Məhkəmə qərarları › İş №2(107)-412/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-412/2022

16.02.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-412/2022 16.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-nə qarşı elektrik dayağının və yüksək gərginlikli elektrik xəttinin cavabdehin vəsaiti hesabına həyətyanı torpaq sahəsindən çıxarılması tələbi barədə mülki iş üzrə cavabdeh "xxxx" ASC-nin ərazi aidiyyəti ilə bağlı vəsatətinə dair Oğuz Rayon Məhkəməsinin 29.12.2021-ci il tarixli 2(054)-561/2021 nömrəli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində qoyulmuş elektrik dayağının və həmin dayağa qoşulmuş yüksək gərginlikli elektrik xəttinin cavabdehin vəsaiti hesabına həyətyanı torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş məhkəmənin icraatında olduğu müddətdə iddiaçı məhkəməyə vəsatət təqdim edərək cavabdeh "xxxx" ASC-nin də cavabdeh qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmiş, "xxxx" ASC cavabdeh qismində işə cəlb edilmişdir. Cavabdeh "xxxx" ASC ərazi aidiyyəti ilə bağlı vəsatətlə məhkəməyə müraciət edərək mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 29.12.2021-ci il tarixli 2(054)-561/2021 nömrəli qərardadı ilə cavabdeh "xxxx" ASC-nin mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 14.01.2022-ci il tarixli 2(054)-22/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-nə qarşı elektrik dayağının və yüksək gərginlikli elektrik xəttinin cavabdehin vəsaiti hesabına həyətyanı torpaq sahəsindən çıxarılması tələbi barədə mülki iş üzrə cavabdeh "xxxx" ASC-nin ərazi aidiyyəti ilə bağlı vəsatətinə dair Oğuz Rayon Məhkəməsinin 29.12.2021-ci il tarixli 2 (054)-561/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X1 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 29.12.2021-ci il tarixli 2(054)- 561/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ərizəsində qeyd etdiyi Cavabdeh2 "xxxx" ASC-nin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərir. Şəbəkənin əmlakı dövlət mülkiyyətindədir və onun üzərində sahiblik, istifadə və sərəncam hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə "xxxx" ASC-nə məxsusdur. Şəbəkə müvafiq qaydada bu əmlaka münasibətdə istifadə hüququnu həyata keçirir. Həmçinin şəbəkə "xxxx" ASC tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində elektrik enerjisinin çatdırılması, satışın və bu fəaliyyətlə əlaqədar müvafiq xidmətləri həyata keçirən struktur vahididir və maliyyə-təsərrüfat balansı "xxxx" ASC-nin balansına aiddir. Azərişıq” ASC hüquqi şəxs statusuna malik olan təşkilat kimi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılmışdır, onun hüquqi ünvanı isə ünvan 2tın pozulması ilə bağlı ərizənin təmin edilməməsi barədə Oğuz Rayon Məhkəməsinin 29.12.2021-ci il tarixli 2(054)-561/2021 saylı qərardadının ləğv olunması və 2(054)-561/2021 saylı mülki işin aidiyyatı üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən Cavabdeh2 iş üzrə cavabdeh kimi qeyd etmiş, "xxxx" ASC isə sonradan cavabdeh qismində işə cəlb edilmişdir. İş materiallarında əlavə edilmiş RX N-1426933 saylı Çıxarışdan görünür ki, Oğuz şəhəri, Dədə Qorqud küçəsi 37C-də yerləşən daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, Cavabdeh2 Oğuz şəhəri, Heydər Əliyev prosspekti 1 ünvanında yerləşir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki iddianı özünün xüsusi mülkiyyətində olan daşınmaz əşyanın olduğu yerə görə yəni Oğuz Rayon Məhkəməsinə verməsini birinci instansiya məhkəməsi düzgün qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Oğuz Rayon Məhkəməsinin 29.12.2021-ci il tarixli 2(054)-561/2021 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin 29.12.2021-ci il tarixli 2(054)-561/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 157, 158, 263-264 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 29.12.2021-ci il tarixli 2(054)-561/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar