Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-379/2020 11.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı - İddiaçı və nümayəndəsi (vəkili) X2 iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1172/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1172/2019 saylı qətnaməsi ilə (hakim Elman İsayev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28340 manat borcun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 28340 manat əsas borc pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Vəndam qəsəbəsində doğulub, orada yaşamışdır, daha sonra qazanc dalınca Rusiya Federasiyasına getmiş, RF-nın vətəndaşlığını qəbul etmiş, hər il vətənə Azərbaycana gəlir, qohumlarına baş çəkir. 2018-ci ilin yanvar ayında Vəndam qəsəbəsinə gələn zaman cavabdehin atası, qardaşı Cavabdeh2 Bakı şəhərində mənzil almaq istədiyini, mənzili almaq barədə satıcı ilə razılığa gəldiyini, lakin pulunun çatışmadığını bildirmiş və ondan 28.340,00 (iyirmi səkkiz min üç yüz qırx manat) pul istəmiş, tezliklə qaytaracağını bildirmişdir. Qardaşının xahişini nəzərə alaraq istədiyi məbləği ona vermək qərarına gəlmişdir. Qardaşı Ramil pulu onun oğlu İsmayıla verməyini ondan xahiş etdi. Cavabdehlər bu pulu bir neçə aya ona qaytaracağına söz verdilər. Belə olduğu halda onunla hazırkı cavabdeh İsmayıl arasında qəbz tərtib olundu və qəbzdə adları yazılmış şahidlərin iştirakı ilə 28.340,00 manat nəğd pulu xx.xx.2018-ci il taixdə sayıb İsmayıla təhvil verdi. 2018-ci ilin axırlarınadək cavabdehlər tərəfindən borcun qaytarılmasını gözləsə də onlar borcun qaytarılmaq istəməsi barədə bildirməmişlər. 2018-ci ilin axırlarından başlayaraq ondan aldığı pulu cavabdehlərdən tələb etməyə başlamışdır. Cavabdehlər ondan aldığı pulu qaytarmağa bir neçə dəfə söz versələr də, sonradan qaytarmaqdan boyun qaçırmışlar. Odur ki,məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun verdiyi pulu da əlavə edərək cavabdehlərin aldığı Bakı şəhərindəki mənzilin ünvanını bilmir. Bu səbəbdən verdiyi pulla alınmış mənzilə aid olan sübutu məhkəməyə təqdim etmək imkanında deyil. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, iddiaçıdan həmin pulu borc adı ilə almamışdır. 28430 manat pul mağaza ilə bağlı hesabat puludur. Onun və oğlu İsmayılın Bakı şəhərində evi yoxdur. İddiaçı ona zəng edərək Şahidin mağazanı əlindən almaq istədiyini bildirmişdir. İlham ondan mağazanı işlətməyi xahiş etmiş, o, isə işlətmək istəmədiyini, işlərinin çox olduğunu bildirmişdir. Həmçinin də həmin vaxt mağazanın külli miqdarda borcu var imiş. Daha sonra isə o, mağazanı təhvil almış və İlham bəhs olunan pul məbləğini ona məhz mağaza ilə bağlı vermişdir, yəni 28340 manat pul ona borc olaraq verilməmişdir. Mağazanı təhvil alan zaman orada iddiaçının 2200 manatlıq malı qalmışdır. Oğluna toy edən zaman toydan yığılan puldan 2720 manat İlhama pul vermişdir. Həmçinin o, İlhamdan mağazanı təhvil götürməsini istəmişdir. Daha sonra isə onlar öz aralarında mağaza ilə bağlı hesablaşma aparıblar. Onun 28430 manat borcu yoxdur. Həmin pulu mağaza təhvil təslim olunarkən oğlu İsmayıl İlhamdan almışdır. Yəni təhvil təslim olunarkən İlhamın onlara borcu yaranmışdır, bu səbəbdən İlham 28340 manatı onlara vermişdir. Sonda isə, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə Cavabdeh1 iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, qeyd olunan mübahisənin mahiyyəti borc pul məsələsində yox, Rusiya Federasiyası vətəndaş olan iddiaçının Qəbələ rayonunun Vəndam qəsəbəsinin mərkəzi hissəsində yerləşən “Röya market” kimi tanınan qeyri-yaşayış sahəsi-mağaza ilə əlaqədardır. Belə ki, həmin market əvvəllər rəsmiyyət üzrə Şahid adlı şəxsin adına qeydə alınmış və Şahid həmin obyekti İlhamın vəsaiti hesabına işlətmiş, 2014-cü ilin ortalarında Şahid mağazanı işlətməkdən imtina etmişdir. 2014-cü ildə “Röya market” kimi tanınan həmin mağaza notarial alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına keçmişdir. Həmin vaxtdan mağazanı İsmayıl və Natiq Rəhimovlar birlikdə işlətməyə başlamış, bir neçə aydan sonra İlhama məxsus olmuş mağazada əvvəldən qalmış 2200 manat dəyərində malın əvəzində İddiaçı 2720 manat nəğd pul verilmişdir. 2018-ci ilin yanvar ayında İddiaçı Rusiya Federasiyasından gəlmiş və onlar mağazanı boşaldaraq iddiaçıya təhvil vermək barədə razılaşdıqdan sonra 23-24-xx xxxxxx 2018-ci il tarixlərdə mağazada qalmış malla əlaqədar hesablama aparılmış və mağazada 28.340.00 manat naturada mal olduğu müəyyən edilmişdir. Mağazanı orada natura şəklində 28.340,70 manat dəyərində olan malla birlikdə İddiaçı təhvil verərkən digər şəxslərin də iştirakı ilə yazılı sənəd tərtib olunmuş, İddiaçı 28.340.00 manat pulu Cavabdeh1 verdiyi və sonuncunun pulu təhvil aldığı orada qeyd olunmuşdur. Bildirir ki, bu məbləğdə pulun Bakıda təcili ev almaq məqsədilə İddiaçı aldıqlarına dair iddiada və qətnamədə qeyd olunanlar tamamilə həqiqətdən uzaq və əsassızdır. Əlavə olaraq bildirirlər ki, qeyd olunan tələbə dair iddia ərizəsi mülki prosessual normaların pozulması və ziddinə olaraq icraat götürülmüş və sonradan da bu hal məhkəmə qeyd olunan halı araşdırılmalı olduğu halda buna heç bir əhəmiyyət verməmişdir. Belə ki, iddia ərizəsindəki imza İddiaçı deyil, Rəhimov azər Vəli oğluna məxsusdur. İddiaçı üç məhkəmə iclasına gəlməməsinə baxmayaraq, iddia ərizəsinin baxılmamış saxlanılmasına dair onun mövqeyi nəzərə alınmalı olduğu halda məhkəmə onun prosessual hüquqlarını təmin etməmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1172/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinə dair ərizənin baxılmamış saxlanmasına dair qərardad qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi (vəkili) X6 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1172/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1172/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq cavabdehlər heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapelyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1172/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X7 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, borcun götürülməsini təsdiq edən qəbzdə olan imza ona məxsusdur. O, İlham qardaşı Ramilə borc pul verdiyini təsdiq edir. X1 almışdır. Sonda bu barədə qəbz yazılmış və o, da digər iştirakçılar kimi həmin qəbzi öz imzası ilə təsdiqləmişdir. Pulun nə məqsədlə alındığı barədə məlumatı olmamışdır. Cavabdehin dediyinə görə həmin pula ev almalı idilər. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixdə İddiaçı X7, X4 və X5 şahidliyi ilə 28340 manat pulu təhvil götürdü. Cavabdeh1, İddiaçı və həmçinin şahidlər X7, X4 və X11 qəbzi imzaları ilə təsdiq etmişlər. İddiаçının öz iddiа tələbinin əsаsı kimi istinаd etdiyi sübut işin 47-ci vərəqində olan Cavabdeh1 xx.xx.2018-cı ildə yazdığı, özünün, iddiaçının və şahidlər X8, X4 və X9 imzaladıqları qəbzdir. Həmin şəxslərin imzaladığı qəbzin məzmunu bəzi qrаmmаtik və оrfоqrаfik səhvlər istisnа оlmаqlа аşаğıdаkı kimidir: Mən Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixdə İddiaçı X7, X4 və X5 şahidliyi ilə 28 min 340 manat pulu təhvil götürdüm. Cavabdeh1 həmin qəbzi imzаlаdığını inkаr etməsə də, iddiaçı həmin pulu “borc” kimi deyil, mağazada olan malların dəyəri kimi verdiyini bildirmiş, digər Cavabdeh2 da bunu təsdiq etmişdir. İddiaçı isə həmin pulu cavbdehlərə ev almaq üçün borc verdiyini bəyan edir. Birinci instаnsiyа məhkəməsi isə həmin qəbzi bоrc sənədi kimi qiymətləndirərək, hesаb etmişdir ki, həmin sənəd bоrcun mövcud оlmаsını təsdiq edir. Məhkəmə kоllegiyаsı bununlа rаzılаşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsində göstərilmişdir ki, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 404.4-cü maddəsinə əsasən, müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sözügedən qəbzin məzmunu, mahiyyəti, mənası və verilmə məqsədi həmin qəbzin borc sənədi olması qənaətinə gəlməyə əsas verir. Belə olan olan halda birinci instansiya məhkəməsi həmin qəbzi iddianın təmin edilməsi üçün əsas kimi qəbul etməklə qəbzin həqiqi məzmununa uyğun olan nəticəyə gəlmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı 28340 manat borcun qaytarılmasını mübahisələndirmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Vəndam qəsəbəsində doğulub, orada yaşamışdır, daha sonra qazanc dalınca Rusiya Federasiyasına getmiş, həmin ölkənin vətəndaşlığını qəbul etmişdir, hər il vətənə- Azərbaycana gəlir, qohumlarına baş çəkir. 2018-ci ilin yanvar ayında Vəndam qəsəbəsinə gələn zaman cavabdehin atası, qardaşı Cavabdeh2 Bakı şəhərində mənzil almaq istədiyini, mənzili almaq barədə satıcı ilə razılığa gəldiyini, lakin pulunun çatışmadığını bildirmiş və ondan 28.340,00 (iyirmi səkkiz min üç yüz qırx manat) pul istəmiş, tezliklə qaytaracağını bildirmişdir. Qardaşının xahişini nəzərə alaraq istədiyi məbləği ona vermək qərarına gəlmişdir. Qardaşı Ramil pulu onun oğlu İsmayıla verməyini ondan xahiş etmişdir. Cavabdehlər bu pulu bir neçə aya ona qaytaracağına söz vermişlər. Belə olduğu halda onunla hazırkı cavabdeh İsmayıl arasında qəbz tərtib olunmuş və qəbzdə adları yazılmış şahidlərin iştirakı ilə 28.340,00 manat nəğd pulu xx.xx.2018-ci il taixdə sayıb İsmayıla təhvil vermişdir. 2018-ci ilin axırlarınadək cavabdehlər tərəfindən borcun qaytarılmasını gözləsə də, onlar borcun qaytarılmaq istəməsi barədə bildirməmişlər. 2018-ci ilin axırlarından başlayaraq ondan aldığı pulu cavabdehlərdən tələb etməyə başlamışdır. Cavabdehlər ondan aldığı pulu qaytarmağa bir neçə dəfə söz versələr də, sonradan qaytarmaqdan boyun qaçırmışlar. Odur ki,məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər isə iddiaçıdan borc almadıqlarını, həmin pulun özlərinin işlətdikləri cavabdehə məxsus mağazada olan qalıq malların pulu olduğunu, ididdiaçıdan həmin malların dəyərini aldıqlarını bildirmişlər. Yəni, cavabdehlər mağazada qalıq qalan malları iddiaçıya nağd qiymətə satdıqlarını bildirirlər. Lakin bu barədə təftiş aktı, və ya təhvil-təslim aktı, yaxud alqı-satqı aktını, malların çeşidləri, növləri, kəmiyyət və keyfiyyəti, qarantiya müddəti, o cümlədən qiyməti barədə məlumatları məhkəmələrə təqdim etməmişlər. (edə bilməmişlər) Cavabdehlər məhkəmə kollegiyasının iclasında göstərmişlər ki, 28340 mаnаt pulu оnа görə iddiаçıdаn аlmışlar ki, ərzаq mаğаzаsındаkı mаllаr müxtəlif şirkətlərə məxsus idi. Onlar mаğаzаnı bоşаltmаmаq üçün həmin mаllаrı hesаblаyıb pulunu iddiаçıdаn аlmış, mаllаr isə mаğаzаdа qаlmışlar. Eyni zаmаndа nisyə sаtdıqları mаllаrdаn dа аlаcаqları vаr idi və həmin pullаrı аlmаğı iddiаçıyа həvаlə etmişlər. Mаğаzаdаkı mаllаrın sаyılаrаq təhviltəslim оlunmаsındа mаllаrı аldıqları firmаlаrın nümаyəndələri iştirаk etməyb. Məhkəmə kollegiyası cavbdehlərin həmin izahatına da tənqidi yanaşaraq qeyd edir ki, cavabdehlərin də vurğuladığı kimi, mağazada qalıq malın sahibi sonuncular deyil, paylayıcı firmalardır (şirkətlərdir). Belə olan halda mağazadakı malların sayılaraq təhvil-təhslim olunmasında həmin malların sahibi olan firmaların nümayəndələrinin iştirak etməməsi inandırıcı və ağlabatan deyildir. Eyni zamanda məntiqi bir sual yaranır ki, iddiaçı nə üçün firmalara məxsus malların pulunu həmin firmalara deyil, cavabdehlərə ödəmişdir? Göründüyü kimi, firmalar mağazaya malları nisyə (dəyəri ödənilmədən) vermiş, cavabdehlər isə həmin malları sataraq pulunu firmalara ödədikləri halda, iddiaçının sözügedən malların bütün dəyərini qabaqcadan ödəməsi barədə dəlilləri də heç bir məntiqə sığmır. Digər tərəfdən, mağazadakı mallar ərzaq malları olduğundan onların yararlıq və saxlama müddəti də olmuşdur. Formalaşmış işgüzar adətlərə görə, vaxtında satılmamış və yararlıq müddəti keçmiş mallar həmin malı firmalar tərəfində geri alınır (qaytarılır). Bu baxımdan da məhkəmə kollegiyası qeyd edir ki, malların çeşidi, növü, kəmiyyət və keyfiyyəti, qarantiya və yaralıq müddəti və s. barədə məlumatı olmadan iddiaçının firmalara məxsus malların dəyərini cavabdehlərə ödəməsi ağlabatan deyildir. Çünki, iddiaçı mağazadakı malların dəyərini ödəmək fikrinə düşsəydi, həmin pulu cavabdehlərə deyil, həmin malların sahibi olan firmalara ödəyərdi. Bu baş verməmişdir. Ona görə də iddiaçının cavabdehlərə vermiş olduğu pulun mağazadakı malların dəyəri olması barədə cavabdehlərin mülahizələri həqiqəti əks etdirmir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərə 28340 manat pul borc vermiş, bu barədə Cavabdeh1 tərəfindən iddiaçıya yazılı surətdə qəbz verilmişdir. Cavabdeh tərəf həmin qəbzin ona məxsus olmasını təsdiq etmişdir. Cavabdehlər üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onların iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-c maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qanunun qeyd olunan normasından da göründüyü kimi hazırki mülki iş üzrə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olubolmaması yoxlanılmalıdır. Mülki Məcəllənin 742.1-ci maddəsində göstərilmişdir ki, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edən Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müəyyən olunduğu kimi tərəflər arasında onların öhdəliklərini dəqiq müəyyən edən xx.xx.2018-ci il tarixli qəbz belə bir nəticəyə gəlməyə əsas verir ki, müqavilənin predmeti olan 28340 manat pul məbləği Cavabdeh1 оğluna verilmişdir. Əks təqdirdə o, qəbzi imzalamazdı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Göstərilən norma öhdəliyin icrası ilə əlaqədar tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Normaya görə kreditor tərəfindən verilmiş pul məbləğini qaytararkən borclu kreditordan borcun qaytarılmasını təsdiq edən sənədin verilməsini tələb edə bilər. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apelyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət əsaslandırılmamışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin hazırkı iddia ərizəsinin İddiaçı tərəfindən imzalanmaması və bu səbəbdən də iddia ərizəsinin baxılmamış saxlanılması barədə dəlilini əsassız sayaraq qeyd edir iddiaç istər birinci instansiya məhkəməsinnin, istərsə də apelyasiya instansiyası məhkəməsinin iclasında iştirak edərək iddia tələbini müdafiə etmiş, məhkəmə kollegiyasının iclasında hazırkı iddia tələbini özünün irəli sürdüynü və iddia ərizəsini imzaladığını və iddia tələbində qaldığını bir daha təsdiq etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin iddiaçı tərəfindən cavabdehlərə verilən pulun “nəyə görə mən ev almaq üçün borcu başı bağlı 25000, 28000, yaxud 30000 deyil, məhz 28340 manat almalıydım” barədə dəlili ilə əlaqədar qeyd edir ki, tərəflər məhkəmə kollegiyasının iclasında etiraf etmişlər ki, verilən pul əskinazları qarışıq şəkildə- milli və xarici valyutada (ABŞ dolları və rus publu) olduğundan həmin pulların Azərbaycan manatına ekvivalenti 28.340 manat təşkil etmişdir. Apelyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olduğundan, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Halbuki, Mülki Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə borcun qaytarılmasını sübut etmə yükü cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cаvаbdeh Cavabdeh2ndаn 1200 manat məbləğində pulun аlınаrаq iddiаçı İddiaçınа verilməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1172/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1172/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-379/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-379/2020
11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver