Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-412/2023 20.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc pul tələbi, sübutetmə yükü, öhtəlyə əməl etməmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli, 2(025)-203/2014 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vəkil xidməti üçün ödədiyi 100 (bir yüz) manatın, ödədiyi 30 manat dövlət rüsumunun və faizlərlə birlikdə 6878 manat olmaqla, cəmi 7008 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh onun tanışdır. Cavabdeh 2007-ci ilin dekabr ayında ondan xahiş etmişdir ki, onun 3000 manat pula ehtiyacı var, ona borca pul verməsini xahiş etmişdir. Onun istədiyi pul onda olmadığına görə ona lazım olan pulu verə bilməmişdir. Cavabdeh ona təkilf etmişdir ki, “sənin bankda etibarın var, sən bankdan pul götür ver mənə, mən sonra sənə ödəyərəm”. Onu tanıdığına görə inanmış və X1 07 dekabr 2007-ci il tarixli zaminlik müqaviləsi ilə ona 3000 manat pul alıb vermişdir. Aradan xeyli müddət keçdikdən sonra görmüşdür ki, cavabdehdən pul qaytarmağa dair heç bir hərəkət yoxdur. Ona görə də ondan pulu qaytarmağı tələb etmiş, cavabdeh isə onu hər dəfə müxtəlif bəhanələrlə yola salmışdır. Pul ödənilmədiyinə görə “Nikoyl” İKB onu və zamin X8 məhkəməyə vermişdir. Hazırda Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2010-cu il tarixli, 2 (025)-268/2010 saylı icra vərəqəsinə əsasən ondan və zamin X5 müştərək qaydada faizlərlə birlikdə 6878 manat pul tutularaq “Nikoyl” İKB-na ödənilməlidir. Artıq ödəniş onun pensiyasına yönəldilmiş və onun pensiyasından hər ay 40 faiz tutularaq Bankın hesabına ödənilir. Faizlər isə borcun hesabına artmaqda davam edir. Belə ki, artıq onun Banka 6000 (altı min) manata yaxın borcu toplanmışdır. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin (hakim: F.Abbasov) 22 aprel 2014-cü il tarixli, 2(025)-203/2014 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 6878 (altı min səkkiz yüz yetmiş səkkiz) manat məbləğində borc, vəkil xidməti üçün ödənilmiş 100 (bir yüz) manat və iddianın qaldırılması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 7008 (yeddi min səkkiz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh iddiaçıya müraciət edədərək, ona 3000 (üç min) manat məbləğində pul lazım olduğunu bildirmiş, iddiaçı onda pul olmadığını bildirdikdə, cavabdeh ona Bankdan onun adına kredit götürərək ona verilməsini xahiş etmiş, iddiaçı da həmin şəxsi tanıdığı üçün onun xahişinə əməl edərək, “Nikoyl” X3 “Qəbələ” filialından 3000 (üç min) manat məbləğində kredit götürərək cavabdehə vermiş, cavabdeh isə həmin krediti özü Banka qaytaracağına söz versə də, həmin pulu vaxtında qaytarmadığı üçün “Nikoyl” X4 cavabdehlər Cavabdeh və X9 qarşı məhkəmədə iddia qaldıraraq, İddiaçı Bank qarşısında 07 dekabr 2007-ci il tarixli, 1851/951/02 (G) №-li Kredit Müqaviləsindən irəli gələn ödənilməmiş 3000 (üç min) manat əsas borc, xx.xx.2010-cu il tarixədək hesablanmış 2.356 (iki min üç yüz əlli altı) manat faiz borcu, gecikdirməyə görə 1.502 (bir min beş yüz iki) manat dəbbə pulu borcu, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 6878 (altı min səkkiz yüz yetmiş səkkiz) manat pulun cavabdehlər İddiaçı və X5 müştərək qaydada alınaraq iddiaçı "Nikoyl" X3 xeyrinə ödənilməsi qət edilmiş və hazırda həmin borc İddiaçı pensiyasına yönəldilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, Cavabdeh 6878 (altı min səkkiz yüz yetmiş səkkiz) manat məbləğində pul alınıb iddiaçı Cavabdeh verilməlidir. Bununla da, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı aldığı 3000 (üç min) manat pulu qaytarmamaqla əsassız varlanmışdır. Qeyd olunan qanunvericilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı ücün o, əldə etdiklərini iddiaçıya qaytarmalıdır. İddiaçının, hüquqi yardım xidməti üçün xidmət haqqı olaraq ödənilən 100 manat məbləğinin cavabdehdən tutulması tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulsa da, bunun konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla müəyyənləşdirildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş 26 sentyabr 2012-ci il tarixli, 298741 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı 100 (bir yüz) manat məbləğində hüquqi xidmət haqqını Vəkil2 ödəmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 135.1, 135.2, 1092.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 62.1 14.2, 77.1, 217.4 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan vəkil xidməti üçün ödədiyi 100 manatın və ödədiyi 30 manat dövlət rüsumunun və faizlərlə birlikdə 6878 manatın, cəmi 7008 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(025)-203/2014 nömrəli qətnaməsinə əsasən ondan 6878 (alt min səkkiz yüz yetmiş səkkiz) manat məbləğində borc, vəkil xidməti üçün ödənilmiş 100 (bir yüz) manat və iddianın qaldırılması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 7008 (yeddi min səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bildirir ki, məhkəmə iddia tələbini təmin edərək hüquqlarını pozmuşdur. Məhkəmə iddianı təmin edərkən işin mövcud hallarını nəzərə almamış, Mülki Məcəllənin və Mülki-Prosessual Məcəllənin tələblərini pozmuş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Bildirir ki, o, İddiaçı həqiqətəndə 3000 manat borc pul istəmişdir. Lakin İddiaçı kredit alaraq ona pul verməsini təklif etməmiş və belə niyyəti olmamışdır. Həqiqətəndə İddiaçı ona 3000 manat pul vermişdir. O isə həmin puldan İddiaçı ümumilikdə 1400 manat pul qaytarmışdır. Hal-hazırda İddiaçı 1600 manat borcu qalmışdır. Bu səbəbdən iddia tələbinin qalan hissədə qəbul etmir. Bildirir ki, o, 2012ci ildən Türkiyə Respublikasına getmişdir. Həmin müddət ərzində də Türkiyədə yaşamışdır. 2018-ci ildə Türkiyə törətdiyi cinayət əməlinə görə tutularaq Azərbaycana təhvil verilmişdir. Bakı Ağır Cinayət Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli hökmü ilə 05 il 03 ay 26 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhərə Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzamın çəkilməmiş hissəsindən azad edilərək azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra doğulduğu Qəbələ rayon Mıxlıqovaq kəndinə gəlmişdir. Ona Qəbələ rayon İcra şöbəsindən məktub gəldikdən sonra isə icra şöbəsində barəsində mülki borcu olduğu bildirilmişdir. Belə olub Qəbələ məhkəməsinə yaxınlaşmış, iş materialları ilə tanış olmuş və 23 yanvar 2023-cü il tarixdə qətnamənin surətini almışdır. İş materialları ilə tanış olan zaman isə ona məlum oldu ki, onun adına göndərilmiş məktublar məhkəməyə geri qaytarılmışdır. Guya ona təqdim edilmək üçün nümayəndəliyə verilsə də, faktiki olaraq burada yaşamamış və bunu heç kim qətnamə verməmişdir. Qətnamə qəbul edilən zaman Türkiyədə olduğunu təsdiqləyən sübutları şikayətinə əlavə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Lakin İddiaçı bankdan krediti onun adına götürdüyünə dair sübutlar təqdim etməmişdir. Hər bir halda kredit müqaviləsi üzrə o, şəxsi məsuliyyət daşıyır. Ona verdiyi pul isə 3000 manat olmuşdur. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(025)- 203/2014 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin 1600 manat hissəsində təmin edilməsi, qalan hissədə isə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli, 2(025)-203/2014 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməklə apellyasiya şikayətinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquqa Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(025)- 203/2014 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin 1600 manat hissəsində təmin edilməsi, qalan hissədə isə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(025)-203/2014 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin 1400 manata aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli, 2(025)- 203/2014 saylı qətnaməsi iddia tələbinin 1400 manatın cavabdehdən alınmasına aid hissədə qismən ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi 1400 manat pul tələbinə aid hissədə təmin edilməməlidir. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxalnılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya müraciət edədərək, ona 3000 (üç min) manat məbləğində pul lazım olduğunu bildirmiş, iddiaçı onda pul olmadığını bildirdikdə, cavabdeh ona Bankdan onun adına kredit götürərək ona verilməsini xahiş etmişdir. İddiaçı da həmin şəxsi tanıdığı üçün onun xahişinə əməl edərək, “Nikoyl” X3 “Qəbələ” filialından 3000 (üç min) manat məbləğində kredit götürərək cavabdehə vermişdir. Cavabdeh isə həmin krediti özü Banka qaytaracağına söz versə də, həmin pulu vaxtında qaytarmadığı üçün “Nikoyl” X4 cavabdehlər Cavabdeh və X9 qarşı məhkəmədə iddia qaldırmış, Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2010-cu ilin qiyabi qətnaməsi ilə, İddiaçı Bank qarşısında 07 dekabr 2007-ci il tarixli, 1851/951/02 (G) №-li Kredit Müqaviləsindən irəli gələn ödənilməmiş 3000 (üç min) manat əsas borc, xx.xx.2010-cu il tarixədək hesablanmış 2.356 (iki min üç yüz əlli altı) manat faiz borcu, gecikdirməyə görə 1.502 (bir min beş yüz iki) manat dəbbə pulu borcu, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 6878 (altı min səkkiz yüz yetmiş səkkiz) manat pulun cavabdehlər İddiaçı və X5 müştərək qaydada alınaraq iddiaçı "Nikoyl" X3 xeyrinə ödənilməsi qət edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan aldığı puldan 1400 manat pulu iddiaçıya qaytarmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, o, İddiaçı həqiqətəndə 3000 manat borc pul istəmişdir. Faiz və dəbbə puluna aid aralarında razılaşma olmamışdır. İddiaçı kredit alaraq ona pul verməsini təklif etməmiş və belə niyyəti olmamışdır. Həqiqətəndə İddiaçı ona 3000 manat pul vermişdir. Eyni zamanda puldan 1400 manatını iddiaçıya qaytarmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlili ilə qismən razılaşır. Belə ki, iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, ona olan borcdan 1400 manat cavabdeh tərəfindən ona geri qaytarılmışdır. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi 1400 manata aid hissədə iddia tələbi təmin edilə bilməz. İddiaçı kredit alaraq ona pul verməsini təklif etməməsi və belə niyyətinin olmaması barədə dəlilləri isə kollegiya əsassızı sayır. Belə ki, “Nikoyl” X4 ilə İddiaçı arasında 07 dekabr 2007-ci il tarixli, 1851/951/02 (G) №-li Kredit Müqaviləsi bağlanmış, həmin sözügedən Kredit Müqaviləsinə əsasən Bank tərəfindən İddiaçı illik 30 % olmaqla 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan və bank, borclu İddiaçı və zamin X10 arasında bağlanmış xx.xx.2007-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Ə.Lətifov, yuxarıda qeyd olunan kredit müqaviləsi əsasında İddiaçı verilmiş kreditin, hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zamin durmuş, müştəri, bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün zamin və borclu eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Zaminlik Müqaviləsinin sonuncu səhifəsindən görünür ki, Cavabdeh aşağıdakıları qeyd etmişdir: “Mən Hacıyev X7 Rəzinin adına kredit götürüb özümə aldım.” Göründüyü kimi, Cavabdeh İddiaçı adına kredit götürülməsini təklif etməməsi, barədə şikayətinin dəlilləri əsassızıdır. Belə ki, yuxarıda qeyd edilən zaminlik müqaviləsinin sonuncu səhifəsindən görünür ki, Cavabdeh aşağıdakıları qeyd etmişdir: “Mən Hacıyev X7 Rəzinin adına kredit götürüb özümə aldım.” Kollegiya şikayətin faiz və dəbbə pulu barədə iddiaçı ilə aralarında hər hansı bir razılaşmanın olmaması barədə dəlilini də əsassız sayır. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 12 avqust 2010-cu ilin qiyabi qətnaməsi ilə, İddiaçı Bank qarşısında 07 dekabr 2007-ci il tarixli, 1851/951/02 (G) №-li Kredit Müqaviləsindən irəli gələn ödənilməmiş 3000 (üç min) manat əsas borc, xx.xx.2010-cu il tarixədək hesablanmış 2.356 (iki min üç yüz əlli altı) manat faiz borcu, gecikdirməyə görə 1.502 (bir min beş yüz iki) manat dəbbə pulu borcu, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 6878 (altı min səkkiz yüz yetmiş səkkiz) manat pulun cavabdehlər İddiaçı və X5 müştərək qaydada alınaraq iddiaçı "Nikoyl" X3 xeyrinə ödənilməsi qət edilmişdir. Kollegiya gəldiyi nəticəni onunla əsaslandırır ki, cavabdeh iddiaçıdan aldığı pulu bilavasitə banka gedərək, iddiaçının bankdan götürdüyü 3000 manat pulu iddiaçıdan almış, zaminlik müqaviləsində isə “Mən Hacıyev X7 Rəzinin adına kredit götürüb özümə aldım.” kimi qeyd yazaraq həmin krediti özü üçün aldığını imzası ilə təsdiq etmişdir. Bundan sonra cavabdeh iddiaçının banka olan borcundan cəmi 1400 manat pul iddiaçıya ödəmişdir. Yerdə qalan 1600 manat borc və 2.356 (iki min üç yüz əlli altı) manat faiz borcu, gecikdirməyə görə 1.502 (bir min beş yüz iki) manat dəbbə pulunu iddiaçıya ödəməmişdir. Daha sonra kollegiya iddia tələbini və apellyasiya şikayətinin dəlillərini ümumiləşdirərək qeyd edir ki, iddiaçı cavabdehə 3000 manat pul borc verməklə eyni zamanda ona banka ödədiyi 2.356 (iki min üç yüz əlli altı) manat faiz borcu, gecikdirməyə görə 1.502 (bir min beş yüz iki) manat dəbbə pulu, 20 manat ödədiyi dövlət rüsumu olmaqla ümumilikdə 3878 manat ziyan vurmuşdur. Ona görə də kollegiya hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq pul məbləği, 1600 manat cavabdehə verdiyi borc, borca görə banka ödəyədiyi 2.356 (iki min üç yüz əlli altı) manat faiz borcu, gecikdirməyə görə 1.502 (bir min beş yüz iki) manat dəbbə pulu, 20 manat ödədiyi dövlət rüsumu olmaqla ümumilikdə 5478 manat olmalıdır. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, iddianın təmin edilməməsi barədə cavabdehin apellyasiya şikayətindəki dəlilləri məhkəmə iclasında öz təsdiqini qismən tapdığından şikayət qismən əsaslıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin 1400 manata aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli, 2(025)-203/2014 saylı qətnaməsi iddia tələbinin 1400 manatın cavabdehdən alınmasına aid hissədə qismən ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi 1400 manat pul tələbinə aid hissədə təmin edilməməlidir. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxalnılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli, 2(025)-203/2014 saylı qətnaməsi qismən, yəni 1400 manat pulun cavabdehdən tutulması hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi 1400 manat pulun cavabdehdən tutulması hissəsində təmin edilməsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-412/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-412/2023
20.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver