Məhkəmə qərarları › İş №2(107)-39/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-39/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-39/2024 30.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ xxxxnın Cavabdeh qarşı xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit borcu, ekspertiza tədqiqatı) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı xxxxnın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı xxxxnın Cavabdeh qarşı xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(037)-10/2023 nömrəli qətnaməsindən iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1.İddiaçı xxxx iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 589.86 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə, xx.xx.2019cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 19% dərəcəsi ilə hesablanmış 2688.83 manat məbləğində zərər (əldən çıxmış fayda), xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 3130.06 manat məbləğində penya, cəmi 6408.74 (altı min dörd yüz səkkiz manat, yetmiş dörd qəpik) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 84.09 (səksən dörd manat, doqquz qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçı xxxxnın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borc alana 48 ay müddətinə,kreditdən istifadəyə görə illik 19% ödənilməsi şərti ilə, 30000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədi ilə ASC “Xalq” Bankı ilə Cavabdeh arasında sonuncuya məxsus İsmayıllı şəhəri, M.Əsədov küçəsində yerləşən 0.06 hektar torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, 143,32 kv.metr ümumi, 71,6 kv.metr yaşayış, 71.5 kv.metr köməkçi sahəsi olan 32 saylı fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2013-cü il tarixli **********96613/1 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsinə görə iddiaçı kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə İsmayıllı rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2017-ci il tarixli 2(037)-364/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş,xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit və həmin tarixli **********96613/1 nömrəli ipoteka müqaviləsi üzrə 8045.26 manat əsas borc, 394.69 manat adi faiz borcu, 20 manat cərimə, iddianın qaldırılması üçün ödənilmiş 29 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 14 manat xidmət haqqı olmaqla, cəmi 8532.95 manat məbləğinin Cavabdeh alınaraq ASC “Xalq” Bankına ödənilməsi,8532.95 manat məbləğinin tutulmasının ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, M.Əsədov küçəsində yerləşən 0.06 hektar torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, 143.32 kv.metr ümumi, 71.6 kv.metr yaşayış, 71.5 kv.metr köməkçi sahəsi olan 32 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə hərracda ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri Günel Əliyeva, Ülvi Əliyev və Jalə Əliyevanın tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların həmin evdən məcburi qaydada çıxarılmaları qət edilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 2349/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-364/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2018-ci il tarixli 2(102)-2214/2018 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2349/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qəbul edildikdən sonra Cavabdeh tərəfindən ümumilikdə 8474.64 manat məbləğində ödəniş həyata keçirilmiş və qeyd edilən ödənişlər hesabına qətnamə üzrə Bankın xeyrinə tutulması qət edilmiş borc məbləği tam şəkildə ödənilmişdir. Buna baxmayaraq cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında borcu qalmışdır. Belə ki, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinədək hesablanmış və ödənilməmiş 589.86 manat məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan peniya ödəməlidir ki, əsas borcun tam şəkildə qaytarıldığı xx.xx.2021-ci il tarixinə bu məbləğ 3130.06 manat təşkil edir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə “İpoteka haqqında Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun” 47.5-ci maddəsinə əsasən iddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədi ilə iddiaçı tərəfindən cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər hər hansı əməli addım atılmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş arayışdan göründüyü kimi, AR Mərkəzi Bankının “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin xx.xx.2019-cu il tarixə illik faiz dərəcəsi 24% təşkil edir. Beləliklə yuxarıda göstərilənlərə əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər əldən çıxmış faydanın illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən əsas borcun tam ödənildiyi xx.xx.2021-ci il tarixə kimi isə 19% ilə hesablanmalı olduğunun qənaətindədir və müvafiq hesablama aparıldıqdan sonra qeyd olunan dövrlər üzrə bu məbləğ 2688.83 manat təşkil edir. Odur ki, məhkəmədən xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 589.86 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 19% dərəcəsi ilə hesablanmış 2688.83 manat məbləğində zərər (əldən çıxmış fayda), xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 3130.06 manat məbləğində penya, cəmi 6408.74 (altı min dörd yüz səkkiz manat, yetmiş dörd qəpik) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 84.09 (səksən dörd manat,doqquz qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC “Xalq” Bankının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə etmiş, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, onunla ASC “Xalq” Bankı arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 48 ay müddətinə,illik 19% ödənilməsi şərti ilə, 30000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmək məqsədi ilə onunla ASC “Xalq” Bankı arasında xx.xx.2013-cü il tarixli **********96613/1 nömrəli ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona məxsus İsmayıllı şəhəri, M.Əsədov küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.Kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etmədiyindən bank kredit müqaviləsi üzrə tələbin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia tələbi ilə İsmayıllı rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2017-ci il tarixli 2(037)-364/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit və həmin tarixli **********96613/1 nömrəli ipoteka müqaviləsi üzrə 8045.26 manat əsas borc,394.69 manat adi faiz borcu,20 manat cərimə,iddianın qaldırılması üçün ödənilmiş 29 manat dövlət rüsumu,ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 14 manat xidmət haqqı olmaqla, cəmi 8532.95 manat məbləğinin ondan alınaraq ASC “Xalq” Bankına ödənilməsi, 8532.95 manat məbləğinin tutulmasının ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, M.Əsədov küçəsində 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 hektar torpaq sahəsi ilə birlikdə hərracda ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda onun və onunla birlikdə yaşayan ailə üzvlərinin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların həmin evdən məcburi çıxarılmaları qət edilmişdir.O,həmin qətnamədən apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2349/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)- 364/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2349/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş,Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2018ci il tarixli 2(102)-2214/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2349/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Onunla ASC “Xalq” Bankı arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi restruktruzasiya olunmuş kreditlər siyahısına daxil olunsa da, ASC “Xalq” Bankı onun kredit borcunu restruktruzasiya etməmişdir. O, bununla bağlı bir neçə dəfə Mərkəzi Banka rəsmi müraciət etmişdir. Onun kredit borcunun restruktruzasiya olunması ilə bağlı Mərkəzi Bankla ASC “Xalq” Bankı arasında yazışmalar olmuş və Mərkəzi Bank ASC “Xalq” Bankına onun kredit borcunun restruktruzasiya olunmasını təklif etsə də, ASC “Xalq” Bankı onun kredit borcunu restruktruzasiya etməmişdir. Kredit borcu bank tərəfindən restruktruzasiya olunmadığından məcbur qalaraq İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-364/2017 saylı qətnaməsi üzrə banka olan borcunu tam ödəyərək fərdi yaşayış evini ipoteka ilə yüklülükdən azad etmişdir. Buna baxmayaraq ASC “Xalq” Bankı yenidən ona qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Onun hazırda xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi üzrə ASC “Xalq” Bankına borcu qalmamışdır. Ona görə də iddia tələbini əsassız hesab etmiş və rədd edilməsini xahiş etmişdir.

5. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(037)-10/2023 nömrəli qətnaməsi ilə iddiaçı xxxxnın Cavabdeh qarşı xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulmasına dair iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun məbləğinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı bankla cavabdeh arasında xx.xx.2013-cü il tarixdə predmeti pul məbləği olan kredit müqaviləsi adlanan borc müqaviləsi bağlanmış, iddiaçı 30000 manat məbləğində pulu cavabdehə verməyi, cavabdeh isə xx.xx.2013-xx.xx.2022- ci illər ərzində kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür. Öhdəliyinin icrasının təminatı kimi iddiaçı ilə cavabdeh arasında həmin tarixdə ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün iddiaçı bank məhkəməyə müraciət etmişdir. İddaçı bankın iddiası üzrə əsas məbləğ üzrə borc, faiz məbləği üzrə borc və dəbbə pulu iddia tələbinə uyğun olaraq qismən təmin edilmiş və həmin tələbin ipoteka predmetinə yönəlməsinə dair qətnamə çıxarılmışdır. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2349/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-364/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 2349/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2018-ci il tarixli 2(102)-2214/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2349/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qətnamə üzrə banka olan borcunu tam ödəyərək ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini yüklülükdən azad etmişdir. Məhkəmə qətnaməsi üzrə iddiaçının tələbi cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir.

7. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənilməsinə, həmçinin ipoteka predmeti olan əmlakın yüklülükdən azad edilməsinə, həmçinin cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etməsinə baxmayaraq, iddiaçı bank xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 589.86 manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 19% dərəcəsi ilə hesablanmış 2688.83 manat məbləğində zərər (əldən çıxmış fayda) və xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə 3130.06 manat məbləğində penya hesablamışdır

8. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq qeyd etmişdir ki, qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənilməsinə, ipoteka predmeti olan əmlakın yüklülükdən azad edilməsinə, həmçinin cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etdikdən sonra, iddiaçı bank tərəfindən xx.xx.2017-ci il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 589.86 manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 19% dərəcəsi ilə hesablanmış 2688.83 manat məbləğində zərər (əldən çıxmış fayda) və xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə 3130.06 manat məbləğində penya hesablaması, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri ilə aşkar surətdə ziddiyyət təşkil edir

9. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənildiyi andan, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan halda iddiaçı bankla cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmışdır

10. Həmçinin məhkəmə bildirmişdir ki, tələbin ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsinə dair məhkəmə qətnaməsi tam şəkildə icra olunmuş,yəni cavabdeh qətnamə üzrə iddiaçıya olan borcunu tam şəkildə ödəyərək ipoteka predmeti olan əmlakını yüklülükdən azad etmişdir. Bununla da cavabdeh tərəf kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmişdir. Ona görə də tərəflər arasında mövcud olmuş müqavilə münasibətlərinə xitam verilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi üzrə öhdəlik tam icra olunduqdan sonra, iddiaçı bankın yenidən xitam olunmuş müqaviləyə istinad edərək cavabdehdən faiz borcu, əldən çıxmış fayda və dəbbə pulu tələb etməsi, açıq-aşkar hüquqdan sui-istifadədir. Eləcə də digər tərəfi aşkar surətdə əlverişsiz vəziyyətə saldığı üçün etimad və vicdanlılıq prinsiplərinə ziddir. Çünki cavabdeh tərəf kreditin təminatı olaraq fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Kredit borcunu ödəmədiyi üçün tələb məhkəmə qətnaməsi ilə ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilmiş, cavabdeh məhkəmə qətnaməsini mübahisələndirsə də qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra borc cavabdeh tərəfindən iddiaçıya tam ödənilmişdir. Bu da onu deməyə əsas verir ki, qətnamə üzrə borcun ödənilməsinin gecikməsi nəticəsində iddiaçı bankın zərərə məruz qalması cavabdehdən asılı olmayan hallardan irəli gəlmişdir. Yəni cavabdeh qanunla nəzərdə tutulmuş hüququndan istifadə edərək məhkəmə qətnaməsindən apelyasiya və kassasiya şikayətləri vermiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra isə borcunu tam ödəyərək ipoteka predmeti olan əmlakını yüklülükdən azad etmişdir.

12. Ona görə də məhkəmə tədqiq edilmiş sübutlardan irəli gələn həqiqi hallara əsasən belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməli və hazırkı iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 560.1, 560.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən narazı qalan iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank tərəfindən apellyаsiyа şikаyəti vermişdir.

15. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən bildirmişdir ki, “qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənildiyi andan, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan halda iddiaçı bankla cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmışdır.”

16. Hesab etmişdir ki, məhkəmənin “qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənildiyi andan, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılması” ilə bağlı mövqeyi əsassızdır.

17. Belə ki, işə məhkəmə iclasında baxılarkən məhkəmənin nəzərinə çatdırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsininxx.xx.2017-ci il tarixli 2(037)-364/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş, ipoteka predmetinin dəyərindən tutulmalı olan Kredit müqaviləsi üzrə 8045.26 manat məbləğində əsas borcdan, 394.69 manat məbləğində adi faizlər üzrə borcdan, 20 məbləğində penyadan ibarət olan cəmi 8459.95 manat məbləğində borcun ödənilməsi, Cavabdeh tərəfindən Kredit müqaviləsiüzrə öhdəliklərin tam şəkildə yerinə yetirilməsi mənasına gəlmir. Qeyd edilən mülki iş üzrə Bank tərəfindən tələb edilən borc məbləği xx.xx.2017-ci il tarixinədək (həmin mülki iş üzrə iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək) hesablanmış borc məbləğindən ibarət olmuşdur.

18. Bankın hazırkı tələbi isə həmin tarixdən kreditləşmə müddətinin bitdiyi xx.xx.2017ci il tarixinədək hesablanmış adi faiz borcunun, kreditləşmə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixindən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2021-ci il tarixinədək hesablanmış əldən çıxmış faydanın və penyanın Cavabdeh tutulması ilə bağlıdır.

19. Konstitusiya məhkəməsi hüquqi mövqeyini ifadə edərək, göstərmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”.

20. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarına, habelə Kredit müqaviləsinin 1.1-ci, 2.4-cü, 5.1-ci və 6.2-ci bəndlərinə əsasən, Bank xx.xx.2017-ci il tarixədək hesablanmış 589.86 manat məbləğində adi faiz borcunu, kreditləşmə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixindən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2021-ci il tarixinədək hesablanmış 2688.83 manat məbləğində əldən çıxmış faydanı və 3130.06 manat məbləğində penyanı tələb etməkdə haqlı olmuşdur.

21. Lakin, Məhkəmə Bankın iddiasını rədd etməklə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan məhkəmələr üçün məcburi sayılan hüquqi mövqeyinin tələbini pozmuşdur.

22. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə «Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur».

23. Qeyd olunanlardan da göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı məhkəmə qərarının çıxarılması tərəflər arasındakı müqavilə münasibətlərinə xitam vermir. Buna da uyğun olaraq İddiaçının kredit müqaviləsi öhdəliklərinin tam şəkildə icra edildiyi vaxtadək əsas borc məbləğinə kredit müqaviləsinə uyğun olaraq faiz hesablamaq hüququ var.

24. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cüil tarixli e-2(037)-10/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 42,05 (qırx ikimanat 05 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(037)-10/2023 saylı qətnaməsinin ləğv edilərək, iddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair iddiasının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında cavabdehdən tələb edilən 589.86 manat məbləğində illik 19 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun iddiaçı bankın kredit borcunun ödənilməsi məqsədi ilə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair əvvəlki iddia ərizəsisının birinci instansiya məhkəməsinə təqdim edilməsindən sonra hesablanan faiz məbləği olduğunu göstərmişdir.

27. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7 ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

29. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

31. “X3rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Apellyasiya baxışının hədləri

32. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

35. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

36. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

37. İddiaçı ASC “Xalq” Bankı qətnamənin tam ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, e- 2(037)-10/2023 nömrəli qətnaməsi ləğv ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

40. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı ASC “Xalq” Bankı tərəfindən Cavabdeh illik 19 faiz dərəcəsi ilə 48 ay müddətində əsas borc və faizlərin hissə-hissə qaytarılması şərti ilə 30000 manat kredit verilmişdir. Öhdəliyinin icrasının təminatı kimi iddiaçı ilə cavabdeh arasında həmin tarixdə ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün iddiaçı bank məhkəməyə müraciət etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(037)-2017 saylı qətnaməsinə əsasən iddiaçı ASC “Xalq” Bankının iddiası qismən təmin edilmiş, xx.xx.2013-cü il tarixli kredit və ipoteka müqavilələri üzrə 8045,26 manat əsas borcun, 394,69 manat faiz borcunun, 20 manat cərimənin, 29 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı və sənədlərin notarial qaydada təsdiq edilməsinə görə ödənilmiş 14 manat olmaqla, cəmi 8532,95 manat məbləğin Cavabdeh alınaraq ASC “Xalq” Bankına ödənilməsi, 8532,95 manat məbləğin ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus fərdi yaşayış evinə 0,06 ha həyətyanı torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin 0,06 ha həyətyanı torpaq sahəsi ilə birlikdə hərracda ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların həmin evdən məcburi qaydada çıxarılmaları qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2349/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-364/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2349/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2018-ci il tarixli 2(102)-2214/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2349/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 01 oktyabr 2021-ci il tarixdə qətnamə üzrə banka olan borcunu tam ödəyərək ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini yüklülükdən azad etmişdir. Məhkəmə qətnaməsi üzrə iddiaçının tələbi cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. 01 oktyabr 2021-ci il tarixdə qətnamə üzrə banka olan borcun tam ödənilməsinə baxmayaraq, xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış 589.86 manat məbləğində adi faiz borcunun, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 19% dərəcəsi ilə hesablanmış 2688.83 manat məbləğində zərərin (əldən çıxmış faydanın), xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 3130.06 manat məbləğində penyanın ödənilmədiyini göstərən iddiaçı bank həmin məbləğlərin də cavabdehdən bankın xeyrinə tutulmasını xahiş etmişdir.

41. Birinci instansiya məhkəməsi iddanı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənilməsi, ipoteka predmeti olan əmlakın yüklülükdən azad edilməsi, həmçinin cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etdikdən sonra, iddiaçı bank tərəfindən faiz və penyanın hesablaması, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri ilə aşkar surətdə ziddiyyət təşkil edir. Qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənildiyi andan, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılır və həmin hallar da tərəflər arasında mövcud olan müqavilə öhdəliklərinin xitamına səbəb olmuşdur. Belə olan halda iddiaçı bankla cavabdeh arasında öhdəlik hüquq münasibətləri başa çatmışdır. Tələbin ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsinə dair məhkəmə qətnaməsi tam şəkildə icra olunmuş, yəni cavabdeh qətnamə üzrə iddiaçıya olan borcunu tam şəkildə ödəyərək ipoteka predmeti olan əmlakını yüklülükdən azad etmişdir. Bununla da cavabdeh tərəf kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmişdir. Ona görə də tərəflər arasında mövcud olmuş müqavilə münasibətlərinə xitam verilmişdir.

42. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddianı tam rədd etməkdə haqlı olmamış, eyni zamanda maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və tərəflər arasındakı münasibətlərin xarakterini maddi hüquq normalarının tələbləri baxımından düzgün müəyyənləşdirə bilməmişdir.

43. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir;

44. Mülki iş materiallarında olan iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış 23 may 2013-cü il tarixli **********96613 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 48 ay müddətinə illik faiz dərəcəsi 19 faiz olmaqla 30000 manat məbləğində kredit verilmişdir.

45. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(037)-2017 saylı qətnaməsindən görünür ki, iddiaçı ASC “Xalq” Bankının iddiası qismən təmin edilmiş, xx.xx.2013-cü il tarixli kredit və ipoteka müqavilələri üzrə 8045,26 manat əsas borcun, 394,69 manat faiz borcunun, 20 manat cərimənin, 29 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı və sənədlərin notarial qaydada təsdiq edilməsinə görə ödənilmiş 14 manat olmaqla, cəmi 8532,95 manat məbləğin Cavabdeh alınaraq ASC “Xalq” Bankına ödənilməsi, 8532,95 manat məbləğin tutulmasının ipoteka ilə yüklü edilmiş, Azərbaycan Respublikası DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışa uyğun olaraq İsmayıllı şəhəri M.Əsədov küçəsində mülkiyyətdə olan 0,06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən mülkiyyət hüququ ilə Cavabdeh məxsus daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində, **********99-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2006-cı ildə qeydə alınmış 143.1 kv.metr ümumi sahəsi, 71.6 kv.metr yaşayış sahəsi və 71.5 kv.metr yardımçı sahəsi olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə 0,06 ha həyətyanı torpaq sahəsi ilə birlikdə açıq hərracda satılmaqla yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin 0,06 ha həyətyanı torpaq sahəsi ilə birlikdə hərracda ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların həmin evdən məcburi qaydada çıxarılmaları, ödənilmiş dövlət rüsumunun 01 manatının iddiaçı ASC “Xalq” Bankına aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bankın xx.xx.2017-ci il tarixədək hesablanmış 589.86 manat məbləğində adi faiz borcunu tələb etməkdə haqlı olmasına dair dəlilini əsaslı hesab etmir və iddianın xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 589.86 manat məbləğində adi faizlər üzrə borc məbləğinin Cavabdeh tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin həmin hissəsi əsassızdır.

47. Belə ki, işdə olan İsmayıllı Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(037)-2017 saylı qətnaməsindən görünür ki, iddiaçı ASC “Xalq” Bankı tərəfindən kredit götürən və ipoteka qoyan qismində çıxış edən Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsinə dair 30 sentyabr 2016-cı il tarixli, 468 saylı bildiriş göndərilmiş, kredit müqaviləsi üzrə borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə ipoteka predmetinin 30 gün müddətində satılması tələb edilmiş, əks təqdirdə iddiaçının məhkəməyə müraciət etmək və ipoteka qoyulmuş əmlakı açıq hərracda satmaq hüququndan istifadə edəcəyi barədə ipoteka qoyan Cavabdeh xəbərdarlıq edilmişdir.

48. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı bankın nümayəndəsi cavabdehdən tələb edilən 589.86 manat məbləğində illik 19 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun iddiaçı bankın kredit borcunun ödənilməsi məqsədi ilə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair əvvəlki iddia ərizəsisının birinci instansiya məhkəməsinə təqdim edilməsindən sonra hesablanan faiz məbləği olduğunu göstərmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir.

50. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir.

51. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.

52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bankın kreditləşmə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixindən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2021-ci il tarixinədək hesablanmış 3130.06 manat məbləğində penyanı tələb etməkdə haqlı olmasına dair dəlilini əsaslı hesab etmir və iddianın xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 3130.06 manat məbləğində penyanın tutulması hissəsinə də münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı deyildir.

53. Belə ki, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən kreditora ödənilməli olan pul məbləğidir ki, bəlli olduğu kimi müqavilənin qüvvədə olduğu müddətdə dəbbə pulu hesablana bilər.

54. Müəyyən edildiyi kimi, tərəflər arasında bağlanmış 23 may 2013-cü il tarixli **********96613 saylı kredit müqaviləsinin müddəti 23 may 2017-ci il tarixdə bitmişdir. İddiaçı müqavilə müddətinin bitməsindən sonra ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 3130.06 manat təşkil edən cərimə faizlərini tələb edir ki, bunda da haqlı deyildir.

55. Belə ki, yuxarıda şərh olundu kimi, dəbbə pulu müqavilə müddətində hesablanmalı olan pul məbləğidir və müqavilə müddəti artıq bitmişdir. Bundan başqa iddiaçı müqavilə müddətinə hesabladığı dəbbə pulunu tələb etmiş və İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ilə 20 manat cərimə borcunun cavabdehdən tutulmasını qət etmişdir.

56. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçının müqavilə müddəti bitdikdən sonra müqaviləyə əsasən cavabdehdən cərimə tələb etmək hüququ yoxdur.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin “qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənildiyi andan, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılması” ilə bağlı mövqeyinin əsassız olmasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnamə üzrə borcun cavabdeh tərəfindən iddiaçıya tam ödənildiyi andan, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmiş sayılmasına dair mövqeyi əsassızdır.

58. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

59. İddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış 23 may 2013-cü il tarixli **********96613 saylı kredit müqaviləsinin 5.2-ci bəndində göstərilmişdir ki, Bu Müqaviləyə borc alan tərəfindən əsas borc, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam icra olunduğu tarixdən xitam verilir.

60. Bu baxımdan apellyasiya şikayətinin kreditləşmə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixindən əsas borcun tam olaraq ödənildiyi xx.xx.2021-ci il tarixinədək hesablanmış 2688.83 manat məbləğində əldən çıxmış faydanı tələb etməkdə haqlı olmasına dair dəlili ilə qismən razılaşan məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh edilən normaların tələblərindən göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinin tələblərini, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini diqqətə almayaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarını səhv təhsir edərək cavabdehin banka heç bir borcunun olmaması nəticəsinə gəlmişdir.

61. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.

62. Həmin Qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu həmçinin bu nəticəyə gəlmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

63. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.

64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe bundan ibarət olmuşdur ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz.

65. Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi İsmayıllı Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(037)-2017 saylı qətnaməsində tutulması qət edilmiş 23 may 2013-cü il tarixli **********96613 saylı kredit müqaviləsi üzrə borc məbləğləri ipoteka predmetinin boşaldılması və satışınadək, yəni 01 oktyabr 2021-ci il tarixdə Cavabdeh tərəfindən iddiaçı bankın hesabına ödənilmişdir. İddiaçı bankın hazırkı iddia ərizəsində tələb etdiyi məbləğlər isə cavabdeh tərəfindən borc məbləğinin ödənişindən sonrakı, yəni tələbi icra etdiyi vaxtdan sonrakı deyil, tələbin icra edildiyi dövrədək olan müddəti əhatə edir.

66. Kollegiya həmçinin qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun “İpoteka predmetinə tutmanın yönəldilməsi və ona xitam verilməsi” adlanan V fəslinin müddəalarından aydın olur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi prosesi ipoteka saxlayan tərəfindən ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilməsi (həmin Qanunun 36-cı maddəsi) ilə başlayır və məntiqi ardıcıllıqla davam edərək ipoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi ilə, o cümlədən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə yönəldilməklə (həmin Qanunun 47-ci maddəsi) başa çatır.

67. Bu baxımdan, borcverən bankla borcalan şəxs arasında mövcud olmuş kredit münasibətləri üzrə yaranmış əvvəlki məhkəmə mübahisəsinə qanuni qüvvəyə minmiş qətnamə ilə son qoyulsa da, əvvəlki mübahisə üzrə iddiaçının əsas borc, faiz borcu, cərimə borcu tam və ya qismən təmin olunsa da və borclu tərəfindən borc məbləği tələbin ipoteka predmetinin satışınadək ödənilsə də, borcverən bank ipoteka predmeti icra qaydasında satılanadək, yəni məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş borcun ödənildiyi dövrədək əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəni ən azından, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini MM-in 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq, tələb etməkdə haqlıdır.

68. Bu baxımdan iddia tələbinin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər illik 19% dərəcəsi ilə hesablanmış zərər (əldən çıxmış fayda) hissəsində iddia tələbi ilə qismən razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kredit müqaviləsinin müddəti bitəndən sonrakı dövr üçün əldən çıxmış faydanın tutulması barədə tələbini əsaslandıran halları, yəni məhz cavabdeh tərəfindən vaxtında qaytarılmamış kredit vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyan vurulduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

69. Bu baxımdan iddiaçı həmin dövr üçün də cavabdehdən məhz illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləği tələb etməkdə haqlıdır.

70. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarındakı mövqeyi səhv təfsir etməklə yanlış mövqedən çıxış etmişdir.

71. Bundan başqa mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası, xx.xx.2023-cü il tarixli qərardadı ilə isə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və rəylərin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

72. İş materiallarında olan təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair xx.xx.2023-cü il tarixli qərardadın icrası üzrə verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 dekabr 2023-cü il tarixli 9/6181 nömrəli ekspert rəyində göstərilmişdir ki; 23 may 2017-ci il tarixdən 30 iyun 2019-cu il tarixədək ödənilməmiş əsas kredit borcu məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləğ 684,76 AZN təşkil edir. 30 iyun 2019-cu il tarixədən 01 oktyabr 2021-ci il tarixədək ödənilməmiş əsas kredit borcu məbləğinə illik 19% dərəcəsi ilə hesablanmış (əldən çıxmış fayda) məbləğ 1.988,62 AZN təşkil edir. Qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. 23 may 2017-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək ödənilməmiş əsas kredit borcu məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış məbləğ 1.208,09 AZN təşkil edir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə ödənilən 428,64 manat məbləğində pulun bank tərəfindən 408,64 AZN-i faiz borcuna, 20,00 AZN-i isə cəriməyə silinməsi müəyyən edilir.

73. Kollegiya qeyd edir ki, məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2023-cü il tarixli 9/6181 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçı tərəfindən ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim etməmişdir.

74. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçı bank qarşısında 23 may 2017-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək banka ödəməli olduğu illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləğin müəyyən edilməsində Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2023-cü il tarixli 9/6181 nömrəli ekspert rəyində göstərilən illik 5 faiz dərəcəsi ilə müəyyən olunmuş məbləğ əsas götürülməlidir.

75. Məhkəmə kollegiyası məhkəmə xərcləri hissəsində qeyd edir ki, iddiaçının iddia tələbi 23 may 2017-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək ödənilməmiş əsas kredit borcu məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1.208,09 manata dair hissədə əsaslı və təmin edilməli olduğundan cavabdehdən iddiaçı bankın xeyrinə tələbin təmin ediləcək hissəsinə mütənasib olan məbləğdə, yəni 30,08 manat məbləğində dövlət rüsumu, apellyasiya şikayətinin və iddianın qismən təmin edilməsi nəzərə alınaraq iddiaçı tərəfindən apellyasiya şikayəti üçün ödənilmiş 42,05 manat dövlət rüsumunun 21 manatı cavabdehdən iddiaçı bankın xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatlarının dəyəri isə tərəflər arasında bölünməlidir.

76. Beləliklə qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, e- 2(037)-10/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər də illik 5% dərəcəsi ilə hesablanmış cəmi 1208,09 manat məbləğində zərər (əldən çıxmış fayda) və 30,08 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı ASC “Xalq” Bankının hesabına ödənilməli, iddia tələbinin qalan hissəsi təmin edilməməlidir.

77. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 42,05 manat dövlət rüsumunun 21 manatı Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmalı, birinci instansiya məhkəməsində təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat və məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat olmaqla, məhkəmə mühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatlarının cəmi dəyəri 300 manatın 150 manatı iddiaçı ASC “Xalq” Bankından, 150 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir.

78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, e- 2(037)-10/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı xx.xx.2013-cü il tarixli **********96613 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər də illik 5% dərəcəsi ilə hesablanmış cəmi 1208,09 manat məbləğində zərər (əldən çıxmış fayda) və 30,08 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı ASC “Xalq” Bankının hesabına ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 42,05 manat dövlət rüsumunun 21 manatı Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulsun. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatının cəmi dəyəri olan 300 manatın 150 manatı iddiaçı ASC “Xalq” Bankından, 150 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən, iddiaçı, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar