Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-418/2022 02.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 2(046)-245/2021 saylı qətnaməsindən Cavabdeh və onun vəkili X3 tərəfindən verilmiş apelyasiya şikayətinin müddətinin bərpası barədə ərizəsinin təmin edilməməsi barədə Göyçay Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(046)-245/2021 nömrəli qərardadından Cavabdeh və onun vəkili X3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 2(046)-245/2021 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı 5180 manat ziyanın tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 4782 manat ziyanın tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 Göyçay Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən 29 noyabr 2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2(046)-245/2021 nömrəli qərardadı ilə Göyçay Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmış, cavabdehə və nümayəndəsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti ilə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 Göyçay Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətinin bərpa edilməsi barədə ərizə vermişdir. Göyçay Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(046)-245/2021 nömrəli qərardadı ilə Cavabdeh Göyçay Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 2(046)- 245/2021 saylı qətnaməsindən apelyasiya şikayətinin verilmə müddətinin bərpası barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 Göyçay Rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli 2(046)-245/2021 saylı qərardadının ləğv edilməsini və ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2(046)-245/2021 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 Göyçay Rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli 2(046)-245/2021 saylı qərardadının ləğvi barədə şikayəti təmin edilməmiş, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(046)- 245/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh (nümayəndəsi) vəkili X2 Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 2(046)-245/2021 saylı qətnaməsinin cavabdehə rəsmi qaydada təqdim edilmədiyini və iş materiallarında olan məhkəmə qəbzindəki imzanın cavabdehə məxsus olmadığını əsas götürərək apelyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxdığını iddia edir və həmin müddətin bərpa edilməsini xahiş edir. İşin faktiki hallarından görünür ki, Göyçay Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 2(046)-245/2021 saylı qətnaməsi 21.05.2021-ci il tarixdə Cavabdeh qeydiyyatda olduğu yer üzrə ünvan 1 ünvanda yaşamadığı üçün qətnamə 25.05.2021-ci il tarixdə geri qaytarılmışdır. Göyçay Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 2(046)- 245/2021 saylı qətnaməsi icra edilməsi üçün 05.07.2021-ci il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bundan sonra 06.09.2021-ci il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsi Cavabdeh barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərmiş, məhkəmə iclasında Cavabdeh məhkəmənin 06.05.2021-ci il tarixli 2(046)-245/2021 saylı qətnaməsinin ona təqdim edilmədiyini əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan sonra həmin qətnamə cavabdehə məhkəmə qəbzinə imza etməklə 06.09.2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmiş, həmin qəbz mülki işə tarix göstərilməklə əlavə edilmişdir. Cavabdeh nümayəndəsi (vəkili) X3 həmin qətnamədən 29.11.2021-ci il tarixdə yəni 02 ay 23 gün sonra şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh nümayəndəsi (vəkili) X3 qətnamədən şikayət vermə müddətinin buraxılmasını Göyçay Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 2(046)-245/2021 saylı qətnaməsinin Cavabdeh təqdim edilmədiyi ilə əlaqələndirməsi üzrlü səbəb kimi hesab edilə bilməz. Belə ki, Göyçay Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 2(046)-245/2021 saylı qətnaməsi Cavabdeh rəsmi şəkildə 06.09.2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, göstərilən xüsusat həmin qətnamədən şikayətvermə müddətinin bərpası üçün əsas ola bilməz və apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddət Cavabdeh tərəfindən ötürülmüşdür. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 133.1-ci mаddəsinə görə, məhkəmə qаnunlа müəyyən edilmiş müddətin burаxılmаsının səbəbini üzrlü hesаb edərsə, işdə iştirаk edən şəxsin ərizəsinə əsаsən burаxılmış müddəti bərpа edir. Həmin Məcəllənin 133.3-cü mаddəsində göstərilmişdir ki, müddətin bərpаsı hаqqındа ərizə verilməklə eyni zаmаndа müddəti burаxılmış zəruri prоsessuаl hərəkət edilməlidir (ərizə, şikаyət verilməli, sənədlər təqdim оlunmаlıdır). Həmin Məcəllənin 133.4-cü mаddəsində göstərilmişdir ki, buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Həmin Məcəllənin 133.5-ci mаddəsində göstərilmişdir ki, müddətin bərpasından imtina barədə qərardad çıxarılır. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(046)-245/2021 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(046)-245/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh və onun vəkili X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(046)-245/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-418/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-418/2022
02.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver