Məhkəmə qərarları › İş №2(107)-405/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-405/2022

01.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-405/2022 01.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “ziyan” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyan) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “ziyan” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(046)-502/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş;

1. Torpağa Mülkiyyət Hüququna dair JN-0098 saylı dövlət aktından görünür ki, Göyçay rayonu Şəkər kəndində yerləşən 3.05 ha torpaq sahəsi İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

2. Göyçay rayon Polis şöbəsində izahat vermiş Cavabdeh izahatından görünür ki, özünə məxsus 12 baş xırda buynuzlu qoyunları var. Həmin qoyunlar 30.04.2020-ci il tarixdə saat 19 radələrində Göyçay rayonu Şəkər kənd sakinlərinin arpa məhsulu əkilmiş torpaq sahələrinə daxil olmuşlar. Qoyunları torpaq sahəsindən çıxartmaq istəyərkən həmin şəxslər ona yaxınlaşmış və niyə qoyunlarının onlara məxsus sahədə otardığını soruşmuşlar, onlara qoyunları əkin sahəsində otarmadığını bildirmişdir.

3. İnzibati Tənbeh vermə haqqında 15.05.2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh İXM-nin 232-ci maddəsi ilə təqsirli bilinib 50 manat inzibati qaydada cərimə edilmişdir.

4. Göyçay RİHB-nın Şəkər İƏD-i nümayəndəliyi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli arayışdan görünür ki, Göyçay rayonu Veysəlli kəndində yaşayan Cavabdeh təsərüfatında 24 baş xırdabuynuzlu heyvan vardır.

5. Göyçay DAİM-nin bitkiçilik sektorunun müdiri Qiyas Rəsulov tərəfindən 01.07.2021-ci il tarixli rəyindən görünür ki,

1. 2020-ci ildə Göyçay rayonu Şəkər kəndi ərazisində 1 (bir) hektar torpaq sahəsində payızlıq arpanın orta məhsuldarlığı 29.08 sentner ( yəni 2908 kq) olmuşdur.

2. 2020-ci ilin aprel ayı ərzində 1 (bir) hektar torpaq sahəsində arpa məhsulu əkilmiş ərazidə xırda buynuzlu heyvanların otarılması məhsuldarlığa mənfi təsir edə bilər.

3. Aprel ayında payızlıq arpa bitkisi boruaçıxma fazasında olduğu üçün, 24 baş xırdabuynuzlı heyvanlar (heyvanların yaş qrupundan, cinsindən, gün ərzində otarılmanin say və müddətindən, bitkinin inkişaf mərhələsindən, əkin sahəsinin suvarma və yağış nəticəsində nəmlənməsindən asılı olaraq ) 1 ha payızlıq arpa səhəsinə otarılmaqla və eləcədə bitkilərin tapdalanaraq zədələnməsi nəticəsində təqribən 5-25 faiz ziyan vura bilər.

4. 2020-ci ildə 1 (bir) ton arpa məhsulunun orta bazar qiyməti biçini zaman məhsulun keyfiyyətindən asılı olaraq 400-450 manat, qış və yaz mövsümündə keyfiyyətindən asılı olaraq 500-550 manat təşkil etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayonu Aqrar islahat Komissiyasının 28 iyun 1998-ci il tarixli 40 nömrəli qərarı ilə ona və ailə üzvlərinə (torpağa mülkiyyət hüququna dair JN 0098 saylı dövlət aktı) 3.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 2.49 ha hissəsində 2020-ci ildə arpa məhsulu əkmişdir. X4 30 aprel 2020-ci il tarixdə təxminən saat 20:30 radələrində taxıl sahəsinə baxmağa gedərkən Cavabdeh təxminən 100 baş qoyunu taxıl sahəsində otardığının şahidi olmuş və Amil Məsimov dərhal DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Hadisə ilə bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılmış və tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X5 inkişaf Mərkəzinə göndərilmişdir. X5 inkişaf Mərkəzinin 15 may 2020-ci il tarixli 58 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 232-ci maddəsi ilə təqsrili bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Əkilmiş arpa məhsulu cavabdehin otardığı xırda buynuzlu heyvanların tapdağı altında tamamilə məhv olmuşdur. Dəymiş zərərin ödənilməsi kömək göstərilməsi üçün Şəkər bələdiyyəsinə və müxtəlif inzibati orqanlara müraciət etmiş, Şəkər Bələdiyyəsinin sədri cavabdehlə əlaqə saxlayaraq vurulmuş zərərin ödənilməsi üçün köməklik edəcəyini bildirmiş, lakin xeyli müddət sonra cavabdehin zərəri ödəməkdən boyun qaçırmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 3000 manat maddi zərər dəymişdir.

8. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 02 dekabr 2021-ci il tarixli, 2(046)-502/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 905.15 manat dəymiş ziyanın əvəzi və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonunun Şəkər kəndində yerləşən 2.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş arpa məhsulunun Cavabdeh təsərrüfatında olan xırdabuynuzlu heyvanların otarılması əsas gətirərək ona ziyan vurulduğuna görə cavabdehdən maddi ziyan tələb edir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh 30.04.2020-ci il tarixdə saat 19 radələrində təsərrüfatında olan 24 baş xirdabuynuzlu heyvanları İddiaçı məxsus 2.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş arpa məhsulunu otarmaqla iddiaçıya ziyan vurmuşdur. İddiaçıya dəymiş ziyan Göyçay DAİM-nin bitkiçilik sektorunun müdiri Qiyas Rəsulov tərəfindən 01.07.2021-ci il tarixdə verilmiş rəyə əsasən hesablanmalıdır. - İddiaçı məxsus torpaq sahəsinin 2020-ci il üçün orta məhsuldarlığı (2.49 ha X 29.08 sentner (2908 kq) = 7240.92 kq) təşkil edir. -Cavabdeh 30.04.2020-ci il tarixdə təsərrüfatında olan 24 baş xirdabuynuzlu heyvanları İddiaçı məxsus 3.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş arpa məhsulunu otarmaqla iddiaçıya (7240.92 X 25/100=1810.23) kiloqram ziyan vurmuşdur. -.Bununla da İddiaçı cavabdeh tərəfindən dəymiş ziyan (1810.23 kq X 0.50 manat = 905.15 manat) təşkil edir. İddiaçı Cavabdeh tərəfindən ona 3000 manat ziyan vurulmasına əsas verə bilən heç bir mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli və Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, qoyunları girən kimi dərhal oradan çıxartmışdır. İddiaçı məxsus sahə isə Niyaməddin Musayev və Zamin Məsimova məxsus torpaq sahəsinin qonşuluğunda yerləşir və onun qoyunları ona məxsus torpaq sahəsinə girməyə macal tapmamış o, onları çıxatrmışdır. Məhkəmə işə baxarkən işi hərtərəfli araşdırmamış, iş üzrə toplanmış sübutlara maddi hüquq normasına uyğun qiymət verməmişdir.

12. Məhkəmənin gəldiyi nəticə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmaması nəticəsində əldə olunmuşdur. Neçə baş qoyunun hansı əraziyə və nə qədər əraziyə zərər vurması aydınlaşdırılmamışdır. Həmin əraziyə arpa məhsulunun əkilibəkilməməsi, həmin ildə arpa məhsulunun məhsuldarlığı aydınlaşdırılmamışdır. Qeyd oluann faktlarla bağlı ekspertiza təyin edilməmişdir. Məhkəmədə müəyyən edilməmişdir ki, iddiaçıya məxsus arpa sahəsi nə qədər hissəsi ona məxsus qoyunlar tərəfindən yeyilmiş və həmin əraziyə başqa qoyunlar salınmışdırmı?

13. Birinci instansiya məhkəməsində ekspertiza təyin edilməmiş, bir çox suallar ekspertiza tərəfindən cavablandırılmalı olduğu halda mütəxəssisin verdiyi qeyri-obyektiv həqiqətə uyğun olmayan birbaşa bu mübahisə ilə bağlı olmayan rəyinə istinad edilərək məhkəmə tərəfindən riyazi hesablamalar yolu ilə zərər müəyyənləşdirilmişdir. Məhkəmə tərəfindən həmin zərər müəyyənləşdirilərkən mütəxəssis verdiyi zərər vura biləcəyi faizlərin yuxarı həddi ilə hesablanmışdır. Yəni, mütəxəssis rəyində qeyd olunur ki, 1 ha arpa sahəsi otarılmaqla və tapdalanmaqla zədələnmə nəticəsində təqribən 5-25% ziyan vurula bilər. Məhkəmə isə bu ziyanı hesablayarkən rəydə göstərilən 5%-lə 25% arasında olan ortaq məxrəci deyil, yuxarı rəqəmi ilə hesablama aparmışdır. Məhkəmə öz qətnaməsində bunun səbəbini qeyd etməmişdir ki, nəyə görə arpaya dəymiş ziyan mütəxəssisin yazdığı təqribi rəqəmlərdən 5%-lə deyil, 25%-lə hesablamışdır. Məhkəmənin bu hərəkətindən görünür ki, məhkəmə bu işə qiymət verərkən qərəzsiz olmamışdır və məhkəmə bu hərəkəti ilə həm də ekspertiza vəzifəsini həyata keçirmişdir. Qeyd edilənlərə əsasən Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(046)-502/2021 saylı qətnaməsinin tam ləğv edilməsinə və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən obyektiv araşdırma aparılmamışdır. Belə ki, ona məxsus olan qoyunlar iddiaçının deyil, Zamin adlı şəxsin torpağına girmiş, o da dərhal həmin qoyunları oradan çıxarmışdır. Bununla bağlı KTN-in Göyçay DAİM tərəfindən ona “inzibati tənbeh vermə haqqında” Qərar da yazılmış, həmin qərarla 50 manat məbləğində cərimə olunmuşdur. İddiaçın torpağı isə Amilgilin (Zamingilin) torpağından xeyli içəridə yerləşir. Onun qoyunları heç ora çatmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin olunaraq, Göyçay Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş edir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh Zaminlə bərabər onun da torpağına qoyun salaraq, ona xeyli məbləğdə ziyan vurmuşdur. İnzibati tənbeh vermə barədə Qərar Amil torpağı ilə bağlı qəbul edilsə də, əslində ona da maddi ziyan vurulmuş, ziyan da məhz cavabdehin təqsirindən vurulmuşdur. Ona görə də Göyçay Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Kostitusiyası:

24-cü maddəsinin İİİ-cü hissəsinə görə hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Hüquqlardan suiistifadıyə yol verilmir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 17.1-ci maddəsinə görə bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadıqda məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı qətnamənin tam ləğv edilməsini xahiş etsə də, əslində şikayətin dəlilləri iddianın təmin olunmuş hissəsinə yönəlmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətə yalnız bu hədd daxilində baxılmalı və qətnamə həmin hissədə yoxlanılmalıdır.

20. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini, işdə iştirak edən şəxslərin izahatlarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir.

22. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

23. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etməklə, işi hərtərəfli və düzgün araşdırmağa çalışmışdır.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.

25. Belə ki, hazırki iddia tələbinin həlli sübutetmə ilə əlaqəli olmuş və birinci instansiya məhkəməsi bununla bağlı maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir.

26. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

27. Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı)

28. İş materaillarında olan İnzibati Tənbeh vermə haqqında 15.05.2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh İXM-nin 232-ci maddəsi ilə təqsirli bilinib 50 manat inzibati qaydada cərimə edilmişdir. Həmin cərimə İddiaçı torpaq sahəsinə əkilmiş taxıla deyil, X2 torpaq sahəsində əkdiyi taxıl sahəsini korladığı üçün təyin edilmişdir. Göründüyü kimi İnzibati Tənbeh vermə haqqında 15.05.2020-ci il tarixli qərarın iddiaçı ilə hər hansı bağlılığı yoxdur. 29.Beləlilklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonunun Şəkər kəndində yerləşən 2.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş arpa məhsulunun Cavabdeh təsərrüfatında olan xırdabuynuzlu heyvanların otarılması əsas gətirərək ona ziyan vurulduğuna görə cavabdehdən maddi ziyan tələb etsə də, bunu məhkəmə araşdırması zamanı sübut edə bilməmiş, öz mövqeyini ehtimallar əsasında əsaslandırmağa çalışmışdır. Çünki, iş materiallarına əlavə edilmiş 15 may 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, Cavabdeh yalnız X3 məxsus torpaq sahəsində əkdiyi taxıl sahəsinə qoyun sürüsü salmaqla cərimə olunmuşdur.

30. Kollegiyanın qənaətinə görə Cavabdeh tərəfindən digər şəxsə ziyan vurulması, öz növbəsində İddiaçı da həmin şəxs tərəfindən ziyan vurulması kimi qiymətləndirilə bilməz. Mübahisənin bu halı sübutların məcmusu nəticəsində öz təsdiqini tapmalıdır.

31. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir

32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaya baxan birinci instansiya məhkəməsi səlahiyyətləri çərçivəsində təqdim edilmiş sübutları qiymətləndirməmiş, həmin sübutları iddianın təmin olunması üçün əsaslı hesab etməmişdir. Belə ki, təqdim olunmuş sübutlarla iddiaçıya zərərin vurulması müəyyən olunmamışdır

33. Belə olan vəziyyətdə Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, eləcə də prosessual hüquq normalarının pozulması da düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olduğundan apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. 34.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(046)-502/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmuş “Cavabdeh 905.15 manat dəymiş ziyanın əvəzi və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi” hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sərlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar