Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-393/2021 26.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi və Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirak ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-95/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxxx 2014-cü il tarixli 115.LN.2105.270614.00001 saylı kredit müqaviləsi həmin müqaviləyə edilmiş əlavə razılaşmalar üzrə 244198.52 manat əsas, 35739.15 manat faiz, 279.90 manat artırılmış faiz (cərimə) borcu olmaqla, cəmi 280217.57 manat borcun və 30 manat ödəmilmiş dövlət rüsumunun tutulması; Tutmanın xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/b saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyriyaşayış binasına; xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/c saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus, Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyriyaşayış binasına (14 saylı YDM); xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/e saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyri-yaşayış binasına (YDM); xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/d saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyri-yaşayış binasına yönəldilməsi, əmlakların açıq hərracda sataraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, əldə edilmiş pul vasitəsi borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ümumi qaydada tutulması; ipoteka əmlaklarına tutma yönəldildikdə və o satıldıqda, ən geci 1 ay ərzində qeyri-yaşayış binalarının boşaldılması, mülkiyyətçilərin həmin əmlaklara istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC məhəkəməyə iddia həcminin artırılması barədə ərizə ünvanlayaraq, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 292474.02 manat məbləğində pulun tutulması və iddia tələbinin qalan hissədə dəyişdirilmədən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC məhəkəməyə iddia həcminin artırılması barədə ərizə ünvanlayaraq, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 244198.52 manat əsas, 106312.37 manat faiz və 14471.42 manat cərimə, kredit üzrə illik 1 faiz komissiya 3662.98 manat, ümumilikdə isə 368645.29 manat məbləğində pulun tutulması; Tutmanın xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/b saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasına; xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/c saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus, Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyriyaşayış binasına; xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/e saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyriyaşayış binasına; xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/d saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyri-yaşayış binasına yönəldilməsi, əmlakların açıq hərracda sataraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, əldə edilmiş pul vasitəsi borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ümumi qaydada tutulması; ipoteka əmlaklarına tutma yönəldildikdə və o satıldıqda, ən geci 1 ay ərzində qeyri-yaşayış binalarının boşaldılması, mülkiyyətçilərin həmin əmlaklara istifadə hüququnun itirilməsi; tərəflərindən 30 manat məbləğində dövlət rüsumu və 124 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması və iddianın qalan hissəsinin dəyişdirilmədən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC məhəkəməyə iddia həcminin artırılması barədə ərizə ünvanlayaraq, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 244198.52 manat əsas, 115958.20 manat faiz və 18314.59 manat cərimə, kredit üzrə illik 1 faiz komissiya 3662.98 manat, ümumilikdə isə 382134.29 manat məbləğində pulun tutulması; Tutmanın xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/b saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasına; xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/c saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus, Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyriyaşayış binasına; xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/e saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyriyaşayış binasına; xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/d saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyri-yaşayış binasına yönəldilməsi, əmlakların açıq hərracda sataraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, əldə edilmiş pul vasitəsi borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ümumi qaydada tutulması; ipoteka əmlaklarına tutma yönəldildikdə və o satıldıqda, ən geci 1 ay ərzində qeyri-yaşayış binalarının boşaldılması, mülkiyyətçilərin həmin əmlaklara istifadə hüququnun itirilməsi; tərəflərindən 30 manat məbləğində dövlət rüsumu və 124 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması və iddianın qalan hissəsinin dəyişdirilmədən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-95/2020 nömrəli (hakim R.Əlizadə) qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə əsas 244198 manat, faiz 106312.37 manat, kredit üzrə illik 1 faiz komissiya 3662.98 manat, cərimə 2000 manat olmaqla, cəmi 356173.35 manat manat məbləğində borcun tutulması, tutma Cavabdeh4 məxsus, ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasına; Cavabdeh2 məxsus, Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyriyaşayış binasına; Cavabdeh4 məxsus, ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyri-yaşayış binasına; Cavabdeh4 məxsus, Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyri-yaşayış binasına yönləndilməsi, ipoteka predmetləri açıq hərracda satılsın və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 30 manat məbləğində dövlət rüsumu və 124 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərc tutularaq İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh4 məxsus ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 125000 (bir yüz iyirmi beş min) manat, Cavabdeh4 məxsus Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 136000 (bir yüz otuz altı min) manat, Cavabdeh4 məxsus ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 220000 (iki yüz iyirmi min) manat və Cavabdeh2 məxsus olan Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasının (14 saylı YDM) ilkin satış (likvid) qiyməti 80000 (səksən min) məbləğində müəyyən edilməsi, iddia qalan hissədə təmin edilməməsi, Cavabdeh1 200 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh1 Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-95/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti verərək ləğv olunmasını və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. işin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, , İddiaçı ASC ilə bağlanmış xx xxxx 2014-cü il tarixli 115.LN.2105.270614.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 18 %lə 36 ay müddətinə 364000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə xx xxxxx 2016-cı il tarixli 2 saylı Razılaşmaya əsasən, kredit restrukturizasiya edilmiş, gecikmədə olan 39424,10 manat əsas və 25310,66 manat faiz borcu kreditin ümumi qalıq məbləğinə əlavə olunaraq, kreditin məbləği 246721 manat müəyyən edilmiş və kreditin qaytarılma müddəti xx xxxxx 2021-ci il tarixədək artırılmışdır. Kredit müqaviləsinin təminatı olaraq xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/b saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 qızna məxsus, Mingəçevir şəhəri, V.Hüseynov küçəsi. 2/45A ünvanında 0,1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m., tikintialtı sahəsi 96,08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binası; xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/c saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus, Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0,00252 ha torpaq sahəsində yerləşən, 20,4 kv.m. ümumi, 17,4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binası (14 saylı YDM); xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/e saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh4 qızma məxsus, ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0,2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 93,74 kv.m., tikintialtı sahəsi 324,70 kv.m. olan qeyri-yaşayış binası (YDM); xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/d saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 məxsus, Mingəçevir şəhəri, Gəncə şossesi, 31 ünvanında xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277,64 kv.m., tikintialtı sahəsi 300,82 kv.m. olan qeyriyaşayış binası ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh3 ilə xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/f saylı zaminlik müqaviləsi bağlanımışdır. Borclu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilməmişdir. Bu səbəbdən, Cavabdeh1 xx xxxx 2017-ci il tarixə “İddiaçı" ASC-yə cəmi borcu 382134.29 manat təşkil etmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməmişdir. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetlərinə tatmanm yönəldilməsinə dair ipoteka qoyanlara bildirişlər göndərilmiş və reyestr orqanında ərizə ilə qeydə alınmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosesal hüquq normalarının pozulması ilə qəbul edilmişdir. o, mən mübahisə pedmeti olan xx xxxx 2017-ci il tarixli, 115.LN.2105.270614.OOOO1 saylı kredit müqaviləsinə əsasən illik 18 faiz olmaqla 36 ay müddətinə 364000 manat məbləğində kredit almışam. Bu günə qədər mən banka 240000 manat kredit ödəmişəm. İlkin mərhələdə aylıq ödəmələrim qrafikə uyğun aparılmışdır. Məlum olduğu kimi xx xxxxxx 2015-ci ildə və xx xxxxxx 2015-ci ildə Azərbaycan manatı 2 dəfə ucuzlaşmış, iqtisadi şərait mənim üçün əhəmiyyətli dərəcədə dəyişmişdir. Ona görə də kreditin qrafik üzrə ödənilməsində çərinliklər yaranmışdır. Yaranmış vəziyyətdə bağlanmış kredit, ipoteka və zaminlik müqavilələri yenidən təhlil edilmişdir. Müəyyən edilmişdir ki, bu müqavilələrin hər üçündə mənim üçün çox ağır iqtisadi şərtlər öz əksini tapmışdır. O da müəyyən edilmişdir ki, mən bu müqavilələri imzalyarkən vacib əhəmiyyətli yanılmalara yol vermişdir. Müqavilələr imzalanarkən əsas götürdüklərimiz şəraitin gələcəkdə əhəmiyyətli dərəcədə dəyişməsi nəzərə alınmamışdır. Əgər bu dəyişməni əvvəlcədən ağlabatan şəkildə görə bilsəydik onda müqaviləni də əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və yaxud ümumiyyətlə bağlamazdıq. Çünki tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, bankla cavabdeh arasında ipoteka müqaviləsi rəsmiləşdirilərkən qanunvericiliyin tələbinə riayət edilməmişdir. Hesab edir ki, ipoteka müqavilələri etibarsızdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı tərəf (prosessual hüquq varisi Əmanətlərin Sığortalanması Fondu) və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: xx xxxx 2014-cü il tarixli, 115.LN.2105.270614.00001 saylı əsas kredit müqaviləsindən məlum olur ki, Cavabdeh1 36 ay müddətinə 364000 manat məbləğində kredit ayrılmışdır. xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/c saylı ipoteka müqaviləsindən məlum olur ki, bank tərəfindən Cavabdeh1 verilən kreditin təminatı kimi Cavabdeh2 məxsus, Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyriyaşayış binası ipoteka ilə yüklü edilmişdir. xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/c saylı ipoteka müqaviləsindən məlum olur ki, ipotekanın ilkin satış qiyməti 40000 manat müəyyən edilmişdir. xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/b saylı ipoteka müqaviləsinə xx xxxxx 2016-cı il tarixli 1 saylı əlavədən məlum olur ki, xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/b saylı ipoteka müqaviləsinin şərtlərinə əlavələr edilmişdir. xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/b saylı ipoteka müqaviləsindən məlum olur ki, ipotekanın ilkin satış qiyməti 110000 manat müəyyən edilmişdir. xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/b saylı ipoteka müqaviləsindən məlum olur ki, bank tərəfindən Cavabdeh1 verilən kreditin təminatı kimi Cavabdeh4 məxsus, ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/d saylı ipoteka müqaviləsindən məlum olur ki, bank tərəfindən Cavabdeh1 verilən kreditin təminatı kimi Cavabdeh4 məxsus, Mingəçevir şəhəri, Gəncə şossesi, 31 ünvanında xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277,64 kv.m., tikintialtı sahəsi 300,82 kv.m. olan qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/d saylı ipoteka müqaviləsindən məlum olur ki, ipotekanın ilkin satış qiyməti 100000 manat müəyyən edilmişdir. xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/f saylı zaminlik müqaviləsindən məlum olur ki, bank tərəfindən Cavabdeh1 verilən kreditin təminatı kimi Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/e saylı ipoteka müqaviləsinə xx xxxxx 2016-cı il tarixli 1 saylı əlavədən məlum olur ki, xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/e saylı ipoteka müqaviləsinin şərtlərinə əlavələr edilmişdir. xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/e saylı ipoteka müqaviləsindən məlum olur ki, ipotekanın ilkin satış qiyməti 170000 manat müəyyən edilmişdir. xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/e saylı ipoteka müqaviləsindən məlum olur ki, bank tərəfindən Cavabdeh1 verilən kreditin təminatı kimi Cavabdeh4 məxsus, ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyriyaşayış binası ipoteka ilə yüklü edilmişdir. xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/d saylı ipoteka müqaviləsinə xx xxxxx 2016-cı il tarixli 1 saylı əlavədən məlum olur ki, xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/d saylı ipoteka müqaviləsinin şərtlərinə əlavələr edilmişdir. xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/d saylı ipoteka müqaviləsindən məlum olur ki, ipotekanın ilkin satış qiyməti 100000 manat müəyyən edilmişdir. xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/c saylı ipoteka müqaviləsinə xx xxxxx 2016-cı il tarixli 1 saylı əlavədən məlum olur ki, xx xxxx 2014-cü il tarixli, 115.CL.270614.00001/c saylı ipoteka müqaviləsinin şərtlərinə əlavələr edilmişdir. xx xxxx 2014-cü il tarixli, 115.LN.2105.270614.00001 saylı kredit müqaviləsi üzrə xx xxxxx 2016-cı il tarixli 2 saylı razılaşmadan məlum olur ki, xx xxxx 2014-cü il tarixli, 115.LN.2105.270614.00001 saylı kredit müqaviləsinin şərtlərinə əlavələr edilmişdir. xx xxxx 2014-cü il tarixli, 115.LN.2105.270614.00001 saylı kredit müqaviləsi üzrə xx xxxxx 2015-ci il tarixli 1 saylı razılaşmadan məlum olur ki, xx xxxx 2014-cü il tarixli, 115.LN.2105.270614.00001 saylı kredit müqaviləsinin şərtlərinə əlavələr edilmişdir. xx xxxx 2017-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh1 cəmi 280217.57 manat borcu yaranmışdır. Xəbərdarlıq məktublarından məlum olur ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, Cavabdeh4 məxsus, ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 101 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, Cavabdeh4 məxsus, Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, Cavabdeh4 məxsus, ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 112 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, Cavabdeh2 məxsus, Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyri-yaşayış binası Cavabdeh4 məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 112 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binası Cavabdeh4 məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 101 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binası (14 saylı YDM) Cavabdeh2 məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyriyaşayış binası Cavabdeh4 məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx xxxxx 2016-cı il tarixli, 115.CL.270614.00001/f saylı zaminlik müqaviləsindən məlum olur ki, bank tərəfindən Cavabdeh1 verilən kreditin təminatı kimi Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx xxxxxxx 2017-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh1 cəmi 292474.02 manat borcu yaranmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, Cavabdeh1 xx xxxx 1987-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır. DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, Cavabdeh4 xx xxx 1940-cı il tarixdə Samux rayonu, Yusifli kəndində anadan olmuş, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, Cavabdeh2 xx xxx 1968-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır. DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, Cavabdeh3 xx xxxx 1962-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzindən məlum olur ki, İddiaçı ASC 30 manat dövlət rüsumu ödəmişdir. «xxxx» MMC-nin QYB-004/2018 saylı rəyindən məlum olur ki, Cavabdeh4 məxsus ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyriyaşayış binasının hazırki bazar qiyməti 150000 (bir yüz əlli min) manat təşkil edir. «xxxx» MMC-nin QYB-004/2018 saylı rəyindən məlum olur ki, Cavabdeh4 məxsus Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyriyaşayış binasının hazırki bazar qiyməti 160000 (bir yüz altmış min) manat təşkil edir. «xxxx» MMC-nin QYB-004/2018 saylı rəyindən məlum olur ki, Cavabdeh4 məxsus ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyri-yaşayış binasının hazırki bazar qiyməti 250000 (iki yüz əlli min) manat təşkil edir. «xxxx» MMC-nin QYB-004/2018 saylı rəyindən məlum olur ki, Cavabdeh2 məxsus olan Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasının (14 saylı YDM) hazırki bazar qiyməti 90000 (doxsan min) manat təşkil edir. İş materialları ilə müəyyən edilir ki, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(039)-789/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 17933 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 xx xxx 2019cu il tarixə İddiaçı ASC-n olan borcu əsas borc üzrə 245395.09 manat, faiz borcu üzrə 114419.10 manatdır. «xxxx» MMC-nin xx xxxx 2020-ci il tarixli ƏQ-50/2020 saylı rəyindən məlum olur ki, Cavabdeh4 məxsus ünvan 1 ünvanında 0.1198 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 81.30 kv.m. tikintialtı sahəsi 96.08 kv.m. olan birmərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri 125000 (bir yüz iyirmi beş min) manat, real bazar dəyəri 135000 (bir yüz otuz beş min) manat təşkil edir. «xxxx» MMC-nin xx xxxx 2020-ci il tarixli ƏQ-50/2020 saylı rəyindən məlum olur ki, Cavabdeh4 məxsus Mingəçevir şəhəri, Gəncə şossesi 31 ünvanında xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 277.64 kv.m., tikintialtı sahəsi 300.82 kv.m. olan qeyri-yaşayış binasının likvid dəyəri 136000 (bir yüz otuz altı min) manat, real bazar dəyəri 140000 (bir yüz qırx min) manat təşkil edir. «xxxx» MMC-nin xx xxxx 2020-ci il tarixli ƏQ-50/2020 saylı rəyindən məlum olur ki, Cavabdeh4 məxsus ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.2928 ha torpaq sahəsində yerləşən, birmərtəbəli, ümumi sahəsi 98.74 kv.m. tikintialtı sahəsi 324.70 kv.m. olan qeyri-yaşayış binasının likvid dəyəri 220000 (iki yüz iyirmi min) manat, real bazar dəyəri 230000 (iki yüz otuz min) manat təşkil edir. «xxxx» MMC-nin xx xxxx 2020-ci il tarixli ƏQ-50/2020 saylı rəyindən məlum olur ki, Cavabdeh2 məxsus olan Yevlax rayonu, Əkşəm kəndində istifadəsində olan 0.00252 ha torpaq sahəsində 20.4 kv.m. ümumi, 17.4 kv.m. əsas, 3 kv.m. köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasının (14 saylı YDM) likvid dəyəri 80000 (səksən min) manat, real bazar dəyəri 85000 (səksən beş min) manat təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəlləsinin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Mülki Məcəlləsinin 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 115.LN.2105.270614.00001 saylı kredit müqaviləsinin və xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/c, xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/e, xx xxxx 2014-cü il tarixli 115.CL.270614.00001/d saylı ipoteka müqavilələrinin qeyd olunmuş müddəaları baxımından cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının cavabdehlərə münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Bununla belə, iş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanunun ) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər ilə iddiaçı arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1.-ci maddəyə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2.-ci maddəyə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Apelyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi ona görə ki, cavabdeh (apellyator) müqavilə bağlanarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin nəzərə alınmadığını bildirsə də, bu dəlillər anlaşılan deyil. Çünki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş və cavabdehin maddi vəziyyətinin yaxşı olmadığını bildirməklə ödənişlərdən yenə də boyun qaçırmadığını, əlavə vaxt istədiyini, iddiaçı tərəfin bundan imtina etdiyini bildirmişdir. İkincisi, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Üçüncüsü, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Dördüncü, cavabdehin nümayəndəsi və vəkilinin ipoteka müqavilələrinin qanunvericiliyin tələblərinə uyğun olmaması dəlilinə qiymət verən kollegiya qeyd edir ki, bu dəlili hazırki iddia tələbinin mahiyyətinə uyğun gəlmir və bu ayrıca bir iddia tələbinin əsasını təşkil edir. Beşinci, kollegiya mülki işin materiallarını araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə lazımi hərəkətləri etməklə ayrı-ayrı vaxtlarda müvafiq ekspertizalar təyin etməklə obyektiv həqiqətin araşdırılmasına kifayət qədər səy göstərmişdir. Kollegiya belə qənaətə gəlir ki, bu kimi formal və əsaslandırılmamış apellyasiya şikayətlərinin verilməsi kredit verənin mənafeyinə zərər vurmaqla yanaşı, dövlətin adından çıxarılmış məhkəmə qərarlarının uzun müddət ərzində tam icra olunmamasına gətirib çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-95/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-393/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-393/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver