Məhkəmə qərarları › İş №2(107)-419/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-419/2023

28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-419/2023 28.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı maddi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş üzrə (Açar sözlər: Maddi ziyan, əldən çıxmış fayda) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin 2(019)-94/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Balakən rayonu Qazma kənd sakini Cavabdeh ona məxsus RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,7453 ha torpaq sahəsinin 0,0891 ha hissəsindən istifadə etməklə ona vurduğu 2500 (iki min beş yüz) manat, RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,004 ha torpaq sahəsindən istifadə etməklə ona vurduğu 1400 (min dörd yüz) manat maddi ziyanın və əldən çıxmış fayda olaraq 2000 (iki min) manat pulun cəmi 5900 (beş min doqquz yüz) manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən ona məxsus 0,7453 ha torpaq sahəsinin 0,0891 ha hissəsindən və 0,2984 ha torpaq sahəsinin 0,004 ha hissəsindən istifadə etməklə əldən çıxmış fayda olaraq 4000 (dörd min) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ilk iddia üzrə İddiaçı məhkəməyə iddia tələbi həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən ona məxsus 13 dekabr 2013-cü ildən başlayaraq RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatından Çıxarışla rəsmiləşdirdiyi 0,2980 ha torpaq sahəsinin 0,891 ha hissəsindən istifadə etməklə, həmin torpaq sahəsində qarğıdalı məhsulunu əkib, ondan hər il 1.000 kq qarğıdalı məhsulunu əldə edəcəyi halda və həmin qarğıdalı məhsulunun 1 kq 0,35 qəpikdən hesablanmaqla 9 il ərzində 1.000 kq x 9 = 9.000 kq x 0,35 =3.150 manat əldən çıxmış fayda olaraq, həmçinin ona məxsus Balakən rayonu Qazma kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş 4 ədəd armud ağacından 1 il ərzində 200 kq armud məhsulunu 1 kiloqramı 1 manat 50 qəpikdən hesablanmaqla 8 il ərzində 8 x 200 kq = 1.600 kq, 1.600 kq x 1.50m = 2.400 ( iki min dörd yüz ) manat əldən çıxmış fayda olaraq, həmçinin həmin torpaq sahəsində əkilmiş 1 ədəd fındıq ağacından 1 il ərzində 15 kiloqram fındıq məhsulunu əldə edəcəyini nəzərə alsalar, 8 il ərzində 8 x 15 = 120 kq, 1 kiloqramını 4 manatdan hesablamaqla 120 kq x4m= 480 ( dörd yüz səksən) manat əldən çıxmış faydanı, həmçinin 0,320 ha torpaq sahəsində əkilmiş, 3 ədəd albalı ağacından 1 ağacdan 50 kiloqramdan 150 kiloqram albalı məhsulunu əldə edəcəyini nəzərə alaraq, 9 il ərzində 3 ədəd albalı ağacından 9 x 150 kq = 1.350 kq, albalı məhsulunun 1 kiloqramı 1 manat altmış qəpik olmaqla 1.350 kq x 1. 60 = 2.160 ( iki min yüz altmış) manat əldən çıxmış fayda olaraq, ümumi olaraq 3.150 m + 2.400 m + 480+ 2.160 m = cəmi 8.190 ( səkkiz min yüz doxsan) manat əldən çıxmış faydanın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi məhkəməyə daxil olduqdan sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona məxsus Balakən rayonu Qazma kəndində yerləşən RX seriyalı 05611321 nömrəli çıxarışa əsasən 0,7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,320 ha hissəsindən 13 dekabr 2013-cü ildən xx.xx.2021 -ci il tarixinədək olan müdddət ərzində - 9 il müddətində istifadə, sahiblik və sərəncam verə bilməməsi nəticəsində əldən çıxmış faydanın Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji və məhkəmə- əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 7/782 9/5053 nömrəli ekspert rəylərinə uyğun olaraq həmin ərazidə əkilmiş 4 ədəd armud ağacından hər il 40 kq x 9 il= 360 kq armud, 1 kq armud məhsulunun dəyəri 2013-cü ildə 1,80 manat olmaqla 40 x 1,80 man = 72 manat, 2014-cü ildə 1 kq armud məhsulunun dəyəri 1,96 manat olmaqla 40 x 1,96 man = 78,40 manat, 2015-ci ildə 1 kq armud məhsulunun dəyəri 2,05 manat olmaqla 40 x 2,05 man = 82 manat, 2016-cı ildə 1 kq armud məhsulunun dəyəri 2,19 manat olmaqla 40 x 2,19 man =87,60 manat, 2017-ci ildə 1 kq armud məhsulunun dəyəri 2,63 manat olmaqla 40 x 2,63 man = 105,20 manat, 2018-ci ildə 1 kq armud məhsulunun dəyəri 2,55 manat olmaqla 40 x 2,55 man = 102 manat, 2019cu ildə 1 kq armud məhsulunun dəyəri 2,61 manat olmaqla 40 x 2,61 man = 104.40 manat, 2020-ci ildə 1 kq armud məhsulunun dəyəri 2,70 manat olmaqla 40 x 2,70 man = 108 manat, 2021-ci ildə 1 kq armud məhsulunun dəyəri 2,79 manat olmaqla 40 x 2,79 man = 111,60 manat olmaqla cəmi 851 manat 20 qəpik əldən çıxmış faydanın (dəymiş ziyanın) əvəzi olaraq həmin ərazidə əkilmiş albalı ağacından hər il 20 kq albalı meyvəsinin alınmasını nəzərə alaraq 2013-cü ildə 1 kq albalı meyvəsinin dəyəri 1,77 manat olmaqla 20 x 1,77 man = 35.40 manat, 2014-cü ildə 1 kq albalı məhsulunun dəyəri 1,29 manat olmaqla 20 x 1,29 man = 25,80 manat, 2015-ci ildə 1 kq albalı məhsulunun dəyəri 1,87 manat olmaqla 20 x 1,87 man = 37,40 manat, 2016-cı ildə 1 kq albalı məhsulunun dəyəri 1,90 manat olmaqla 20 x 1,90 man = 38 manat, 2017-ci ildə 1 kq albalı məhsulunun dəyəri 1,61 manat olmaqla 20 x 1,61 man = 32,20 manat, 2018-ci ildə 1 kq albalı məhsulunun dəyəri 1,81 manat olmaqla 20 x 1,81 man = 36,20 manat, 2019-cu ildə 1 kq albalı məhsulunun dəyəri 2,25 manat olmaqla 20 x 2,25 manat = 45 manat, 2020-ci ildə 1 kq albalı məhsulunun dəyəri 2,01 manat olmaqla 20 x 2,01 man = 40,20 manat, 2021-ci ildə 1 kq albalı məhsulunun dəyəri 1,57 manat olmaqla 20 x 1,57 man = 31,40 manat cəmi 321 manat 60 qəpik əldən çıxmış faydanın (dəymiş ziyanın) ona ödənilməsi barədə, həmçinin, Balakən rayonu Qazma kəndində yerləşən iddiaçıya məxsus RX seriyalı ******* nömrəli çıxarış üzrə 0,891 ha torpaq sahəsində əkilmiş 2 ədəd qoz ağacı və 1 ədəd fındıq tomasından 9 il müddətində istifadə, sahiblik və sərəncam verə bilməməyi nəticəsində əldən çıxmış faydanın (dəymiş ziyanın) bir il ərzində 2 ədəd qoz ağacının üzərindən - 45 kq qoz məhsulunu əldə edə biləcəyini nəzərə alaraq, 2013-cü ildə 1 kq qozun dəyəri 3,64 manat olmaqla 45 x 3,64 man = 163,80 manat, 2014- cü ildə 1 kq qozun dəyəri 3,32 manat olmaqla 45 x 3,32 man = 149,40 manat, 2015-ci ildə 1 kq qozun dəyəri 4,32 manat olmaqla 45 x 4,32 man = 194,40 manat, 2016-cı ildə 1 kq qozun dəyəri 4,70 manat olmaqla 45 x 4,70 man= 211,50 manat, 2017-ci ildə 1 kq qozun dəyəri 5,94 manat olmaqla 45 x 5,94 man = 267,30 manat, 2018-ci ildə 1 kq qozun dəyəri 5,28 manat olmaqla 45 x 5,28 man = 237,60 manat, 2019-cu ildə 1 kq qozun dəyəri 5,13 manat olmaqla 45 x 5,13 man = 230,85 manat, 2020-ci ildə 1 kq qozun dəyəri 5,47 manat olmaqla 45 x 5,47 man = 246,15 manat, 2021-ci ildə 1 kq qozun dəyəri 5,72 manat olmaqla 45 x 5,72 man = 257,40 manat olmaqla cəmi 1958 manat 40 qəpik Cavabdeh alınaraq ona ödənilməsi barədə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 7/782 9/5053 nömrəli ekspert rəylərinə uyğun olaraq həmin ərazidə əkilmiş 1 ədəd fındıq tomasından 1 ildə 6 kq fındıq məhsulunun əldə ediləcəyi təqdirdə 2013-cü ildə 1 kq fındıq məhsulunun dəyəri 3,07 manat olmaqla 6 x 3,07 man = 18,42 manat, 2014-cü ildə 1 kq fındıq məhsulunun dəyəri 3,12 manat olmaqla 6 x 3,12 man = 18,72 manat, 2015-ci ildə 1 kq fındıq məhsulunun dəyəri 4,35 manat olmaqla 6 x 4,35 man = 26,10 manat, 2016-cı ildə 1 kq fındıq məhsulunun dəyəri 4,86 manat olmaqla 6 x 4,86 man = 29,16 manat, 2017-ci ildə 1 kq fındıq məhsulunun dəyəri 5,59 manat olmaqla 6 x 5,59 man = 33,54 manat, 2018-ci ildə 1 kq fındıq məhsulunun dəyəri 4,88 manat olmaqla 6 x 4,88 man = 29,28 manat, 2019-cu ildə 1 kq fındıq məhsulunun dəyəri 4,93 manat olmaqla 6 x 4,93 manat = 29,58 manat, 2020-ci ildə 1 kq fındıq məhsulunun dəyəri 5,45 manat olmaqla 6 x 5,45 man = 32,70 manat, 2021-ci ildə 1 kq fındıq məhsulunun dəyəri 5,86 manat olmaqla 6 x 5,86 man = 35,16 manat olmaqla cəmi 252 manat 66 qəpik pulun ümumilikdə 3383 (üç min üç yüz səksən üç) manat 86 qəpik maddi ziyanın (əldən çıxmış faydanın) Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Cavabdeh da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı o vaxtkı məzənnə ilə ******* (dörd milyon) manat məbləğində pulun inflyasiya nəzərə almaqla alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı Vəliyev X5 rayonu Qazma kəndində kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahələri almışdır. 13 dekabr 2013-cü ildə o, X10 və onun ailə üzvlərindən ümumi sahəsi 0,7453 ha olan torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almış, həmin torpaq sahəsinə dair mülkiyyət hüququ RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. 0,2984 ha torpaq sahəsi 2014- cü ildə əmisi X14 və onun arvadı X11 tərəfindən bağışlanma müqaviləsi əsasında İddiaçı bağışlanmışdır. İddiaçı 0,2984 ha torpaq sahəsinə dair isə RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatndan çıxarış almışdır. Cavabdeh torpaq sahələri İddiaçı torpaq sahələri ilə qonşuluqda yerləşir. 2013-cü ildən başlayaraq Cavabdeh tərəfindən 0,2980 ha torpaq sahəsinin 0,004 ha hissəsi və 0,7453 ha torpaq sahəsinin 0,0891 ha hissəsi zəbt edilərək istifadə edilir. Bununla əlaqədar ilk iddia üzrə iddiaçı Balakən rayonu Qazma kəndində yerləşən və xüsusi mülkiyyətində olan RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0.7453 ha və RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(019)-57/2020 nömrəli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin olunmuş, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 0,7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Pərviz İsmayılovun mütəxəssis rəyinə əlavə edilən sxem 1-də göstərilən 0,0320 ha hissəsindən və İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 0,2982 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİnin mühəndisi Pərviz İsmayılovun mütəxəssis rəyinə əlavə edilən sxem 2-də göstərilən 0,0891 ha hissəsindən çıxarılması, həmin torpaq sahələrinə iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi, iddanın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının mülkiyyətində olan 0.7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0891 ha hissəsini qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə iddiaçının mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 375/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin 0,0891 ha torpaq sahəsində İddiaçı 10 ədəd ağacı vardır. Alma, şaftalı, alça və başqa ağaclar hər il bar verirdi. Həmin sahədən məhsulu Cavabdeh hər il yığmaqla, iddiaçı həmin gəlirdən məhrum olmuşdur. Həmin torpaq sahəsində ağaclar iddiaçı tərəfindən əkilməsə də, ağacların yerləşdiyi torpaq sahəsi hazırda iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsi iddiaçıya təhvil verilərkən ağaclar da iddiaçının istifadəsində qalmışdır. Lakin 2013- cü ildən ilk iddia üzrə cavabdeh Xəlilov X1 Ceyhun Zimirxan oğluna məxsus RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,7453 ha torpaq sahəsinin 0,0891 ha hissəsindən qanunsuz istifadə etdiyinə görə, eyni zamanda 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,004 ha torpaq sahəsindən istifadə etdiyinə görə hazırki maddi ziyanın əldən çıxmış fayda olaraq qeyd edilən tələblə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi isə tamamilə əsassızdır. Belə ki, İddiaçı Cavabdeh mülkiyyət və ya istifadəsinə torpaq sahəsi verməmiş və ondan hər hansı məbləğdə, o cümlədən 02 fevral 2006-cı il tarixdə manatın könə məzənnəsi ilə ******* manat pul almamışdır. İddiaçı Cavabdeh qarşısında heç bir pul və ya digər öhdəliyi yoxdur. Ona görə də Cavabdeh İddiaçı pul tələb etməsi tamamilə qanunsuzdur. Qeyd edilənləri nəzərə alaraq ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh bacısı oğludur. Balakən rayonu Qazma kənd sakinləri X12, X14 və X11 JN 1236 nömrəli 40103018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə onlara verilmiş 0.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini təsərrüfat üzvlərinin razılığı ilə xx.xx.2006-cı ildə Cavabdeh ******* (dörd milyon) manata satmışlar. Bununla bağlı tərəflər arasında xx.xx.2006-cı il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində AKT imzalanmışdır. Həmin tarixdən sonra torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Ümumi sahəsi 0.2980 ha olan torpaq sahəsi Cavabdeh məlumatı və razılığı olmadan İddiaçı oglunun əmisi X14 və onun arvadı X11 tərəfindən xx.xx.2014-cü il tarixdə bağışlama müqaviləsi əsasında İddiaçı bağışlanmışdır. İddiaçı 0.2984 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İddiaçı Cavabdeh qarşı Balakən rayonu Qazma kəndində yerləşən və xüsusi mülkiyətində olan RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.7453 ha və RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 9 oktyabr 2020-ci il tarixli 2(019)-57/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən yuxarı instansiya məhkəmələrinə şikayət verilsə də, şikayətləri təmin edilməmişdir. Bundan sonra xx.xx.2006-cı il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində AKT-la Cavabdeh satılmış 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı 2021-ci ildə təhvil verilmişdir. Hazırda isə İddiaçı əsassız olaraq Cavabdeh qarşı həmin torpaq sahəsi ilə bağlı əldən çıxmış faydanın qaytarılması iddiası ilə bağlı məhkəmədə iddia qaldırmışdır. 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2006-cı il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində AKT-la Cavabdeh satıldığına görə Cavabdeh həmin torpaq sahəsinin vicdanlı sahibi olmuşdur. Buna görə də vicdanlı sahib olaraq əmlakın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı mübahisələndirdiyi torpaq sahəsindəki əkilmiş ağaclar yaşlı ağaclardır, həmin ağaclar 2014-cü ildən çox əvvəl əkilmişdir, həmin ağaclara da İddiaçı heç bir əşya və əmlak hüquqları yoxdur. İlk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində də, həmin ağacların yaşlı və intensiv barvermə mərhələsində olduğu qeyd edilmişdir. Eyni zamanda İddiaçı də iddia tələbində həmin ağacları özü tərəfindən əkdiyini bildirməmişdir. İş materiallarına əlavə edilmiş qətnamələrdən də görünür ki, mübahisələndirilən torpaq sahələri Cavabdeh istifadəsində olmuş, iddiaçının həmin torpaq sahələrinə mülkiyyət hüquqları 2014-cü ildə yaranmış, 2020-ci ilədək iddiaçı torpaq sahəsindən çıxarılma ilə bağlı cavabdehə müraciət etməmişdir. 2021-ci ildə Cavabdeh torpaq sahələrini içərisində ağaclarla birlikdə İddiaçı verdiyindən, həmin torpaq sahəsi əvvəlki mülkiyyətçiləri tərəfindən 2006- cı ildə o vaxtki məzənnə ilə ******* manata Cavabdeh satıldığından, 2014-cü ildə isə bağışlama müqaviləsi əsasında ilk iddia üzrə iddiaçıya bağışladıqlarından hazırda həmin hüquqlar iddiaçıya ötürüldüyündən İddiaçı Cavabdeh çəkdiyi xərclərə görə əsassız varlanmışdır. İddaçı İddiaçı Cavabdeh qarşı ziyan tələbi ilə bağlı əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini əsassız hesab edir. Qeyd edilənləri nəzərə alıb ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-94/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov) İddiaçı Cavabdeh qarşı 3383 (üç min üç yüz səksən üç) manat 86 qəpik maddi ziyanın (əldən çıxmış faydanın) Cavabdeh alınaraq ona ödənilməsi tələbinə dair ilk iddiası təmin edilməməsi, ilk iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ilk iddia üzrə İddiaçı aid edilməsi, Cavabdeh İddiaçı qarşı İddiaçı o vaxtkı məzənnə ilə ******* (dörd milyon) manat məbləğində pulun inflyasiya nəzərə almaqla alınıb ona verilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi, iş üzrə cəmi 200 manat ekspertiza xərcinin 100 (bir yüz) manatının ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və 100 (bir yüz) manatının ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ilk iddia üzrə iddiaçı Vəliyev X5 rayonu Qazma kəndində kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahələri almışdır. 13 dekabr 2013-cü ildə o, X10 və onun ailə üzvlərindən ümumi sahəsi 0,7453 ha olan torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almış, həmin torpaq sahəsinə dair onun mülkiyyət hüquqları RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. 0,2984 ha torpaq sahəsi 2014- cü ildə İddiaçı əmisi X14 və onun arvadı X11 tərəfindən bağışlanma müqaviləsi əsasında İddiaçı bağışlanmış, o, 0,2984 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Cavabdeh torpaq sahələri İddiaçı torpaq sahələri ilə qonşuluqda yerləşir. 2013-cü ildən başlayaraq Cavabdeh 0,2980 ha torpaq sahəsinin 0,004 ha hissəsini və 0,7453 ha torpaq sahəsinin 0,0891 ha hissəsini istifadə etmişdir. Bununla əlaqədar ilk iddia üzrə iddiaçı Vəliyev X5 rayonu Qazma kəndində yerləşən və xüsusi mülkiyyətində olan RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0.7453 ha və RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il li 2(019)-57/2020 nömrəli qətnaməsi ilə onun iddia tələbi qismən təmin olunmuş, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 0,7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİnin mühəndisi Pərviz İsmayılovun mütəxəssis rəyinə əlavə edilən sxem 1-də göstərilən 0,0320 ha hissəsindən və İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 0,2982 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİnin mühəndisi Pərviz İsmayılovun mütəxəssis rəyinə əlavə edilən sxem 2-də göstərilən 0,0891 ha hissəsindən çıxarılması, həmin torpaq sahələrinə iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi, iddanın qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı verilən 0,0891 ha torpaq sahəsində əvvəl əkilmiş 10 ədəd yaşlı ağac mövcud olmuşdur. Həmin torpaq sahəsində bu ağaclar ilk iddia üzrə İddiaçı tərəfindən əkilməsə də, ağacların yerləşdiyi torpaq sahəsi hazırda onun mülkiyyətindədir. Həmin torpaq sahəsi İddiaçı təhvil verilərkən ağaclar da onun istifadəsində qalmışdır. İlk iddia üzrə İddiaçı bildirdiyinə görə 2013-cü ildən Cavabdeh ona məxsus RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,7453 ha torpaq sahəsinin 0,0891 ha hissəsindən qanunsuz istifadə etdiyinə görə, eyni zamanda 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,004 ha torpaq sahəsindən istifadə etdiyinə görə hazırki əldən çıxmış fayda formasında maddi ziyan tələbilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə qarşılıqlı iddiasında göstərmişdir ki, Balakən rayonu Qazma kənd sakinləri X12, X14 və X7 JN 1236 nömrəli 40103018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi təsərrüfat üzvlərinin razılığı ilə xx.xx.2006-cı ildə Cavabdeh ******* (dörd milyon) manata satılmış, bununla bağlı tərəflər arasında xx.xx.2006-cı il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində AKT imzalanmışdır. Həmin tarixdən sonra torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Ümumi sahəsi 0.2980 ha olan torpaq sahəsi Cavabdeh məlumatı və razılığı olmadan 2014-cü ildə İddiaçı oglunun əmisi X14 və onun arvadı X11 tərəfindən xx.xx.2014-cü il tarixdə bağışlama müqaviləsi əsasında İddiaçı bağışlanmışdır. İddiaçı 0.2984 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İddiaçı Cavabdeh qarşı Balakən rayonu Qazma kəndində yerləşən və xüsusi mülkiyətində olan RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.7453 ha və RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(019)-57/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən yuxarı instansiya məhkəmələrinə şikayət versə də, şikayəti təmin edilməmişdir. Bundan sonra xx.xx.2006-cı il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində AKT-la Cavabdeh satılmış 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı 2021-ci ildə təhvil vermişdir. Hazırda isə İddiaçı ona qarşı həmin torpaq sahəsi ilə bağlı əldən çıxmış faydanın qaytarılması iddiası ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh və onun nümayəndəsi-vəkili ilk iddiaya etiraz və qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hal kimi bildirirlər 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2006-cı il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində AKT-la Cavabdeh satıldığına görə Cavabdeh həmin torpaq sahəsinin vicdanlı sahibi olmuşdur. Buna görə də onun vicdanlı sahib olaraq əmlakın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə ilk iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 3383.86 manat (üç min üç yüz səksən altı manat səksən altı qəpik) manat əldən çıxmış faydaya görə maddi ziyan dəydiyini, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun hesabına əsassız varlandığını və əmlakı yaxşılaşdırma xərci olan o vaxtkı məzənnə ilə ******* (dörd milyon) manat məbləğində pulun inflyasiya nəzərə almaqla ziyan dəydiyini iddia edərək bu barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada konkret ilk iddia üzrə hazırki mübahisəyə münasibətdə məhkəmə hesab etmişdir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Məhkəmə qeyd etmişdir ki, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh ona məhz 3383.86 manat məbləğində maddi ziyan vurması, bu məbləğdə ziyanın onun qanunazidd hərəkətləri nəticəsində vurulması, sözügedən ziyanla həmin qanunazidd hərəkətlər arasında səbəbli əlaqənin olması və ilk iddia üzrə Cavabdeh göstərilən məbləğdə maddi ziyanın vurulmasında təqsirli olmasını sübuta yetirməlidir. Bu baxımdan məhkəmə ilk iddia üzrə iddiaçının öz tələbini əsaslandırdığı halların mövcud olub-olmamasını yoxlamışdır. Bu mənada məhkəmə hesab etmişdir ki, ilk iddia üzrə iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən ilk iddia tələbi əsassızdır. Belə ki, məhkəmə ilk iddia ilə bağlı qeyd etmişdir ki, işdəki sübutlara əsasən Balakən rayonu Qazma kənd sakinləri X12, X14 və X7 JN 1236 nömrəli 40103018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi təsərrüfat üzvlərinin razılığı ilə xx.xx.2006-cı ildə Cavabdeh ******* (dörd milyon) manata satılmış, bununla bağlı tərəflər arasında xx.xx.2006-cı il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində AKT imzalanmışdır. Həmin tarixdən sonra torpaq sahəsi Cavabdeh sahiblik və istifadəsinə verilmişdir. Ümumi sahəsi 0.2980 ha olan torpaq sahəsi Cavabdeh məlumatı və razılığı olmadan 2014-cü ildə İddiaçı oglunun əmisi X14 və onun arvadı X11 tərəfindən xx.xx.2014-cü il tarixdə bağışlama müqaviləsi əsasında İddiaçıa bağışlanmış, İddiaçı 0.2984 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı Balakən rayonu Qazma kəndində yerləşən və xüsusi mülkiyətində olan RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.7453 ha və RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 9 oktyabr 2020-ci il tarixli 2(019)-57/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən yuxarı instansiya məhkəmələrinə şikayət verilsə də, şikayətlər təmin edilməmişdir. Bundan sonra xx.xx.2006-cı il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində AKT-la Cavabdeh satılmış 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı 2021-ci ildə təhvil verilmişdir. 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətçilər tərəfindən xx.xx.2006-cı il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində AKT-la Cavabdeh satıldığına və faktiki onun titul sahibliyinə və istifadəsinə verildiyinə görə Cavabdeh həmin torpaq sahəsinin vicdanlı sahibi olmuşdur. Buna görə də vicdanlı sahib olaraq onun əmlakın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İlk iddia üzrə iddiaçı tərəfindən ilk iddia üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 3383.86 manat (üç min üç yüz səksən altı manat səksən altı qəpik) manat əldən çıxmış faydaya görə ziyan dəydiyi iddia edilsə də, iş materiallarına əsasən Cavabdeh ilk iddia üzrə iddiaçıya məxsus torpaq sahələrinə özbaşına olaraq sahiblənməmiş, torpaq sahəsinin əvvəlki mülkiyyətçilərinə məyyən məbləğ pul ödəyərək həmin torpaq sahəsini sahiblik və istifadəsinə qəbul etmişdir. Eyni zamanda ilk iddia üzrə iddiaçının ilk iddia tələbində göstərdiyi dəlillərlə bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən ilk iddia üzrə iddiaçının mübahisələndirdiyi torpaq sahəsindəki əkilmiş ağaclar yaşlı ağaclardır, həmin ağaclar 2014cü ildən çox əvvəl əkilmişdir, həmin ağaclara da ilk iddia üzrə İddiaçı heç bir əşya və əmlak hüquqları yoxdur. İlk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində də, həmin ağacların yaşlı və intensiv barvermə mərhələsində olduğu qeyd edilmişdir. Eyni zamanda ilk iddia üzrə İddiaçı də iddia tələbində həmin ağacları özü tərəfindən əkdiyini bildirməmişdir. İşdəki sübutlarla da İddiaçı həmin ağacları özü tərəfindən əkilməsi müəyyən edilməmişdir. İş materialları üzrə istinad edilmiş qətnamələrdən və ümumən iş materiallarından görünür ki, mübahisələndirilən torpaq sahəsi ilk iddia üzrə Cavabdeh istifadəsində olmuş, ilk iddia üzrə iddiaçının həmin torpaq sahələrinə mülkiyyət hüquqları 2014-cü ildə daşınmaz əmalkın dövlət reyestrində qeydə alınmış, ilk iddia üzrə iddiaçı 2020ci ilədək torpaq sahələrindən çıxarılma və ziyan tələbi ilə bağlı ilk iddia üzrə cavabdehə müraciət etməmişdir. 2021-ci ildə ilk iddia üzrə Cavabdeh torpaq sahələrini içərisində ağaclarla birlikdə İddiaçı təhvil vermişdir. İş materialları ilə müəyyən olunur ki, sözügedən ağaclar İddiaçı tərəfindən əkilməmiş, o, ağacları almamış, yalnız boş torpaq sahələrini almış və onun həmin ağaclara mülkiyyət hüququ qeydə alınmamışdır. Məhkəmə, bu barədə həmçinin onu da qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh ilk iddia ərizəsində göstərilən müddətdə sözügedən torpaq sahəsində olan ağaclardan qeyd edilən miqdarda və qiymətdə məhsul yığması, həmin müddət ərzində göstərdikləri miqdarda və qiymətə məhsulu satması nəticəsində 3383.86 manat əsassız gəlir əldə etməsi və ona 3383.86 maddi ziyan vurması, bu ziyanın Cavabdeh hanısa qanunazidd hərəkətləri nəticəsində yaranması və həmin ziyanla Cavabdeh hansısa qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması və Cavabdeh həmin 3383.86 manat ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da ilk iddia tələbininə əsaslandırıldığı halları və ilk iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (Azərbaycan Respublikası MPMnin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Məhkəmə qeyd etmişdir ki, bu xüsusda Azərbaycan Respublikasinin Kənd Təsərrüfati Nazirliyi Balakən X19 Mərkəzinin 11 mart 2022-ci il tarixli mütəxəssis rəyi və kompleks məhkəməbioloji və məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 7/782; 9/5053 nömrəli ekspertiza rəyi ilk iddia tələbinin əsaslandırıldığı halları təsdiq etmək üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, 11 mart 2022-ci il tarixli mütəxəssis rəyində ağaclardan 2013-2021-ci illəri üzrə olan 9 il ərzində təxminən: 40 kq X 9 il = 360 kq armud; 20 kq X 9 il = 180 kq albalı meyvəsini almağın, hər 2 sahə üzrə 9 il ərzində təxminən 405 kq qoz, 54 kq fındıq, 4351.4 kq dən qarğıdalı, 360 kq armud və 180 kq albalı meyvəsi əldə etməyin mümkünlüyü göstərilməklə bu nəticə heç bir elmi araşdırmanın nəticələrinə və tədqiqat metodlarına əsaslanmadan yalnız ehtimala əsaslanmışdır. Həmin mütəxəssis rəyinə qiymət verməklə həmçinin ehtimal etmək olar ki, qeyd edilən həmin çəkilərdə meyvə, qoz və qarğıdalı məhsulunu illər üzrə əlverişsiz hava şəraiti olduğu təqdirdə və müxtəlif fors-major hallarında əldə etməmək, bundan çox və ya az da miqdarda da əldə etmək olar. 11 mart 2022-ci il tarixli mütəxəssis rəyində göstərilən illər ərzində məhz göstərilən çəkilə armud, albalı, qoz və dən qarğıdalının alınacağı heç bir mötəbər sübutla, elmi araşdırma və tədqiqat metodları əsasında təsdiq olunmur. Bundan başqa, 11 mart 2022-ci il tarixli mütəxəssis rəyində vurulmuş ziyanın dəqiq olaraq məhz ilk iddia ərizəsində göstərilən məbləğdə, yəni 3383.86 manat məbləğində olması, bu ziyanın ilk iddia üzrə Cavabdeh qanunazidd hərəkətləri nəticəsində vurulması, bu ziyanla həmin hərəkətlər arasında səbəbli əlaqənin olması və Cavabdeh həmin ziyanın vurulmasında təqsirli olması müəyyən və təsdiq olunmur. Həmçinin kompleks məhkəmə-bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 7/782; 9/5053 nömrəli ekspertiza rəyi də ehtimal əsasında verilən Azərbaycan Respublikasinin Kənd Təsərrüfati Nazirliyi Balakən X19 Mərkəzinin 11 mart 2022-ci il tarixli mütəxəssis rəyi əsasında verilmişdir və həmin ekspert rəyi heç bir elmi tədqiqat metodlarına əsaslanmır və müstəqil tədqiqatın nəticəsi deyildir. Bundan başqa 13 iyun 2022-ci il tarixli 9/2913 nömrəli ekspert rəyində eynilə ağaclardan 2013-2021-ci illəri üzrə olan 9 il ərzində təxminən: 40 kq X 9 il = 360 kq armud; 20 kq X 9 il = 180 kq albalı meyvəsini almağın, beləliklə, hər 2 sahə üzrə 9 il ərzində təxminən 405 kq qoz, 54 kq fındıq, 4351.4 kq dən qarğıdalı, 360 kq armud və 180 kq albalı meyvəsi əldə etməyin mümkünlüyü göstərilməklə bu nəticə heç bir elmi araşdırmaya və tədqiqata əsaslanmadan yalnız 11 mart 2022-ci il tarixli mütəxəssis rəyi üzrə yalnız ehtimala istinad edilməklə verilmişdir. Həmin ekspertiza rəyinə qiymət verməklə həmçinin ehtimal etmək olar ki, qeyd edilən həmin çəkilərdə meyvə, qoz və qarğıdalı məhsulunu illər üzrə əlverişsiz hava şəraiti olduğu təqdirdə, həmçinin müxtəlif fors-major halları baş verdikdə əldə etməmək, az və ya çox miqdarda əldə etmək də olar. Kompleks məhkəmə-bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 7/782; 9/5053 nömrəli ekspertiza rəyində göstərilən illər ərzində məhz göstərilən çəkidə armud, albalı, qoz və dən qarğıdalının alınacağı heç bir mötəbər sübutla və tədqiqat metodları əsasında təsdiq olunmur. Bundan başqa, kompleks məhkəmə-bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 7/782; 9/5053 nömrəli ekspertiza rəyində vurulmuş ziyanın dəqiq olaraq məhz ilk iddia ərizəsində göstərilən məbləğdə, yəni 3383.86 manat məbləğində olması, bu ziyanın ilk iddia üzrə Cavabdeh qanunazidd hərəkətləri nəticəsində yaranması, ehtimal olunan bu ziyanla cavabdehin hansısa qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması və Cavabdeh həmin ziyanın vurulmasında təqsirli olması müəyyən və təsiq olunmur. Bundan əlavə Balakən Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(019)- 57/2020 nömrəli qətnaməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 375/2021 nömrəli 24 fevral 2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3807/2021 saylı qərarı da ilk iddia üzrə iddiaçıya tələb olunan 3383.86 manat məbləğində ziyan vurulması, bu məbləğdə ziyanın ilk iddia üzrə cavabdehin hansısa qanunazidd hərəkətləri nəticəsində vurulması, iddia edilən bu ziyanla cavabdehin hansısa qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması və həmin ziyanın vurulmasında ilk iddia üzrə Cavabdeh təqsirli olmasını təsdiq etmədiyindən və bu halları müəyyən etmədiyindən ilk iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən sübut kimi qəbul olunmur. Onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə Balakən Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(019)-57/2020 nömrəli qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-375/2021 nömrəli 24 fevral 2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3807/2021 saylı qərarında iddia predmetini təşkil edən İddiaçı məxsus torpaq sahələrində meyvə ağaclarının və digər ağacların olması, orada qarğıdalının olması, bu ağacların və qarğıdalının İddiaçı məxsus olması, onun mülkiyyətində olması, Cavabdeh həmin ağaclardan və qarğıdalıdan bəhər götürməsi və İddiaçı ziyan vurması müəyyən edilməmişdir. Həmin qətnamələr və qərarda Cavabdeh istifadəsində olan torpaq sahələrinin müəyyən hissəsinin ondan alınaraq İddiaçı verilməsindən söhbət gedir. Bu məhkəmə aktlarında həmin torpaq sahələrində meyvə ağacları, digər ağaclar və qarğıdalının olması və onların da torpaq sahələri ilə birlikə cavabdehdən alınıb iddiaçıya verilməsi göstərilməmişdir. Ona görə də həmin məhkəmə qətnaməsi üzrə müəyyən olunmuş faktlar Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyan faktlar kimi qəbul edilə bilməz. İşdə ilk iddia tələbinin əsaslılığını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir və ilk iddia üzrə iddiaçı tərəfindən də belə mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, ilk iddianın təmin edilməsi üçün heç bir faktoloji və hüquqi əsaslar mövcud deyildir. Ona görə də ilk iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13,29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 139.1, 146.1, 146.2, 152.1, 152.2, 152.3, 152.5, 157.4, 157.7, 157.8, 386.1, 1096.1, 1096.2, 1097.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1,77.1, 78.1, 80, 81, 88, 106.1, 117.1, 118.1, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı Balakən rayonu Qazma kəndində yerləşən və xüsusi mülkiyətində olan RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.7453 ha və RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(019)-57/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən yuxarı instansiya məhkəmələrinə şikayət verilsə də, şikayətlər təmin edilməmişdir. Göründüyü kimi ilk iddia üzrə cavabdeh mübahisə edilən torpaq sahəsinin məhkəmənin qeyd etdiyi kimi vicdanlı sahibi olmamışdır. belə olsaydı onda qüvvədə olan qətnamə ilə onu həmin torpaq sahəsindən çıxarılmazdı. Maddi ziyanla bağlı qeyd edir ki, işdə olan kompleks məhkəmə-bioloji və məhkəməəmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 7/782;9/5053 nömrəli ekspertiza rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş Balakən Rayon Məhkəməsinin 2(019)-94/2022 saylı mülki iş materialındakı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Balakən X19 Mərkəzinin Bitkiçilik sektorunun müdiri Ş.Rəhimli tərəfindən verilən xx.xx.2022 tarixli rəyinə əsasən Qazma kəndində yerləşən İddiaçı məxsus RX0337876 nömrəli çıxarış üzrə 0,0891 ha və RX-0561321 nömrəli çıxarış üzrə 0,0320 ha, cəmi 0,1211 ha olan torpaq sahələrdə qarğıdalı bitkisinin və armud, albalı ağaclarından nə qədər məhsulun götürülməsinin mümkünlüyü barədə xx.xx.2022-ci tarixində araşdırmalar aparılarkən Qazma kəndində RX-0337876 nömrəli çıxarışa əsasən 0,0891 ha sahədə 2 ədəd qoz ağacı və 1 ədəd fındıq tomasının, ərazinin qalan hissəsində isə qarğıdalı səpildiyi müşahidə edilmişdir. Həmin ərazidə qoz ağaclarının və fındıq tomasının yaşlı olduğu nəzərə alınaraq hər ildə təxminən 45 kq qoz və 6 kq fındıq meyvəsinin alınmasını mümkün hesab etmək olar (9 il x 45 kq = 405 kq qoz, 9 il x 6 kq = 54 kq fındıq). Balakən rayonunun statistik göstəricilərinə istinad edərək qarğıdalı bitkisi üçün məhsuldarlıq orta hesabla illər üzrə aşağdakı kimi göstərilə bilər. 2013-cü ildə - 59,8 sent x 0,08 ha = 478,4 kq 2014-cü ildə - 54,2 sent x 0,08 ha = 433,6 kq, 2015-ci ildə - 56,3 sent x 0,08 ha = 450,4 kq, 2016-cı ildə - 61,8 sent x 0,08 ha = 494,4 kq, 2017-ci ildə - 61,9 sent x 0,08 ha = 495,2 kq, 2018-ci ildə - 61,1 sent x 0,08 ha - 488,8 kq, 2019-cu ildə - 61,2 sent x 0,08 ha = 489,6 kq, 2020-ci ildə - 61,6 sent x 0,08 ha = 492,8 kq, 2021-ci ildə - 66,4 sent x 0,08 ha = 531,2 kq, 2013-2021-ci illər üzrə cəmi - 4351,4 kq. RX-0561321 nömrəli çıxarış üzrə olan 0,0320 ha əraziyə baxış keçirilən zaman həmin ərazidə 4 ədəd armud və 2 ədəd albalı ağacının olduğu, qalan sahənin isə boş olduğu müşahidə edilmişdir. 4 ədəd armud ağacından təqribən 40 kq və 2 ədəd albalı ağacından 20 kq məhsul götürmək olar. Beləliklə, 2013- 2021-ci illəri üzrə olan 9 il ərzində təxminən: 40 kq x 9 il = 360 kq armud; 20 kq x 9 il = 180 kq albalı meyvəsini almaq olar. Beləliklə, hər 2 sahə üzrə 9 il ərzində təxminən 405 kq qoz, 54 kq fındıq, 4351.4 kq dən qarğıdalı, 360 kq armud və 180 kq albalı meyvəsi əldə etməyin mümkünlüyünü göstərmək olar. Qeyd olunan rəy onu təsdiq edir ki, ilk iddia üzrə iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı Cavabdeh mülkiyyət və ya istifadəsinə torpaq sahəsi verməmiş və ondan hər hansı məbləğdə, o cümlədən 02 fevral 2006-cı il tarixdə manatın köhnə məzənnəsi ilə ******* manat pul almamışdır. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşısında heç bir pul və ya digər öhdəliyi yoxdur. İlk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı məxsus torpaq sahəsindən istifadə etməsi qanunsuz olmuşdur. Bu səbəbdən də yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə mübahisə edilən torpaq sahəsi ilk iddia üzrə cavabdehin qanunsuz sahibliyindən geri alınmışdır (çıxarılmışdır). Bu hal isə maddi zərərin yaranmasına əsasdır. İşə baxan məhkəmə yuxarıda göstərillənləri yanlış qiymətləndirmiş bu zaman Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə zidd mövqe tutmuşdur. İddiaçı maddi ziyanla bağlı sübut təqdim etsə də məhkəmə təqdim olunmuş subutlara deyil özünün mülahizəsinə uyğun qərar qəbul etmişdir. Belə ki, maddi ziyanla bağlı təqdim olunmuş sübutu araşdırmamış və ondan istifadə etməmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Belə ki, maddi ziyanla bağlı sübutlar iş materiallarına əlavə olunmuşdur. Lakin məhkəmə həmin sübutları düzgün dəyərləndirməmişdir. Qanuni qüvvəsini almış Balakən Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(019)-57/2020 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçıya məxsus torpaq sahəsi ilk iddia üzrə cavabdeh tərəfindən qanunsuz istifadə olunması sübut olunduğundan onu həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır. Məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir. Halbuki qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (AR MPM-nin 217-ci maddəsi). Odur ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il, 2(019)-94/2022 saylı qətnaməsinin dəyişdirilməsi, ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər və onların vəkilləri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Lakin iddiaçının vəkili məhkəməyə göndərdiyi teleqramında Balakən Rayon Məhkəməsində cinayət işləri üzrə müdafiəçi qismində məhkəmə istintaqında iştirak edəcəyini nəzərə alıb məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də tərəflər və cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında iştiraklarının mümkünsüzlüyünün səbəbləri barədə heç bir məlumat verməmişlər. Digər məhkəmənin icraatında olan iş üzrə keçirilən məhkəmə iclasında iştirak etmənin məhkəmə iclasının təxirə salınması üçün əsas təşkil etməməsini də nəzərə alaraq məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin və onların vəkillərinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Apellyator Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il, 2(019)-94/2022 saylı qətnaməsinin dəyişdirilməsi, ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə apelyasiya şikayətinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq ilkin iddianı düzgün olaraq rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, ilk iddia üzrə iddiaçı Vəliyev X5 rayonu Qazma kəndində kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahələri almışdır. 13 dekabr 2013-cü ildə o, X10 və onun ailə üzvlərindən ümumi sahəsi 0,7453 ha olan torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almış, həmin torpaq sahəsinə dair onun mülkiyyət hüquqları RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. 0,2984 ha torpaq sahəsi 2014- cü ildə İddiaçı əmisi X14 və onun arvadı X11 tərəfindən bağışlanma müqaviləsi əsasında İddiaçı bağışlanmış, o, 0,2984 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. 2013-cü ildən başlayaraq Cavabdeh 0,2980 ha torpaq sahəsinin 0,004 ha hissəsini və 0,7453 ha torpaq sahəsinin 0,0891 ha hissəsini istifadə etmişdir. Bununla əlaqədar ilk iddia üzrə iddiaçı Vəliyev X5 rayonu Qazma kəndində yerləşən və xüsusi mülkiyyətində olan RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0.7453 ha və RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il li 2(019)-57/2020 nömrəli qətnaməsi ilə onun iddia tələbi qismən təmin olunmuş, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 0,7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİnin mühəndisi Pərviz İsmayılovun mütəxəssis rəyinə əlavə edilən sxem 1-də göstərilən 0,0320 ha hissəsindən və İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 0,2982 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİnin mühəndisi Pərviz İsmayılovun mütəxəssis rəyinə əlavə edilən sxem 2-də göstərilən 0,0891 ha hissəsindən çıxarılması, həmin torpaq sahələrinə iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi, iddanın qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı verilən torpaq sahələrində əvvəl əkilmiş yaşlı 4 ədəd armud, 2 ədəd albalı, 2 ədəd qoz, 1 ədəd fındıq ağacları mövcud olmuşdur. Həmin torpaq sahəsində bu ağaclar ilk iddia üzrə İddiaçı tərəfindən əkilməsə də, ağacların yerləşdiyi torpaq sahəsi hazırda onun mülkiyyətindədir. Həmin torpaq sahəsi İddiaçı təhvil verilərkən ağaclar da onun istifadəsində qalmışdır. İlk iddia üzrə İddiaçı bildirdiyinə görə 2013-cü ildən Cavabdeh ona məxsus RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,7453 ha torpaq sahəsinin 0,0891 ha hissəsindən qanunsuz istifadə etdiyinə görə, eyni zamanda 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,004 ha torpaq sahəsindən istifadə etdiyinə görə hazırki əldən çıxmış fayda formasında maddi ziyan tələbilə məhkəməyə müraciət etmişdir. Beləliklə ilk iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 3383.86 manat (üç min üç yüz səksən altı manat səksən altı qəpik) manat əldən çıxmış faydaya görə maddi ziyan dəydiyini iddia edərək bu barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan 02 fevral 2006-cı il tarixdə tərtib edilmiş aktdan görünür ki, Balakən rayonu Qazma kənd sakinləri X8, X13 və X7 JN 1236 nömrəli 40103018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini təsərrüfat üzvlərinin razılığı ilə xx.xx.2006-cı ildə Cavabdeh ******* (dörd milyon) manata satmışlar. Göründüyü kimi, Balakən rayonu Qazma kənd sakinləri X12, X14 və X7 JN 1236 nömrəli 40103018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi təsərrüfat üzvlərinin razılığı ilə xx.xx.2006-cı ildə Cavabdeh ******* (dörd milyon) manata satılmış, bununla bağlı tərəflər arasında xx.xx.2006-cı il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində AKT imzalanmışdır. Həmin tarixdən sonra torpaq sahəsi Cavabdeh sahiblik və istifadəsinə verilmişdir. Ümumi sahəsi 0.2980 ha olan torpaq sahəsi Cavabdeh məlumatı və razılığı olmadan İddiaçı oglunun əmisi X14 və onun arvadı X11 tərəfindən xx.xx.2014-cü il tarixdə bağışlama müqaviləsi əsasında İddiaçıa bağışlanmış, İddiaçı 0.2984 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı Balakən rayonu Qazma kəndində yerləşən və xüsusi mülkiyətində olan RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.7453 ha və RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(019)-57/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən yuxarı instansiya məhkəmələrinə şikayət verilsə də, şikayətlər təmin edilməmişdir. Bundan sonra xx.xx.2006-cı il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində AKT-la Cavabdeh satılmış 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı 2021-ci ildə təhvil verilmişdir. Apellyasiya şikayətinin cavabdehin torpaq sahəsinin vicdanlı sahibi olmaması ilə bağlı dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki iş materiallarından da aydın olur ki, iş üzrə cavabdeh həqiqətən də Balakən rayonu, Qazma kəndində yerləşən 0.2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.2006-cı il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində tərtib edilmiş AKT əsasında sahiblik edərək, istifadə etmişdir. İddiaçı isə həmin torpaq sahələrini əldə etdikdən dərhal sonra deyil, onların əldə edilməsindən uzun illər sonra məhkəməyə müraciət etmiş, 2020-ci ildə torpaqdan çıxarılmaya dair mübahisəyə Balakən Rayon Məhkəməsində baxıldıqdan, həmin məhkəmənin qərarı qanuni qüvvəsini aldıqdan sonra 2021-ci ildə torpaq sahələri iddiaçıya təhvil verilmişdir. Həmçinin mübahisə tərəfinin sonradan yeni əsasla torpaq sahəsini əldə etməsi, torpaq sahəsinin əldə edilməsindən sonra qarşı tərəfin torpaq sahəsindən çıxarılması həmin torpaq sahəsinə münasibətdə cavabdehin əvvəldən vicdanlılığının olmasını istisna etmir. Qeyd edilənlər cavabdehin 0.2984 ha torpaq sahəsinin əvvəldən vicdanlı sahibi olmamasına dair apellyasiya şikayətinin dəlilini təkzib edir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasinin Kənd Təsərrüfati Nazirliyi Balakən X19 Mərkəzinin 12 aprel 2022-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, Qazma kəndində yerləşən İddiaçı məxsus RX0337876 nömrəli çıxarış üzrə 0,0891 ha və RX-0561321 nömrəli çıxarış üzrə 0,0320 ha, cəmi 0,1211 ha olan torpaq sahələrində qarğıdalı bitkisinin və armud, albalı ağaclarından nə qədər məhsulun götürülməsinin mümkünlüyü barədə xx.xx.2022-ci tarixində araşdırmalar aparılarkən Qazma kəndində RX-0337876 nömrəli çıxarışa əsasən 0,0891 ha sahədə 2 ədəd qoz ağacı və 1 ədəd fındıq tomasının olması, ərazinin qalan hissəsində isə qarğıdalı səpildiyi müşahidə edilmişdir. Həmin ərazidə qoz ağaclarının və fındıq tomasının yaşlı olduğunu nəzərə alınaraq hər ildə təxminən 45 kq qoz və 6 kq fındıq meyvəsinin alınmasını mümkün hesab etmək olar (9 il x 45 kq = 405 kq qoz, 9 il x 6 kq = 54 kq fındıq). Balakən rayonunun statistik göstəricilərinə istinad edərək qarğıdalı bitkisi üçün məhsuldarlıq orta hesabla illər üzrə aşağdakı kimi göstərilə bilər. 2013-cü ildə - 59,8 sent x 0,08 ha = 478,4 kq, 2014-cü ildə - 54,2 sent x 0,08 ha = 433,6 kq, 2015-ci ildə - 56,3 sent x 0,08 ha = 450,4 kq, 2016-cı ildə - 61,8 sent x 0,08 ha = 494,4 kq, 2017-ci ildə - 61,9 sent x 0,08 ha =495,2 kq, 2018-ci ildə - 61,1 sent x 0,08 ha - 488,8 kq, 2019-cu ildə - 61,2 sent x 0,08 ha = 489,6 kq, 2020-ci ildə - 61,6 sent x 0,08 ha = 492,8 kq, 2021-ci ildə - 66,4 sent x 0,08 ha = 531,2 kq, 2013-2021-ci illər üzrə cəmi - 4351,4 kq. RX-0561321 nömrəli çıxarış üzrə olan 0,0320 ha əraziyə baxış keçirilən zaman həmin ərazidə 4 ədəd armud və 2 ədəd albalı ağacının olduğu, qalan sahənin isə boş olduğu müşahidə edilmişdir. 4 ədəd armud ağacından təqribən 40 kq və 2 ədəd albalı ağacından 20 kq məhsul götürmək olar. Beləliklə, 2013-2021-ci illəri üzrə olan 9 il ərzində təxminən: 40 kq X 9 il = 360 kq armud; 20 kq X 9 il = 180 kq albalı meyvəsini almaq olar. Beləliklə, hər 2 sahə üzrə 9 il ərzində təxminən 405 kq qoz, 54 kq fındıq, 4351.4 kq dən qarğıdalı, 360 kq armud və 180 kq albalı meyvəsi əldə etməyin mümkünlüyünü göstərmək olar. İşə əlavə edilmiş kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi nəticəsində verilmiş 15 sentyabr 2022-ci il tarixli 7/782;9/5053 nömrəli ekspertiza rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş Balakən Rayon Məhkəməsinin 2(019)-94/2022 saylı mülki iş materialındakı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Balakən X19 Mərkəzinin Bitkiçilik sektorunun müdiri Ş.Rəhimli tərəfindən verilən xx.xx.2022 tarixli rəyinə əsasən Qazma kəndində yerləşən İddiaçı məxsus RX0337876 nömrəli çıxarış üzrə 0,0891 ha və RX-0561321 nömrəli çıxarış üzrə 0,0320 ha, cəmi 0,1211 ha olan torpaq sahələrdə qarğıdalı bitkisinin və armud, albalı ağaclarından nə qədər məhsulun götürülməsinin mümkünlüyü barədə xx.xx.2022-ci tarixində araşdırmalar aparılarkən Qazma kəndində RX-0337876 nömrəli çıxarışa əsasən 0,0891 ha sahədə 2 ədəd qoz ağacı və 1 ədəd fındıq tomasının, ərazinin qalan hissəsində isə qarğıdalı səpildiyi müşahidə edilmişdir. Həmin ərazidə qoz ağaclarının və fındıq tomasının yaşlı olduğunu nəzərə alınaraq hər ildə təxminən 45 kq qoz və 6 kq fındıq meyvəsinin alınmasını mümkün hesab etmək olar (9 il x 45 kq = 405 kq qoz, 9 il x 6 kq = 54 kq fındıq). Balakən rayonunun statistik göstəricilərinə istinad edərək qarğıdalı bitkisi üçün məhsuldarlıq orta hesabla illər üzrə aşağdakı kimi göstərilə bilər. 2013-cü ildə - 59,8 sent x 0,08 ha = 478,4 kq 2014-cü ildə - 54,2 sent x 0,08 ha = 433,6 kq, 2015-ci ildə - 56,3 sent x 0,08 ha = 450,4 kq, 2016-cı ildə - 61,8 sent x 0,08 ha = 494,4 kq, 2017-ci ildə - 61,9 sent x 0,08 ha = 495,2 kq, 2018-ci ildə - 61,1 sent x 0,08 ha - 488,8 kq, 2019-cu ildə - 61,2 sent x 0,08 ha = 489,6 kq, 2020-ci ildə - 61,6 sent x 0,08 ha = 492,8 kq, 2021-ci ildə - 66,4 sent x 0,08 ha = 531,2 kq, 2013-2021-ci illər üzrə cəmi - 4351,4 kq. RX-0561321 nömrəli çıxarış üzrə olan 0,0320 ha əraziyə baxış keçirilən zaman həmin ərazidə 4 ədəd armud və 2 ədəd albalı ağacının olduğu, qalan sahənin isə boş olduğu müşahidə edilmişdir. 4 ədəd armud ağacından təqribən 40 kq və 2 ədəd albalı ağacından 20 kq məhsul götürmək olar. Beləliklə, 2013-2021-ci illəri üzrə olan 9 il ərzində təxminən: 40 kq X 9 il = 360 kq armud; 20 kq X 9 il = 180 kq albalı meyvəsini almaq olar. Beləliklə, hər 2 sahə üzrə 9 il ərzində təxminən 405 kq qoz, 54 kq fındıq, 4351.4 kq dən qarğıdalı, 360 kq armud və 180 kq albalı meyvəsi əldə etməyin mümkünlüyünü göstərmək olar. Tədqiqata təqdim edilmiş Balakən Rayon Məhkəməsinin 2(019)-94/2022 saylı mülki iş materialındakı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Balakən X19 Mərkəzinin Bitkiçilik sektorunun xx.xx.2022 tarixli rəyində İddiaçı xüsusi mülkiyyətində olan və Cavabdeh tərəfindən qanunsuz istifadə edilməsi göstərilən 0,7453 ha torpaq sahəsinin 0,0891 ha hissəsində və 0,2984 ha torpaq sahəsinin 0,004 ha hissəsində olan meyvə ağaclarının yaşlı olması qeyd edilsə də, həmin ağacların hansı yaşda olması haqqında heç bir məlumat verilmədiyindən qərardadda qoyulmuş İddiaçı xüsusi mülkiyyətində olan və Cavabdeh tərəfindən qanunsuz istifadə edilməsi göstərilən 0,7453 ha torpaq sahəsinin 0,0891 ha hissəsində və 0,2984 ha torpaq sahəsinin 0,004 ha hissəsində olan meyvə ağaclarının yaşı müəyyən edilsin sualı üzrə tədqiqat işləri aparılmadı. Məhkəmə kollegiyası apellyatorun cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz istifadə nəticəsində iddiaçıya iddia tələbində qeyd edilən məbləğdə maddi ziyan dəyməsi, həmin ziyanlığın kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi nəticəsində verilmiş 15 sentyabr 2022-ci il tarixli 7/782;9/5053 nömrəli ekspertiza rəyi ilə təsdiq edilməsinə dair dəlili ilə bağlı qeyd edir ki, Balakən Rayon Məhkəməsi müvafiq qərardadı ilə təyin edilmiş məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi nəticəsində verilmiş rəy ehtimal əsasında verilən Azərbaycan Respublikasinin Kənd Təsərrüfati Nazirliyi Balakən X19 Mərkəzinin 11 mart 2022-ci il tarixli mütəxəssis rəyi əsasında verilmişdir və həmin ekspert rəyi heç bir elmi tədqiqat metodlarına əsaslanmır və müstəqil tədqiqatın nəticəsi deyildir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi armud, albalı, qoz və fındıq ağaclarının ilin məhz yay-payız mövsümündə məhsul gətirməsi işin mübahisəsiz halıdır. Kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi nəticəsində verilmiş 15 sentyabr 2022-ci il tarixli 7/782;9/5053 nömrəli ekspertiza rəyi öyrənildikdə isə müəyyən edilir ki, həmin rəy ilin yay və payız mövsümündə bar verməli olan və mübahisələndirilən bitkilərin öyrənilməsinin deyil, ilin yaz mövsümündə, yəni heç bir meyvənin, məhsulun müşahidə edilmədiyi xx.xx.2022 tarixdə mütəxəssis tərəfindən verilmiş rəylə əsaslandırılmışdır. Yəni bütün ağacların bar vermək qabiliyyətində olmasının mübahisəsiz olması, ilin yaz mövsümündə ağacların üzərində hər hansı bir məhsulun olmadığı halda həmin ağacların bar vermək qabiliyyətində olmalarının hansı tədqiqatla müəyyən edilməsi ekspertiza tədqiqatı ilə yanaşı mütəxəssis rəyi ilə də əsaslandırılmamışdır. Bundan başqa məlum olduğu kimi hər bir bitkinin verdiyi məhsulun dəyəri onun növündən asılı olaraq dəyişir. Mütəxəssis və ekspertiza tədqiqatından məhsul gətirməsi ehtimal edilən armud, albalı, qoz və fındıq ağaclarının həmin bitkilərin hansı növlərinə aid olması fərdiləşdirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ağaclar bar verdikdə belə bu hal müxtəlif amillərdən, yəni havanın isti-soyuq olmasından, quraqlıq halının olub-olmamasından, onlara qulluq göstərilibgöstərilməməsindən çox asılıdır. Bu baxımdan ağacların müəyyən dövr ərzində, dəqiq miqdarda məhsul istehsal edən qurğu kimi qəbul edilməsi mümkünsüzdür. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi nəticəsində verilmiş 15 sentyabr 2022-ci il tarixli 7/782;9/5053 nömrəli ekspertiza rəyi və həmin rəyin istinad edildiyi mütəxəssis rəyinə mötəbər sübut kimi istinad etməməkdə haqlı olmuşdur. “X3rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi nəticəsində verilmiş 15 sentyabr 2022-ci il tarixli 7/782;9/5053 nömrəli ekspertiza rəyi və həmin rəyin istinad edildiyi mütəxəssis rəyi elmi cəhətdən əsaslandırılmamış sənədlərdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası apellyatorun iddiaçıya ekspertiza rəyində göstərilən məbləğdə maddi ziyan dəyməsi, maddi ziyanla bağlı sübutun təqdim edilməsinə baxmayaraq məhkəmənin təqdim olunmuş sübutu araşdırmaması, ondan istifadə etməməsi barədə dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin əvvəlki mərhələdə 0,2984 ha torpaq sahəsinin 0,0891 ha hissəsinə vicdanlı sahibliyi olmasına, sonrakı mərhələdə həmin torpaq sahəsindən və 0,7453 ha torpaq sahəsinin 0,0320 ha hissəsindən vicdanlılığı müəyyən edilməsə də iddiaçıya məxsus həmin torpaq sahələrindən cavabdehin qanunsuz istifadəsi nəticəsində ona hansı məbləğdə ziyan dəyməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində göstərdiyi yanaşmaları ilə razı olmadığını qeyd edərək, bildirir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslı deyildir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 2(019)- 94/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 2(019)-94/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar