb etmişlər. İddiaçının ərinin adına olan krediti ödəmiş, heç bir gecikməsi olmamışdır. Sadəcə olaraq sonuncu ayda anasının əməliyyat olunduğunu bildirərək kreditin iddiaçının və ərinin özünün ödəməsini xahiş etmişdir. Çünki krediti bu vaxta qədər cavabdeh özü yox anası ödəmiş, buna görə də iddiaçıya kreditin birinin onların özlərinin ödəməsini demişdir. Ona görə iddiaçının adında 3 ay gecikmə olmuş və ona qarşı məhkəmədə iddia qaldırmışdır. Hazırda iddiaçıya 1900 manat borcu vardır. Çünki qalan məbləği kredit ödənişini həyata keçirərək ödəmişdir. İddiaçının əri Mahirin adına ayda 277 manat, iddiaçının adına isə 266 manat kredit ödənişi həyata keçirmişdir. Hər ikisinə 2023-cü ilin sentyabr ayının 15-dən 538 manat pul ödəmişdir. Ümumilikdə iddiaçıya 6100 manat pul ödəmişdir. İddiaçının adına olan kreditdən cari ilin iyul, avqust və sentyabr ayının ödənişləri onun tərəfindən ödənməmiş, həmin 3 ayın ödənişlərini iddiaçı özü ödəmişdir. Özlərinin əmək haqqında kredit tutulduğu halda da onlara həmin məbləği qaytarıb göndərmişdir. Ümumiyyətlə iddiaçıdan 20000 manat borc almışdır. Həmin pulun 8000 manatını ödəmiş, qalan 12000 (on iki min) manat pulun 3000 (üç min) manatını bir dəfə, 2000 (iki min) manatını bir dəfə, 500 (beş yüz) manatını bir dəfə və 500 (beş yüz) manatını da bir dəfə qaytarmışdır. Məhkəmə ödəniş qəbzləri solduğu üçün onları nəzərə almamış, işdə şahidləri dindirməmiş və adiyyatı üzrə banklara sorğular göndərməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi isə həmin hallarla bağlı heç bir araşdırma aparmamış, formal mülahizələrə əsaslanmaqla qərar qəbul etmişdir. Faiz borcları olduqca yüksək hesablanmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tаrixli, 2(024)-573/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tаrixli, 2(024)-573/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
25. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
26. İş üzrə cavabdeh tərəfin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə yönəlsə də şikayətin məzmunda cvabdehin ödənilməmi borcunun qət ediləndən az olması göstərilir. Belə olan halda hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissələrdə yoxlanılacaqdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
27. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
28. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
29. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
34. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti: - 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
35. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi (xx.xx.2023-cü il tarixədək qüvvədə olan):
36. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
37. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
38. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
39. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
44. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
45. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
48. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
51. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
V. Apellyasiya məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tаrixli, 2(024)- 573/2024 saylı qətnaməsi qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
54. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
55. Müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmış, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı 14500 manat borc pul alaraq bu barədə qəbz yazmış (cavabdeh qəbzi öz xətti ilə yazmasını etiraf etmiş və mübahisələndirməmişdir), həmin sənədi cavabdeh özü, İddiaçı və şahidlər iddiaçının əri Şahid1, cavabdehin bacısı Şahid2 iştirakı ilə imzalanmışdır. Həmin qəbzdə Cavabdeh, İddiaçı 14500 manat borc aldığını göstərərək və həmin pulu hissə-hissə 2024-cü ilin yanvar ayının 31-dək ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin ona olan borcunun 13000 manat təşkil etdiyini göstərmiş və həmin məbləği tələb etmişdir. Cavabdeh borcunu ödəyə bilmədiyi üçün İddiaçı ABB-nin Qax filialından xx.xx.2023-cü il tarixdə 48 ay müddətinə illik 24 faizlə 8050 manat, iddiaçının əri Şahid1 isə xx.xx.2023-cü il tarixdə BOKT "xxxx" MMC-dən 24 ay müddətinə 5000 manat kredit götürmüş, Cavabdeh həmin kredit ödənişlərini ödəməyi öz öhdəsinə götürmüşdür.
56. Cavabdeh bir müddət (iddiaçının göstərdiyinə görə 11 ay) kredit müqavilələri üzrə ödənişlər etmiş, sonra isə ödənişləri dayandırmışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Qax Rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.
57. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilsə də, iddiaçının apellyasiya şikayəti verməməsi onun birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşması deməkdir. Baxmayaraq ki, dəqiqləşdirilmş iddia tələbi 13000 manat olmuşdur.
58. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi yalniz apellyasiya şikayəti verən şəxsə münasibətdə baxılmalıdır.
59. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya baxışışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, MPM-nin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiya məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı yalnız mübahisələndirilən hissədə şikayətin dəlilləri həcmində yoxlayır. MPM-nin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır.
60. Sözügedən qərarda vurğulanır ki, apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadıqda apellyasiya icraatı başlanıla bilməz. İkincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir.
61. Apellyasiya instansiya məhkəməsində işə baxmanın hədləri həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat cudex ultra petita partium”,- “ məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamlıdır tələbi” müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devalutum qantum appelatum”- “nə qədər şikayət-o qədər qərar” qaydasına çevrilir. 62.Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.
63. İlk növbədə kollegiya qeyd edir ki, cavabdeh istər birinci instansiya məhkəməsində verdiyi izahatında, istərsə də apellyasiya şikayətində ziddiyyətli məqamlara yol verərək gah iddiaçıdan 12000 manat, gah 20000 manat, gah da 13000 manat borc aldığını göstərmişdir. Halbuki, özü tərəfindən yazıldığını mübahisələndirmədiyi qəbzdə iddiaçıdan 14500 manat borc alaraq, həmin borcun 1500 manatını ödədiyindən 13000 manat borcunun qaldığını göstərmişdir.
64. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə göstərmişdir ki, iş materiallarında olan ödəniş qəbzləri ilə müəyyən olunmuşdur ki, cavabdeh X1 Cənanə İdris qızının adına götürdüyü kredit məbləğindən xx.xx.2023-cü il tarixdə 214 manat, xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi üzrə 116 manat, xx.xx.2023cü il tarixdə "xxxx"ı ASC-də olan kart hesabına 220 manat, xx.xx.2024-cü il tarixdə 76 manat, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-də olan kart hesabına 120 manat, xx.xx.2024cü il tarixdə İddiaçı adına "xxxx"ı vasitəsi ilə 200 manat, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-də olan kart hesabına 100 manat və xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-də olan kart hesabına 150 manat pul ödəməklə iddiaçıya məxsus kart hesabına və iddiaçının adına rəsmiləşmiş kredit müqaviləsi üzrə ümumilikdə 1196 (bir min bir yüz doxsan altı) manat ödəniş həyata keçirmişdir.
65. Birinci instansya məhkəməsi həççinin qətnamədə göstərmişdir ki, eyni zamanda tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Cavabdeh Şahid1 adına BOKT İnkişaf üçün Maliyyə MMC-dən götürülmüş aylıq 276 (iki yüz yetmiş altı) manat təşkil edən kredit ödənişlərini 12 ay (bir il) müddətində ödəməklə, ümumilikdə 3312 (üç min üç yüz on iki) manat ödəniş həyata keçirmişdir. İddiaçı məhkəmə iclasında həmin faktı öz ifadəsi ilə təsdiq etmişdir. Beləliklə işin mübahisəsiz halları ilə cavabdehin iddiaçıya 13000 manat borcunun olması, həmin borcdan cavabdeh tərəfindən ümumilikdə 4508 (dörd min beş yüz səkkiz) manat pulun ödənilməsi (ödəniş qəbzlərinə əsasən 1196 manat pul + Şahid1 adına olan kredit müqaviləsi üzrə bir il ərzində hər ay 276 manat olmaqla ödənilmiş cəmi 3312 manat kredit pulu) sübuta yetirilmişdir. Cavabdehin iddiaçıya 8492 (səkkiz min dörd yüz doxsan iki) manat borcu olması məhkəmə iclasında işin faktiki halları, işdə olan əsaslı və mötəbər sübut hesab edilən cavabdehin iddiaçıya 13000 (on üç min) manat borcunun olmasını əks etdirən onun tərəfindən imzalanmış qəbzlə və cavabdeh tərəfindən həmin borcdan 4508 (dörd min beş yüz səkkiz) manat pulun ödənilməsin əks etdirən ödəniş qəbzləri və iddiaçının etirafedici ifadələri ilə sübuta yetirilmişdir.
66. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tərəflər arasında borc münasibətlərinin olması barədə qənaəti ilə razılaşsa da, qeyd edir ki, məhkəmə borc məbləğinin müəyyən edilməsində səhvə yol vermişdir.
67. Belə ki, iddiaçının təqdim etdiyi və iş materiallarına əlavə olunmuş qeydlərindən (hesabatından) görünür ki, cavabdeh yuxarıda adı çəkilən kredit müqavilələri üzrə 11 ay ərzində 5918 manat (262 manat+276 manat=538 manat x11=5918 manat) ödəmişdir.
68. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 20 may 2025-ci il tarixli qərardadları, eyni zamanda məktub əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müvafiq sorğular verilmişdir.
69. Həmin sorğulara alınmış cavablardan da cavabdehin birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdən (4508 manat) 1106 manat artıq ödədiyi müəyyən edilir.
70. Cavabdeh kollegiyanın iclasında vermiş olduğu izahatında onun iddiaçıya 8492 manat deyil, 5400 manat borcu qaldığını göstərmişdir (şikayətdə isə həmin borc məbləğinin 1900 manat olduğunu göstərmişdir).
71. Beləliklə də, kollegiyanın araşdırması nəticəsində işin müəyyən edilmiş hallarından cavabdehin borcu özünün etiraf etdiyi kimi 5400 manat deyil, 7386 manat təşkil edir.
72. Məhkəmə kollegiyası apellyasiya şikayətinin aldığı borc məbləğinin 3000 manatını bir dəfə, 2000 manatını bir dəfə, 500 manatını bir dəfə və 500 manatını da bir dəfə qaytarması barədə dəlillərini əsassız sayır. Belə ki, cavabdeh həmin xüsasatları təsdiq edən sübutları işə baxan məhkəmələrə təqdim edə bilməmişdir.
73. Digər tərəfdən, həmin məbləğlərin cəmi olan 6000 manatı onun həqiqətdə ödədiyi 5614 manatla topladıqda 11 614 manat təşkil edir ki, bu zaman borcun qalıq hissəsi (1386 manat) cavabdehin etiraf etdiyi qalıq borcundan (5400 manat) əhəmiyyətli dərəcədə (3 dəfədən çox) azdır.
74. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
75. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
76. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tаrixli, 2(024)-573/2024 saylı qətnaməsi qismən – “1106 manat məbləğində borcun tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmaı və iddia həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
77. Hazırkı mülki iş üzrə mübahisələndirilən məbləğ (3092 manat) beş min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (bax: 51-ci bənd) Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tаrixli, 2(024)-573/2024 saylı qətnaməsi qismən – “1106 manat məbləğində borcun tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov