Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-417/2020 03.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlundan, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - Abdulhüseynov Mürsəl Möylam oğlunun; Cavabdeh - Cavabdeh3 iştirakı ilə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019 il tаrixli, 2(054)-292/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Astraxanovka kəndində yerləşən 5,32 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satın alınması üçün verdiyi pulun müqabilində 11.000 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesinin gedişində İddiaçı atası Abdulhüseynov Mürsəl Möylam oğlu məhkəməyə vəsatət təqdim edərək cavabdehlərin ailə üzvlərinə məxsus olan torpaq sahəsinin satın alınması ilə bağlı danışıq və razılaşmaların onun özü tərəfindən həyata keçirildiyini, bununla bağlı pul məbləğinin və digər əmlakın da onun tərəfindən verildiyini, həmin torpaq sahəsində o vaxtdan indiyədək əkin-biçin işlərinin də bilavasitə onun tərəfindən həyata keçirildiyini bildirməklə iddia tələbi üzrə onun əsl iddiaçı kimi tanınmasını məhkəmədən xahiş etmişdir. İddiaçı da məhkəməyəərizə verərək iddia tələbi üzrəözünün əsl iddiaçı kimi Abdulhüseynov Mürsəl Möylam oğlu ilə əvəz edilməsinə razı olduğunu bildirmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(054)-292/2019 saylı qərardadına əsasən İddiaçı Abdulhüseynov Mürsəl Möylam oğlu ilə əvəz edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019 il tаrixli, 2(054)-292/2019 saylı qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 torpaq sahəsinin hazırkı dəyəri kimi 9044 manat və dövlət rüsumu kimi ödənilmiş məbləğin 25 manatdan ibarət hissəsinin, cəmi 9069 manat pulun müştərək qaydada tutularaq iddiaçı Abdulhüseynov Mürsəl Möylam oğluna ödənilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin 5 manatdan ibarət hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşə apelyasiya qaydasında baxılarkən iddiaçı Abdulhüseynov Mürsəl Möylam oğlu məhkəmə kollegiyasına ərizə təqdim edərək cavabdehlərlə barışıq əldə etdiyindən iddia tələbindən imtina etdiyini, bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh3 məhkəmə kollegiyasına ərizə təqdim edərək bildirdi ki, iddiaçı ilə aralarında olan razılığa əsasən onlara (cavabdehlərə) məxsus 5,30 hektar torpaq sahəsini iddiaçıya satmağı öhdələrinə götürmüşlər. Ona görə də, iddiaçının iddiadan imtina etməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdehlər heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı Abdulhüseynov Mürsəl Möylam oğlunun iddiadan imtinası qəbul edilməli, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019 il tаrixli, 2(054)-292/2019 saylı qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə iclas protokoluna yazılır və protokolu müvafiq olaraq iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır.İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa işin icraatına xitam verilir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanunun tələblərinə uyğundur. Hazırkı iş üzrə iddiadan imtina qanunauyğun şəkildə edilmiş və məhkəmə kollegiyası tərəfindən qəbul edilməməsinə mane olan hallar mövcud deyildir. Ona görə də, iddiaçı Abdulhüseynov Mürsəl Möylam oğlunun iddiadan imtinası qəbul edilməli, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019 il tаrixli, 2(054)-292/2019 saylı qətnaməsiləğv edilməli və işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 391, 400 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Abdulhüseynov Mürsəl Möylam oğlunun iddiadan imtinası qəbul edilsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019 il tаrixli, 2(054)-292/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər tələbləri təmin olunmadığı hallarda rəsmi qаydаdа verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-417/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-417/2020
03.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver