Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-405/2021 02.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi, İddiaçı ASCnin nümayəndəsi X8 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-89/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X1 vərəsəsi Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6 İddiaçı QSC-nin xeyrinə müştərək qaydada 038R********** saylı kredit razılaşması üzrə əsas borca görə 1773.57 ABŞ dolları, faiz borcuna görə 412.01 ABŞ dolları, cəriməyə görə 1097.87 ABŞ dolları, cəmi 3283.45 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında əsas borclu X1 vərəsəsi Cavabdeh5 da vəfat etdiyi müəyyən olunduğundan hüquqi varisi müəyyən olunanadək iş üzrə icraat məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadına əsasən dayandırılmış, sonradan məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək Cavabdeh5 hüquqi varisi Cavabdeh2 ilə əvəz edilmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-89/2020 nömrəli (hakim T.Qubadov) qətnaməsi ilə iddiа tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 oğu, Cavabdeh3, Cavabdeh1, Cavabdeh6 müştərək qaydada 038R********** saylı kredit razılaşması üzrə əsas borca görə 1773.57 ABŞ dolları, faiz borcuna görə 412.01 ABŞ dolları, cəriməyə görə 100 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə) və dövlət rüsumuna görə 30 manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh6 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. işin faktiki halları: İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC-nin Ağcabədi filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 38L000001511 saylı kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən İbrahimxəlil Abdullayevə 120 ay müddətinə 120000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 bankla bağladığı xx.xx.2015-ci il tarixli 038R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq 2.6667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2700 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6 ilə zaminlik müqaviləsi bağlanmış və onlar Cavabdeh4 öhdəliyinin icrasına görə Bank qarşısında birgə məsuliyyət daşıyacaqları barədə öz üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh4 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, Cavabdeh5 Cavabdeh4 vərəsəsi qismində xx.xx.2016-cı ildəərizə ilə banka müraciət edərək razılaşmaya və ödəniş planına dəyişikliklər edilməsini xahiş etmişdir. Cavabdeh5 xx.xx.2017-ci ildə vəfat etmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 öhdəliyinin icrasına görə Bank qarşısında birgə məsuliyyət daşıyacağı barədə öz üzərinə öhdəlik götürən Cavabdeh2 zamin olmaqla həm də mərhum Cavabdeh4 varisi Cavabdeh5 hüquqi varisi kimi tanınmışdır. İddiaçı müqavilə üzrə öhdəliyini icra etsə də, cavabdehlər bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin iddiaçıya əsas borca görə 1773.57 ABŞ dolları, faiz borcuna görə 412.01 ABŞ dolları, cəriməyə görə 1097.87 ABŞ dolları, cəmi 3283.45 ABŞ dolları borcu yaranmışdır. Borcun könüllü şəkildə ödənilməsi üçün cavabdehlərə xəbərdarlıq edilsə də, borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. İş materiallarından göründüyü kimi iddiaçı ilə mərhum X3 arasında xx.xx.2014-ci il tarixdə 38L000001511 kredit xətt müqaviləsi bağlanmışdır. O və digər cavabdehlər həmin kredit xətt müqaviləsinin icrası üçün zaminlik müqaviləsi bağlamışlar. Əgər məhkəmə mərhum X1 öhdəlikləri üçün onun zaminlik qaydasında məsuliyyətini müəyyən edirdisə nəzərə almalı idi ki, zaminlik müqaviləsi üzrə öhdəliklər fərdi xarakter daşıyır, zamin olan şəxs öhdəliklərinin icrası üçün məsuliyyətini müəyyən edən öhdəliyi götürərkən zamin olduğu şəxsin şəxsiyyətini əsas tutur və risk daşıyır. Həmin öhdəliklər vərəsələrə aid edilə bilməz. İş materiallarından da göründüyü kimi o nəinki öhdəlikəri üçün zamin durduğu şəxsə görə, onun vərəsəsinin vərəsəsinə görə mülki cavabdehiliyə cəlb edilmiş, nəticədə mülkiyyət hüquqlarını pozan qətnamə qəbul edilib. Əsas borclunun vəfatı nəticəsində Azərbaycan Respublikası Prezidentinin 2019-cu il fevralın 28-də imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanında nəzərdə tutlan güzəştlərdən istifadə edə bilməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. Ona görə də məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh (apellyator) məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar iştirak edə bilmədiyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Digər cavabdehlər isə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-89/2020 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh6 münasibətdə ləğv edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: İddiaçı QSC-nin Ağcabədi filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 38L000001511 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh4 120 ay müddətinə 120000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC-nin Ağcabədi filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 038********** saylı kredit razılaşmasından görünür ki, həmin razılaşmaya əsasən Cavabdeh4 aylıq 2.6667 faiz olmaqla,24 аy müddətinə 2700 ABŞ dolları məbləğində kredit verilmişdir. 38S000002294 saylı xx.xx.2014-cü il tarixli, 038S**********02 saylı, xx.xx.2015-ci il tarixli, 038S**********02 saylı, xx.xx.2015-ci il tarixli və 038S**********01 saylı, xx.xx.2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 Cavabdeh4 Bank qarşısındakı öhdəliyinin icrasına görə zamin durmuş və Bank qarşısında onunla birgə məsuliyyət daşıyacaqları barədə öz üzərlərinə öhdəlik götürmüşlər. Zərdab rayonunun Yarməmmədbağı kənd soveti tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 ilə X7 аrаsındа xx.xx.1981-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 № ilə qeyd edilməklə rəsmi nikаh bаğlаnmış, ərə Abdullayev, аrvаdа Abdullayeva sоyаdı verilmişdir. Zərdab rayon Pərvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2016-cı ildə ölmüşdür. xx.xx.2016-cı il tarixli 038**********SA saylı və xx.xx.2016-cı il tarixli 038**********SB saylı Sazişlərdən görünür ki, X3 ilə İddiaçı QSC-nin Ağcabədi filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 038********** saylı kredit razılaşması və ödəniş planına sonuncunun vəfatından sonra vərəsəsi Cavabdeh5 yazılı ərizəsinə əsasən dəyişikliklər edilmiş və Cavabdeh5 sözügedən kredit razılaşması və ödəniş planı üzrə ödənişlərin təmin edilməsini öz öhdəsinə götürmüş və o, borc alan statusunda tanınmışdır. İddiaçı QSC-nin xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli 038********** saylı kredit razılaşması üzrə banka olan əsas borc 1773.57 ABŞ dollar əsas, faiz borcu 412.01 ABŞ dolları, cərimə borcu 1097.87 ABŞ dolları olmaqla, cəmi 3283.45 ABŞ dolları təşkil edir. Zərdab rayon Pərvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh5 xx.xx.2017-ci ildə ölmüşdür. Xəbərdarlıqlardan görünür ki, iddiaçı tərəfindən cаvаbdehlərə borcun könüllü şəkildə ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hü quq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Birinci instansiya məhkəməsi, bu sahəni tənzimləyən normaları, habelə aparılmış araşdırmanın nəticələrini rəhbər tutub, hesab etmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, təqdim edilən mühasibat sənədlərini araşdırıb, qiymətləndirməklə əsas götürüb hesab etmişdir ki, iddia tələbi borcun tutulması hissəsində qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada tutulması təmin olunmalıdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da, zaminlərdən Cavabdeh6 oğluna münasibətdə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, onlara münasibətdə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş və qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə, qətnamənin qismən ləğv olunmasına və qətnamənin ləğv edilən hissəsində iddianın rədd olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası iclasında müəyyən edilmişdir ki, İddiaçı QSC-nin Ağcabədi filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 38L000001511 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh4 120 ay müddətinə 120000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.. Borclunun öhdəliyinin təminatı məqsədi ilə, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixli, 038S**********02 saylı, xx.xx.2015-ci il tarixli, 038S**********02 saylı, xx.xx.2015-ci il tarixli və 038S**********01 saylı, xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. xx xxxxxx 2014-cü il tarixli 38L000001511 nömrəli Kredit razılaşmasından görünür ki, həmin razılaşmaya əsasən İddiaçı QSC tərəfindən cavabdeh X2 fərdi kredit olaraq 24 ay müddətinə aylıq 2.6667 faiz dərəcəsi 2700 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, zamin Cavabdeh6 həmin kredit razılaşması, eyni zamanda ödəniş qrafiki ilə tanış edilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə görə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, müraciətdə qaldırılan məsələlərin bir çoxuna Plenumun 2018-ci il 31 may tarixli Qərarında aydınlıq gətirildiyindən onlar geniş şəkildə təkrarlanmadan, hazırkı müraciət əsasında şərh edilməli olan məsələlərin məhz həmin Qərarda əks olunmuş hüquqi mövqelər baxımından nəzərdən keçirilməsi məqsədə müvafiqdir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarda əks olunmuş hüquqi mövqeyinə görə, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. “Banklar haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminliyə xitam verilməsi halları isə Mülki Məcəllənin 477-ci maddəsində müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsinə görə, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, Mülki Məcəllənin 477.0.1-ci maddəsi istənilən dəyişikliyə görə deyil, yalnız həmin maddədə müəyyən edilən hallar baş verdiyi təqdirdə zaminliyin xitamını nəzərdə tutur. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu 2018-ci il 31 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından çıxış edərək zaminlik müqaviləsinin bağlanmış hesab edilməsi üçün yuxarıda göstərilən zəruri şərtlərin kredit müqavilələrində göstərilməli olması qənaətinə gəlmişdir. Həmçinin Plenum hesab etmişdir ki, həmin şərtlərin müqavilədə göstərilməməsinin və ya zaminin razılığı alınmadan sonradan dəyişdirilməsinin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb oldugu müəyyən edilərsə, zaminliyə xitam verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gələrkən bir sıra ölkələrin mülki qanunvericiliyinin zaminliyə xitam verilməsinə dair normalarının müqayisəli təhlilini apararaq, bu məsələnin fərqli qaydada tənzimləndiyini müəyyən etmiş və müvafiq şərhi məhz Mülki Məcəllənin 477-ci maddəsinin məna və məzmunu çərçivəsində vermişdir. Gələcəkdə mülki dövriyyənin sabitliyinin, dayanıqlığının və bank sektorunun inkişafının təmin edilməsi baxımından qanunverici tərəfindən həmin normaların təkmilləşdirilməsi istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Məhkəmə kollegiyası kredit xətt müqaviləsi üzrə zamin olan Cavabdeh6 kredit razılaşmasından və razılaşma üzrə ödəniş planından məlumatı olmadığından və razılığı alınmadığından, verilən kreditin faiz dərəcəsi və müddəti onunla razılaşdırılmadığından, bütün bu halların onun üçün əlverişsiz nəticələrə səbəb olmasını, yuxarıda göstərilən qanun normalarının və qərarların tələbləri baxımından nəzərə alaraq hesab edir ki, cavabdeh (zamin) Cavabdeh6 münasibətdə zaminliyə xitam verilməli olduğundan iddia tələbi ona aid hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı cavabdeh (zamin) Cavabdeh6 münasibətdə təmin etməklə düzgün nəticəyə gəlmədiyindən və ona aid hissədə qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilmədiyindən, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdeh (zamin) Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-89/2020 nömrəli qətnaməsi qismən-ləğv edilməli, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarı nəzərə alınmaqla, ləğv olunmuş hissədə yeni qətnamə çıxarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-89/2020 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin cavabdeh (zamin) Cavabdeh6 münasibətdə təmin olunmuş hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. Yeni qətnamə ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası cavabdeh (zamin) Cavabdeh6 münasibətdə təmin edilməsin Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-405/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-405/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver