Məhkəmə qərarları › İş №2(107)-420/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-420/2020

13.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-420/2020 13.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Cavabdeh Qasım qızının iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “pul tələbinə” dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı “qızıl-zinət əşyaları” tələbinə dair qarşılıqlı iddiası üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(039)-848/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim T.Əliyev) xx xxxx 2019-cu il tarixli 2(039)-848/2019 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilərək Cavabdeh 5,500 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 5,530 (beş min beş yüz otuz) manat İddiaçı xeyrinə tutulması, Cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyaları tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 122 (bir yüz iyirmi iki) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İşin hаllаrı : İddiaçı, cavabdehə qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 5,500 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2017-ci ildə cavabdehlə qohumluq əlaqələri olaraq ona bildirdi ki, qızılları başqa bir adamdadır və onları çıxartmaq üçün ona 5,500 pul lazımdır. Gövhər müəllimə ona öz dəsti xətti ilə qəbzlər yazaraq ondan pul götürdüyünü yazmışdır. Ona inanaraq iki dəfəyə 5,500 manat pul verdi ki, qızıllarını götürüb ona satmaq üçün gətirsin. Ancaq sonradan ona qızıl adından saxta qızıllar (yəni büjiteriya) gətirmiş, o da, sübut üçün onları saxlamışdır. Mübahisə zamanı Gövhər müəllimənin borcu olduğu üçün belə hərəkət etdiyini bildirdi. Hal-hazırda neçə il keçməsinə baxmayaraq cavabdeh pulu ödəməmişdir. Dəfələrlə cavabdehdən pulu istəsə də qaytarmamışdır. Odur ki, cavabdeh ona xeyli ziyan vurmuşdur. Ona görə də o, iddiasında israrlıdır hesab edir ki, tələbi tam əsaslıdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək ona məxsus qızıl-zinət əşyalarının, yəni 750 problu olan bir nazik ilan sep, arasında da nal şəkilli bir klon, 1 dəst gül şəkilli brilyant komplekt sırğa-üzük dəstinin İddiaçı alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçının 5,500 manat pul tələbini ümumilikdə qəbul etmir, əsassızdır, şər və böhtandır. O, xx.xx.2017-ci il tarixində İddiaçı 700 manat sələm pul almış və onun müqabilində Solmaz ondan “750 problu olan bir nazik ilan sep, ortasında da nal şəkilli bir klon, 1 dəst də komplekt sırqa-üzük , gül şəkilli” götürmüşdür. Ondan soruşduqda ki, neçə faizdən verirsən, cavabında bildirdi ki, sələm verdiyi pul onun deyil, bir polis işçisinindir və 20 %- dən verir, 5 %-də o qoyur. Bir az tərəddüd etsə də, razılaşmayıb. Həmin vaxtı müharibə veteranı atası və anası xəstə olmuşdur. Məcbur olub pulu götürmüş, noyabr ayından hər ay 175 manat pulun üstünü verməyə 2018-ci ilin dekabr ayına qədər ödəmişdir. Bununla o 2,450 manat pul vermişdir. Dəfələrlə ona xahiş etmişdir ki, daha verə bilmir, atası və anası yer xəstəsidir. Ondan qızılları tələb etmişdir. O, isə dəfələrlə hədə-qorxu gəlib, onu polis işçisi ilə qorxudub, məhkəməyə verməyi ilə hədələmişdir. Sonra anası noyabrın 23-də rəhmətə getmiş, ondan 26 gün sonra atası rəhmətə getmişdir. O, pulları artıqlaması ilə ödəmişdir, qızıllarını tələb edir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Аpellyаsiyа şikаyətinin dəlilləri : Cavabdeh аpellyаsiyа şikаyəti verərək birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xаhiş etmişdir. O, аpellyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, pulun verilməsinə dair qəbzlər onun tərəfindən imzalanmamış və iddiaçıdan pul almamışdır. Təkrar məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xahiş edir. Cavabdeh birinci instasniya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir. Onun iddiaçıdan pulun alınmasına dair qəbzlərin onun tərəfindən imzalanmamasını və girov əvəzində iddiaçıya təqdim etdiyi sadə bəzək əşyası (büjiteriya) deyil, lakin bunu başqa qaydada sübut edə bilməsə də bu reallıqda belədir. Cavabdeh qarşılıqlı iddiada tələbini irəli sürərək qeyd edilən pul vəsaitini deyil, 2017-ci ilin 05 oktyabr tarixində 700 manat pul borca almış, onun müqabilində 750 problu bir ədəd nazik ilan sep, ortasında nal şəkili olan bir ədəd klon və bir ədəd sırğa-üzük komplekti girov götürmüşdür. Qeyd edilən vəsaiti iddiaçı ona aylıq faiz ödəməklə vermişdir. 2018-ci ilin dekabr ayına kimi iddiaçıya 2450 manat pul ödəmişdir. Qarşılıqlı iddia ərizəsinə şəkilləri əlavə etdiyi əşyaların qızıl olmasına dair qızıl satış mağazalarına müraciət etməmiş, buna ehtiyac görməmişdir. Çünki həmin əşyalar iddiaçıdadır. Məhkəmə kollegiyası məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilsə də, məhkəmə iclasında iştirak etmədiyindən onun iştirakı olmadan keçirilməsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 376.2-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Hüquq məsələləri : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı mаddəsində deyilir ki, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. MPM-in 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kollegiyası müəyyən edir ki, tərəflərin izahatları və təqdim edilmiş sübutlar əsasında Cavabdeh İddiaçı bir dəfə 1,000 manat, daha sonra isə 4,500 manat pul götürmüş və qaytaracağına dair vəd vermişdir. Bu barədə iki qəbz imzalamış, həmin qəbzlər iş materiallarına əlavə edilmişdir. Qeyd edilən qəbzlərdə göstərilir ki, “Mən, Cavabdeh 1.000 manat Solmazdan aldım”, “Mən Cavabdeh bankdan götürüb ona verdiyi 4.500 manat pulu (dörd min beş yüz) hər ay ödəməyi boynuma götürürəm”. Birinci instansiya məhkəməsində qeyd edilən qəbzlərdə olan imzalar cavabdeh tərəfindən mübahisələndirilmiş və iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli 11752 nömrəli ekspert rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş mülki işin 36-cı vərəqədə olan 1,000 manata dair qəbzdə “İmza” yazısı qarşısındakı 1-ci imza və 37-ci vərəqəsində olan 4,500 manata dair qəbzdə “İmza” yazısı qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Bundan əlavə cavabdeh qarşılıqlı iddiada tələbini irəli sürərək qeyd edilən pul vəsaitini deyil, 2017-ci ilin 05 oktyabr tarixində 700 manat pul borca almış, onun müqabilində 750 problu bir ədəd nazik ilan sep, ortasında nal şəkili olan bir ədəd klon və bir ədəd sırğa-üzük komplekti girov götürmüşdür. Qeyd edilən vəsaiti iddiaçı ona aylıq faiz ödəməklə vermişdir. 2018-ci ilin dekabr ayına kimi iddiaçıya 2450 manat pul ödəmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında borc müqaviləsindn yaranmış mübahisə mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, hazırkı mübahisədə tərəflər arasında borc müqaviləsindən irəli gələb mübahisə yaranmışdır. İş üzrə cavabdehin iddiaçıdan borcun alınmasına dair imzaladığı qəbzləri mövcuddur, cavabdeh tərəfindən imzaların ona məxsus olmaması mübahisələndirsə də ekspert rəyində təsdiq edilir ki, qeyd edilən imzalar cavabdehə məxsusdur. Bundan əlavə cavabdeh qarşılıqlı iddia ərizəsində iddiaçıdan 5500 manat məbləğində vəsaiti deyil, 700 manat məbləğində pul götürməsini və bunun üçün “750 problu bir ədəd nazik ilan sep, ortasında nal şəkili olan bir ədəd klon və bir ədəd sırğa-üzük komplekti” girov qoymasını bildirmişdir. Məhkəmə kollegiyası 2017-ci ildə qızıl-zinət əşyalarının dəyərinin kifayət qədər olması, həmin əşyaları satmaqla əldə edəcəyi vəsaitin 700 manatdan qat-qat yüksək məbləğ etməsi ehtimalı əsaslı olduğundan cavabdehin bu arqumentinin əsassız olduğunu qəbul edir. Bundan əlavə cavabdeh iddiaçıya qeyd edilən qızıl-zinət əşyalarını götürdüyü pul müqabilində girov olaraq verməsi və borc aldığı pul üçün 2450 manat məbləğində pul vəsaitini qaytarmasını sübuta yetirə bilməmiş, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. MM-in: 276.1-ci maddəsinə əsasən ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. 280.2-ci maddəsinə əsasən girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. 280.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. 280.4-cü maddəsinə əsasən bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən cavabdehə cəmi 5500 manat borcun verilməsinə dair qəbzlərdə cavabdeh tərəfindən icra edilən imzaların ona məxsusluğuna dair təkrar məhkəməxətşünaslıq ekspertizasının keçirilməsinə zərurət görmür, çünki artıq bir dəfə cavabdehin sərbəst və ekspertimental imza nümunələri götürülmüş və buna müvafiq ekspert rəyi verilmişdir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə görə daşınar əşyaların girovu haqqında müqavilə yazılı bağlanmalı, yalnız qeyd edilən müqavilə ilə daşınar əşyanın və ya əmlakın girov qoyulması faktı sübuta yetirilə bilər. Əks təqdirdə qanunvericiliyin tələbinə görə bu dəlil cavabdehin xeyrinə şərh edilə bilməz. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdeh ilkin iddianın rədd edilərək qarşılıqlı iddia üzrə qızıl-zinət əşyalarını girov qoyması barədə irəli sürdüyü arqumentləri sübuta yetirə bilməmiş, bununla bağlı hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. MPM-in: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası iş materiallarında olan sübutlar əsasında müəyyən etdi ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəni düzgün həll etmişdir. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin cavabdehə münаsibətdə ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, MPM-in 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə оnа münаsibətdə dəyişdirilmədən, аpellyаsiyа şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(039)-848/2019 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə sаxlаnsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar