Məhkəmə qərarları › İş №2(107)-419/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-419/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-419/2020 25.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı - İddiaçı iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1084/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1084/2019 saylı qətnaməsi ilə (hakim Günay Cavadova) iddia təmin edilmiş, Cavabdeh əyarı 583 olan Rusiya istehsalı olan 35 qram qızılın, həmin qızıl olmadıqda onun dəyəri olan 1750 manat məbləğində pulun alınıb İddiaçı verilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pulun Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3100 manat məbləğində borc vəödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddia predmetini dəyişdirərək girov qismində cavabdehə verilmiş 35 qram qızılının naturada və ya qramı 50 manatdan hesablanmaqla 1750 manat dəyərinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin avqust ayında o, qohumu Bəhruz adlı şəxslə Cavabdeh qızıl girov qoyaraq hər birinə 2500 manat olmaqla, cəmi 5000 manat pul almışlar. 3 aydan sonra o, aldığı 2500 manat pulun üstünə 600 manat da qoymaqla Romana qaytarmış, Bəhruzun da Romana olan borcunu ödədiyini bildiyi üçün girov qoyduğu qızılları Romandan tələb etmişdir. Lakin Cavabdeh müxtəlif bəhanələrlə onu aldadaraq qızılları bugünə qədər qaytarmamışdır. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıdan 11 qram qızıl götürdüyünü, iddiaçıya başqa heç bir borcu olmadığını əsas gətirərk qiyabi qətnamənin ləğv edilməsini, işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı iddia tələbini müdafiə edərək, cavabdehə cəmi əyarı 583 olan Rusiya istehsalı 75 qram qızıl verib əvəzində 5000 manat pul götürdüyünü, pulu cavabdehə qaytardığını, cavabdehin isə yalnız 40 qram qızılı ona qaytardığını bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Birinci instansiya məhkəməsində işə cavabdehin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə qeyd olunan hallar işin faktiki vəziyyətini əhatə etmir. Belə ki, o, iddianı 11 qram qızıla münasibətdə qəbul edir. Məhkəmə 30 qram qızıla münasibətdə iddianı qəbul edərkən onun mövqeyi və münasibətini dəyərləndirməmişdir. Bu da ədalətsiz bir qərarın qəbul edilməsinə gətirib çıxarmışdır. Onun iddiaçıya 11 qram qızıl borcu var, onu da rəsmi qaydada bildirmişdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)- 1084/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın 11 qram zinət əşyasının qiyməti müəyyən edilməklə tələbin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli, 2(039)-1084/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına təkrarən gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapelyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1084/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Yevlax rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X1 “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə xx.xx.2018-ci il tarixli qərarından görünür ki, hazırkı iş üzrə İddiaçı Yevlax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək hazırki işüzrə Cavabdeh 35 qram qızıl verdiyini və ondan 2500 manat pul sələm götürdüyünü, bu vaxta qədər pulu ödədiyini, qızılı istəyəndə isə Cavabdeh onu öldürəcəyi ilə hədələdiyini bildirmişdir. Yevlax rayon Polis Şöbəsinin alınaraq öyrənilmiş İddiaçı şikayəti əsasında toplanmış “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” materiallarından da Cavabdeh İddiaçı girov şəklində aldığı 35 qram qızılı qaytarmadığı müəyyən edilir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli ƏQ-17/2019 saylı mütəxəssis rəyindən görünür ki, 583 əyarlı Rusiya istehsalı olan qızılın 1 qramının hazırki real bazar qiyməti xx.xx.2019-cu il tarixə 65 (altmış beş) manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, 2016-cı ilin avqust ayında iddiaçı, qohumu Bəhruz adlı şəxslə Cavabdeh qızıl girov qoyaraq hər birinə 2500 manat olmaqla, cəmi 5000 manat pul almışlar. 3 aydan sonra o, aldığı 2500 manat pulun üstünə 600 manat da qoymaqla Romana qaytarmış, Bəhruzun da Romana olan borcunu ödədiyini bildiyi üçün girov qoyduğu qızılları Romandan tələb etmişdir. Lakin Cavabdeh qızılları bu günə qədər qaytarmamışdır. Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə Mülki Məcəllənin 1092.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır, iddiaçı cavabdehdən borc şəklində aldığı 2500 manat məbləğində pulu cavabdehə qaytarmış, lakin cavabdeh borcun təminatı olaraq iddiaçıdan aldığı əyarı 583 olan Rusiya istehsalı olan 35 qram qızılı ona qaytarmamışdır. İddiaçı öz iddia tələbini sübuta yetirdiyi halda cavabdeh iddianın tam əsaslı olmadığını və girov qismində iddiaçıdan 35 qram deyil, 11 qram qızıl aldığını və həmin 11 qram qızılı qaytarmadığını bildirsə də, bu barədə məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, apelyasiya şikayəti üzrə iki də məhkəmə kollegiyasının iclası keçirilmiş, iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclaslarına gəlməmiş, vermiş olduğu apelyasiya şikayətini müdafiə etməmişdir. Ümumiyyətlə, cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında da iştirak etməmişdir. Göründüyü kimi cavabdeh qanuni və ya müqavilə hüquqi əsas olmadan iddiaçının əmlakı hesabına əsassız varlanmışdır. Ona görə də, iddiaçı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən girov qoyduğu qızılı və ya onun dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apelyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət əsaslandırılmamışdır. Apelyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olduğundan, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə borcun qaytarılmasını sübut etmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh əyarı 583 olan Rusiya istehsalı olan 35 qram qızılın, həmin qızıl olmadıqda onun dəyəri olan 1750 manat məbləğində pulun alınıb İddiaçı verilməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kassasiya şikayətinn mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1084/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1084/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar