Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-394/2022 07.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və alqısatqı müqaviləsinin digər şəxslər arasında bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(019)-1357/2021 nömrəli qərardadından iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs-Balakən Regional «Asan Xidmət» Mərkəzinin notariat ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon dövlət notariat kontoru tərəfindən 26 dekabr 2019-cu il tarixli 4G-762 reyestr nömrə ilə qeyd olunmaqla X3 ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi , həmin alqı-satqı müqaviləsinin X3 ilə X4 arasında bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) 30 dekabr 2021-ci il tarixli, 2(019)- 1357/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsinin digər şəxslər arasında bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili Dosiyev X2 Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli 2(019)-1357/2021 nömrəli qərardadından şikayət verərək sözügedən qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı üçüncü şəxs Balakən Regional "Asan xidmət" mərkəzinin notariat ofisi işə cəlb edilməklə Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsinin digər şəxslər arasında bağlanmış hesab edilməsinə dair iddia ərizəsi Balakən Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(019)- 1357/2021 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Məhkəmə qərardadında göstərmişdir ki, iddiaçı iddia ərizəsində özünün və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları göstərməmiş, ərizə "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki iddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsində özünün və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları göstərmiş, eyni zamanda həmin sənədlərin surətlərini iş materiallarına əlavə etmişdir. Bundan başqa Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində mülki işlər üzrə iddiaların imperativ olaraq "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməsi nəzərdə tutulmamışdır. Bu, yalnız kommersiya işləri üzrə iddia ərizələrinə, apellyasiya və kassasiya şikayətlərinə aiddir. Balakən Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(019)-1357/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, İddiaçı iddia ərizəsində özünün və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları göstərməmiş, ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən müəyyən olundu ki, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs-Balakən Regional «Asan Xidmət» Mərkəzinin notariat ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon dövlət notariat kontoru tərəfindən 26 dekabr 2019-cu il tarixli 4G-762 reyestr nömrə ilə qeyd olunmaqla X3 ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi , həmin alqı-satqı müqaviləsinin X3 ilə X4 arasında bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.1-149.4-cü maddələrinin tələblərinə uyğun tərtib edilməmiş və ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 10-1.3 və 10-1.5-ci maddələrində imperativ qaydada müəyyən edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.1-149.4-cü maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri göstərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələri ilə müəyyən edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Balakən Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin formasına və məzmununa əməl edilməməsini, ərizənin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin İddiaçı iddia ərizəsi geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də Balakən Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(019)-1357/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2(019)-1357/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-394/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-394/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver