Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-396/2024 22.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X3 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(014)-755/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Ağdaş rayonu, Pirkədə kənd sakini Cavabdeh1 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Ucar filialı arasında bağlanmış 04 mart 2022-ci il tarixli 07-1338 mz saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 24%-lə iribuynuzlu heyvanların alınması məqsədilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Ucar filialı ilə fiziki şəxs Cavabdeh2 arasında 04 mart 2022-ci il tarixli 07-1338 mzl saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə zamin borclu Cavabdeh1 Təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşlər. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Borclu 625,40 manat əsas borcdan, 384,60 manat isə faiz borcundan ödəmişdir. Bununla da, cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh1 “Aqrarkredit' QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 2374,60 manat, faiz borcu 185,22 manat, cəmi borcu 2559,82 (iki min beş yüz əlli doqquz manat, səksən iki qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh1 və onun zamininə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş pretenziya və xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh1 vermişdir. Amma Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi borcunu ödəməmişdir. Cavabdeh1 öz öhdəliyini icra etməməsi nəticəsində İddiaçı QSC BOKT-a zərər vurmuşdur. Bu isə həm Cavabdeh1, həm də zaminin kredit təşkilatı qarşısında müvafiq məsuliyyətinin yaranmasına əsas verir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin (hakim C.Sultanov) 12 iyul 2023-cü il tarixli 2(014)- 755/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2374,60 manat əsas borc, 185,22 manat faiz borcunun, cəmi 2559,82 (iki min beş yüz əlli doqquz manat, səksən iki qəpik) manat məbləğində borc məbləğinin və 45,59 (qırx beş manat, əlli doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2022-ci il tarixli 07-1338 mz saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 24% ödəmək şərtilə 3000 (üç min) manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka əsas borcu 2374,60 manat, faiz borcu 185,22 manat, cəmi borcu 2559,82 (iki min beş yüz əlli doqquz manat, səksən iki qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 04 mart 2022-ci il tarixli 07-1338 mzl saylı zaminlik müqaviləsinə əsasən kreditorla borclu arasında bağlanmış 04 mart 2022-ci il tarixli 07-1338 mz saylı kredit müqaviləsinə əsasan verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zaminlər borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşıması və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakları, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesablarına ödənilməsini öhdələrinə götürmüşlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2022-ci il tarixli 07-1338 mz saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 24% ödəmək şərtilə 3000 (üç min) manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka əsas borcu 2374,60 manat, faiz borcu 185,22 manat, cəmi borcu 2559,82 (iki min beş yüz əlli doqquz manat, səksən iki qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 04 mart 2022-ci il tarixli 07-1338 mzl saylı zaminlik müqaviləsinə əsasən kreditorla borclu arasında bağlanmış 04 mart 2022-ci il tarixli 07-1338 mz saylı kredit müqaviləsinə əsasan verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zaminlər borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşıması və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakları, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesablarına ödənilməsini öhdələrinə götürmüşlər. Beləliklə, birinci instansiya məhkəməsi toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2374,60 manat əsas borc, 185,22 manat faiz borcu, cəmi 2559,82 (iki min beş yüz əlli doqquz manat, səksən iki qəpik) manat məbləğində borc məbləği və 45,59 (qırx beş manat, əlli doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1, 449.1, 739, 470.1, 472.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.4, 217.3 və 119.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddia tələbinin qismən-Cavabdeh1 münasibətdə təmin, ona münasibətdə rədd edilməsini, qarşılıqlı iddianın əsaslı olduğundan təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İlk növbədə işə baxan birinci instasiya məhkəməsi, ilkin iddiaya qarşı qarşılıqlı iddia ərizəsinin əsasını təşkil edən sənədləri qanunla müəyyən edilmiş qaydada və müddətdə elektron sistemində yaradılmış elektron kabineti vasitəsi ilə məhkəməyə təqdim olunmasına baxmayaraq, iddiaya qarşı qarşılıqlı iddia ərizəsi araşdırılmamış və ilkin iddiaya münasibətdə hüquqi qiymət verilməmişdir. O, zamin durmağa razı olandan sonra "xxxx"QSC Bank Olmayan Kredit Təşkilatının filialında cavabdeh X5 oğlu ilə arasında kredit müqaviləsi, onunla isə zaminlik müqaviləsi bağlanmışdır. 4 mart 2022-ci il tarixli, 07-1338 mz saylı kredit müqaviləsi üzrə cavabdeh X5 oğluna illik faiz dərəcəsi 24% olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının Ucar filalı ilə onun arasında 4 mart 2022-ci il tarixli, 07-1338 mz1 saylı zaminlik müqaviləsi bağlanmışdır və həmin müqavilənin şərtlərinə görə kredit qaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti zamin üzərinə götürür. Müqavilələr imzalanan zaman o, zaminlik müqaviləsinin həmin maddəsini cavabdeh X5 oğluna oxuyaraq onun ailəsinin yeganə gəlir gətirən üzvü olduğunu, ailənin başqa gəliri olmadığını, hər ay əmək haqqından aliment ödədiyini bir daha onun nəzərinə çatdıranda, o, yenə onu pis vəziyyətdə qoymayacağına tam əmin etmişdir. Bundan sonra o, cavabdehin səmimiyyətinə inanaraq zaminlik müqaviləsini imzalamışdır. Müqavilələr imzalandıqdan sonra "xxxx"QSC Bank Olmayan Kredit təşkilatının Ucar filalı tərəfindən cavabdeh X5 oğluna həmin məbləğdə kredit verilmişdir. Cavabdeh bankdan götürdüyü krediti əvvəlllər qrafik üzrə ödəyirdi və heç bir poblem olmurdu. Lakin 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayında "xxxx"QSC Bank Olmayan Kredit Təşkilatının ona və cavabdehə ünvanladığı xəbərdarlıq və sonuncu xəbərdarlıqlardan sonra ona məlum olmuşdur ki, cavabdeh X5 oğlu krediti qrafik üzrə qaytarmaqdan yayınmışdır. Cavabdeh X5 oğlu onun etibarından sui- istifadə edərək Filialdan həmin məbləğdə kredit götürmüş və onu da ona zamin durmağa inandıra bilmişdir. Cavabdehlə aralarında yaranmış mübahisəni məhkəmədən kənar həll etmək mümkün olmadığından onlara qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığından qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin göründüyü kimi işə baxan Ağdaş Rayon Məhkəməsi iş üzrə çox səthi araşdırma aparmış, ilkin iddia üzrə iddiaçı tərəfindən ona münasibətdə iddia tələbinin əsasını təşkil edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyi halda, qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbinin əsasını təşkil edən mötəbər sübutlarını məhkəməyə təqdim etsə də, ümumiyyətlə qarşılıqlı iddia ərizəsinə münasibət bildirməmişdir. İşə baxan məhkəmə yalan mülahizələrə əsaslanaraq əsassız və ədalətsiz qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 və ona qarşı “kredit borcunun tutulması tələbi”nə dair 2(014)-755/2023 saylı iş üzrə Ağdaş Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın qismən-cavabdeh X5 oğluna münasibətdə təmin edilməsini, ona münasibətdə rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin əsaslı olduğundan təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 və ona qarşı “kredit borcunun tutulması tələbi”nə dair 2(014)-755/2023 saylı iş üzrə Ağdaş Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın qismən-cavabdeh X5 oğluna münasibətdə təmin edilməsino, ona münasibətdə rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin əsaslı olduğundan təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini və Ağdaş Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(014)-755/2023 saylı qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq Cavabdeh1 məhkəmə kollegiyasının hazırkı iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, məhkəmə kollegiyası işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 və ona qarşı “kredit borcunun tutulması tələbi”nə dair 2(014)-755/2023 saylı iş üzrə Ağdaş Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın qismən-cavabdeh X5 oğluna münasibətdə təmin edilməsini, ona münasibətdə rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin əsaslı olduğundan təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(014)-755/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsinə aid hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(014)-755/2023 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 ilə arasında bağlanmış 4 mart 2022-ci il tarixli 07-1338 mz saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 24% ödəmək şərtilə 3000 (üç min) manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka əsas borcu 2374,60 manat, faiz borcu 185,22 manat, cəmi borcu 2559,82 (iki min beş yüz əlli doqquz manat, səksən iki qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 4 mart 2022-ci il tarixli 07-1338 mzl saylı zaminlik müqaviləsinə əsasən kreditorla borclu arasında bağlanmış 4 mart 2022-ci il tarixli 07-1338 mz saylı kredit müqaviləsinə əsasan verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zaminlər borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşıması və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakları, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesablarına ödənilməsini öhdələrinə götürmüşlər. Şikayətin ilk dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi, ilkin iddia tələbinin qismən-Cavabdeh1 münasibətdə təmin, ona münasibətdə rədd edilməsi, qarşılıqlı iddianın əsaslı olduğundan təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İlk növbədə işə baxan birinci instasiya məhkəməsi, ilkin iddiaya qarşı qarşılıqlı iddia ərizəsinin əsasını təşkil edən sənədləri qanunla müəyyən edilmiş qaydada və müddətdə elektron sistemində yaradılmış elektron kabineti vasitəsi ilə məhkəməyə təqdim olunmasına baxmayaraq iddiaya qarşı qarşılıqlı iddia ərizəsi araşdırılmamış və ilkin iddiaya münasibətdə hüquqi qiymət verilməmişdir. Kollegiya hesab edir ki, şikayətin dəlili qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(014)-755/2023 saylı qərardadı ilə Cavabdeh2 İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi və ərizənin geri qaytarılması qərara alınmışdır. Ona görə də şikayət əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, o, zamin durmağa razı olandan sonra "xxxx"QSC Bank Olmayan Kredit Təşkilatının filialında cavabdeh X5 oğlu arasında kredit müqaviləsi, onunla isə zaminlik müqaviləsi bağlanmışdır. 4 mart 2022-ci il tarixli, 07-1338 mz saylı kredit müqaviləsi üzrə cavabdeh X5 oğluna illik faiz dərəcəsi 24% olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının Ucar filalı ilə onun arasında 4 mart 2022-ci il tarixli, 07-1338 mz1 saylı zaminlik müqaviləsi bağlanmışdır və həmin müqavilənin şərtlərinə görə kredit qaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti zamin üzərinə götürür. Müqavilələr imzalanan zaman o, zaminlik müqaviləsinin həmin maddəsini cavabdeh X5 oğluna oxuyaraq onun ailəsinin yeganə gəlir gətirən üzvü olduğunu, ailənin başqa gəliri olmadığını, hər ay əmək haqqından aliment ödədiyini bir daha onun nəzərinə çatdıranda, o yenə onu pis vəziyyətdə qoymayacağına tam əmin etmişdir. Bundan sonra o, cavabdehin səmimiyyətinə inanaraq zaminlik müqaviləsini imzalamışdır. Müqavilələr imzalandıqdan sonra "xxxx"QSC Bank Olmayan Kredit təşkilatının Ucar filalı tərəfindən cavabdeh X5 oğluna həmin məbləğdə kredit verilmişdir. Cavabdeh bankdan götürdüyü krediti əvvəlllər qrafik üzrə ödəyirdi və heç bir poblem olmurdu. Lakin 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayında "xxxx"QSC Bank Olmayan Kredit Təşkilatının ona və cavabdehə ünvanladığı xəbərdarlıq və sonuncu xəbərdarlıqlardan sonra ona məlum olmuşdur ki, cavabdeh X5 oğlu krediti qrafik üzrə qaytarmaqdan yayınmışdır. Cavabdeh X5 oğlu onun etibarından sui- istifadə edərək Filialdan həmin məbləğdə kredit götürmüş və onu da ona zamin durmağa inandıra bilmişdir. Kollegiya hesab edir ki, şikayətin bu dəlili qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya qeyd edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 04 mart 2022-ci il tarixli 07-1338 mz saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 24% ödəmək şərtilə 3000 (üç min) manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka əsas borcu 2374,60 manat, faiz borcu 185,22 manat, cəmi borcu 2559,82 (iki min beş yüz əlli doqquz manat, səksən iki qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 04 mart 2022-ci il tarixli 07-1338 mzl saylı zaminlik müqaviləsinə əsasən kreditorla borclu arasında bağlanmış 04 mart 2022-ci il tarixli 07-1338 mz saylı kredit müqaviləsinə əsasan verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zaminlər borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşıması və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakları, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesablarına ödənilməsini öhdələrinə götürmüşlər. Lakin həmin öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(014)-755/2023 saylı qətnaməsi Cavabdeh2 mübahisələndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissə 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(014)-755/2023 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-396/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-396/2024
22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver