Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-416/2021 17.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 1800 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)-918/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)-918/2020 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia qismən təmin edilmiş, Cavabdeh 1750 manatın və ödənilmiş 30 manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1800 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh Göyçay rayonu Qaraxıdır kəndində yeznəsi Şamxalla qonşuluqda yaşayır. 2019-cu ilin sonlarında təsərrüfatında olan bir baş iribuynuzlu dananı satmaq qərarına gəlmişdir. xx.xx.2019-cu il tarixdə Nofəl onun yaşadığı evə gələrək bir baş iribuynuzlu dananı satmaq istədiyini soruşmuş və Nofələ bir baş iribuynuzlu dananı satmaq istədiyini bildirmişdir. Həmin vaxt bir baş iribuynuzlu dananı Nofəllə aralarında 1800 manata razılaşmışlar və Nofəl bir baş iribuynuzlu dananı maşına yükləyərək pulunu 3 gündən sonra verəcəyini demişdir. Həmin müddətdən sonra Nofəlin ondan aldığı 1800 manat dəyərində bir baş iribuynuzlu dananın pulunu qaytarmadığını görüb bu barədə yeznəsi Şamxaldan Nofəllə görüşüb bir baş iribuynuzlu dananın pulunu almasını xahiş etmişdir. Yeznəsi Nofəllə görüşmüş və Nofəl bir baş iribuynuzlu dananın pulunu axşam qaytaracağını demişdir. Lakin həmin axşam Nofəl ondan aldığı 1800 manat dəyərində dananın pulunu qaytarmamışdır. Dəfələrlə Nofəldən ondan aldığı 1800 manat dəyərində bir baş iribuynuzlu dananın pulunu istəsə də müxtəlif bəhanələrlə 1800 manat pulu qaytarmamışdır. xx.xx.2020-ci il tarixdə Göyçay rayonu Qarabaqqal kənd ərazisində yerləşən mal bazarında Nofəllə rastlaşmış və həmin vaxt bir baş iribuynuzlu dananın pulunu istəyərkən aralarında mübahisə baş vermişdir. Cavabdeh barəsində Göyçay rayon Polis Şöbəsinə müraciət etmiş və ona Cavabdeh pulun alınması barədə məhkəməyə mülki qaydada iddia ərizəsi ilə müraciət etmək tövsiyə olunmuşdur. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə Cavabdeh göstərmişdir ki, iddiaçıdan 1750 manat dəyərində nisyə almış, lakin sonradan dana öldüyündən pulunu iddiaçıya ödəyə bilməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpelyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, Göyçay Rayon Məhkəməsinin 2(046)-918/2020 saylı qətnaməsindən razı deyildir. Belə ki, İddiaçı bir baş iri buynuzlu dananı nisyə olaraq 1750 manata almışdır. Dananı alıb evə gətirib avtomobildən yerə düşürən zaman dananın ayağı dəmirə ilişərək yerə yıxılaraq öldüyünü gördüyü üçün başını kəsərək Vüsal adlı qəssaba 400 manata satmışdır. Bir müddət sonra İddiaçı ondan borcunu istədiyi zaman həmin dananı 400 manata satdığını və ziyan etdiyi üçün borcunu hissə-hissə ödəyəcəyini demişdir. Daha sonra oğluyla pomidor satıb gələn zaman Qaraməryəm kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsində həmin borcdan 900 manatını İddiaçı vermişdir. Hazırda onun iddiaçıya 850 manat borcu vardır. Ona görə də, Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(046)-918/2020 nömrəli qətnaməsini ləğv edib, İddiaçı iddiasının qismən təmin edilərək, 850 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)-918/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)-918/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Göyçay RPŞ-nin TB-nin təhqiqatçısı X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-cu il tarixli qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi əlaməti olmadığından cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh izahatında xx.xx.2019cu il tarixdə İddiaçı bir baş iribuynuzlu dananı 1750 manata aldığını, avtomobillə həyətə gətirərkən bir baş iribuynuzlu dana dəmirə ilişib yerə yıxılaraq öldüyünü və bir baş iribuynuzlu dananı Vüsal adlı qəssaba 400 manata satdığını və iddiaçıya olan borcunu ödəyəcəyini etiraf etmişdir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 600.1-ci maddələrinə və Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, , Cavabdeh İddiaçı 1750 manat dəyərində bir baş iribuynuzlu dana almış, iddiaçıya 1750 manat məbləğində borclu qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı məxsus 1750 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh 1800 manat pulun alınıb ona verilməsinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, dövlət rüsumu olan 30 manat cavabdehdən alınaraq iddiaçıya verilməldir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1750 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsait alınaraq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)-918/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(046)-918/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-416/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-416/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver