Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-383/2023 09.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 iştirakı ilə, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki iş üzrə Mingəcevir Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(051)- 2329/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 900 manat məbləğində əsas borcun, 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər 2022-ci ilin may ayında iddiaçının elektron mallar satılan mağazasına gəlmişlər və ondan soyuducu almışlar. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdehlər pulu qaytarmaq niyyətində deyillər. Budan sonra iddiaçı Mingəçevir ŞPŞ-ə müraciət etmiş, cinayət işinin başlanması rədd olunmuşdur. Ancaq həmin vaxt cavabdehlər polis şöbəsində verdikləri izahatlarında da hadisəni olduğu kimi qəbul etmişlər. Hazırda cavabdehlər tərəfində sadəcə 200 manat ödəniş edilmişdir. Qalan 900 manat isə ödənilməmiş qalmışdır. Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 900 manat məbləğində pulun və 30 manat məbləğinə dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəcevir Şəhər Məhkəməsinin (hakim E.Cəbrayılzadə) 22 dekabr 2022-ci il tarixli, 2(051)-2329/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilmiş, Cavabdeh2 900 (doqquz yüz) manat məbləğində pul və 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddia Cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; 2022-ci ilin may ayında iddiaçının elektron mallar satılan mağazasına gəlmişlər və ondan soyuducu almışlar. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdehlər pulu qaytarmaq niyyətində deyillər. Budan sonra iddiaçı Mingəçevir ŞPŞ-ə müraciət etmiş, cinayət işinin başlanması rədd olunmuşdur. Ancaq həmin vaxt cavabdehlər polis şöbəsində verdikləri izahatlarında da hadisəni olduğu kimi qəbul etmişlər. Həmçinin Cavabdeh2 tərəfindən sözügedən soyuducudan istifadə edilməsi də öz əksini tapmışdır. Hazırda cavabdehlər tərəfində sadəcə 200 manat ödəniş edilmişdir. Qalan 900 manat isə ödənilməmiş qalmışdır. Cavabdeh2 tərəfindən verilmiş izahat sübut edir ki, həqiqətən də iddiaçıdan soyuducu alınmışdır. Eyni zamanda cavabdehlərin borclu olması faktı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ilə də öz təsdiqini tapmışdır. Ancaq iddiaçı tərəf cavabdeh qismində Cavabdeh2 ilə barəbər Cavabdeh1 da cəlb edilməsini təsdiq edən halları göstərməmişdir. Məhkəmə belə olan halda qeyd edir ki, Cavabdeh1 cavabdeh qismində tanınması bildirsə də, bu faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, iş üzrə cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rdd edilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qənaətə gəlir ki, 2022-ci ilin may ayında iddiaçının elektron mallar satılan mağazasına gəlmişlər və ondan soyuducu almışlar. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdehlər pulu qaytarmaq niyyətində deyillər. Budan sonra iddiaçı Mingəçevir ŞPŞ-ə müraciət etmiş, cinayət işinin başlanması rədd olunmuşdur. Ancaq həmin vaxt cavabdehlər polis şöbəsində verdikləri izahatlarında da hadisəni olduğu kimi qəbul etmişlər. Həmçinin Cavabdeh2 tərəfindən sözügedən soyuducudan istifadə edilməsi də öz əksini tapmışdır. Hazırda cavabdehlər tərəfində sadəcə 200 manat ödəniş edilmişdir. Qalan 900 manat isə ödənilməmiş qalmışdır. Cavabdeh2 tərəfindən verilmiş izahat sübut edir ki, həqiqətən də iddiaçıdan soyuducu alınmışdır. Eyni zamanda cavabdehlərin borclu olması faktı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ilə də öz təsdiqini tapmışdır. Ancaq iddiaçı tərəf cavabdeh qismində Cavabdeh2 ilə barəbər Cavabdeh1 da cəlb edilməsini təsdiq edən halları göstərməmişdir. Məhkəmə belə olan halda qeyd edir ki, Cavabdeh1 cavabdeh qismində tanınması bildirsə də, bu faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı–satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı soyuducunu cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Həmçinin məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən edilərək, Cavabdeh2 İddiaçı Cavabdeh1 vasitəçiliyi ilə 1100 manat dəyərində soyuducunu alması və istifadə etməsi, həmin məbləğdən cəmi 200 manat qaytarması işin halları öz təsdiqini tapdığından iddiaçının Cavabdeh2 qarşı 900 manat pul tələbinə dair iddiası təmin edilməli, iddia cavabdeh qismində işə cəlb edilən Cavabdeh1 münasibətdə isə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385, 406.1, 427, 442.1, 448.2, 600.1 və 600.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2022-ci ilin may ayında İddiaçı məxsus olan elektron mallar satılan mağazadan soyuducu alınmışdır. Mülki iş üzrə Cavabdeh1 ona borclu olduğu pulun əvəzində İddiaçı mağazasından 1100 manatlıq soyuducunu alıb vermişdir. Razılaşmaya əsasən onun tərəfindən 200 manat soyuducu ilə bağlı pulu Cavabdeh1 verilmiş, qalan məbləği isə, yəni 900 manat Cavabdeh1 tərəfindən iddiaçıya ödəməli idi. Belə ki, Cavabdeh1 söz verməsinə baxmayaraq vədini yerinə yetirməmişdir. Məhkəmə verilmiş iddiaya baxarkən işi ətraflı obyektiv araşdırmadan Mülkü Məcəllənin 386 və 387-ci maddələrində göstərilmiş əsaslara istinad etmədən kobud surətdə həmin maddələri pozaraq qanuna zidd qətnamə çıxarmışdır. Belə ki, məhkəmə o faktı araşdırmamışdır ki, soyuducunun alınmasında birbaşa Cavabdeh1 iştirak etmişdir və soyuducunun pulunun ödənilməsi öhdəliyini Cavabdeh1 öz üzrərinə götürmüşdür. İddiaçı iddiasında qeyd etmişdir ki, ondan soyuducunu Cavabdeh1 almışdır. 200 manatı da Nurlan ona vermişdir. Bu da onu sübut edir ki, soyuducunun alınmasında o iştirak etməmişdir. Cavabdeh1 borcun əvəzinə ona soyuducu alaraq borcunu ödəmişdir. Lakin bu fakt məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Bununla da məhkəmə MPM-nin müvafiq maddələrini kobud surətdə pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 357, 362, 384, 385, 386, 387, 388, 389, 390 maddələrini rəhbər tutaraq Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2329/2022-ci il saylı qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)- 2329/2022-ci il saylı qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2329/2022ci il saylı qətnaməsinn dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquqa Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2329/2022-ci il saylı qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2329/2022-ci il saylı qətnaməsini apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə apelyasiya şikayətinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəcevir Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(051)-2329/2022 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 2022-ci ilin may ayında iddiaçının elektron mallar satılan mağazasına gəlmişlər və ondan soyuducu almışlar. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdehlər pulu qaytarmaq niyyətində deyillər. Budan sonra iddiaçı Mingəçevir ŞPŞ-ə müraciət etmiş, cinayət işinin başlanması rədd olunmuşdur. Ancaq həmin vaxt cavabdehlər polis şöbəsində verdikləri izahatlarında da hadisəni olduğu kimi qəbul etmişlər. Həmçinin Cavabdeh2 tərəfindən sözügedən soyuducudan istifadə edilməsi də öz əksini tapmışdır. Hazırda cavabdehlər tərəfində sadəcə 200 manat ödəniş edilmişdir. Qalan 900 manat isə ödənilməmiş qalmışdır. Cavabdeh2 tərəfindən verilmiş izahat sübut edir ki, həqiqətən də iddiaçıdan soyuducu alınmışdır. Eyni zamanda cavabdehlərin borclu olması faktı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ilə də öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, apellyatorun apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Hazırki mübahisə üzrə cavabdehə 1100 manat məbləğində soyuducunun verilməsi ilə bağlı tərəflər arasında ziddiyətin olmaması və Cavabdeh2 tərəfindən bunun etiraf edilməsi iddianın sözügedən hissəsi ilə bağlı mübahisənin olmamasına əsas verir. Ancaq iddiaçı tərəfindən cavabdeh qismində Cavabdeh1 cavabdeh qismində cəlb edilməsini təsdiq edən hallar işə əlavə edilməmişdir. Həmçinin Cavabdeh1 iddiaçı ilə müqavilə bağlamasını, məhsulu şəxsən özünə almasını və ondan istifadə etməsini təsdiq edən sübutlar işə əlavə edilməmişdir. Həmçinin hazırki mübahisədə Nurlan vasitəçi olmuşdur. Şikayətdə qeyd edilir ki, məhkəmə verilmiş iddiaya baxarkən işi ətraflı obyektiv araşdırmadan Mülkü Məcəllənin 386 və 387-ci maddələrində göstərilmiş əsaslara istinad etmədən kobud surətdə həmin maddələri pozaraq qanuna zidd qətnamə çıxarmışdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Beləliklə məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində qeyd edilən dəlillər ilə razılaşmır və hesab edir ki əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Mingəcevir Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(051)-2329/2022 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəcevir Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(051)-2329/2022 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-383/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-383/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver