Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-405/2025 19.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, e-2(037)-89/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 22 noyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 9224,32 manat kredit borcu, 837,48 manat faiz borcu və 176,67 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 10238,47 (on min iki yüz otuz səkkiz manat 47 qəpik) manat məbləğində borcun və 120,71 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit verən İddiaçı QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 035A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 hissə-hissə qaytarmaq şərti ilə aylıq 1,75% dərəcəsi ilə 35 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. Borcalan Cavabdeh2 kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh2 bütün öhdəliklərini icra etməlidirlər. Cavabdeh2 kredit müqaviləsinin 1.2ci bəndinin tələbini pozaraq kredit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Borcalan Cavabdeh2 götürdüyü kredit borcundan 2775,68 manat ödəmiş və onun 9224.32 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Borcalan Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 137 gün üçün hesablanmış faiz borcu 837,48 manat təşkil edir. Kredit müqaviləsinin 7.20-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 137 gün üçün hesablanmış cərimə 176,67 manat təşkil edir. İddiaçı tərəfindən kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilsə də cavabdehlər borcun ödənilməsini təmin etməmişlər. Cavabdehlər kredit borcunu qaytarmadıqlarından iddiaçı məhkəməyə müraciət etmiş və məhkəməyə müraciət etmək üçün 120.71 manat dövlət rüsumu ödəmişdir (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445, 448.1, 465, 467, 472 və 501-ci maddələri ilə əsaslandırılmışdır). İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi kreditin verilməsi ilə əlaqədar tərtib edilmiş sənədlər və müqavilələr, ödəniş planı, hesabdan çıxarış, maliyyə arayışı, borcun qaytarılması ilə əlaqədar borcalana və zaminlərə göndərilmiş xəbərdarlıqlar (pretenziya məktubları) və digər sənədlər iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi üçün cavabdehlərə müvafiq qaydada müraciət olunsa da, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı mülki iş üzrə qəbul edilmiş İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 22 yanvar 2025-ci il tarixli, e- 2(037)-89/2025 nömrəli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 9224,32 manat kredit borcu, 837,48 manat faiz borcu, 176,67 manat cərimə borcu olmaqla, ümumilikdə 10238,47 manat borc və 120,71 manat dövlət rüsumu məbləği tutulsun”. İsmayıllı Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli e-2(037)-89/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 035A********** saylı kredit müqaviləsindən görünür ki, kredit verən İddiaçı QSC tərəfindən Cavabdeh2 hissə-hissə qaytarmaq şərti ilə aylıq 1.75% dərəcəsi ilə 35 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 035A********** saylı kredit müqaviləsinə əlavə olunmuş Ödəniş Planından müəyyən edilir ki, Cavabdeh2 müqavilə ilə müəyyən edilmiş 35 ay müddətində 12000 manat əsas və 4114,29 manat faiz borcu olmaqla, cəmi 16114.29 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 18 may 2023-cü il tarixli 035G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, kredit verən İddiaçı QSC ilə kredit alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 035A********** saylı kredit müqaviləsinin təminatı kimi borcalan Cavabdeh2 kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqaviləsinə əsasən digər Cavabdeh3 zamin olaraq borcalan Cavabdeh2 ilə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 18 may 2023-cü il tarixli 035G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, kredit verən İddiaçı QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 035A********** saylı kredit müqaviləsinin təminatı kimi borcalan Cavabdeh2 kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, həmin zaminlik müqaviləsinə əsasən digər Cavabdeh1 zamin olaraq borcalan Cavabdeh2 ilə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişlərinin surətlərindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə üzərilərinə düşən öhdəlikləri icra etmədikləri üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş və kredit müqaviləsi üzrə cavabdehlərin öhdəlikləri və maddi məsuliyyəti barədə onlara xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli OUT-2024/08/20-41 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, 035A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 9224,32 manat kredit borcu, 837,48 manat faiz borcu və 176,67 manat cərimə borcu olmaqla, xx.xx.2024-cü il tarixinə yaranmış ümumi borcu 10238.47 manat məbləğində olmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 120.71 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, kredit verən İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 035A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 hissə-hissə qaytarmaq şərti ilə aylıq 1,75% dərəcəsi ilə 35 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 və Cavabdeh3 zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borcalan Cavabdeh2 ilə birgə məsuliyyət daşıyırlar və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh2 bütün öhdəliklərini icra etməlidirlər. Cavabdeh2 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq kredit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 2775,68 manat ödəmiş, onun 9224.32 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 137 gün üçün hesablanmış faiz borcu 837,48 manat və cərimə borcu 176,67 manat təşkil edir. İddiaçı cavabdehlərdən müştərək qaydada xeyrinə 9224,32 manat kredit borcu, 837,48 manat faiz borcu və 176,67 manat cərimə borcu olmaqla, ümumilikdə 10238,47 manat borcun və 120,71 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə iclasında iştirak edən Cavabdeh2 götürdüyü kredit borcundan 2775,68 manat ödədiyini, sonradan işdən çıxdığı üçün maddi imkanı olmadığından kredit borcunu hər ay vaxtlı-vaxtında ödəyə bilmədiyini, onunla iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə hesablanmış əsas borc və faiz borcunu yaxın vaxtlarda hissə-hissə iddiaçıya ödəyəcəyini bildirmiş və onun və digər cavabdehlərin maddi vəziyyətləri nəzərə alınaraq, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə məhkəmə iclaslarına gəlmədiklərindən, onların iddia tələbinə münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448.1, 449.1, 465.2 və 467-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 214, 216-220, 227.2 və 227.3-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə İsmayıllı Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, e-2(037)-89/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, kredit müqaviləsi üzrə yaranmış borcun müəyyən olunması üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək, İsmayıllı Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli e-2(037)-89/2025 nömrəli qətnaməsinin qismən, yəni faiz və cərimə borcuna aid hissədə ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "Access Bank" QapalıSəhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 9224,32 manat kredit borcu, 837,48 manat faiz borcu və 176,67 manat cərimə borcu olmaqla, ümumilikdə 10238,47 manat borcun və 120,71 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli e-2(037)-89/2025 saylı qətnaməsinə əsasən iddiaçının iddia tələbi təmin edilmiş və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 9224,32 manat kredit borcu, 837,48 manat faiz borcu, 176,67 manat cərimə borcu olmaqla, ümumilikdə 10238,47 manat borc və 120,71 manat dövlət rüsumu məbləği tutulması qət edilmişdir. Qəbul olunmuş həmin qətnaməni qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, nəzərə almaq lazımdır ki, normativ-hüquqi aktlar hüquqa və haqq-ədalətə əsaslanmalıdır, bərabər mənafelərə və bərabər münasibətlərə söykənməlidir. Hamıya məlumdur ki, kreditlərin əksəriyyəti bank tərəfi üçün fayda götürmək məqsədini güdür, digər tərəf isə özü də hiss etmədən aldanaraq əqdi bağlamış olur. Bu halın özü, bir tərəfin nümayəndəsinin digər tərəflə (özünə bəlli olan) pis niyyətlə razılığa gəlməsi və yaxud ağır maddi durumda olan şəxs kimi, kredit alana qarşı son dərəcə əlverişsiz şərtlərlə müqavilənin bağlanmasına məcbur olunur. O, bağlanmış müqavilənin ağır şərtlərlə bağlanılması kimi dəyərləndirir. Bütün hallarda bank tərəfi digər tərəfdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə, həqiqətdən uzaq müəyyən hərəkətləri ilə həvəsləndirərək təhrik edir. Onsuz da maddi durumu ağır olmasına baxmayaraq, iddiaçı onu belə hərəkətləri ilə daha da ağır duruma salmağa çalışır. Belə ki, ”AccessBank” QSC ilə bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən o, aylıq 1,75% dərəcəsi ilə 35 ay müddətinə 12000 manat kredit almışdır. Alınmış kredit üzrə 15 ay müddətinə hər ay 460 manat olmaqla, ümumilikdə 6900 manat ödəniş aparmışdır. Lakin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ödənilməmiş qalan məbləğ kreditin əsas məbləği 9224.32 manat, faiz borcu 837,48 manat və cərimə borcu 176,67 manat olmaqla, ümumilikdə 10238,47 manat olduğu qeyd edilmişdir. Həmin ödənişlərə nəzər salınsa açıq-aydın görünür ki, iddia ərizəsində göstərilən rəqəmlər şişirdilmişdir. Kredit müqaviləsi ilə hesablanmış faiz və cərimə hansı qaydada hesablandığı ona məlum deyil. Belə olan halda kredit məbləği, həmin kredit üzrə qaytarılmayan əsas borcun məbləği və bu məbləğə hesablanmalı olan faiz və cərimə məbləği düzgün müəyyən edilməlidir. Ona görə də, iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilməlidir. Göstərilən pozuntular məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Çünki, birinci instansiya məhkəməsi müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və işin qeyd edilən hallarına qanunvericiliyin tələblərinə düzgün hüquqi qiymət verilməməklə düzgün olmayan nəticəyə gəlinmişdir.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 19 iyun 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Lakin, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Bundan əlavə, hazırkı apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 08 aprel 2025-ci ildə keçirilən məhkəmə iclasında qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin 08 aprel 2025-ci il tаrixli qərаrdаdına əsasən apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq, apellyasiya şikayəti üzrə işin mübahisələndirilən hissədə hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılması və mübahisənin obyektiv həlli məqsədi ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və həmin qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 21 may 2025-ci il tarixli 9/2456 nömrəli Ekspert Rəyindən görünür ki, keçirilmiş ekspertiza nəticəsində maliyyə arayışında qeyd edilən tarixə, yəni iddia tələbində borcun hesablandığı 20 avqust 2024-cü il tarixə 18 may 2023-cü il tarixli 035A********** nömrəli krеdit razilaşmasi üzrə borcalan Cavabdeh2 borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə əsas borcun 9313,59 manat məbləğində və faiz borcunun isə 709,11 (yeddi yüz doqquz manat 11 qəpik) manat məbləğində olduğu müəyyən edilmişdir.
4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh2 tərəfindən hazırkı apellyasiya şikayətində “kredit müqaviləsi üzrə yaranmış borcun müəyyən olunması üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək, İsmayıllı Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli e- 2(037)-89/2025 nömrəli qətnaməsinin qismən, yəni faiz və cərimə borcuna aid hissədə ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739. Borc müqaviləsi (hazırkı iş üzrə mübahisə predmeti olan kredit müqaviləsi bağlandığı dövrdə qüvvədə olan redaksiyada): 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, İsmayıllı Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, e-2(037)- 89/2025 nömrəli qətnaməsi qismən, yəni cavabdehlərdən müştərək qaydada “837.48 manat faiz borcunun tutulması” hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları və məhkəmə araşdırması zamanı işin konkret halları, o cümlədən də hazırkı iddia üzrə Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə müəyyən olunur ki, İsmayıllı Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, e-2(037)-89/2025 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə “9224,32 manat kredit borcu, 837,48 manat faiz borcu və 176,67 manat cərimə borcu olmaqla, ümumilikdə 10238,47 manat borc və 120,71 manat dövlət rüsumunun” tutulması qət edilmiş olsa da, Cavabdeh2 hazırkı apellyasiya şikayətində həmin qətnamənin yalnız “faiz və cərimə borcuna aid hissədə ləğv edilməsini və həmin hissədə yeni qətnamə çıxarılmasını” xahiş etmişdir. Yəni, Cavabdeh2 apellyasiya şikayətində İsmayıllı Rayon Məhkəməsinin 22 yanvar 2025ci il tarixli, e-2(037)-89/2025 nömrəli qətnaməsi ilə cavabdehlərdən “837,48 manat faiz borcunun və 176,67 manat cərimə borcunun” tutulması ilə razılaşmayaraq, qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Bununla əlaqədar apellyasiya instansiyasında qətnamənin mübahisələndirilən hissəsinə uyğun olaraq müvafiq araşdırma aparılmış və bu araşdırma ilə əlaqədar keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 21 may 2025-ci il tarixli 9/2456 nömrəli Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, iş üzrə iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışında qeyd edilən tarixə, yəni 20 avqust 2024-cü il tarixə 18 may 2023cü il tarixli krеdit müqaviləsi üzrə borcalan Cavabdeh2 borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə faiz borcunun 709,11 (yeddi yüz doqquz manat 11 qəpik) manat məbləğində olduğu müəyyən edilmişdir. Göründüyü kimi, borcalan Cavabdeh2 18 may 2023-cü il tarixli krеdit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, İsmayıllı Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, e-2(037)-89/2025 nömrəli qətnaməsi ilə həmin Müqavilə üzrə yaranmış əsas borcun, o cümlədən də 20 avqust 2024-cü il tarixinə hesablanmış “837,48 manat məbləğində faiz borcunun” cavabdehlərdən müştərək qaydada tutulması qət edilmişdir. Lakin, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 21 may 2025-ci il tarixli 9/2456 nömrəli Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, iş üzrə iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışında qeyd edilən tarixə, yəni 20 avqust 2024-cü il tarixə 18 may 2023-cü il tarixli krеdit müqaviləsi üzrə borcalan Cavabdeh2 borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə faiz borcu iddia tələbində tələb olunduğu kimi “837,48 manat məbləğində” deyil, “709,11 manat” məbləğindədir. Ona görə də, apellyasiya instansiyasında aparılan məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 21 may 2025-ci il tarixli 9/2456 nömrəli Ekspert Rəyi iş üzrə mötəbər sübut olaraq nəzərə alınmalı və cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləği həmin Rəyə, iddia tələbinə və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq müəyyən edilməlidir. Eyni zamanda, apellyasiya şikayətinin “cərimə borcunun tutulması” ilə əlaqədar dəlilləri üzrə məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, məlum kredit müqaviləsinin 7.20-ci bəndində “borcalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməli olmasının” və Mülki Məcəllənin tələblərinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olması və borclu öhdəliyin lazımınca icra edilməməsi, eləcə də müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilməsi (Mülki Məcəllənin 462 və 465-ci maddələri) nəzərdə tutulduğundan, hazırkı mübahisə üzrə iddiaçı tərəfindən 176,67 manat məbləğində cərimə borcunun hesablanması işin hallarına görə əsaslıdır. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli e-2(037)-89/2025 nömrəli qətnaməsi qismən, yəni cavabdehlərdən müştərək qaydada “837,48 manat faiz borcunun tutulması” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməli və həmin hissədə iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 9224,32 manat əsas bоrc, 709,11 manat faiz bоrcu, 176,67 manat cərimə borcu və 120,71 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10230,81 manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı və qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, işin halları nəzərə alınmaqla, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli və eyni zamanda, iş üzrə apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti apellyasiya şikayəti vermiş Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli e-2(037)-89/2025 nömrəli qətnaməsi qismən, yəni cavabdehlərdən müştərək qaydada “837,48 manat faiz borcunun tutulması” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək, həmin hissədə iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 9224,32 (doqquz min iki yüz iyirmi dörd manat 32 qəpik) manat əsas bоrc, 709,11 (yeddi yüz doqquz manat 11 qəpik) manat faiz bоrcu, 176,67 (yüz yetmiş altı manat 67 qəpik) manat cərimə və 120,71 (yüz iyirmi manat 71 qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10230,81 (on min iki yüz otuz manat 81 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İsmayıllı Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli e-2(037)-89/2025 nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. İş üzrə apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti apellyasiya şikayəti vermiş Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.