Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(107)-42/2025 28.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh1, cavabdeh2 və cavabdeh4 qarşı çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Çəkilmiş xərcin ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı nümayəndəsi nümayəndə1, Iddiaçı İddiaçı vəkili nümayəndə2, Cavabdehlər cavabdeh3 və cavabdeh5, Cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili nümayəndə3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh1, cavabdeh2 və cavabdeh4 qarşı çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, 2(019)- **/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh1, cavabdeh2 və cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: Işin halları
1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh1, cavabdeh2 və cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh4, cavabdeh2 və cavabdeh5 mülkiyyətində olan Balakən rayon Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş ağacların dəyəri olaraq hesablanmış 22925 (iyirmi iki min doqquz yüz iyirmi beş) manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Balakən rayon Aqrar Islahat Komissiyasının qərarlarına əsasən cavabdeh cavabdeh3 və onun ailə üzvlərinin mülkiyyətinə Balakən rayonu Kortala kəndinin ərazisindən 1.74 ha kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahələri verilmişdir. Cavabdehlər torpaq sahələrini satmaq qərarına gəldiklərindən aralarında ## ###### 2002-ci il tarixdə notarial formada alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh və onun ailə üzvlərinə məxsus 0.25 ha həyətyanı torpaq sahəsini və ona bitişik olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdehlərdən 10.000.000 (bir milyon manat) AZM-ə almışlar. Cavabdeh cavabdeh3 iddiaçıya qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Balakən rayonu, Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən iddiaçının iddiası təmin edilmişdir. Iddiaçı cavabdeh3 məhkəmə iclaslarında iddiasını müdafiə edərək bildirmişdir ki, xeyli müddətdir ki, ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərində yaşayır. 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini İddiaçı istifadə etmək üçün vermişdir. Hazırda isə həmin torpaq sahəsinə ehtiyacı vardır. Cavabdeh cavabdeh3 torpaq sahəsini iddiaçıya satması məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Torpaq sahəsi 2002-ci il tarixdən iddiaçının istifadəsində olmuş, həmin torpaq sahəsində iddiaçı tərəfindən fındıq kolları və müxtəlif meyvə ağacları əkilmişdir. Cavabdehlərə məxsus torpaq sahəsi özlərinin istifadəsinə verilmişdir.Hal-hazırda da cavabdehlərin istifadəsindədir.Torpaq sahəsi və onun üzərində əkilmiş ağaclar cavabdehlərin istifadəsində və sərəncamında olduğu üçün torpaq sahəsinə çəkilmiş xərclərin cavabdehlərdən alınaraq ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hazırki işdə iddiaçıların qanunsuz hərəkətləri ilə cavabdehə zərərin vurulması aydın olur. Qeyd olunan şərtlərdən hər hansı biri aşkar edilmədikdə həmin normaya əsaslanan iddia təmin olunan bilməz. Hazırda cavabdehlərin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi istifadəsində olduğu 20 il ərzində onun tərəfindən fındıq kolları və müxtəlif meyvə ağacları əkilmiş və qulluq göstərilmişdir.Torpaq sahəsində əkilmiş ağaclar cavabdehlərin istifadəsində və mülkiyyətində qaldığı üçün torpaq sahəsinə çəkilmiş xərclər ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Torpaq sahəsində əkilmiş ağacların qiymətləri ilə bağlı mütəxəssis rəyinin alınması məqsədi ilə Balakən rayon X4 müraciət olunmuşdur. Balakən rayon X4 tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən 16-18 illik 1 ədəd fındıq tomasının bazar dəyəri 100-130 manat, 7-8 illik 1 toma fındıq kolunun qiyməti isə 70-80 manat arasında dəyişilir. Digər ağacların qiyməti barədə mütəxəssis rəyində qeyd olunmuşdur. Mütəxəssis rəyində qeyd olunan ağacların qiymətini hesabladıqda ağacların dəyəri 22925 (iyirmi iki min doqquz yüz iyirmi beş) manat qiymətləndirilir. 22925 (iyirmi iki min doqquz yüz iyirmi beş) manat pul vəsaiti cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi nümayəndə1, iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
4. Məhkəmə iclasında cavabdehlər cavabdeh3, cavabdeh5,cavabdeh1,cavabdeh2, cavabdeh4 nümayəndəsi və vəkili nümayəndə3 iddianı etiraf etməyərək izahatında göstərdi ki, iddiaçı İddiaçı iddia tələbi işin həqiqi və faktiki hallarına uyğun deyildir və buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Balakən rayonu Kortala kəndində aparılan torpaq islahatı nəticəsində cavabdeh3, cavabdeh1, cavabdeh5, cavabdeh4 və cavabdeh2 Balakən Rayon Aqrar Islahat komissiyasının ## ### 1997-ci il tarixli ** saylı qərarı ilə 1,74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 1.74 ha torpaq sahəsinə JN 161 KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmış və verilmişdir.Həmin torpaq sahələri üç ayrı planşet nömrələrində hazırlanmışdır. JN 161 planşet nömrəsində olan 0. 11 ha torpaq sahəsi başqa ərazidə, 16IC və 161N planşet nömrələrində olan 1.63 ha torpaq sahəsi isə iddiaçının yaşadığı evin arxasında yerləşən ərazidən verilmişdir, cavabdeh3 cavabdeh İddiaçı anası X7 ilə Balakən rayon Notariat Kontorunda ****** nömrəli, ## ###### 2002-ci il tarixli müqavilə bağlayaraq, özünə məxsus olan Balakən rayon Kortala kəndində 2500 kv/ha torpaq sahəsində yerləşən 1962-ci ildə tikilmiş yaşayış sahəsi 35kv/m olan fərdi yaşayış evini X7 10000000 (on milyon) manata satmışdır. cavabdeh3 Bakı şəhərində yaşadığından sözügedən 1,63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini sahibsiz qalmaması üçün müvəqqəti olaraq İddiaçı istifadəsinə vermişdir. Sonradan cavabdeh cavabdeh3 özünün və ailə üzvülərinin mülkiyyətində olan 1,63 hektar torpaq sahəsini İddiaçı geri tələb etmiş, bu barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı cavabdeh3 və ailə üzvülərinin mülkiyyətində olan 1,63 hektar torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alsa da, hazırki vaxtadək İddiaçı torpaq sahəsini qanunsuz istifadə etməkdə davam edir.Əksinə o öz hərəkətlərini sığortalamaq və cavabdehləri torpaq sahəsindən əl çəkmələri üçün heç bir əsası olmayan yaxşılaşdırma xərcləri ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Iddianın əsassız olmasını təsdiq edən sübutlardan biri də Balakən rayonu Aqrar Islahat komissiyasının ## ### 1997-ci il tarixli ** saylı qərarı ilə 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair verilmiş JN 161 KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktıdır. JN 161 KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 161 N planşet nömrəsində torpaq sahəsinin qaiməsində həmin torpaq sahəsinin çoxillik əkmələr, yəni fındıq bağının olması qeyd edilmişdir. Cavabdehlərin bildirdiklərinə görə Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 161 N planşet nömrəsində 6412.19 kv/m torpaq sahəsində olan fındıq bağı sovet dönəmində kolxoz vaxtında özlərinin əl əməyi hesabına əkilmişdir, iddiaçı isə guya orada 85 ədəd fındıq kollarının 2002-2003-cü illər ərzində əkildiyini sübut etməyə çalışan əsassız bir mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir. Elə bu əsasa görə Balakən DAIMin Bitkiçilik sektorunun müdirinin verdiyi rəyi əsassız hesab olunmalıdır. Ümumiyyətlə rəydə göstərilən məlumatlar elmi cəhətdən əsaslandırılmamış, hansı metod və üsullardan, mənbələrdən istifadə etməklə ağacın yaşının, qiymətinin müəyyənləşdirilməsinin əsası müəyyən edilməmişdir. Eyni zamanda rəyi verənin aqronom ixtisasının olub-olmaması barədə də məlumat verilməmişdir. Hesab edir ki, məhkəmə bu cür əsası olmayan mütəxəssis rəyinə istinad etməməli və həmin sənədi sübut kimi qəbul etməməlidir. Tərəflər arasında 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair müqavilənin bağlanmadığı şəksizdir. Cavabdehlər əsassız yararlanmayıb.Iş materiallarına əlavə edilmiş JN 161 KOD ******** saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən də görünür ki, Balakən rayonu Aqrar Islahat komissiyasının ## ### 1997-ci il tarixli ** saylı qərarı ilə cavabdeh3, cavabdeh1, cavabdeh5, cavabdeh4 və cavabdeh2 ümumi birgə mülkiyyətinə Balakən rayonu Kortala kəndi ərazisindən 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Yəni torpaq sahəsini cavabdehlər özbaşına zəbt etməmişlər. Cavabdehlər mülki hüquq pozuntusu (delikt) törətməyiblər. Mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırki mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur.Iddiaçı cavabdehlərin ona tələb etdiyi məbləğdə zərər vurması, bu zərərin cavabdehlərin hansısa qanunsuz hərəkətləri nəticəsində vurulması, bu zərərlə həmin cavabdehlərin hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdehlərin göstərilən məbləğdə zərərin vurulmasında təqsirli olmasını sübuta yetirməlidir.Bu mənada hesab edirlər ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı cavabdehlərin ona 1.63 ha torpaq sahəsində əkilmiş ağacların dəyəri olan 22925 (iyirmi iki min doqquz yüz iyirmi beş) manat məbləğdə zərər vurmasını, bu zərərlə cavabdehlərin iddia edilən qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olmasını və həmin cavabdehlərin göstərilən məbləğdə zərərin vurulmasında təqsirli olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbinin əsaslandırıldığı halları və iddia tələbinin əsaslı olmasını hazırki vəziyyətdə sübut edə bilməmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) ## #### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh1, cavabdeh2 və cavabdeh4 yaxşılaşdırma xərcinə görə 22925 manat məbləğində pul və 159 manat dövlət rüsumu xərci alınıb iddiaçı İddiaçı xeyrinə verilməsi, 100 (bir yüz) manat ekspertiza xərcinin cavabdehlər cavabdeh3, cavabdeh5,cavabdeh1, cavabdeh2 və cavabdeh4 tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X18, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360100000000003944 SFIFT BIK CTREAZ22 hesaba köçürülməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Balakən rayonu Aqrar Islahat komissiyasının ## ### 1997-ci il tarixli ** saylı qərarı ilə cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh5, cavabdeh4 və cavabdeh2 ümumi birgə mülkiyyətinə Balakən rayonu Kortala kəndi ərazisindən 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. cavabdeh3 iddiaçı İddiaçı anası X7 ilə Balakən rayon Notariat Kontorunda ****** nömrəli, ## ###### 2002-ci il tarixli müqavilə bağlayaraq, özünə məxsus olan Balakən rayon Kortala kəndində 2500 kv/m torpaq sahəsində yerləşən 1962-ci ildə tikilmiş yaşayış sahəsi 35kv/m olan fərdi yaşayış evini X7 10000000 (on milyon) AZM-ə satmışdır. Cavabdeh cavabdeh3 Bakı şəhərində yaşadığından sözügedən 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin satılan evin yanında yerləşən 1.63 ha hissəsini də İddiaçı istifadəsinə vermişdir.İddiaçı həmin torpaq sahəsində 2002 və 2003- cü illər ərzində 85 fındıq toması, sonrakı illərdə 62 fındıq toması, 1 ədəd armud ağacı, 2 ədəd alma ağacı, 2 ədəd şaftalı ağacı, 2 ədəd korolyok ağacı, 1 ədəd əzgil ağacı, 5 ədəd alça ağacı, 7 ədəd şabalıd ağacı, 29 ədəd qoz ağacı, 2 ədəd tut ağacı, 23 ədəd akasiya ağacı, 17 ədəd çinar ağacı və 6 ədəd qızılağac ağacı əkərək yetişdirmişdir. Balakən Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı cavabdeh3, cavabdeh1, cavabdeh5, cavabdeh4 və cavabdeh2 ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı çıxarılması, cavabdeh3 həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, onun həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə qarşı yönəlmiş cavabdeh İddiaçı qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, İddiaçı cavabdeh3 qarşı torpaq alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Birinci instansiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını,1.63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin cavabdehlər tərəfindən iddiaçı İddiaçı istifadəsinə vermələrini, 20 ilə yaxın müddətdə həmin torpaq sahəsinin iddiaçının istifadəsində və sahibliyində olmasını, İddiaçı həmin torpaq sahəsində 2002 və 2003 -cü illər ərzində 85 fındıq toması, sonrakı illərdə 62 fındıq toması, 1 ədəd armud ağacı, 2 ədəd alma ağacı, 2 ədəd şaftalı ağacı, 2 ədəd korolyok ağacı, 1 ədəd əzgil ağacı, 5 ədəd alça ağacı, 7 ədəd şabalıd ağacı, 29 ədəd qoz ağacı, 2 ədəd tut ağacı, 23 ədəd akasiya ağacı, 17 ədəd çinar ağacı və 6 ədəd qızılağac ağacı əkərək yetişdirməsini,ekspert rəyinə əsasən yaxşılaşdırma işlərinin dəyərinin 23425,00 manat müəyyən edilməsini, torpaq sahəsinin cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh1, cavabdeh2 və cavabdeh4 mülkiyyətində olmasını nəzərə alaraq bu nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, Balakən rayonu Kortala kəndi ərazisində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində görülmüş yaxşılaşdırma işlərinə görə 22925 manat məbləğində pul cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh1, cavabdeh2 və cavabdeh4 alınıb iddiaçı İddiaçı xeyrinə verilməlidir.
8. Məhkəmə qeyd etmişdir ki, iddia təmin edildiyindən, 159 manat dövlət rüsumu xərci cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh1, cavabdeh2 və cavabdeh4 tutulub iddiaçı İddiaçı xeyrinə, 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər cavabdeh3,cavabdeh5, cavabdeh1, cavabdeh2 və cavabdeh4 tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X18, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360100000000003944 SFIFT BIK CTREAZ22 hesaba köçürülməlidir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası MPMnin 88, 119.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
10. Qətnamədən narazı qalan cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh1, cavabdeh2 və cavabdeh4 apellyasiya şikayəti vermişlər.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
11. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cü il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh1, cavabdeh2 və cavabdeh4 tərəfindən verilmiş аpellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Balakən Rayon Məhkəməsinin # #### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən sаxlаnılması qət edilmişdir.
12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2023-cü il tarixli *(***)- ***/**** nömrəli qətnaməsindən cavabdehlər kassasiya şikayəti vermişlər.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə, cavabdehlər cavabdeh1, cavabdeh4, X3, cavabdeh2, cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarında göstərilmişdir ki, iddia tələbinin qanuni əsasından göründüyü kimi əmlaka vicdanlı sahiblik etdiyini iddia edən şəxs öz yaxşılaşdırmalarını məhz əmlakın mülkiyyətçisindən tələb edə bilər və bu tələb hüququ əmlakın sahibdən alındığı andan yaranır.
15. Işə baxan məhkəmələr tərəfindən cavabdehlərin mübahisəli əmlakın mülkiyyətçiləri olduğu müəyyən edilmişdir.
16. Eyni zamanda iddiaçı iddia ərizəsində mübahisəli torpaq sahəsinin hal-hazırda cavabdehlərin istifadəsində olduğunu, yəni məhkəmə qətnaməsinin icrası qaydasında artıq əmlakın onun sahibliyindən alındığını bildirmişdir (i.v. 6, İ cild).
17. Lakin cavabdehlər iddiaya etirazlarında və şikayətlərində qətnamənin qanuni qüvvəyə minməsinə baxmayaraq, iddiaçının torpaq sahəsindən qanunsuz istifadəni davam etdirdiyini bildirmişlər (i.v. 61 və 200, İ cild).
18. Birinci və apellyasiya instansiyası məhkəməsi MPM-in 14.2 və 167-ci maddələrinə əsasən iddianın təmin olunması üçün əsas olan maddi hüquq normasının (iddia tələbinin qanuni əsasının) iki şərtindən birini təşkil edən halın (əmlakın sahibdən alınması) mövcud olub-olmadığı üzrə tərəflərlə müzakirə aparmamış, bununla bağlı tərəflərin izahatları və işdə olan sübutlar üzrə heç bir araşdırma aparmamışdır.
19. Apellyasiya baxışı zamanı tərəflər məhkəməyə iddiaçının torpaqdan çıxarılması barədə məhkəmə qətnaməsinin icra vəziyyəti barədə sübutlar təqdim etmiş (i.v. 10, 11, 27, II cild), lakin məhkəmə həmin sübutlara qiymət verməmişdir. Halbuki MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.
20. Bununla yanaşı, Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
21. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz.
22. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə, belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilir.
23. Iş üzrə verilmiş mütəxəssis rəyində və əsasən həmin rəyi təkrarlayan ekspert rəyində tələb olunan məbləğin hansı qaydada hesablandığı açıqlanma da, iddiaçı özü iddia ərizəsində bu məbləğin torpaq sahəsinə çəkilmiş xərclər olduğunu göstərmişdir.
24. Halbuki torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə gəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir. Lakin bu zaman ötən müddət ərzində torpağın dəyərinin yaxşılaşdırılmalar hesabına deyil, həm də daşınmaz əmlak bazarında baş vermiş dəyişikliklər nəticəsində dəyişməsi də diqqətdən kənarda qalmamalıdır.
25. Qeyd edilənləri nəzərə almaqla Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmadan qəbul edildiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apellyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
a)Apellyasiya şikayətinin dəlilləri
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması, tətbiq edilməli olan hüquq normasını tətbiq etməməsi və sübutlara düzgün hüquqi qiymət verməməsi nəticəsində bu pozuntu düzgün qətnamə qəbul olunmaması ilə nəticələnmişdir. Qeyd etmək istəyirlər ki, iddiaçı X8 iddiа tələbi cəfəngiyyatdır, başdan ayağa yalan və uydurmadır, işin həqiqi və faktiki hallarına uyğun deyildir və buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
27. Belə ki, Balakən rayonu Kortala kəndində aparılan torpaq islahatı nəticəsində cavabdeh3, cavabdeh1, X3, cavabdeh4 və cavabdeh2 Balakən rayonu Aqrar Islahat komissiyasının ## ### 1997-ci il tarixli ** saylı qərarı ilə 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 1.74 ha torpaq sahəsinə JN 161 KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmış və verilmişdir. Həmin torpaq sahələri üç ayrı planşet nömrələrində hazırlanmışdır. JN 161 planşet nömrəsində olan 0.11 ha torpaq sahəsi başqa ərazidə, 161C və 161N planşet nömrələrində olan 1.63 ha torpaq sahəsi isə iddiaçının yaşadığı evin arxasında yerləşən ərazidən verilmişdir. cavabdeh3 cavabdeh Israfil Gondolovun anası X7 ilə Balakən rayon Notariat Kontorunda ****** nömrəli, ## ###### 2002-ci il tarixli müqavilə bağlayaraq, özünə məxsus olan Balakən rayon Kortala kəndində 2500 kv/m torpaq sahəsində yerləşən 1962-ci ildə tikilmiş yaşayış sahəsi 35 kv/m olan fərdi yaşayış evini X7 10000000 (on milyon) manata satmışdır. cavabdeh3 Bakı şəhərinə getdiyindən 1.63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini X8 istifadə etmişdir. Sonradan cavabdeh cavabdeh3 özünün və ailə üzvülərinin mülkiyyətində olan 1,63 hektar torpaq sahəsini X8 geri tələb etmiş, bu barədə iddia ərizəsi ilə Balakən rayon məhkəməsinə müraciət etmiş, Balakən rayon məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, X8 cavabdeh3 və ailə üzvülərinin mülkiyyətində olan 1,63 hektar torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alsa da, hazırki vaxtadək X8 torpaq sahəsini qanunsuz istifadə etməkdə davam edir. Əksinə o öz hərəkətlərini sığortalamaq və cavabdehləri torpaq sahəsindən əl çəkmələri üçün heç bir əsası olmayan yaxşılaşdırma xərcləri ilə bağlı məhkəmədə iddia qaldırmışdır.
28. Iddianın əsassız olmasını təsdiq edən sübutlardan biri də Balakən rayonu Aqrar Islahat komissiyasının ## ### 1997-ci il tarixli ** saylı qərarı ilə 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair verilmiş JN161 KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktıdır. JN 161KOD 40106018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 161 N planşet nömrəsində torpaq sahəsinin qaiməsində həmin torpaq sahəsinin çoxillik əkmələr, yəni fındıq bağının olması qeyd edilmişdir. Cavabdehlərin bildirdiklərinə görə Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 161 N planşet nömrəsində 6412.19 kvm torpaq sahəsində olan fındıq bağı sovet dönəmində kolxoz vaxtında özlərinin əl əməyi hesabına əkilmişdir. Iddiaçı isə guya orada 85 ədəd fındıq kollarının 2002-2003-cü illər ərzində əkildiyini sübut etməyə çalışan əsassız bir mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir. Elə bu əsasa görə Balakən DAIM-in Bitkiçilik sektorunun müdirinin verdiyi rəyi əsassız hesab olunmalıdır. Ümumiyyətlə rəydə göstərilən məlumatlar elmi cəhətdən əsaslandırılmamış, hansı metod və üsullardan, mənbələrdən istifadə etməklə ağacın yaşının, qiymətinin müəyyənləşdirilməsinin əsası müəyyən edilməmişdir. Eyni zamanda rəyi verənin aqronom ixtisasının olub-olmaması barədə də məlumat verilməmişdir. Hesab edir ki, məhkəmə bu cür əsası olmayan mütəxəssis rəyinə və mütəxəssis rəyindən başqa heç bir tədqiqat aparılmayan ekspert rəyinə istinad etməməli və həmin sənədi sübut kimi qəbul etməməlidir.
29. Iddiaçının iddia tələbi ilə bağlı qeyd edirlər ki, pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. Hazırki işdə iddiaçı ilə cavabdehlər arasında öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb.
30. Beləki, tərəflər arasında 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair müqavilənin bağlanmadığı şəksizdir. Tərəflər də heç biri müqavilənin bağlandığını iddia etmir. Digər tərəfdən, fındıq ağacları əkilən zaman torpaq sahəsi iddiaçının mülkiyyətində, icarəsində və ya istifadəsində olmamışdır. Tərəflər arasında podrat, tapşırıq və ya digər müqavilə də bağlanmamışdır. Iddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. Cavabdehlər əsassız varalanmayıb.
31. Iş materiallarına əlavə edilmiş JN 161 KOD ******** saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən də görünür ki, Balakən rayonu Aqrar Islahat komissiyasının ## ### 1997-ci il tarixli ** saylı qərarı ilə cavabdeh3, cavabdeh1, X3, cavabdeh4 və cavabdeh2 ümumibirgə mülkiyyətinə Balakən rayonu Kortala kəndi ərazisindən 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Yəni torpaq sahəsini cavabdehlər özbaşına zəbt etməmişlər. Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096cı maddəsində müəyyən olunmuşdur. Hazırki mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Iddiaçı cavabdehlərin ona tələb etdiyi məbləğdə zərər vurması, bu zərərin cavabdehlərin hansısa qanunsuz hərəkətləri nəticəsində vurulması, bu zərərlə həmin cavabdehlərin hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdehlərin göstərilən məbləğdə zərərin vurulmasında təqsirli olmasını sübuta yetirməlidir.
32. Bu mənada hesab edirlər ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi əsassızdır. Belə ki, iddiaçı cavabdehlərin ona 1.63 ha torpaq sahəsində əkilmiş ağacların dəyəri olan 22925 (iyirmi iki min doqquz yüz iyirmi beş) manat məbləğdə zərər vurmasını, bu zərərlə cavabdehlərin iddia edilən qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olmasını və həmin cavabdehlərin göstərilən məbləğdə zərərin vurulmasında təqsirli olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbinin əsaslandırıldığı halları və iddia tələbinin əsaslı olmasını hazırki vəziyyətdə sübut edə bilməmişdir.
33. Ümumiyyətlə tərəflər arasında hər hansı hüquq münasibətləri yaranmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Hazırkı işdə iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə heç bir hüququ yaranmamış və o, torpaq sahəsinin vicdanlı sahibi olmamışdır. Belə ki, o, torpaq sahəsinin heç bir hüquqla ona məxsus olmamasını bilmiş, uzun müddət həmin torpaq sahəsindən qanunsuz istifadə etmiş və uzun müddət torpaqdan qanunsuz istifadə etdiyini bilməklə mülkiyyətçilərin həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını pozmuşdur. Buna görə də onun həmin torpaq sahəsinə görə hər hansı yaxşılaşdırma xərci və əsassız varlanma ilə bağlı ziyan tələb etmək hüququ yoxdur.
34. Birinci instansiya məhkəməsi işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmamış, iddia tələbinin hüquqi əsasını müəyyən etməmişdir.
35. Qeyd edirlər ki, məhkəmə iddiaçının iddia ərizəsində göstərilən dəlillərinə hüquqi qiymət verərək iddianın təmin edilməsi qənaətinə gələrək iddia tələbini təmin edərkən öz mövqeyinin iş materiallarında olan sənədləri əlaqəli surətdə qiymətləndirməmiş, onu kifayət qədər əsaslandırmamışdır. Halbuki, bu mütləq surətdə məhkəmənin qətnaməsində ümumi sözlərlə deyil, müvafiq sənədlər əsasında kifayət qədər araşdırılıb qiymətləndirilməsi yolu ilə müəyyənləşdirilməli idi.
36. Hazırki işə baxan birinci instansiya məhkəməsi arbitr funksiyasından çıxaraq iddiaçının tərəfində sübut toplamağa çalışmışdır. Sübutların işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edildiyi halda məhkəmə məhkəmə baxışı mərhələsində öz təşəbbüsü ilə ekspertiza təyin etməklə Mülki Prosessual Qanunvericiliyin tələblərini pozmuşdur.
37. Birinci instansiya məhkəməsi MPM-in sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsini nəzərdə tutan 88-ci maddəsinin tələblərini pozmuşdur.
38. Odur ki, Balakən Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, 2(019)- **/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
40. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
41. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
42. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
43. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
44. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı vəkili nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
45. Işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh4 kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
48. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
51. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
52. Apellyatorlar Balakən Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, 2(019)- **/**** nömrəli qətnaməsinin tam ləğvini xahiş etdiklərindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, işin faktiki hallarını tam araşdırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.
54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
55. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Balakən rayonu Aqrar Islahat komissiyasının ## ### 1997-ci il tarixli ** saylı qərarı ilə cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh5, cavabdeh4 və cavabdeh2 ümumi birgə mülkiyyətinə Balakən rayonu Kortala kəndi ərazisindən 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. cavabdeh3 iddiaçı İddiaçı anası X7 ilə Balakən rayon Notariat Kontorunda ****** nömrəli, ## ###### 2002-ci il tarixli müqavilə bağlayaraq, özünə məxsus olan Balakən rayon Kortala kəndində 2500 kv/m torpaq sahəsində yerləşən 1962-ci ildə tikilmiş yaşayış sahəsi 35kv/m olan fərdi yaşayış evini X7 10000000 (on milyon) AZM-ə satmışdır. Cavabdeh cavabdeh3 Bakı şəhərində yaşadığından sözügedən 1.74 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin satılan evin yanında yerləşən 1.63 ha hissəsini də İddiaçı istifadəsinə vermişdir. İddiaçı həmin torpaq sahəsində 2002 və 2003- cü illər ərzində və sonrakı illərdə əsasən fındıq və digər meyvə ağaclarını əkərək yetişdirmişdir. Balakən Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı cavabdeh3, cavabdeh1, cavabdeh5, cavabdeh4 və cavabdeh2 ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı çıxarılması, cavabdeh3 həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, onun həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə qarşı yönəlmiş cavabdeh İddiaçı qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, İddiaçı cavabdeh3 qarşı torpaq alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçı İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməli olmasına dair gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinin tələblərinə cavab vermir.
57. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməli olmasına dair gəldiyi nəticəni 1.63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin cavabdehlər tərəfindən iddiaçı İddiaçı istifadəsinə verilməsi, 20 ilə yaxın müddətdə həmin torpaq sahəsinin iddiaçının istifadəsində və sahibliyində olması, İddiaçı həmin torpaq sahəsində 2002 və 2003-cü illər ərzində 85 fındıq toması, sonrakı illərdə 62 fındıq toması, 1 ədəd armud ağacı, 2 ədəd alma ağacı, 2 ədəd şaftalı ağacı, 2 ədəd korolyok ağacı, 1 ədəd əzgil ağacı, 5 ədəd alça ağacı, 7 ədəd şabalıd ağacı, 29 ədəd qoz ağacı, 2 ədəd tut ağacı, 23 ədəd akasiya ağacı, 17 ədəd çinar ağacı və 6 ədəd qızılağac ağacı əkərək yetişdirməsi, ekspert rəyinə əsasən yaxşılaşdırma işlərinin dəyərinin 23425,00 manat müəyyən edilməsi, torpaq sahəsinin cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh1, cavabdeh2 və cavabdeh4 mülkiyyətində olması ilə əsaslandırsa da, İddiaçı istifadəsində olmuş torpaq sahəsinin sonuncu tərəfindən cavabdeh3 və hazırkı iş üzrə digər cavabdehlərə real olaraq təhvil verilib-verilməməsi, əmlakın sahibdən (İddiaçı) alınıb-alınmaması üzrə heç bir araşdırma aparmamış, həmçinin torpaq sahəsi İddiaçı tərəfindən mülkiyyətçilərə təhvil verilərdisə, torpağa bağlı olan çoxillik bitkilərin (ağacların) əkilib, yetirşdirilməsi şəklində aparılmış yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməli olması məsələsinə diqqət yetirməmişdir.
58. Yüksək instansiya məhkəməsinin göstərişlərinin icrası, mülki işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi, 1.63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin faktiki olaraq kimin sahibliyində olmasının dəqiqləşdirilməsi məqsədi ilə məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi, həmçinin iddiaçının vəkili, o cümlədən məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehlər, cavabdehin nümayəndəsi və vəkili ilə müzakirələr aparılmış, o cümlədən məhkəmə kollegiyası tərəfindən Balakən rayon Icra və Probasiya Şöbəsinə, Balakən rayonu Qullar Bələdiyyəsinə sorğular verilmişdir.
59. Belə ki, iddiaçı İddiaçı nümayəndəsi nümayəndə1 məhkəmə kollegiyasının iclasında cavabdehlərin torpaq sahəsindən çıxdıqlarını, torpaqdan istifadə etmədiklərini, onların yalnız qarşı tərəfə öz həyətlərindən keçməklə 1.63 ha torpaq sahəsinə getmələrinə icazə vermədiklərini, qarşı tərəfin gəlib torpaq sahəsinə sahib çıxmadığını, cavabdeh tərəfin bir dəfə gəldiyini, lakin onların cavabdeh tərəfi həyətlərindən 1.63 ha torpaq sahəsinə buraxmadıqlarını, onların yolunun digər tərəfdən olmalı olduğunu bildirdiklərini göstərmişdir.
60. Iddiaçının vəkili nümayəndə2 da məhkəmə kollegiyasının iclasında 1.63 ha torpaq sahəsinin iddiaçı İddiaçı istifadəsində olmadığını göstərmişdir.
61. Cavabdehlər cavabdeh3 və cavabdeh5 ayrı-ayrılıqda məhkəmə kollegiyasının iclasında mülkiyyətlərində olan 1.63 ha torpaq sahəsinin 2002-ci ildən sonra və hal-hazırda da iddiaçı İddiaçı istifadəsində olduğunu göstərmişlər.
62. Cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili nümayəndə3 məhkəmə kollegiyasının iclasında cavabdehlər 1.63 ha torpaq sahəsinə getsələr də, iddiaçı İddiaçı onları həmin torpaq sahəsinə buraxmadığını, onlara maneçilik yaratdığını, onların üzərinə hücum çəkdiyini, iddiaçı İddiaçı torpaq sahəsindən çıxmaqdan imtina etdiyini, icra sənədlərinin imzalanmadığını, aktın yazılmasında, imzalnmasında qanunsuzluq edildiyini göstərmişdir.
63. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı cavabdeh3, cavabdeh1, cavabdeh5, cavabdeh4 və cavabdeh2 ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı çıxarılması, cavabdeh3 həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsinə dair Balakən Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin icra vəziyyəti ilə bağlı əvvəlki icraatda məhkəmə kollegiyasına aktlar və icra şöbəsinin məktubu təqdim edilmişdir.
64. Belə ki, işdə olan (i.v. 10. II cild), Balakən rayonu Icra və Probasiya Şöbəsinin böyük icra məmurunun Kortala kənd sakinləri İddiaçı, Kortala kənd IƏD üzrə nümayəndəsi X9 iştirakı ilə Balakən rayonu Kortala kəndində tərtib edilmiş ## ##### 2023-cü il tarixli aktdan görünür ki, Balakən Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçılar cavabdeh3, T. Yusifov, E. Yusifov, cavabdeh4, Ə. Yusifovun birgə mülkiyyətində olan 1.62 ha torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılmalı idi. Icra işi ## ##### 2023-cü il sat 10:00-a təyin edilmişdir. Lakin tələbkar cavabdeh3 icra yerinə gəlmədiyi üçün icra işi icra olunmamışdır. Həmin akt böyük icra məmuru A.Mahmudov, icra nümayəndəsi A.Bayramov və borclu İddiaçı tərəfindən imzalanmışdır.
65. Işdə olan (i.v. 11. II cild), Balakən rayonu Icra və Probasiya Şöbəsinin böyük icra məmurunun Kortala kənd sakini borclu İddiaçı nümayəndəsi nümayəndə1 Soltan qızının iştirakı ilə 22.07.20 tarixdə Balakən rayonu Kortala kəndində tərtib edilmiş aktda göstərilmişdir ki, Balakən Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçılar cavabdeh3, T. Yusifov, E. Yusifov, cavabdeh4, Ə. Yusifovun birgə mülkiyyətində olan 1.62 ha torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılmalıdır. Tələbkar cavabdeh3 həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edildi. İddiaçı qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyuldu. Həmin akt yalnız böyük icra məmuru A.Mahmudov və borclu İddiaçı nümayəndəsi nümayəndə1 tərəfindən imzalanmışdır.
66. Işdə olan (i.v. 27. II cild), Balakən rayonu Icra və X15 Sevda Əhməd qızının vəkili nümayəndə3 ünvanladığı ## #### 2023-cü il tarixli məktubda göstərilmişdir ki, Balakən Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-****/**** nömrəli icra sənədi ## ### 2022-ci il tarixdə icraata daxil olmuş, həmin tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Icraata başlamaq haqqında qərar qəbul edildikdən sonra tərəflərə və məhkəməyə göndərilmişdir. Icra sənədində göstərilən tələbin icrası ilə əlaqədar ## #### 2022-ci il tarixə gün təyin olunmuşdur. Həmin tarixdə borclu İddiaçı torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Bu barədə akt tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. Bundan sonra bir neçə dəfə icra işinin icrası ilə bağlı müddətlər təyin edilmiş, lakin mübahisələndirilən 1.63 ha torpaq sahəsinə başqa ərazidən yol olmaması səbəbindən torpaq sahəsinin tələbkara təhvil verilməsi mümkün olmamışdır. Bu səbəbdən də icra işinin icrası mümkün olmamışdır.
67. Balakən rayonu Icra və Probasiya Şöbəsinin böyük icra məmurunun tərtib etdiyi aktlardakı, Balakən rayonu Icra və Probasiya Şöbəsinin ## #### 2023-cü il tarixli məktubundakı uyğunsuzluqlara aydınlıq gətirilməsi məqsədi ilə məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Balakən rayonu Icra və Probasiya Şöbəsinin iş materiallarına əlavə edilmiş ## #### 2026-cı il tarixli cavab məktubunda göstərilmişdir ki, Balakən Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-****/**** nömrəli icra sənədinin icraatına Balakən rayonu Icra və Probasiya Şöbəsinin sabiq icra məmuru X5 ## #### 2022-ci il tarixli qərarı ilə “Icra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsi ilə xitam verilmişdir. Iş materiallarına baxış zamanı ##.##.2023-cü il tarixə icra işinin təyin olunması və həmin tarixdə icra sənədinin icrasının baş tutmaması barədə akt yazılması müəyyən edilmişdir. ## #### 2026-cı il tarixdə tələbkar cavabdeh3 ilə əlaqə saxlanılmış, ## #### 2022-ci il tarixli qərarla icra sənədinin icraatına xitam verilməsi bildirilmiş və həmin qərardan şikayət vermə hüququ ona izah edilmişdir.
68. Həmin məsələ üzrə məhkəmə kollegiyasının növbəti sorğusuna Balakən rayonu Icra və Probasiya Şöbəsindən verilmiş və iş materiallarına əlavə edilmiş ## #### 2026-cı il tarixli cavab məktubunda əlavə olaraq göstərilmişdir ki, tələbkar cavabdeh3 həmin icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə Idarəsinə şikayət etdiyindən, tələbkar cavabdeh3 ilə ## #### 2026-cı il tarixdə əlaqə saxlanılmış, ona adıkeçən icra sənədinin icraatına xitam verilməsi bildirilməklə, həmin qərarı mübahisələndirmə hüququ ona izah edilmiş, lakin həmin tarixdən sonra hal-hazıra kimi Balakən Rayon Məhkəməsindən həmin icra sənədinin ləğvi barədə qərardad və ya yenidən icra sənədi daxil olmamışdır. Bu səbəbdən də həmin iş üzrə əlavə icra tədbirləri həyata keçirilməmişdir.
69. Kollegiya həmçinin qeyd edir ki, Balakən rayonu Kortala Bələdiyyəsinin iddiaçının vəkili tərəfindən məhkəmə kollegiyasına göndərilmiş, iş materiallarına əlavə edilmiş ## #### 2026-cı il tarixli ** nömrəli məktubunda cavabdeh3 və onun ailə üzvlərinin ümumibirgə mülkiyyətində Balakən rayonu Kortala kəndində 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olduğu, həmin torpaq sahəsinin İddiaçı istifadəsində olmadığı qeyd edildiyindən məhkəmə kollegiyası tərəfindən Balakən rayonu Kortala Bələdiyyəsinə cavabdeh cavabdeh3 və onun ailə üzvlərinin ümumbirgə mülkiyyətində olan Balakən rayonu, Kortala kəndində yerləşən 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı istifadəsində olmamasına dair ## #### 2026-cı il tarixli ** nömrəli arayışın hansı məlumata istinadən tərtib edilməsi, 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edilməmə dedikdə nəyin nəzərdə tutulması, həmin torpaq sahəsi İddiaçı tərəfindən istifadə edilmirsə, o halda həmin torpaq sahəsindən kimin və hansı şəkildə istifadə etməsi, həmin torpaq sahəsindən sonuncu dəfə fındıq məhsulunun kim tərəfindən yığılması, otunun kim tərəfindən biçilməsi, həmin torpaq sahəsinə görə torpaq vergisinin sonuncu dəfə kim tərəfindən ödənilməsi, həmin torpaq sahəsi İddiaçı istifadəsində deyildirsə, əvvəldən istifadəsində olmuş 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı tərəfindən hansı tarixdə və kimə təhvil verilməsi barədə ## #### 2026-cı il tarixli sorğu ünvanlanmış və əldə edilmiş ## #### 2026-cı il tarixli *** nömrəli cavab məktubu iş materiallarına əlavə edilmişdir.
70. Işdə olan Balakən rayonu Kortala Bələdiyyəsinin məhkəmə kollegiyasının ## #### 2026-cı il tarixli sorğusuna ## #### 2026-cı il tarixli *** nömrəli cavab məktubunda göstərilmişdir ki, cavabdeh3 və onun ailə üzvlərinə məxsus 1.64 ha pay torpaq sahəsini 2002-ci ildən ##.##.2021-ci il tarixə kimi X7 adına olmuş və həmin torpaq sahəsindən oğlu İddiaçı istifadə etmişdir. 2002-ci ildən ##.##.2021-ci il tarixə kimi torpaq vergiləri X7 adına ödənilmişdir. ##.##.2021-ci il tarixdən iş məhkəmədə olduğuna görə məhkəmənin qərarına əsasən Balakən rayonu Icra və Probasiya Şöbəsinin icraçıları tərəfindən həmin torpaq sahəsi cavabdeh3 istifadəsinə verilmişdir. ##.##.2021-ci il tarixdən ##.##.2026-cı il tarixə kimi həmin ərazi mübahisəli olduğuna görə torpaq vergisi ödənilməmişdir. İddiaçı deyir ki, hal-hazırda ##.##.2021-ci il tarixdən o, həmin torpaq sahəsindən istifadə etmir və ona görə də vergi borclarını ödəməli deyildir. Vətəndaş cavabdeh3 2021-ci ildən həmin ərazini özünə məxsus olması və vergi uçotuna alınması barədə bələdiyyəyə müraciət etməmiş və qeydiyyata alınmamışdır. Ona görə də həmin torpaq sahəsinin vergi borcu ödənməmişdir. Hal-hazırda torpaq sahəsindən kimin istifadə etdiyi məlum deyildir.
71. Kollegiya qeyd edir ki, təqdim edilmiş sənədlərdən müəyyən edildiyi kimi Balakən Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsaslanan icra sənədinə əsasən İddiaçı cavabdeh3, cavabdeh1, cavabdeh5, cavabdeh4 və cavabdeh2 ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı, cavabdeh3 həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməli, onun həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə qarşı yönəlmiş cavabdeh İddiaçı qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulmalı olmasına baxmayaraq, məhkəməyə təqdim edilmiş Balakən rayonu Icra və Probasiya Şöbəsinin ## ##### 2023-cü il tarixli, ## #### 2022-ci il tarixli aktlarından, Balakən rayonu Icra və Probasiya Şöbəsinin ## #### 2023-cü il tarixli məktubundan Balakən Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin real olaraq icrasının təmin edilmədiyi, beləliklə cavabdeh3 və digərlərinin ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı faktiki sahibliyində qalması müəyyən edilmişdir.
72. Belə ki, kollegiya qeyd edir ki, Balakən rayonu Icra və Probasiya Şöbəsinin böyük icra məmurunun ##.##.2022-ci il tarixdə tərtib etdiyi aktda tələbkar cavabdeh3 həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edildiyi, İddiaçı qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulduğu qeyd edilməsinə baxmayaraq, həmin akt tələbkar cavabdeh3 tərəfindən imzalanmamış, beləliklə torpaq sahəsi cavabdeh3 təhvil verilməmişdir. Hansı ki, icra məmuru tələbkar deyil, borclunun nümayəndəsi tərəfindən imzalanmış akta istinad etməklə icra sənədi üzrə icraata xitam verilməsi barədə ##.##.2022-ci il tarixli qərar qəbul etmişdir. Növbəti, yəni ## ##### 2023-cü il tarixli aktla Balakən rayonu Icra və Probasiya Şöbəsinin böyük icra məmuru ##.##.2022-ci il tarixdə 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tələbkar cavabdeh3 təhvil verilmədiyini, həmin torpaq sahəsindən İddiaçı çıxarılmadığını təsdiq etmişdir. Belə ki, ## ##### 2023-cü il tarixdə tərtib etdiyi aktda böyük icra məmuru İddiaçı torpaq sahəsindən çıxarılmasına dair icra sənədinin cavabdeh3 icra yerinə gəlmədiyi üçün icra olunmadığını təsdiq etmişdir. Hansı ki, İddiaçı da qeyd edilən aktın tərtibində iştirak etməklə və həmin aktı imzalamaqla işin bu halını etiraf etmişdir.
73. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin Balakən rayon məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi qanuni qüvvəsini alsa da, hazırki vaxtadək X8 torpaq sahəsini qanunsuz istifadə etməkdə davam etməsinə dair dəlili ilə razılaşaraq qeyd edir ki, Balakən rayonu Icra və Probasiya Şöbəsindən əldə edilmiş və məhkəməyə təqdim edilmiş sübutlar (işin II cild 10, 11, 27-ci vərəqələrində olan icra məmuru tərəfindən tərtib edilmiş aktlar və icra şöbəsinin rəisinin məktubu) Balakən Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin icra edilmədiyini təsdiq edən dəlillərdir.
74. Hansı ki, iddiaçı X8 nümayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatında mübahisəli torpaq sahəsinin iddiaçının istifadəsində olmadığını qeyd etməsinə baxmayaraq, iddiaçının nümayəndəsinin göstərdikləri məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3 və digər cavabdeh tərəfindən inkar edilmiş və onlar ümumibirgə mülkiyyəltərində olan 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırda da X8 istifadəsində olduğunu göstərmişlər.
75. Məhkəmə kollegiyası iddiaçının vəkilinin torpaq sahəsinin X8 istifadəsində olmasını təkzib edən hal kimi məhkəmə kollegiyasına təqdim etdiyi cavabdeh3 və onun ailə üzvlərinin ümumibirgə mülkiyyətində olan Balakən rayonu Kortala kəndində yerləşən 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı istifadəsində olmamasına dair ## #### 2026-cı il tarixli ** nömrəli arayışına da tənqidi yanaşaraq qeyd edir ki, həmin arayışda qeyd edilənlər Balakən rayonu Kortala Bələdiyyəsinin məhkəmə kollegiyasının ## #### 2026-cı il tarixli sorğusuna ## #### 2026-cı il tarixli *** nömrəli cavab məktubunda göstərilənlərlə təkzib edilmişdir.
76. Belə ki, Balakən rayonu Kortala Bələdiyyəsinin ## #### 2026-cı il tarixli *** nömrəli cavab məktubundan cavabdeh3 və onun ailə üzvlərinin ümumibirgə mülkiyyətində Balakən rayonu Kortala kəndində 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı istifadəsində olmamasına dair ## #### 2026-cı il tarixli ** nömrəli arayışında qeyd edilənlərin iddiaçı X8 deməsi əsasında yazılması müəyyən edilmişdir.
77. Kollegiya əlavə olaraq qeyd edir ki, böyük icra məmuru tərəfindən tərtib edilmiş ## ##### 2023-cü il tarixli aktı imzalamaqla cavabdeh3 və digərlərinin ümumibirgə mülkiyyətlərində olan 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özünün istifadəsində olmasını təsdiq etdiyi halda bundan sonrakı tarixlərdə həmin torpaq sahəsinin cavabdeh3 qaytarılması halını sübut etmək yükü məhz iddiaçı İddiaçı üzərinə düşür. İddiaçı tərəfindən isə buna dair məhkəmə kollegiyasına heç bir sübut təqdim edilməmişdir.
78. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
79. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
80. Bu baxımdan cavabdehlərin apellyasiya şikayətinin fındıq bağının özlərinin əl əməyi hesabına əkilməsi, fındıq ağacları əkilən zaman torpaq sahəsinin iddiaçının mülkiyyətində, icarəsində və ya istifadəsində olmaması, Balakən DAIM-in Bitkiçilik sektorunun müdirinin verdiyi rəyin əsassız hesab olunması, rəydə göstərilən məlumatların elmi cəhətdən əsaslandırılmaması, rəyi verənin aqronomun ixtisasının olub-olmaması barədə də məlumatın verilməməsi, məhkəmənin bu cür əsası olmayan mütəxəssis rəyinə və mütəxəssis rəyindən başqa heç bir tədqiqat aparılmayan ekspert rəyinə istinad etməli olmaması, həmin sənədi sübut kimi qəbul etməli olmamasına dair dəlilləri üzrə əlavə dəyərləndirmə aparılması zərurəti müəyyən edilməmişdir.
81. Məhkəmə kollegiyası qeyd edir ki, yüksək instansiya məhkəməsinin göstərişlərinin icrası, mülki işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə mübahisəli torpaq sahəsinin yaxşılaşdırmalarla birlikdə dəyəri və yaxşılaşdırılmalardan əvvəlki dəyərinin müəyyən edilməsi istiqamətində də araşdırmalar aparılmış və araşdırma nəticələrinə dair əldə edilmiş rəy və hesabatlar iş materiallarına əlavə edilmişdir.
82. Belə ki, məhkəmə kollegiyasının ## ### 2025-ci il tarixli qərardadının icrası üzrə “xxxx” tərəfindən verilmiş ## #### 2025-ci il tarixli hesabatlarda göstərilmişdir ki, apardıqları araşdırmalar, təhlillər və hesablamalar nəticəsində, Balakən rayonu, Kortala kəndində yerləşən 1.63 ha torpaq sahəsinin üzərində olan bitkilərsiz (ağaclarsız) bazar dəyəri 29340 AZN (iyirmi doqquz min üç yüz qırx manat), Balakən rayonu, Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində olan bitkilərin (ağacların) hazırkı bazar qiyməti - 22,526.54 manat müəyyən edilir.
83. Məhkəmə kollegiyasının ## ###### 2025-ci il tarixli qərardadının icrası üzrə “xxxx” tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli hesabatlarda göstərilmişdir ki, Balakən rayonu, Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində olan bitkilərsiz (ağaclarsız) qiymətləndirmə tarixinə bazar dəyəri 22820 manat, cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh5, cavabdeh4 və cavabdeh2 ümumi birgə mülkiyyətində olan, iddiaçı İddiaçı istifadə etdiyi Balakən rayonu Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində olan bitkilərlə (ağaclarla) birlikdə bazar qiyməti-42,566.32 manat müəyyən edilmişdir.
84. Məhkəmə kollegiyasının ## #### 2026-cı il tarixli qərardadının icrası üzrə “Əmlak Ekspert Mərkəzi” tərəfindən verilmiş ## #### 2026-cı il tarixli ƏEM/İ**-***/** nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, Balakən rayonu Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ## #### 2026-cı il tarixə bazar dəyəri bitkilərsiz (ağaclarsız) 19500 manat, bitkilərlə (ağaclarla) 45000 manat təşkil edir.
85. Kollegiya qeyd edir ki, cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh5, cavabdeh4 və cavabdeh2 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məhz iddiaçı İddiaçı sahibliyində olmasının müəyyən edilməsi diqqətə alınaraq, məhkəmə kollegiyasının qərardadlarının icrası üzrə alınmış müstəqil qiymətləndiricilərin rəy və hesabatlarının müqayisəli şəkildə dəyərləndirilməsi zərurəti müəyyən edilməmişdir.
86. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, prosessual hüquq normalarının tələbləri diqqətə alınmamış, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
87. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh1, cavabdeh2 və cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Balakən Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, 2(019)- **/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh1, cavabdeh2 və cavabdeh4 qarşı cavabdehlərin mülkiyyətində olan Balakən rayon Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş ağacların dəyəri olaraq hesablanmış 22925 (iyirmi iki min doqquz yüz iyirmi beş) manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumunun cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh4, cavabdeh2 və cavabdeh5 alınaraq iddiaçı İddiaçı ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir.
88. Iddianın rədd edilməsi nəzərə alınaraq ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 150 manat iddiaçı İddiaçı alınaraq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ 01360100000000003944, SFIFT BIK CTREAZ 22 hesаbа, mütəxəssisin apardığı tədqiqatın dəyəri 300 manat iddiaçı İddiaçı tutularaq, “xxxx” MMC-nin Kapital Bank ASC-nin Sahil filialındakı hesabına (Kod 201218, VÖEN **********, SWIFT kod AIIBAZ2X, M/h AZ37NABZ01350100000000001944, VÖEN**********, Hesab AZ64AIIB400900C9443414466208) ödənilməlidir.
89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh1, cavabdeh2 və cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Balakən Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, 2(019)- **/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh5, cavabdeh1, cavabdeh2 və cavabdeh4 qarşı cavabdehlərin mülkiyyətində olan Balakən rayon Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş ağacların dəyəri olaraq hesablanmış 22925 (iyirmi iki min doqquz yüz iyirmi beş) manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumunun cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh4, cavabdeh2 və cavabdeh5 alınaraq iddiaçı İddiaçı ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 150 manat iddiaçı İddiaçı alınaraq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ 01360100000000003944, SFIFT BIK CTREAZ 22 hesаbа, mütəxəssisin apardığı tədqiqatın dəyəri 300 manat iddiaçı İddiaçı tutularaq, “xxxx” MMC-nin Kapital Bank ASC-nin Sahil filialındakı hesabına (Kod 201218, VÖEN **********, SWIFT kod AIIBAZ2X, M/h AZ37NABZ01350100000000001944, VÖEN**********, Hesab AZ64AIIB400900C9443414466208) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.