Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-414/2024 27.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: maddi ziyan, əldən çıxmış fayda, MM 157.5) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022ci il tarixli, 2(037)-302/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İsmayıllı rayonu, Şəbiyan kəndində yerləşən 1,24 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zahidov (Zaidov) Məcid Abış oğlunun və Zahidova (Zaidova) Çervon Nizaməddin qızının, həmin kənddə yerləşən 4,72 ha. torpaq sahəsi Zahidov (Zaidov) Mətləb Məcid oğlunun, X4, X9, X6, X5, X7, X10 ümumi birgə mülkiyyətindədir. Qeyd olunan torpaq sahələri 2013-cü ildən Cavabdeh faktiki istifadəsinə verilmişdir. 2020-ci ilin əvvəlində yenidən alğı-satqı müqaviləsini rəsmiləşdirmək üçün cavabdehə müraciət etdikdə o, torpaq sahəsini satmadığını və icarəyə verdiyini demişdir. Bundan sonra cavabdehin əsl niyyətini başa düşmüş və aldığı torpaq sahələrinin hazırki bazar qiymətləri ilə olan dəyərini tələb etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)-212/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı torpaq sahələrini hazırkı bazar qiymətinə uyğun olaraq 22350 manat, torpağı tam yararlı vəziyyətə gətirmək üçün 2000 manat olmaqla cəmi 24350 manatın və 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2022ci il tarixli 2(107)-295/2022 nömrəli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirməkdən ötrü təmin olunmuş tələbin 2000 manata aid hissəsində ləğv edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli 2(102)-4638/2022 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddia tələbi isə Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçinin (İddiaçı) vicdanlı sahibdən (Cavabdeh) onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin əvəzinin ödənilməsi üzrə tələbi barədədir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı (bundan sonra birinci iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 54165 manat məbləğində əldən çıxmış fayda, 13840 manat əldə edəcəyi məbləğ və ödədiyi 295 manat dövlət rüsumu – cəmi 68300 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh 2013-cü ildə onun və ailə üzvlərinin İsmayıllı rayonu Şəbiyan kəndi ərazisində yerləşən, cəmi 5,96 hektar kənd təsərrüfatı istehsalı təyinatlı torpaq sahəsini illik hər hektarını 1200 manata olmaqla, icarəyə götürərək ona on illik icarə haqqı olaraq 12000 manat pul vermişdir. Onlar arasında yazılı razılaşma olmamış və cavabdeh torpaq sahəsindən uzun illər istifadə etmişdir. 2021-ci ilin yayında növbəti ilin məhsul yığımından sonra, yəni torpağa əkmiş olduğu taxıl məhsulunu yığdıqdan sonra o, cavabdehdən torpağını boşaltmasını tələb etmiş və həmin vaxt cavabdeh torpaq sahəsini boşaltmaq əvəzinə İsmayıllı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək guya torpağı ondan alğı-satqı yolu ilə alması, torpaq sahəsini münbitləşdirmək üçün xərc çəkməsi və digər uydurma faktlarla müraciət edərək ondan 34030 manat pul tələb etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)-212/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək ondan 24350 manat və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilmişdir. O, məhkəmədə torpağının uzun müddət cavabdeh tərəfindən istifadə edilərək külli miqdarda gəlir götürməsini səsləndirsə də məhkəmə bunu sübut kimi qəbul etməmişdir. Bu barədə qarşılıqlı iddia vermək isə onun ağlına gəlməmişdir. O, qətnamədən apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2(107)-295/2022 nömrəli qətnaməsinə əsasən apelyasiya şikayəti qismən təmin edilərək İsmayıllı rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)-212/2021 nömrəli qətnaməsi torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclənmiş 10000 manat tələbinin təmin olunmuş 2000 manata aid hissəsində ləğv edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 13 sentyabr 2022-ci il tarixli 2(102)-4638/2022 nömrəli qərarına əsasən Şəki Apelyasiya Məhkəməsinin 29 mart 2022ci il tarixli 2(107)-295/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi çıxandan sonra cavabdeh ona məxsus həmin torpaq sahəsini növbəti dəfə şumlatdıraraq taxıl məhsulu əkmiş və məhsulun yığılması vaxtını gözləmişdir. Çıxarılmış məhkəmə qətnamələrindən görünür ki, o, 5,96 hektar torpaq sahəsini cavabdehə satmışdır, əgər belədirsə, onda cavabdeh bu torpağın hər hektarından X22 İnkişaf Mərkəzinin 05 iyul 2021-ci il tarixli 06-A saylı arayışına əsasən, ildə 9536 manat olmaqla, 2013-2021-ci illər ərzində isə 85824 manat pul qazanmışdır ki, bu da onun üçün əldən çıxmış faydadır. Halbuki, o, bu torpaq sahəsində daha bahalı məhsul, yəni sarımsaq yetişdirmək fikri olmuşdur ki, onda da o, daha çox gəlir əldə edəcəkdi. “X8” MMC-nin 03 fevral 2022-ci il tarixli 21 nömrəli rəyi ilə də ona və ailə üzvlərinə məxsus olan, İsmayıllı rayonu Şəbiyan kəndində iki ərazidə, 0,72 hektar və 5,24 hektar torpaq sahəsində fermer buğda əkərsə, toxumla birlikdə şumaltına mineral gübrə tətbiq edərsə, payız və yaz yemləmə gübrəsini vaxtında verərsə, alaq otlarına, yabanı vələmirə, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərini vaxtında və düzgün apararsa, bu məhsulların yetişdirilməsinə çəkilən xərclər çıxıldıqdan sonra əldə edilən qazanc 238,4 sentner, yaxud 54165 manat təşkil edər. Həmin məbləğ onun üçün əldən çıxmış faydadır. Bundan əlavə, apelyasiya şikayəti verilən kimi, cavabdehin onun torpaq sahəsindən təkrar istifadə edərək, oranı şumlayaraq taxıl məhsulu əkmişdir. Bununla da cavabdeh ona təkrar maddi ziyan vurmuşdur. Həmin bir illik maddi ziyanın da məbləği 13840 manat təşkil edir. Cavabdehdən 54165 manat məbləğində əldən çıxmış fayda, 13840 manat əldə edəcəyi məbləğ və ödədiyi 295 manat dövlət rüsumu – cəmi 68300 manat pulun alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında hər hansı bir formada icarə müqaviləsi mövcud olmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, JN 0019 KOD 40713038 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən 1,24 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X23 və X1 mülkiyyətinə, JN 0020 KOD 40713038 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən 4,72 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X17, X11, X18, X14, X12, X15 və X10 mülkiyyətinə verilmişdir. Hazırkı iş üzrə iddiaçı ilə hazırkı iş üzrə cavabdeh arasında mübahisəli torpaq sahələrinin alqı satqısı barədə razılaşma olmuş, hazırkı iş üzrə cavabdeh torpaq sahələrinin aralarında razılaşdırılmış dəyərini hazırkı iş üzrə iddiaçıya tam şəkildə ödəməklə həmin torpaq sahəsini satın almışdır. Həmin vaxt torpaq sahəsinin alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan sənədlər tam hazır olmadığından tərəflər alğı-satqı müqaviləsinin sənədləri tam şəkildə hazır olduqdan sonra rəsmiləşdiriləcəyi barədə razılığa gəlmişlər. Bundan sonra hazırkı iş üzrə iddiaçı torpaq sahəsini hazırkı iş üzrə cavabdehə təhvil vermişdir. Hazırkı iş üzrə iddiaçı torpaq sahlərinin alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən imtina etdiyi üçün hazırkı iş üzrə cavabdeh hazırkı iş üzrə iddiaçıya qarşı 5,96 hektar torpaq sahələrinin hazırki bazar qiymətləri ilə olan 24000 manat, həmin torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 10000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 30 manat – cəmi 34030 manat pulun alınaraq ona verilməsi barədə İsmayıllı rayon Məhkəməsində iddia qaldırmışdır. İddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı torpaq sahələrini hazırkı bazar qiymətinə uyğun olaraq 22350 manat, torpağı tam yararlı vəziyyətə gətirmək üçün 2000 manat və 30 manat dövlət rüsumu – cəmi 24350 manat və 30 manat dövlət rüsumu – cəmi 24380 (iyirmi dörd min üç yüz səksən) manat alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə İsmayıllı rayon Məhkəməsinin qətnaməsi torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün təmin olunmuş tələbin 2000 manata aid hissəsində ləğv edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində göstərilən məbləği ödəmədiyindən cavabdeh iddiaçı və onun ailə üzvlərinə məxsus 5,96 hektar torpaq sahəsini qaytarmamışdır.
5. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı bir məbləğdə gəlirdən məhrum olmuşsa belə, bu onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməsi səbəbindən baş vermişdir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir.
6. İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)-302/2022 saylı qətnaməsi ilə (hakim: R.Şirinov) İddiaçı Cavabdeh qarşı cavabdehdən 54165 manat məbləğində əldən çıxmış fayda, 13840 manat əldə edəcəyi məbləğ və ödədiyi 295 manat dövlət rüsumu – cəmi 68300 manat pulun alınaraq ona ödənilməsinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 706 və 1097-ci maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: JN 0019 KOD 40713038 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktı JN 0020 KOD 40713038 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktı X22 İnkişaf Mərkəzinin 05 iyul 2021-ci il tarixli 06-A nömrəli arayışı “X8” MMC-nin 03 fevral 2022-ci il tarixli 21 nömrəli rəyi İsmayıllı rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)-212/2021 nömrəli qətnaməsi Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2022-ci il tarixli 2(107)- 295/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməs Ali Məhkəmənin Mülki Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli 2(102)-4638/2022 nömrəli qərar
9. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
10. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2023-cü il tarixli, 2(107)-403/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)- 302/2022 nömrəli qətnaməsi iddianın təmin edilməyən 9536 manata aid hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia həmin hissədə təmin edilmiş, 9536 manat pulun və 41 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 50 manatının iddiaçıdan, 50 manatının isə cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-178/2024 nömrəli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2023-cü il tarixli, 2(107)-403/2023 nömrəli qətnaməsi iddianın təmin olunan və məhkəmə xərclərinin tutulması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə həqiqəti müəyyən etməmiş, qərəzli olaraq yalnız cavabdehin yalan izahatlarını qətnamədə qeyd edərək yanlış nəticəyə gəlmişdir. Heç bir qətnamədə torpaq sahəsinin satılması sübut olunmamışdır. Torpaq sahəsi satılası olsaydı, bunu qısa bir zamanda notariat kontorunda rəsmiləşdirmək olardı. Buna heç bir problem olmamışdır. Lakin, onun və ailə üzvlərinin torpaq sahəsini satmaq niyyəti olmamışdır. İcarəyə verdiyi torpaq sahəsi uzun illər Əli Bayramov adına sovxozun istifadəsində olan əkin torpaqları olmuşdur. Bu torpaqlar yararlı halda olmuş, onların yararlı hala salınmasına ehtiyac olmamışdır. Cababdeh yalan-özünə sərf edən məlumatlar vermiş, məhkəmə isə bu məlumatları yoxlamamış, həqiqət olmasına inanaraq qətnaməyə qeyd etmişdir. Azərbaycan Respublikasında Aqrar İslahat aparılan zaman kolxoz və sovxozların istifadəsində olan torpaqlar 3 kateqoriyaya bölünərək bölünmüşdür. Əkinə yararlı torpaqlar “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə xx.xx.1996-cı ilə kimi həmin ərazidə daimi qeydiyyatda olan və yaşayan şəxslərə verilmişdir. Bu torpaqlar əkinə tam yararlı olmuş, onların yenidən nəyə görəsə “yararlı hala” salınmasına ehtiyac olmamışdır. Onun iddia tələbi 2013-cü ildən 2021-ci il tarixə kimi qanunsuz istifadə etməsi nəticəsində İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)-212/2021 saylı qətnaməsinin icra etməməsi ilə deyil, İsmayıllı rayonu, Şəbiyan kəndində yerləşən 5.96 (1.24 + 4.72) ha torpaq sahəsindən 2014-cü ildən-2021-ci ilədək, yəni 8 il ərzində arpa və ya buğda əkiləcəyi təqdirdə, bütün aqrotexniki qulluq xərcləri çıxmaqla təxminən 238.4 sentner məhsul və ya 54165,00 manat əldə edilməsi müəyyən edildiyindən həmin dövr üçün əldə edəcəyi gəliri tələb etmişdir. Məhəkəmə isə həqiqəti deyil, özünün subyektiv fikirlərinə uyğun nəticəni qətnaməyə köçürmüşdür. Bu qətnamə qanuni, əsaslı hesab oluna bilməz. Bundan əvvəl baxılmış işlərdə də hakim yanlış bir qətnamə qəbul etmişdir. Bir daha bildirir ki, bu torpaq sahəsi uzun illər ərzində Əli Bayramov adına sovxozun əkin sahələri olmuşdur. Bu sahəni əkinə yaralı hala salmaq lazım deyildi. Əkinə tam yararlı bir sahə idi. Məhkəmə yalnız cavabdehin özünə sərf edən izahatına istinad edib iddianı rədd edib.
13. Odur ki, qeyd edilənlər nəzərə alınaraq İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)-302/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)-302/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)- 302/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən 3391.24 manata aid hissədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-178/2024 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə cavabdehdən tutulmalı olan məbləği müəyyən edərkən iş üzrə verilmiş 30 may 2023-cü il tarixli ekspert rəyinə istinad etmişdir. İş materiallarından müəyyən olunur ki, məhkəmə-bioloji ekspertizanın keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Pərvanə Rüstəmova 27 aprel 2023-cü il tarixdə vəsatət verərək, İsmayıllı rayonu, Şəbiyan kəndi ərazisində yerləşən 1,24 ha və 4,72 ha torpaq sahələrində ayrı-ayrılıqda taxıl məhsulunun əkilməsinin, yetişdirilməsinin mümkün olub-olmaması, əgər mümkündürsə 2013-2021-ci illərdə və 2022-ci ilin məhsul yığımı mövsümündə həmin torpaq sahələrindən ayrı-ayrılıqda hansı çəkidə məhsulun əldə edilməsi mümkün olması və həmin illər üzrə hansı aqrotexniki qulluqlar göstərilməli olması barədə aqronom (və ya mütəxəssis) rəyinin verilməsini xahiş etmişdir. Həmin vəsatətə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İsmayıllı rayon X26 Mərkəzinə müraciət olunmuş və Mərkəzin 01 iyun 2023-cü il tarixli rəyi məhkəməyə təqdim olunmuşdur. (cild 1, i.v. 165) Qeyd olunan rəydə digər məsələlərlə yanaşı İsmayıllı rayonu üzrə buğda və arpanın, eləcə də orta məhsuldarlığın 2013-2022-ci illər üzrə əks etdirən cədvəl verilmiş, əlavə olaraq qeyd olunmuşdur ki, Şəbiyan kəndinin də daxil olduğu Keyvəndi İnzibati Ərazi Dairəsi üzrə məhsuldarlıq hər zaman rayon səviyyəsindən 3-5 sentner aşağı olmuşdur. Həmçinin rəydə torpaq sahələrində taxıl bitkisinin əkilib-bencərilməsi və məhsul əldə olunması üçün görülməli olan aqrotexniki təbirlərin siyahısı təqdim olunmuşdur. Lakin, iş materiallarında olan, apellyasiya məhkəməsinin istinad etdiyi ekspert rəyinin məzmunundan görünür ki, ekspert öz vəsatətinin icrasını gözləməmiş, ekspert rəyini verərkən İsmayıllı rayon X26 Mərkəzinin 01 iyun 2023-cü il tarixli mütəxəssis rəyini nəzərə almamış, iş materiallarına əlavə olunan, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi X22 İnkişaf Mərkəzinin arayışına istinad etmişdir. Ekspert rəyini mötəbər sübut qismində qiymətləndirən apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının təqdim etdiyi qeyd olunan arayış 05 iyul 2021-ci ildə verilməklə, həmin arayışda əks olunan məlumatların 2022-ci il üçün mötəbərliyi əlavə qiymətləndirilməlidir. Xüsusən qeyd olunmalıdır ki, eyni təşkilat tərəfindən verilən arayışlardakı məlumatlar bir birindən kəskin fərqlənir: iddiaçının verdiyi arayışda mübahisəli torpaq sahəsinin 1 hektarında orta məhsuldarlığın 40 sentner olması qeyd olunduğu halda, məhkəmənin sorğusuna əsasən verilmiş rəydə rayon üzrə 2013-2022-ci illərdə taxılın orta məhsuldarlığın 27,1-35,8 sentner, Şəbiyən kəndində isə həmin rəqəmlərdən 3-5 sentner aşağı olması göstərilmişdir. 43. Bundan əlavə, nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsində 2022-ci ildə əldə olunmuş məhsulun dəyəri hesablansa da, iş materiallarında taxılın bu ildəki dəyəri barədə məlumatlar əlavə olunmamışdır. Həmçinin qeyd olunmalıdır ki, ekspert rəyində torpaq sahəsindən götürülən gəlirin dəyəri hesablanarkən yalnız 1 hektar torpaq sahəsinin məhsuldarlığı və 2021-ci il üçün buğdanın bazar dəyəri nəzərə alınmış, taxılın əkilib-becərilməsi və yığılması üçün sərf olunan xərclər hesaba alınmamışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materiallarında (cild 1, i.v. 190-191) olan, Cavabdeh adına verilmiş "xxxx" MMC-nin arayışına əsasən 09 avqust 2023-cı ildə əkinçilik üzrə buğdanın bazar satış qiyməti 0,30 manat qiymətindədir. İsmayıllı rayonu, Keyvəndi bələdiyyəsinin 02 avqust 2023-cü il tarixli arayışına əsasən 2023-cü ilin taxıl biçində ərazidə, o cümlədən Cavabdeh əkin sahələrində orta məhsuldarlıq buğdada 20-22 sentner, arpada 25-28 sentner olmuşdur. Həmin arayışların cavabdeh tərəfindən məhkəməyə təqdim etməsi və bununla bağlı müzakirələr məhkəmə iclas protokolunda qeyd olunmasa da, görünür ki, cavabdeh bu sənədlərlə ekspertin gəldiyi nəticəni mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan göstərişlərinə əsasən məhkəmə kollegiyаsı tərəfindən iş üzrə qаnuni və obyektiv qərаrın çıxаrılmаsındаn ötrü iş materiallarında ((cild 1, i.v. 165) və (cild 1, i.v. 190-191)) olan rəy və arayışlar nəzərə alınmaqla, İsmayıllı rayonu, Şəbiyan kəndi ərazisində yerləşən JN-0019 KOD 40713038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 1.24 ha və JN-0020 KOD 40713038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 4.72 ha torpaq sahələrindən 2022-ci ilin məhsul yığımı mövsümündə ayrı-ayrılıqda hansı çəkidə və hansı dəyərdə taxıl məhsulunun əldə edilməsinin mümkün olması və həmin torpaq sahələrində 2022-ci ilin məhsul yığımı mövsümündə məhsulun əldə edilməsi üçün bütün aqrotexniki və qulluq xərclərinə hansı məbləğdə vəsait tələb edildiyinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 15 oktyabr 2024-cü il tarixli 9/2565 nömrəli ekspert rəyində göstərilmişdir ki, Tədqiqata təqdim edilmiş İsmayıllı rayonu, Şəbiyan kəndi ərazisində yerləşən 1,24 ha və 4,72 ha torpaq sahələrindən 2022-ci ilin məhsul yığımı mövsümündə hər hektar sahədən 33-35 sentner taxıl(buğda) məhsulu əldə etməklə, 2022-ci il üçün 02 (iki) dəfə şumlama, 01 (bir) dəfə diski, 01 (bir) dəfə məhsulun yığılaraq daşınması, dərmanlama (alaqlara qarşı mübarizə, mayalanma prosesinin tezləşməsini təmin edən dərmanlar) kimi aqrotexniki qulluqlar edilmişdir. İş materialında olan məlumatlara və rəyin bioloji tədqiqat hissəsində göstərilənlərə əsasən 2022-ci ildə 5,96 ha sahədən əldə ediləcək (5,96 ha x 33-35 sentner) ton buğda məhsulunun 2022-ci il üçün olan (mövsüm ərzində) orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 196,68-208,6 sentner məhsul götürülməsi, 1 kq taxılın qiyməti 2022-ci İl üçün 22 qəpik olmasını nəzərə alıb həmin məhsulun qiyməti 4326,96-4589,2 manat müəyyən olunur. Lazım olan aqrotexniki qulluq və çəkiləcək xərc 1 ha sahə üçün aşağıdakı kimi müəyyən olunur: - Şum-30,00 man; - Diski-25,00 man; - dərmanlama (alaqlara qarşı mübarizə, mayalanma prossesinin tezləşməsini təmin edən dərmanlar) - 54,00 man; - Məhsulun yığılaraq və sahədən daşınması-40,00 manat müəyyən olunur. Kollegiya ekspert rəyində müəyyən edilənlərə əsasən hesablama apararkən hər hektar sahədən əldə edilə biləcək taxılın miqdarını ortalama olaraq 34 sentner olaraq götürmüşdür. 5.96 ha sahədən götürülən məhsulun dəyəri 4458.08 manat edir. (5.96x34=202.64 sentner x 100=20264 kq x 0.22=4458.08 manat) 5.96 ha sahəyə çəkilən xərclər isə 1066.84 manat edir. (5.96x30x2=357.6 m; 5.96x25=149 m; 5.96x54=321.84 m; 5.96x40=238.4 m; 357.6+149+321.84+238.4=1066.84) Nəticədə, 5.96 ha torpaq sahəsindən 2022-ci il ərzində götürülə biləcək gəlir 3391.24 manat hesablanmışdır.(4458.08 - 1066.84=3391.24 manat)
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-178/2024 nömrəli qərarında, həmçinin, göstərilmişdir ki, mübahisəli torpaq sahəsinin 4,72 ha. hissəsi İddiaçı və onun ailə üzvləri olan, hazırki iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş X4, X9, X6, X5, X7, X10 ümumi birgə mülkiyyətində olsa da, digər 1,24 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zaidov (Zahidov) Məcid Abış oğlunun və Zaidova (Zahidova) Çervon Nizaməddin qızının mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi isə hazırki iş üzrə iddiaçının torpağın mülkiyyətçiləri olan Zaidov (Zahidov) Məcid Abış oğlu və Zaidova (Zahidova) Çervon Nizaməddin qızı ilə münasibətlərini, sonuncuların hüquqlarının iddiaçıya keçibkeçməməsini, həmin hüquqların başqa şəxslərə də keçməsi ehtimalını (misal üçün vərəsəlik qaydasında) araşdırmamış və son nəticədə iddiaçının 1,24 ha torpaq sahəsindən 2022-ci ildə əldə olunan gəlirlərin də qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb etmək hüququna malik olub-olmaması məsələsinə hüquqi qiymət verməmişdir. Kollegiya tərəfindən əldə edilərək iş materiallarına əlavə edilmiş 22 dekabr 2010-cu il tarixli və 4 avqust 2014-cü il tarixli ölüm haqqında Şəhadətnamələrlə müəyyən olunur ki, İddiaçı anası olan X2 21 dekabr 2010-cu ildə və atası olan X23 28 iyul 2014-cü ildə ölmüşlər. Ona görə də, Zaidov (Zahidov) Məcid Abış oğlunun və Zaidova (Zahidova) Çervon Nizaməddin qızının məhkəmə iclaslarına dəvət edilərək fikirlərinin öyrənilməsi mümkün olmamışdır. Kollegiya onu da diqqətə çatdırır ki, İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)-212/2021 nömrəli və Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2022-ci il tarixli 2(107)-295/2022 nömrəli qətnamələri ilə də hər iki torpaq sahəsinin İddiaçı tərəfindən Cavabdeh verilməsi və sonuncunun yaxşılaşdırmalar üçün çəkdiyi xərclərin də İddiaçı tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, tərəflər arasında olmuş əvvəlki məhkəmə mübahisəsi ilə bağlı qətnamələrlə X2 və X19 məxsus torpaq sahəsinin hazırki İddiaçı istifadəsində olduğu və torpaq sahəsinin onun tərəfindən hazırki Cavabdeh verildiyi və yaxşılaşdırmalar üçün çəkilən xərclərin də ondan tutulduğu müəyyən edilmişdir. Ona görə də, kollegiya hesab edir ki, hazırki halda da torpağa sahibliyinin qanunsuz olduğunu bildiyi vaxtdan götürdüyü gəlirləri cavabdehdən tələb etmək hüququ da məhz hazırki iddiaçıya məxsusdur.
24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən cavabdehin torpağa sahibliyinin qanunsuz olduğunu bildiyi vaxtdan götürə biləcəyi gəlirlər olaraq tələb olunan pulun 3391.24 manat hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)-302/2022 nömrəli qətnaməsi qismən - cavabdehin torpağa sahibliyinin qanunsuz olduğunu bildiyi vaxtdan götürə biləcəyi gəlirlər olaraq tələb olunan pulun 3391.24 manat hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, İsmayıllı rayonu Şəbiyan kəndi ərazisində yerləşən cəmi 5,96 hektar kənd təsərrüfatı istehsalı təyinatlı torpaq sahəsinə sahibliyinin qanunsuz olduğunu bildiyi vaxtdan həmin torpaq sahəsindən götürdüyü gəlirlər olaraq 3391.24 manat pul Cavabdeh tutularaq İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən sаxlаnılmalıdır.
25. Məhkəmə xərclərinin bölüşdürülməsinə gəldikdə kollegiya qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün 295 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş, əvvəlki və indiki apellyasiya baxışlarında məhkəmə ekspertizası rəyləri alınmışdır ki, onların da dəyəri ümumilikdə 250 manat etmişdir. MPM-in 119-cu maddəsinə əsasən tələblərin təmin edilmiş hissəsinə mütənasib olaraq hesablandıqda, iddia tələbinin təmin edilən hissəsinin ümumi iddia tələbinin 4.96≈5%-ini təşkil etdiyi nəzərə alınarsa, 295 manat dövlət rüsumunun 15 manatı, Ekspertiza tədqiqatlarının dəyəri olan 250 manat pulun 12.5 manatı Cavabdeh tutulmalı, qalan hissə iddiaçıya aid edilməlidir.
26. Kollegiya onu da qeyd edir ki, MPM-in 402-ci maddəsinə əsasən, iddia tələbinin təmin olunan hissədə dəyəri 5000 manatdan az olduğundan hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. İddiaçının tələbinin təmin edilməyən hissəsi isə 5000 manatdan çox olduğundan hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)-302/2022 nömrəli qətnaməsi qismən –cavabdehin torpağa sahibliyinin qanunsuz olduğunu bildiyi vaxtdan götürə biləcəyi gəlirlər olaraq tələb olunan iddianın rədd olunmuş 3391.24 manat hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. İsmayıllı rayonu Şəbiyan kəndi ərazisində yerləşən cəmi 5,96 hektar kənd təsərrüfatı istehsalı təyinatlı torpaq sahəsinə sahibliyinin qanunsuz olduğunu bildiyi vaxtdan həmin torpaq sahəsindən götürdüyü gəlirlər olaraq 3391.24 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən sаxlаnılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 295 manat dövlət rüsumunun 15 manatı Cavabdeh tutularaq İddiaçı verilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 250 manat pulun 12.5 manatı Cavabdeh, 237.5 manatı isə İddiaçı tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.