Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-420/2021 10.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1432/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1432/2020 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia təmin edilmiş, Cavabdeh 2500 (iki min beş yüz) manat pul və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 2530.40 (iki min beş yüz otuz manat qırx qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat pul, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı X2 iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh 2014-cü ilin sentyabr ayında ona müraciət edərək uşağının müalicəsi üçün təcili pula ehtiyacı olduğunu qeyd etmiş, ondan borc pul istəmiş və 1 ay müddətinə borcu qaytaracağına söz vermişdir. O, pulu olmadığını bildirmiş, cavabdeh israr etdiyindən ona yazığı gəlmiş və “xxxx” ASC-nin Şəki filialından 2500 manat kredit götürmüş və ailə üzvlərinin yanında Cavabdeh nağd şəkildə 2500 manat pulun hamısını borc vermişdir. Lakin Cavabdeh həmin borcu ona vaxtında qaytarmamış, məcbur qalıb “xxxx” ASC-yə borcu özü hissə-hissə ödəmişdir. Halhazırda Cavabdeh ona 2500 manat borcu vardır. Sonuncu 6 ildir ki, borcla əlaqədar ona heç bir ödəniş etməmişdir. Bu səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı Şəki rayon prokurorluğuna müraciət etmiş, lakin tələb mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhz buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpelyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, Şəki Rayon Məhkəməsinin i 2(075)-1432/2020 saylı qətnaməsindən razı deyildir. Belə ki, Şəki Rayon Məhkəməsinin hakimi qətnamə çıxararkən iş üzrə ətraflı araşdırma aparmamışdır. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmədiyini və qətnamədə onun tərəfindən borcun etiraf edildiyi göstərilsə də, belə bir etirafın olmadığını bildirir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)- 1432/2020 nömrəli qətnaməsini ləğv edərək, yeni ədalətli və qanuni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o həqiqətən də İddiaçı 2500 manat borc almışdır, həmin borcun bir hissəsini iddiaçının adından banka ödəmişdir, qalan borcu isə hissə-hissə ödəməyə hazırdır. O, bu barədə olan izahat formalı etiraf ərizəsini məhkəmə kollegiyasına təqdim etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1432/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1432/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Əşrəf Rüstəmzadə tərəfindən tərtib edilmiş “Telefon danışığı ilə əlaqədar arayış”ın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Cəfərabad kənd sakini İddiaçı Şəki rayon prokurorluğuna daxil olmuş müraciətinə baxılıb nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi məzmunlu Şəki rayon prokurorluğunun xx xxxx 2020-ci il tarixli, 250ş01-20 nömrəli məktubu Şəki ŞRPŞ-nin dəftərxanasında 189-19159M-3120 nömrə ilə qeydə alınaraq icrası ona həvalə edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar Cavabdeh istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək telefon əlaqəsi yaratmışdır. Həmin nömrəyə gələn zəngə cavab verən şəxs həqiqətən də Cavabdeh olduğunu qeyd edərək Şəki rayonu Cəfərabad kənd sakini İddiaçı borcu olduğunu etiraf etmiş və maddi durumu aşağı olduğu üçün bu günə qədər İddiaçı olan borcunu qaytara bilmədiyini, lakin yaxın aylarda sözügedən borcu qaytaracağına söz verdiyini bildirmiş, hal-hazırda Abşeron rayonu, Xırdalan şəhərində yaşadığını və işlədiyini, işlərinin çox olduğunu və karantin rejimi ilə əlaqədar və digər bəhanələrlə araşdırma müddətində Şəki ŞRPŞ-nə gələrək izahat verməkdən imtina etmişdir. İşdə olan Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Əşrəf Rüstəmzadə tərəfindən tərtib edilmiş “İddiaçı Şəki rayon prokurorluğuna daxil olmuş müraciətinə baxılıb nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi məzmunlu Şəki rayon prokurorluğunun xx xxxx 2020-ci il tarixli, 250ş-01-20 nömrəli məktubu əsasında toplanmış 189-19159M-3120 nömrəli materiala dair arayış”ın təsdiq edilmiş surətindən görünür ki, 2500 manatlıq borc məsələsi mülki xarakterli olmaqla, polis orqanlarının səlahiyyətinə aid olmadığında İddiaçı mülki qaydada Şəki Rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı həmin tarixdə 2500 manat miqdarında istehlak krediti götürmüşdür. Birinci instansiya məhkəməsi iddian təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5, 191.3 və 220.4-cü maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlargöstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 2500 manat məbləğində borc almış, lakin bugünədək borcunu ödəməmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməyərək iddiaya münasibət bildirməmiş, 189-19159M-3120 saylı material üzrə Şəki ŞRPŞ-də verdiyi şifahi ifadəsində iddia tələbini həqiqətən İddiaçı borcu olduğunu etiraf etmişdir. Yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Birinci instansiya məhkəməsi Cavabdeh 189-19159M-3120 nömrəli material üzrə telefon vasitəsilə Şəki ŞRPŞ-yə şifahi verdiyi ifadəsinə hüquqi qiymət verərək, onu borcun etirafı kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı “xxxx” ASC-nin Şəki filialından 2500 manat kredit götürməsi və öhdəliyi özü icra etməsi iş materialları ilə sübuta yetirilir. Cavabdeh özü də iddiaçıya həmin miqdarda borcunun olmasını etiraf etmiş, məhkəmə iclaslarında iştirak etməyərək 189-19159M-3120 nömrəli material üzrə telefon vasitəsilə Şəki ŞRPŞ-yə şifahi verdiyi ifadəsini mübahisələndirməmiş, tərəfindən borcunun olmadığı ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Odur ki, 30.40 manat dövlət rüsumu da Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Cavabdeh borclu olduğu 2500 manat pulun hər hansı bir hissəsini iddiaçıya qaytardığını təsdiq edən heç bir sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1432/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1432/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-420/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-420/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver