Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-383/2024 04.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(051)-721/2023 salı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, onun azyaşlı uşağı ilə birlikdə Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Cavabdeh mülkiyyətində olan Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 qanuni nümayəndəsi İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2012-ci ildə Cavabdeh ilə faktiki münasibətə girmiş, birgə münasibətlərindən 04 oktyabr 2019-cu il tarixdə Dəniz adlı uşaqları doğulmuşdur. Bir müddət onlar Mingəçevir şəhərində kirayədə yaşamışdırlar. 2021-ci ilin avqust ayında isə Cavabdeh onları Mingəçevir şəhəri, N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzilinə gətirərək, həmin evi onlara aldığını, mənzilin Dəniz adlı uşağına məxsus olduğunu bildirərək, onların orada yaşamaqlarını demişdir. O da azyaşlı uşağı ilə birlikdə həmin mənzildə yaşamışdır. Bir müddət cavabdeh ilə mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və onlar ayrılmışdırlar. Lakin ayrıldıqdan sonra o, azyaşlı uşağı ilə birlikdə qeyd olunan mənzildə yaşamışdır. Məhkəmədən ona bildiriş gəlmişdir, həmin bildirişi oxuyanda ona məlum olmuşdur ki, cavabdeh onun və azyaşlı uşağının həmin mənzildən çıxarılmasını tələb etmişdir. Lakin onun və uşağının qeyd olunan mənzildən başqa yaşamağa yaşayış sahələri yoxdur. Hesab etmişdir ki, Dəniz adlı uşağı gələcəkdə atasının vərəsəsi olduğu və hazırda başqa yaşayış sahəsi olmadığı üçün onların Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları vardır. Çünki o, azyaşlı uşağı ilə birlikdə 2021-ci ildən mübahisəli mənzildə yaşamış və təsərrüfatı idarə etmişdir. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(051)-721/2023 saylı qətnaməsi ilə (hakim N.Paşayev) iddianın rədd edilməsi, İddiaçı Cavabdeh qarşı onun və xx.xx.2019-cu il tarixdə doğulmuş Dəniz adlı uşağının Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının rədd edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdeh qarşı Cavabdeh mülkiyyətində olan Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ilə Cavabdeh birgə münasibətlərindən 04 oktyabr 2019-cu il tarixdə Dəniz adlı uşaqları doğulmuşdur. xx.xx.2020–ci il tarixdə mübahisəli mənzil üzərində Cavabdeh tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Hazırda mübahisəli mənzil cavabdehin istifadəsindədir. Mənzilin mülkiyyətçisi ilə ilkin iddiaçı arasında hər hansı bir yazılı razılaşma olmamışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Cavabdeh mülkiyyətində olan Mingəçevir şəhəri, N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzildən çıxarılması” hissəsində dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(107)-308/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və onun Dəniz adlı azyaşlı uşağı mübahisəli mənzildə yaşasalar da, hazırda Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında yerləşən mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdeh tərəf iddianı qəbul etməmişdir. Bununla yanaşı, müstəqil tələb irəli sürən üçüncü şəxs də mübahisəli mənzildən istifadə hüququnun tanınmasını xahiş etmişdir. Cavabdeh tərəf üçüncü şəxsin də iddiasını qəbul etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında hazırkı iddianın predmeti olan mənzillə bağlı mübahisəyə tərəflərin iştirakı ilə məhkəmədə baxılmışdır. Belə ki, hazırkı iş üzrə iddiaçının mübahisəli mənzildən çıxarılması tələbinə dair cavabdehin iddiası üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsində, Şəki Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyalarında mahiyyəti üzrə baxılıb qiymət verilmişdir. Həmin iddia cavabdeh tərəfindən iddiaçıya qarşı mübahisəli mənzildən çıxarılma tələbi olsa da, hazırkı mülki iş üzrə müəyyən edilməli olan faktlar həmin iş üzrə tərəflərin iştirakı ilə artıq müəyyən edilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınmasını istisna etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranması əsaslarının mövcud olub-olmaması ilə bağlı işin mübahisə edilməyən halı kimi qəbul edilməli və təkrar müəyyən edilməməlidir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qüvvədə olan xx.xx.2023cü il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində imperativ qaydada müəyyən etmişdir ki, mübahisələndirilən mənzil iddiaçının (hazırkı iş üzrə cavabdehin) xüsusi mülkiyyətində olduğundan, qanunvericiliyin tələbinə görə cavabdeh (hazırkı iş üzrə iddiaçı) iddiaçının ailə üzvü hesab edilmədiyindən, cavabdehin Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququ tanına bilməz. Daha sonra Apellyasiya məhkəməsinin mülki kollegiyası öz qəti mövqeyini davam etdirərək göstərmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olması nə əvvəllər, nə də ki, hazırda yaranması üçün hər hansı əsas (ailə üzvü, digər qohum, notarial müqavilə) mövcud olmamışdır. Göründüyü kimi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun olmaması qənaətinə gəlmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınması tələbinə dair iddiası əsaslı deyildir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı sözügedən məhkəmə proseslərində iştirak etmiş və həmin halları bütün instansiya məhkəmələrində mübahisələndirmiş və müəyyən edilmişdir. X4 Məhkəməsinin Mülki Kollegiyasının qüvvədə olan xx.xx.2023-cü il tarixli qətnaməsi baxılan iş üzrə preyudisial əhəmiyyətə malik olduğundan, həmin fakların yenidən sübut edilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qüvvədə olan xx.xx.2023-cü il tarixli qətnaməsinə diqqət yetirərək belə qənaətə gəlmişdir ki, iddiaçının özünün saxlanmasını tələb etmək və mənzildən mülkiyyətçi ilə birlikdə istifadə etmək hüququ yoxdur. Odur ki, iddiaçının özünün və azyaşlı uşağının Cavabdeh məxsus olan Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2019-cu il tarixdə doğulmuş, Dəniz adlı azyaşlı uşağına münasibətdə də iddia tələbini əsassız hesab etmişdir. Birinci instansiya məhkəməsi həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdeh qarşı mənzildən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddiasına qiymət verərək hesab etmişdir ki, aşağıda göstərilən əsaslara görə üçüncü şəxsin iddia tələbi də əsassızdır. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, uşaq azyaşlı və daima ana qayğısına ehtiyacı olduğuna görə iddiaçının yanında qalmışdır. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə mübahisəli mənzildən çıxarılmış, həmçinin hazırkı iş üzrə istifadə hüququ tanınmamışdır. Belə olan halda azyaşlı uşağa münasibətdə mübahisəli mənzilin tərkib hissəsindən onun istifadə hüququnun tanınması ilə bağlı tələbin irəli sürülməsi işin həqiqi hallarına uyğun deyil, həmçinin formal xarakter daşıyır. Eləcə də mülki qanunvericilik azyaşlı uşağın yaşayış yerinin yanında yaşadığı valideynin yaşadığı yer olduğunu müəyyən etmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, azyaşlı X2 yaşayış yeri də iddiaçının yaşayış yeri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı onun və xx.xx.2019-cu il tarixdə doğulmuş Dəniz adlı uşağının Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdeh qarşı Cavabdeh mülkiyyətində olan Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 218.1, 82.3, 217.4, 77.1 və 14.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(051)-721/2023 saylı qətnaməsini əsassız və qanunsuz hesab etmişdir. O, 2012-ci ildə Cavabdeh ilə faktiki münasibətlərə girməklə ailə qurmuşlar. Onların birgə münasibətlərindən 4 oktyabr 2019-cu ildə Dəniz adlı uşağı doğulmuşdur. Bir müddət onlar Mingəçevir şəhərində kirayədə yaşamışlar. 2021-ci ilin avqust ayında isə Cavabdeh onları Mingəçevir şəhərinin N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzilinə gətirərək, həmin mənzili onlara aldığını, mənzilin Dəniz adlı uşağına məxsus olduğunu bildirirək, onları orada yaşamağını demişdir. O da azyaşlı uşağı ilə birlikdə həmin mənzildə yaşamışdırlar. Bir müddət cavabdeh ilə mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmişdir və onlar ayrılmışdırlar. Lakin ayrıldıqdan sonra o, azyaşlı uşağı ilə birlikdə qeyd olunan mənzildə yaşamışdır. Bu yaxınlarda azyaşlı Dəniz adlı uşağı ilə birlikdə mübahisəli mənzildən çıxarılmışdırlar. Lakin onun və uşağının qeyd olunan mənzildən başqa yaşamağa yeri yoxdur. Onlar hazırki vəziyyətdə Mingəçevir şəhərində kirayə yaşayır. Hesab etmişdir ki, Dəniz adlı uşağı gələcəkdə atasının vərəsəsi olduğu və hazırda başqa yaşamağa yeri olmadığı üçün onların Mingəçevir şəhərinin N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzildən istifadə hüququ vardır. Eyni zamanda da Dəniz adlı uşağı cavabdeh olan atasından özünü mənzil sahəsi ilə təmin etmək, mülkiyyətçi olan atasından ailə üzvü kimi həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdir. Lakin işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halları nəzərə almamış, əsassız olaraq həm iddia tələbini, həm də müstəqil tələb irəli sürən 3-cü şəxsin iddia tələbini rədd etmişdir. Hesab etmişdir ki, Dəniz adlı övladı Cavabdeh qızı olduğu üçün qızının və onun qeyd olunan mənzildən istifadə hüququ vardır. Mingəçevir Şəhər Məhkəməsi işə baxarkən Cavabdeh ilə onun birgə münasibətlərindən 04 oktyabr 2019-cu ildə Dəniz adlı uşağını dünyaya gəldiyini, eyni zamanda da Dəniz adlı uşağının cavabdeh olan atasından özünü mənzil sahəsi ilə təmin etmək, mülkiyyətçi olan atasından ailə üzvü kimi həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olduğunu araşdırmamışdır. Bununla da Mingəçevir Şəhər Məhkəməsi iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Mingəçevir Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(051)- 721/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, həm onun iddia tələbinin təmin olunmasını, həm də müstəqil tələb irəli sürən 3-cü şəxs X2 iddia tələbinin təmin olunması haqqında yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(051)-721/2023 saylı qətnaməsinin ləğv edilməsini və həm onun iddia tələbinin təmin olunmasını, həm də müstəqil tələb irəli sürən 3-cü şəxs X2 iddia tələbinin təmin olunması haqqında yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 2(051)-721/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı vəkili Vəkil məhkəmə iclasına gəlməmişdir. İddiaçı vəkili Vəkil məhkəməyə ərizə göndərərək məhkəmə iclasına gələ bilməyəcəyini və məhkəmə iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. (Ailə Məcəlləsinin 15ci fəsli isə ailənin başqa üzvlərinin aliment öhdəlikləri ilə bağlı məsələləri tənzimləyir.) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 04 aprel 1996-cı il tarixli Azərbaycan Respublikası Qanunu; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 04 aprel 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində qeyd olunur ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin- müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(051)-721/2023 saylı qətnaməsini tamamilə ləğv edilməsini, həm onun iddia tələbinin təmin olunmasını, həm də müstəqil tələb irəli sürən 3-cü şəxs X2 iddia tələbinin təmin olunması haqqında yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 2(051)-721/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(051)-721/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə iddiaçının və 3-cü şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır və bunu aşağıdakılarla əsaslandırır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh birgə münasibətlərindən 4 oktyabr 2019-cu il tarixdə Dəniz adlı uşaqları doğulmuşdur. xx.xx.2020-ci il tarixdə mübahisəli mənzil üzərində Cavabdeh tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Hazırda mübahisəli mənzil cavabdehin istifadəsindədir. Mənzilin mülkiyyətçisi ilə ilkin iddiaçı arasında hər hansı bir yazılı razılaşma olmamışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhəri, N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzildən çıxarılması” hissəsində dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(107)-308/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunan normaların tələblərindən göründüyü kimi, hazırkı iş üzrə iddiaçının mübahisəli mənzildən çıxarılması tələbinə dair cavabdehin iddiası üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsində, Şəki Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyalarında mahiyyəti üzrə baxılıb qiymət verilmişdir. Həmin iddia cavabdeh tərəfindən iddiaçıya qarşı mübahisəli mənzildən çıxarılma tələbi olsa da, hazırkı mülki iş üzrə müəyyən edilməli olan faktlar həmin iş üzrə tərəfləri iştirakı ilə artıq müəyyən edilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınmasını istisna etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranması əsaslarının mövcud olub-olmaması ilə bağlı işin mübahisə edilməyən halı kimi qəbul edilməli və təkrar müəyyən edilməməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qüvvədə olan xx.xx.2023-cü il tarixli qətnaməsində müəyyən etmişdir ki, mübahisələndirilən mənzil iddiaçının (hazırkı iş üzrə cavabdehin) xüsusi mülkiyyətində olduğundan, qanunvericiliyin tələbinə görə cavabdeh (hazırkı iş üzrə iddiaçı) iddiaçının ailə üzvü hesab edilmədiyindən, cavabdehin Mingəçevir şəhəri, Nizami ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququ tanına bilməz. Daha sonra qətnamədə qeyd edilmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olması nə əvvəllər, nə də ki, hazırda yaranması üçün hər hansı əsas (ailə üzvü, digər qohum, notarial müqavilə) mövcud olmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsi hesab etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qüvvədə olan xx.xx.2023-cü il tarixli qətnaməsi baxılan iş üzrə preyudisial əhəmiyyətə malik olduğundan, həmin fakların yenidən sübut edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qüvvədə olan xx.xx.2023-cü il tarixli qətnaməsinə diqqət yetirərək belə qənaətə gəlir ki, iddiaçının özünün saxlanmasını tələb etmək və mənzildən mülkiyyətçi ilə birlikdə istifadə etmək hüququ yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilir ki, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Göründüyü kimi, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun olmaması qənaətinə gəlmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınması tələbinə dair iddiası əsaslı deyildir. Məhkəmə kollegiyası Dəniz adlı uşağın cavabdeh olan atasından özünü mənzil sahəsi ilə təmin etmək, mülkiyyətçi olan atasından ailə üzvü kimi həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olması barədə dəlilini əsassız sayır. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 04 aprel 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində qeyd olunur ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Ona görə də kollegiya hesab edir ki, müstəqil tələb irəli sürən 3-cü şəxs 4 oktyabr 2019-cu il təvəllüdlü Dəniz adlı uşaq anasının himayəsində olmaqla onunla birlikdə yaşadığından onun mübahisəli mənzilə istifadə hüquqnun tanınması yolverilməzdir. Beləliklə, məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(051)-721/2023 saylı qətnaməsi İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(051)-721/2023 saylı qətnaməsi İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-383/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-383/2024
04.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver