Məhkəmə qərarları › İş №2(107)-385/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-385/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-385/2021 04.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(039)-14/2020 saylı qərardadından X4 Kredit Təşkilati (BOKT) "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı BOKT "X3" MMC cavabdeh Mətanət İbrahimovaya və Adilə Abdullayevaya qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə BOKT “X3” MMC-nin arasında bağlanmış LD/********** saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xitam verilməklə, borclular Cavabdehndan və X1 əsas kredit üzrə 132 ABŞ dolları, kredit faizləri üzrə 7 ABŞ dolları,cərimə faizləri üzrə 13 ABŞ dollarıolmaqla, ümumi 152 ABŞ dollarıkredit borcu o cümlədən ödənilmiş 20 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh münasibətdə sonuncu öldüyünə görə iş üzrə icraata xitam verilmişdir. X4 Kredit Təşkilati (BOKT) "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) həmin qərardaddan şikayət verərək icraatın təzələnərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(039)-14/2020 saylı qərаrdаdı ilə verilmiş şikayət təmin edilməmiş, şikаyətin mülki işlə birlikdə bаxılmаsı üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və hansı səbəbdən iştirak etməmələri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(039)-14/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından məlum olur ki, cavabdehlərdən biri olan Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixdə vəfat etmişdir. Həmçinin onun adına vərəsəlik işi açılmamışdır. Lakin iddiaçı xx xxxxxx 2017-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Cavabdeh da cavabdeh kimi göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə icraata xitam verilir. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Odur ki, kollegiya şikayətin dəlillərinin formal müahizələrlə əsaslandırılması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün kifayətedici əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(039)-14/2020 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(039)-14/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X4 Kredit Təşkilati (BOKT) "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(039)-14/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar