Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-390/2021 15.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər İsayev Məhəmmədəli Hümbət oğluna, Cavabdeh2 və İsayeva Aidə Bəhmən qızına qarşı kreditin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- borc tələbi, kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tаrixli, 2(039)-1663/2020 saylı qətnaməsindən Cavabdeh1 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı BOKT "xxxx" MMC cavabdehlər İsayev Məhəmmədəli Hümbət oğluna, Cavabdeh2 və İsayeva Aidə Bəhmən qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 iyun 2017-ci il tarixli, LD171720003 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 827 manat, 22 iyun 2020-ci il tarixə qədər hesablanmış cərimə üzrə 82,70 manat olmaqla ümumilikdə 909,70 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Cavabdeh1, Cavabdeh2 və İsayeva Aidə Bəhmən qızından müştərək qaydada BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 21 iyun 2017-ci il tarixli, LD171720003 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə- 22 iyun 2020-ci il tarixə qədər illik 0 % dərəcəsini tətbiq etməklə 1927 manat məbləğində kredit verilmişdir. BOKT "Vijn Fond Azərkredit'' MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT "xxxx" MMCyə satılmışdır (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə, kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq alaraq həyata keçirilir. Lakin cavabdeh İsayev Məhəmmədəli Hümbət oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla zamin Cavabdeh2 və İsayeva Aidə Bəhmən qızı arasında 21 iyun 2017-ci il Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tаrixli, 2(039)-1663/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İsayeva Aidə Bəhmən qızından kredit müqaviləsi üzrə əsas borc üzrə 827 manatın və cərimə borcu üzrə 82,70 manat olmaqla cəmi 909,70 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 21 iyun 2017-ci il tarixli, LD171720003 saylı kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC-nin Yevlax filialı tərəfindən Cavabdeh1 36 ay müddətinə, 0 faiz dərəcəsi ilə 1927 manat məbləğində kredit verilmişdir. 21 iyun 2017-ci il tarixli, LD171720003 №li kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə BOKT "xxxx" MMC-nin Yevlax filialı ilə zamin Cavabdeh2 və zamin İsayeva Aidə Bəhmən qızı arasında 21 iyun 2017-ci il tarixli, LD171720003 №li zaminlik müqavilələri bağlanmışdır. Daha sonra BOKT “Vijn Fond Azərkredit" MMC LD171720003 №li kredit müqaviləsi üzrə tələbetmə hüququnu BOKT "xxxx" MMC -yə ötürmüşdür. BOKT "xxxx" MMC tərəfindən verilmiş 20.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 21 iyun 2017-ci il tarixli, LD171720003 saylı kredit müqaviləsi üzrə əsas borc 827 manat və cərimə borcu üzrə 82,70 manat olmaqla cəmi 909,70 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdehlərə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, əsas borc üzrə 827 manat və cərimə borcu üzrə 82,70 mant olmaqla cəmi 909,70 manat məbləğində borc cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İsayeva Aidə Bəhmən qızından BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsi həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab etmişdir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci, 445.2.1-ci, 448.1-ci, 472.1-ci, 739-cu mmaddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını, xüsusilə Mülki Prosessual Məccəllənin 385.1.1-ci, 385.1.3-cü və 385.4-cü maddələrini pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ödənilməmiş kredit borcu tamamilə silinərək əlavə olaraq ona 473 manat məbləğində pul qaytarılmışdır. Bu halın sübutu kimi o ödəniş qəbzinin əslini də şikayətə əlavə etmişdir. Əgər onun müvafiq müqavilə üzrə iddiaçıya borcu qalmamışdırsa, niyə onun borcu tamamilə silinmiş və iddiaçı tərəfindən ona 473 manat pul məbləği qaytarılmışdır. Ona görə də o, bütün bunlarla razılaşmır. Odur ki, o, Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tаrixli, 2(039)-1663/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tаrixli, 2(039)-1663/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apelyator apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tаrixli, 2(039)-1663/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin iddia tələbinin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tаrixli, 2(039)-1663/2020 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 21 iyun 2017-ci il tarixli, LD171720003 saylı kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC-nin Yevlax filialı tərəfindən Cavabdeh1 36 ay müddətinə, 0 faiz dərəcəsi ilə 1927 manat məbləğində kredit verilmişdir. 21 iyun 2017-ci il tarixli, LD171720003 №li kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə BOKT "xxxx" MMC-nin Yevlax filialı ilə zamin Cavabdeh2 və zamin İsayeva Aidə Bəhmən qızı arasında 21 iyun 2017-ci il tarixli, LD171720003 №li zaminlik müqavilələri bağlanmışdır. Daha sonra BOKT “Vijn Fond Azərkredit" MMC LD171720003 №li kredit müqaviləsi üzrə tələbetmə hüququnu BOKT "xxxx" MMC -yə ötürmüşdür. BOKT "xxxx" MMC tərəfindən verilmiş 20.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 21 iyun 2017-ci il tarixli, LD171720003 saylı kredit müqaviləsi üzrə əsas borc 827 manat və cərimə borcu üzrə 82,70 manat olmaqla cəmi 909,70 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apelyator şikayətində bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ödənilməmiş kredit borcu tamamilə silinərək əlavə olaraq ona 473 manat məbləğində pul qaytarılmışdır. Bu halın sübutu kimi o ödəniş qəbzinin əslini də şikayətə əlavə etmişdir. Əgər onun müvafiq müqavilə üzrə iddiaçıya borcu qalmamışdırsa, niyə onun borcu tamamilə silinmiş və iddiaçı tərəfindən ona 473 manat pul məbləği qaytarılmışdır. Ona görə də o, bütün bunlarla razılaşmır. Lakin, iş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Eskpertizası Mərkəzinin 18 may 2021-ci il tarixli, 9/1562 nömrəli rəyinin nəticə hissəsində göstərilir ki, iş materiallarında olan hesabdan çıxarış sənədləri və tərəflər arasında imzalanmış 21 iyun 2017-ci il tarixli LD171720003 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 iddiaçı BOKT "xxxx" MMC-yə olan ümumi borcu 827.00( 1927.00 manat-1.100.00 manat) manat məbləğində müəyyən edilir. Qeyd edilir ki, hazırki ekspertiza tətqiqatı zamanı tərəflər arasında imzalanmış 21 iyun 2017-ci il tarixli LD171720003 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabından çıxarış) olmadığı üçün Cavabdeh1 cərimə borcu hesablanmamışdır. Bundan əlavə qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı “ABŞ dolları” ilə verilən kreditlərə şamil edildiyini, hazırki mübahisələndirilən kredit müqaviləsinin isə “Azərbaycan manat”ına uyğun verildiyini nəzərə alaraq həmin Fərmanın tətbiq edilməsi hazırki hesablama zamanı nəzərə alınmadı. Həmçinin Fərmanın 01 iyun 2017-ci il tarixli, LD171720003 saylı kredit müqaviləsinə tətbiq edilməsi ilə bağlı iş materiallarında da heç bir münasibət bildirilməmişdir. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tаrixli, 2(039)-1663/2020 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tаrixli, 2(039)-1663/2020 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə 145.00 (yüz qırx beş) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İsayeva Aidə Bəhmən qızından müştərək qaydada alınaraq büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X1, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE**********00088501 hesaba ödəlinsin. Qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-390/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-390/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver